Month: October 2018

  • В Баку водитель управлял автобусом с пассажирами, играя по телефону – ВИДЕО

    Очередной факт пренебрежения водителем автобуса правилами дорожного движения и жизнями пассажиров произошел в Баку.

    Как передаёт Median.Az со ссылкой на 1news.az, один из пассажиров заснял, как водитель автобуса маршрута №11 управлял им одной рукой, одновременно левой рукой играя в игру на мобильном телефоне, постоянно отвлекаясь от дороги.

    Как сообщил 1news.az руководитель пресс-службы Бакинского транспортного агентства (БТА) Маис Агаев, комментируя это видео, БТА уже начало разбирательство по факту.
    «По его итогам водитель будет наказан и оштрафован, также будут приняты меры в отношении компании-перевозчика», – подчеркнул М.Агаев.

  • В Баку поезд разрезал мужчину пополам – ШОКИРУЮЩЕЕ ВИДЕО

    Детям, слабонервным, лицам со слабой психикой смотреть видео не рекомендуется.

    На железнодорожных путях в поселке Баладжары Бинагадинского района Баку произошел несчастный случай.

    Как сообщили 1news.az в районном управлении полиции, мужчина 40-50 лет, личность которого пока не установлена, попал под поезд, когда переходил пути в неположенном месте, передаёт Median.Az.

    Состав разрезал мужчину пополам, отрезав ему ноги. Несчастный скончался на месте от потери крови.

    По факту начато разбирательство.

  • Скончался экс-министр Азербайджана – ФОТО

    Скончался один из бывших министров Азербайджана Суджаддин Мустафа оглу Абдуллаев.

    Информацию об этом в социальных сетях опубликовал экс-министр финансов Фикрет Юсифов.

    По его словам, С.Абдуллаев скончался вечером 21 октября после продолжительной болезни.

    С.Абдуллаев в 1992-1995 годах занимал пост министра жилищно-коммунального хозяйства (ЖКХ). После преобразования этого министерства в комитет, в 1995-1999 годах работал в должности председателя Комитета ЖКХ.

    Являлся активистом Национально-освободительного движения.

  • «Азери Вандам»а избили в Баку

    В Баку избили известного в социальных сетях под псевдонимом «Азери Вандам» жителя Загатальского района.

    Как сообщает Median.Az со ссылкой на Yenicag.az, инцидент произошел на территории Наримановского района столицы. Его шумное поведение и «Вандамские манеры» вблизи станции метро «Нариман Нариманова» вызвало недовольство окружающих.

    Один из молодых людей, подойдя к «звезде» интернета сказал: «Хорош паясничать! Вокруг люди!». «Вандам» не растерялся и ответил на критику. В этот момент молодой человек набросился на него с кулаками и пинками.

    После вмешательства окружающих, дерущихся удалось разнять.

  • Eldar Əzizovdan sahibsiz itlərlə bağlı göstəriş: Hamısı Balaxanıya aparılacaq

    Son zamanlar Bakı şəhərində və xüsusilə də şəhərətrafı kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. İnsanların sahibsiz heyvanların hücumuna məruz qalması, xüsusilə azyaşlıların itlər tərəfindən dişlənməsi halları artmaqdadır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a verilən məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovinsanları narahat edən sahibsiz küçə heyvanları ilə bağlı göstəriş verib və hazırda bu istiqamətdə kompleks tədbirlər görülür.

    Eldar Əzizovun Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verdiyi göstərişin məhz bu tədbirlərin bir hissəsi olduğu və sahibsiz heyvanlarla bağlı mübarizə üçün yeni struktur hazırlandığı bildirilir. Bunun üçün “Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. İşlər çərçivəsində yeni laboratoriyanın qurulması, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələrin, eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınması nəzərdə tutulur.

    Yeni strukturun fəaliyyətə başlamasından sonra sahibsiz küçə itlərinin sayının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

  • “Dedim ki, əlaqədə olmağımızın videosu var” – Sumqayıtdakı hadisədən yeni faktlar

    Sumqayıtda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə təqsirli bilinən Ağdam sakini, 1991-ci il təvəllüdlü Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Elsevər Məmmədov 25 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində tanışı Sevinc Babayevanın (ad və soyad şərti verilib – red.) barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə onu şantaj edib. Elsevər Sevinclə bir gün əvvəl cinsi əlaqədə olarkən bunu videokamera vasitəsi ilə lentə aldığını və həmin görüntüləri sosial şəbəkədə yayacağını bildirib.

