Month: October 2018

  • Binəqədi polisi narkotik alverçilərindən külli miqdarda heroin və tiryək aşkar edib – FOTO

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyevi və qohumu, paytaxt sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyevı 1 kq. 118 qram heroini şərti alıcıya satmaq istəyərkən saxlayıblar.

    Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevın, Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırdığı 2 kq. 76 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələri F.Mirzəyev qaçaqmalçılıq yolu ilə Azərbaycana İrandan gətirib.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.





  • Названы условия катастрофического извержения супервулкана

    Ученые Университета Вандербильта и Мичиганского технологического университета (США) определили возможную причину катастрофического извержения супервулкана Таупо в Новой Зеландии. Согласно выводам исследователей, оно произошло из-за подъема магмы к поверхности в результате других, менее масштабных извержений.

    Как передает Median.Az, об этом сообщает издание Science Alert.

    Извержение супервулкана Таупо, или извержение Оруануи, произошло 26,5 тысячи лет назад. В результате катастрофы, которая по шкале вулканической активности достигла максимальных восьми баллов, было выброшено около 530 кубических километров магмы. Известно, что 350-240 тысяч лет назад произошло семь более слабых извержений Таупо, которые могли повлиять на силу Оруануи.

    Вулканологи проанализировали отложения пемзы по всей вулканической зоне Таупо. Оказалось, что после каждого малого извержения, при котором выбрасывалось примерно 50-150 кубических километров магмы, вулканические отложения становились все ближе к поверхности. Хотя небольшие взрывы уменьшали вероятность суперизвержения, «ступенчатый» подъем магмы способствовал будущей активности вулкана. В течение тысячелетий расплавленная порода поступала в небольшие и менее глубокие камеры, провоцируя небольшие взрывы. В конце концов, магма накопилась в достаточном количестве, чтобы вызвать извержение Оруануи.

    По мнению ученых, результаты исследования помогут предсказать время и определить условия извержения супервулканов, подобных Йеллоустонской кальдере.

    Ранее, в июле, сообщалось, что геолог Ин Чжоу (Ying Zhou) из Политехнического университета Вирджинии (США) пришла к выводу, что Йеллоустонский супервулкан образовался не в результате подъема мантийного плюма, как считают многие ученые, а из-за трения тектонических плит.

  • DTX-dan sosial şəbəkə istifadəçilərinə – XƏBƏRDARLIQ

    Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin “facebook” səhifəsində bildirilib.

    Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

  • Bakıda evli qadının Facebook macərası: “İntim şəklini göndər…”

    Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.

    İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.

    Astan Sevinclə sosial şəbəkədə tanış olub. Aralarında isti münasibət yaranan şəxslər biri-birlərinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra Astan Sevinci şantaj edib, onun intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.

    Astan Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min dollar pul tələb edib. Qadın tələb olunan pulu ona verib.

    Daha sonra Sevin Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Keçirilən əməliyyat zamanı Astan Əzizov həbs edilib.

    Cinayət işi üzrə ifadə verən Astan Əzizov özünü təqsirli bilib.

    Məhkəmədə məlum olub ki, zərərçəkmiş qadın evlidir, iki uşaq anasıdır. Sevinc Əliyevanın ifadəsinə görə, həyat yoldaşı ilə boşanmaq üzrədir.

    İstintaq orqanı tərəfindən Astan Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham elan edilib.

    1news.az

  • “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir” – Ekspert

    “STAR neft emalı zavodunun açılması Azərbaycan və Türkiyənin iqtisadi və enerji siyasəti baxımından çox önəmli hadisədir”.

    Bunu “Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib.

    Onun sözlərinə görə, Türkiyədə STAR neft emalı zavodunun inşası üçün Azərbaycanın qoyduğu birbaşa investisiya Türkiyənin tarixi boyu xaricdən aldığı ən böyük birbaşa investisiya baxımından xüsusi çəkiyə malikdir: “Bundan başqa, neft-kimya sənayesi sahəsində inkişaf etmiş Türkiyə ilə zəngin neft ehtiyatlarına malik Azərbaycanın əməkdaşlığı sayəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq İzmirdə də STAR kimi layihənin həyata keçirilməsi, həm Türkiyə, həm də Cənubi Avropadakı enerji və sənaye sektoruna əlavə dəyər qatacaq müəssisənin yaradılması böyük bir inkişafa səbəb olacaq”.

