Month: October 2018

  • Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi (VİDEO+FOTOLAR)

    Tanınmış azərbaycanlı müğənni Elnur Məmmədov fanatı olduğu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan hədiyyə alıb.

    Həbib Elnura fotosunun yer aldığı avtoqraflı köynəyi hədiyyə edib.

    Bundan əlavə, rusiyalı döyüşçü müğənniyə video da ünvanlayıb:

    “Salam aleykum. Azarkeşlik etdiyin üçün təşəkkür edirəm. Sənə sağlamlıq və uğurlar arzu edirəm. Görüşənədək”.//baku.ws


  • Azərbaycan polisi İnterpol ilə birgə əməliyyat keçirdi – Saxlanılan var

    Axtarışda olan şəxs saxlanılaraq ölkəmizə ekstradisiya olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov məlumat verib.

    Bildirilir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb.

    Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.

  • Miri Yusif “dəli” oldu – VİDEO

    Əməkdar artist Miri Yusif yeni klipini təqdim edib. 
     
    İfaçı “Dəli oluram” mahnısını ekranlaşdırıb. 

    Rejisor Əli Fərhadın lentə aldığı ekran işində Miri Yusif psixoloji problemi olan obrazı canlandırıb. 

    Yeni klipini izləyiciləri ilə bölüşən Miri Yusif “Kliplərim arasında interval uzun olanda #dəlioluram” sözlərini əlavə edib.  
    /baku.ws

  • Azərbaycanda 18 yaşlı gəlin itkin düşdü

    Ağstafada gəlin itkin düşüb.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin Qarabağ məhəlləsində baş verib.

    Qurbanov küçəsi, 4 saylı binada qeydiyyatda olan Rzayev Rasim Ramiz oğlu Ağstafa rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 2000-ci il təvəllüdlü Bədəlova Güllübəyim Elçin qızı oktyabrın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

  • Bakıda daha bir sərnişin avtobusu qəza törətdi: Ölən var

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun “Meyvəli” bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

    Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus “İ-Qafqaz” MMC şirkətinəməxsus olub.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)

  • В Баку осуществляется продажа мяса неизвестного происхождения – ВИДЕО

    В некоторых торговых точках Баку осуществляется продажа мяса неизвестного происхождения.

    Как сообщает Median.Az со ссылкой на Xezerxeber.az, на улицах и других непредусмотренных для продажи продуктов питания местах продается мясопродукты, не прошедших санитарную проверку.

    Во время съемок на «Рынке 8-го километра» один из торговцев заявил, что у продуктов имеются сертификаты. Однако, когда его попросили представить документы, он отказался их показывать.

    В связи с этим, мы обратились к представителю Агентства продовольственной безопасности, врачу Эмилю Гулиеву, ответственному за контроль соблюдения гигиенических норм на данной территории рынка.

    По его словам, мясо и мясопродукты продаваемые на данной территории регулярно проходят проверку и поступают на продажу лишь после подтверждения качества. Эмиль Гулиев также отметил, что они отвечают за продажи мяса внутри базара. Они не контролируют торговые точки за пределами рынка.

    Отметим, что наказанием за нарушение санитарных норм, правил, гигиенических нормативов при продаже продуктов питания, лицом, обязанным соблюдать эти правила, предусматривается штраф в размере от 50 до 100 манатов для физических лиц , от 100 до 200 манатов для должностных лиц, от 200 манатов до 400 манатов для юридических лиц.

  • Прогноз погоды на воскресенье

    В Баку и на Абшеронском полуострове 21 октября ожидается переменная облачность, без осадков.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, утром в некоторых местах ожидается туман, подует южный ветер.

    Ночью температура воздуха составит 15-17, днем 20-25 градусов тепла, в Баку ночью ожидается 15-17, днем 23-25 градусов тепла.

    Атмосферное давление составит 762 мм ртутного столба, относительная влажность ночью составит 65-75%, днем 55-60%.

    В районах Азербайджана воскресенье пройдет преимущественно без осадков. Однако в Нахчыванской Автономной Республике и в некоторых местах Малого Кавказа ожидаются грозы, временами дожди. Утром в некоторых местах возможен туман. Будет преобладать восточный ветер.

    Ночью температура воздуха составит 12-17, днем 22-27 градусов тепла, в горах ночью ожидается 5-10, днем 15-20 градусов тепла.

  • İstirahət gününə olan hava proqnozu açıqlandı

    Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, sabah, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

    Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti təşkil edəcək. Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq.

    Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 55-60% olacaq.

    Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin Naxçıvan Muxtar Respublikasında və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.

  • Последняя ситуация в оползневой зоне – ОБНОВЛЕНО

    В оползневой зоне в Бадамдаре сохраняется напряженность.

    Как сообщили в штабе, созданном Министерством экологии и природных ресурсов, произошли малые обвалы с оползневой массы, вдоль склона наблюдаются сползание грунтовых масс.

    Также сообщается, что есть изменения в размерах трещин, возникших в правой и левой частях оползня. Вместе с тем, показания маячков, установленных на стенах верхних домов, не изменились.

    * * * * *

    В оползневой зоне на Бадамдаре увеличилось число трещин.

    Как сообщили в штабе, созданном Министерством экологии и природных ресурсов, согласно результатам мониторинга на 09:00, на участке зафиксировано увеличение числа трещин.

    В правой и левой частях оползневой зоны зафиксированы новые трещины.
    //oxu.az

  • Sürüşmə zonasında son vəziyyət – YENİLƏNİB

    Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

    Məlumatda bildirilib ki, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

    * * * * *

    Badamdar sürüşmə zonasında çatların sayı artıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.

    Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.
    //oxu.az