    O, Sevincdən 250 manat tələb edib və bu məbləğin 50 manatını alıb.

    “Özümü Uğur kimi təqdim etdim”

    İstintaq orqanı tərəfindən Elsevər Məmmədova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elsevər Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Samirəni hadisədən təxminən 15-20 gün əvvəl tanıyıb: “Samirə ilə köhnə tanışım olan Vəfa vasitəsilə tanış olmuşam. Samirənin əri cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib. Bu səbəbdən o, maddi cəhətdən kasıb yaşayıb. Vəfadan xahiş etdim ki, Samirəyə desin, mobil telefonuma zəng vursun. Bundan sonra Samirə mobil telefonuma zəng vurdu, mənimlə əlaqə saxladı. Onunla söhbət zamanı özümü Uğur Məmmədov kimi təqdim etdim. Çünki işim məxfiliyi qorumağı tələb edirdi”.

    “Ərinin yanına getməyinə kömək etməyimi istədi”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirəyə maddi cəhətdən köməklik etməki, onunla birgə yaşamaq istədiyini bildirib: “Samirənin evində kirayədə yaşayan Türkan adlı şəxs kirayə pulunu vermədən evdən çıxıb getmişdi. Onun tapmaqda Samirəyə kömək edəcəyimi də dedim. Samirə ilə tanış olduqdan sonra bir-birimizlə əlaqə saxlamağa başladıq. Samirə söhbətlərin birində həbsdə olan ərinin yanına getmək üçün maddi cəhətdən ona kömək etməyimi istədi”.

    “Dedi ki, evdə cinsi əlaqədə olaq”

    Elsevər Məmmədov qeyd edib ki, sonuncu dəfə onlar noyabrın 24-də, saat 13.30-da Sumqayıt şəhəri, 18 saylı orta məktəbin qarşısında görüşmək barədə razılığa gəliblər: “Mən kirayə götürdüyüm “Toyota Camry” markalı avtomobillə Sumqayıt şəhərinə gəldim. Samirənin məktəbin qarşısında məni gözlədiyini gördüm. Həmin vaxt Samirə avtomobilə əyləşərək burada onu tanıdıqlarını, evlərinə getməyimizi, orada cinsi əlaqədə olmağımızı istədi. Samirə ilə razılaşaraq onun Sumqayıtda yaşadığı evin yaxınlığına gəldik. Orada Samirə mənə qonşuların bizi görəcəyini dedi, ona görə də dəniz kənarına getməyimizi, amma tez qayıtmağı istədi”.

    “Maşında cinsi əlaqədə oldum”

    Elsevər Məmmədov bildirib ki, idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Sumqayıtda dəniz kənarına gəliblər: “Orada avtomobildə Samirənin razılığı ilə könüllü olaraq onunla təbii yolla cinsi əlaqədə oldum. Sonra Samirəni aparıb 18 saylı orta məktəbin qarşısında düşürdüm. Yolda Samirə məndən 1000 manat pul istədi. Samirəyə Vəfa ilə rəfiqə olduğunu xatırlatdım. Dedim ki, Vəfan hamıya faizlə pul verir, səbə də faizsiz pul verə bilər, ona görə də Vəfaya müraciət elə”.

    “Əsəbləşdiyim üçün telefonumu sındırdım”

    Elsevər Məmmədovun sözlərinə görə, noyabrın 25-də Vəfa onun mobil telefonuna zəng vurub: “O, əsəbi halda soruşdu ki, niyə faiz məsələsi barədə Samirəyə demişən. Vəfaya ağzımdan qaçırdığımı, ona görə də üzürlü hesab etməsini xahiş etdim. Lakin Vəfa acıqlı olduğu üçün mənə kobud sözlər dedi. Vəfa ilə danışdıqdan sonra əsəbimi cilovlaya bilmədim, “Samsunq Qalaxy J 2 prime” markalı mobil telefonumu yerə çırpdım. Samirənin mobil telefonuna zəng vurub, niyə Vəfaya bizim söhbətimiz barədə dediyini soruşdum. Əsəbləşdiyim üçün 250 manat dəyərində mobil telefonumu yerə çırpıb, sındırdığımı dedim. Mobil telefonumu sındırmağımda görə onun günahkar olduğunu söylədim. Samirəyə dedim ki, ya mənə təzə telefon alacaqsan, ya da 250 manat pul verəcəksən. Samirə əvvəl razılaşdı, lakin sonra nə telefon almayacağını, nə də pul verməyəcəyini bildirdi”.