    O.Tanrısevər bildirib ki, Türkiyə ilə Azərbaycan arasında strateji iş birliyi dərinləşərək daha da güclənəcək: “Bu, qarşıda SOCAR-ı Türkiyədə energetikanın başqa sahəsinə də investisiya yatırmağa cəsarətləndirəcək”.

    Qeyd edək ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

    Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib.

    Zavodda ildə 1,6 mln. ton nafta,təxminən 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

  • Мужчина находящийся в розыске за мошенничесто задержан в России

    Как сообщает Median.Az, сотрудники Главного управления уголовного розыска (ГУУР) МВД, Национального бюро Интерпола и Насиминского РУП в ходе проведенной совместной операции на территории Российской Федерации задержали гражданина Азербайджана Чингиза Гасымова, находящегося в розыске по статье 178 (мошенничество) УК Азербайджана.

    Ч.Гасымов экстрадирован в Азербайджан.

  • Dələduzluğa görə axtarışda olan şəxs Rusiyada həbs olunub

    Median.Az xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb.

    Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.

  • “Bacılarıma qardaşlıq edə bilmədim” – Reketliyə görə həbs olunan hüquqşünas (VIDEO)

    ARB TV-nin “Rezonans” proqramı bu dəfə azadlıqda reketliklə məşğul olan məhkum Məftun Musayevin həyatını işıqlandırıb.

    Məftun Musayev (Cəzası: 13 il) – Məhkum: “Yevlaxda doğulmuşam. Orta məktəbi Bakıda bitirmişəm. Universiteti bitirəndən sonra həbsə düşdüm. Böyüklərin sözünə qulaq asmayanda belə olur. Özüm də hüquqşünas ola-ola belə oldu. Əsas səhv özümə görə oldu. Birinin alacağı var idi, ala bilmədi, mənə dedi, mən getdim almağa. Bu da oldu reketlik. Həmin adam da vaxtı uzadırdı. Bir gün oradan keçəndə yenə gedib istədim. Adam vaxtı uzadırdı. Mən də adamın sənədlərini götürdüm. Bu da şikayət etdi.

    1 ildən də az qalıb çıxmağıma. Çox şey itirdim. 12 ildə bir şeyi başa düşdüm ki, ata, ana nə desə o olmalıdır. Bir arzum var ki, ailəm olsun. Əvvəllər valideynlərim yanıma gəlmirdi. Elə bir hisdir, fikirləşirsən ki, 11 ilin getdi. Elə şeylər var ki, özüm-özümdə vicdan əzabı çəkirəm. 2 bacım var. Heç birinin xeyir işində ola bilmədim. Necə qardaş, necə övladam ki, nə bacılarıma qardaşlıq edə bildim, nə də valideynlərimə övladlıq edə bildim. Bir gün dedilər ki, görüşün var. Xalamoğlu ilə atam gəlmişdi. 2 ildən sonra gəmişdilər”.

  • «Реал» хочет приобрести Ибрагимовича

    Нападающий «Лос-Анджелес Гэлакси» Златан Ибрагимович может вернуться в Европу.

    Как передает Median.Az со ссылкой на sports.ru, по информации радиостанции Cadena COPE, возможность с подписанием Ибрагимовича изучает «Реал».

    Речь идет о возможном январском переходе.

    Тридцатисемилетний швед забил 22 гола в 26 матчах в МЛС (высшая лига футбола США).

  • Azərbaycanda polis faciəli şəkildə öldü

    Şabranda ağır qəzada həlak olan polis imiş.

    Median.Az xəbər verir ki, Şabran Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, idarəetmə hüququ olmayan polis həmkəndlisinin maşını ilə qəza törədərək ölüb.

    Rayonun Sincanboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin serjantı 1992-ci il təvəllüdlü Pərvin Əlixan oğlu Meylaverdiyev idarə etdiyi həmkəndlisi Samir Əliyevə məxsus VAZ2106 markalı, 50BD859 dövlət nömrə nişanlı avtomobili səhər saatlarında Bakı-Quba yolunun 122-ci kilometrliyində işıq dirəyinə çırpıb, nəticədə P.Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.