    “Görüntüləri ailəsinə göstərəcəyimi bildirdim”

    Elsevər Məmmədov qeyd edib ki, Samirəyə görə ziyana düşdüyü üçün ondan dəymiş ziyanın əvəzini almaq qərarına gəlib: “Ona görə də Samirəyə mənimlə avtomobildə cinsi əlaqədə olduğunu gizli olaraq kamera ilə çəkdiyimi, mənə dəymiş 250 manat ziyanın ödənilməsini, əks halda cinsi əlaqədə olmağım barədə görüntüləri ailəsinə göstərəcəyimi bildirdim. Bu sözlərdən sonra Samirə mənə qardaşından pul alıb, axşam qaytaracağını dedi. Sonra zəng vuraraq 18 saylı orta məktəbin qarşısına gəlməyimi istədi. Mən də evdən çıxaraq kirayəyə götürdüyüm “Toyota Camry” markalı avtomobillə 18 saylı orta məktəbin qarşısına gəldim. Samirənin orada məni gözlədiyini gördüm. Samirədən yenə də ya mobil telefonumu alaraq verməsini, ya da ki, telefonun pulunu verməsini istədim. Samirə Vəfanın mobil telefonuna zəng vurub, onun 18 saylı orta məktəbin qarşısına gəlməsini xahiş etdi. Az sonra Vəfa 18 saylı orta məktəbin qarşısına gəldi”.

    “Dedim, cinsi əlaqədə olmaq barədə görüntüləri yayacam”

    Elsevər Məmmədovun ifadəsinə görə, Samirə Vəfaya baş verənləri danışdı: “Vəfa isə Samirəyə dedi ki, sənə mən demişdim get Uğurla cinsi əlaqədə ol, bu iş onluq deyil, get nə edirsən, et. Həmin vaxt Samirəyə bildirdim ki, ya 250 manat pul tapsın, ya da onunla cinsi əlaqədə olmağım barədə görüntüləri sosial şəbəkədə yayacam. Sonra maşınla Samirə və Vəfa ilə birlikdə Samirənin yaşadığı binanın qarşısına gəldik. Samirəyə işimlə əlaqədar Bakıya gedəcəyimi, pulu Vəfa vasitəsilə mənə çatdırmasını tapşırdım,. Samirə evdə 50 manat pulu olduğunu dedi. Samirəyə deim ki, həmin 50 manat pulu indi Vəfa ver, qalan 200 manat pulu isə sabah çatdır”.

    “Zəng etdi, geri qayıtdım”

    Elsevər Məmmədov qeyd edib ki, bundan sonra avtomobili ilə Bakıya doğru gedib: “Az sonra Vəfa zəng vurub, geri qayıtmağımı istədi. O, Samirənin 50 manat pulu ona verdiyini dedi. Dərhal Samirənin yaşadığı evin yaxınlığına gəldim. Orada sürücülük məktəbinin qarşısında Samirə ilə Vəfanın məni gözlədiklərini gördüm. Vəfa həmin vaxt avtomobilə əyləşdi, 50 manat pulu mənə verdi. Həmin vaxt Samirə avtomobilə yaxınlaşdı və məndən soruşdu ki, niyə ona yalandan Bakıya gedəcəyimi dedim. Samirəyə bildirdim ki, Sumqayıtda uzaqlaşmamışdım, ona görə də tez geri qayıtdım”.

    “Samirəyə görüntüləri göstərməyəcəyimi dedim”

    Elsevər Məmmədovun sözlərinə görə, sonra Samirə ondan cinsi əlaqədə olmağı barədə görüntüləri göstərməyi tələb edib: “Samirəyə dedim ki, görüntüləri göstərməyəcəyəm, qalan 200 manat pulu da ver, verməsən, görüntüləri yayacam. Samirə 200 manat pulu səhərisi gün çatdıracağını dedi. Həmin vaxtı Vəfa Samirəyə dedi ki, sənə ayıb olsun, mən sizi tanış etməmişdim ki, cinsi əlaqədə olasınız. Sonra Samirə bizdən uzaqlaşdı, yaşadığı ünvana getdi. Həmin gün axşam Samirənin qardaşı mobil telefonuma zəng vurdu, məndən Samirənin borcunun nədən yarandığını soruşdu. Mən də Samirənin mənə borclu olduğunu bildirdim. Hal-hazırda əməlimdən səmimi peşmançılıq çəkirəm. Ailəliyəm, himayəmdə iki azyaşlı övladım var”.

    Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elsevər Məmmədov 2 il 11 ay 28 müddətə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Elsevər Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

    Elsevər Məmmədovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada baxılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elsevər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti olmaqla şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
     
    ///Teleqraf.com

  • Туркменов штрафуют за покупку еды

    Туркменские полицейские начали штрафовать жителей регионов страны, закупающихся продуктами в государственных магазинах в столице республики Ашхабаде.

    Как передает Median.Az, об этом сообщает «Хроника Туркменистана».

    В регионах страны ситуация с поставками продуктов в магазины значительно хуже, чем в Ашхабаде. В связи с этим жители велаятов (областей) республики устремились за едой в столицу. В свою очередь, полицейские, заметив на дороге едущий со стороны Ашхабада автомобиль с региональными номерами, останавливают транспортное средство и проводят досмотр.

    В том случае, если в машине обнаруживаются купленные в госмагазинах Ашхабада продукты, стражи порядка сообщают, что это запрещено, и требуют выплатить штраф. Никаких официальных постановлений или приказов о запрете они не предъявляют, а квитанций после уплаты штрафов не выдают.

    Своей историей с «Хроникой Туркменистана» поделился житель города Мары, расположенного в 370 километрах от Ашхабада. На пути из столицы домой его остановили дважды. По словам мужчины, полицейские требовали у него денег за то, что он вез две коробки растительного масла, но заплатить он смог лишь один раз.

    «Денег на второй штраф у меня уже не было, и я в сердцах просто выкинул из багажника все масло и уехал», – указал он.

    «Хроника Туркменистана» указывает, что очередной запрет может быть либо устным распоряжением вышестоящих органов, либо очередным поводом для сотрудников дорожного надзора получить деньги от водителей.

  • В Агсу бывший зэк сдал в полицию пистолет

    Как сообщает Median.Az, житель города Агсу, ранее судимый Маариф Мирзоев добровольно сдал в районное отделение полиции (РОП) пистолет марки “Макаров”, обойму и 5 патронов.

    По факту ведется расследование.

  • Ağsu sakini polis şöbəsinə tapancanı təhvil verib

    Median.Az xəbər verir ki, Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 5 ədəd patronu könüllü Rayon Polis Şöbəsinə (RPŞ) təhvil verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır – QİYMƏT

    Bir vaxtlar az qala Bakının simvoluna çevrilən “London Taxi TX4” taksiləri indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilib. Hətta vəziyyət elə günə qalıb ki, “London taksi”lərilə işləmək istəyən sürücülər belə tapılmır. Bundan başqa, həmin maşınlara qoyulan sayğaclar (taxometr) da çıxarılır.

    Ekspertlər isə deyirlər ki, artıq “London taksi”lərinin dövranı bitib. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, buna əsas səbəb Bakıda taksi xidmətləri arasında rəqabətin yüksəlməsidir.

    “Taksi xidmətinin qiymətinin aşağı düşməsi bunun əyani göstəricisidir. Taksi şirkətlər arasında daşınma uğrunda amansız mübarizə gedir. Hətta bəzi məqamlarda avtobuslardan da ucuz xidmət göstərən taksi xidmətləri var”, – deyə Məzahir Rüstəmov bildirib.

    Eksper deyir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovundövründə ölkəyə gətirilən “London taksi”lərinin qiyməti dəyərindən bir neçə dəfə baha göstərilmişdi:

    “Həmin dövrdə taksi xidmətində rəqabət yox idi. Bu istiqamətdə şirkətlər mövcud deyildi. Onların yaradılmasına qarşı süni maneələr vardı. Ona görə də, “London taksi”ləri baha qiymətə xidmət göstərirdi.

    İndi isə vəziyyət dəyişib. Bu səbəbdən də, “London taksi”lərdə sayğacların qoyulmasına ehtiyac yoxdur”.

    M.Rüstəmov deyir ki, artıq xaricdən gələn tursitlərin də bu taksilərə marağı azalır:

    “Artıq taksi xidmətilə məşğul olan şirkətlər işlədiyi sürücülərin peşəkarlığını və dil bilgisini nəzərə alırlar. Bu sahədə də rəqabət yaranmağa başlayıb.

    Getdikcə “London taksi”ləri əhəmiyyətsiz bir şeyə çevrilir. İndi insanlar cibinə görə hərəkət edirlər. Vətəndaşların çoxu ucuz getmək istəyirlər. Bu gün hərəkətin ucuz qiymətə başa çatması nəzərdə tutulur”.

    Qeyd edək ki, hazırda “London taksi”ləri 15 min manata satılır. Halbuki, 2011-ci ildə “Marganese Bronze Holdings PLC” şirkətilə bağlanmış müqavilə çərçivəsində Azərbaycana gətirilən “London taksi”lərinin qiyməti 35 min manat təşkil edirdi.

    Bununla da, ölkə büdcəsi hesabına alınan bu avtomobillər indi ucuz satılır. Halbuki, həmin dövrə nisbətən avtomobillərin qiyməti bir neçə dəfə qalxıb.

    Rəsmi qurumlar isə “London taksi”ləri ilə bağlı səslənən iradların əsassız olduğunu bildirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib ki, hələ də “London taksi”lərə tələbat böyükdür.

    “İstəyirəm bildirim ki, “Bakı Taksi Xidməti”nin “London taksi”lərinə yenə də tələbat var. Daha çox turistlərin bu taksilərə tələbatı böyükdür. Müxtəlif otellərin qarşısında, hava limanında bu taksilərdən istifadə edirlər.

    Bu şirkət 500 taksi ilə xidmətə başlayıb. Hazırda onların 490-dan çoxu xidmətdədir. Bir neçə taksi isə qarajda ehtiyat üçün saxlanılır. Fövqəladə hal olduqda, yaxud xüsusi sifariş olduqda onlar xidmətə buraxılır”, – deyə Nuridə Allahyarova bildirib.

    Digər taksilərə nisbətən baha olmasına qalınca, deyirsizsə, qurum rəsmisi bu taksilərdə gediş haqqının xidmət səviyyəsinə uyğun olduğunu vurğulayıb.

    “Hazırda “London taksi”lərinin xidmətləri daha yüksəkdir. Sürücüləri işə cəlb etdikdə iki dil bilmələri əsas götürülür. Onlar işə götürüləndə xüsusi seçimlər edilir. Təkcə sürücülük kateqoriyası deyil, insanlarla işləmək prinsipləri, peşəkarlığı yoxlanılır.

    Bəli, elə daşıyıcılar var ki, çox ucuz qiymətə aparır. Bəzən gürürük ki, gediş haqqı heç yolun xərcini ödəmir. Lakin həmin maşında göstərilən xidmət, sürücü davranış ödənilən qiymətə uyğun olur. Seçim təbii ki, vətəndaşların öhdəsinə düşür”.

    Taksilərdə sayğacların (taxometr) çıxarılmasına gəlincə, N. Allahyarova deyir ki, bu dövlət nəzarətində olan avtomobillərinə aid deyil:

    “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin tabeçiliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC şirkəti nəzarət edir. Bundan başqa, “Bakı Taksi” MMC şirkəti də “London taksi” ilə xidmət göstərir. Onların maşınları dövlət taksiləri deyil. Onlar özəl daşıyıcı şirkətdir.

    Onlar maşınları fiziki şəxslərə sata bilərlər. Dediyiniz sayğacların çıxarılması, maşınların rənglərinin dəyişdirilməsi və digər məsələlər də həmin şirkətin yaxud da, həmin şirkət vasitəsilə özəlləşdirilən avtomobillərin sahiblərinin işləri ola bilər”.