Month: October 2018

  • Tanışına səbəb olmadan 5 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Əlyar Osmanovun (1976-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il martın 7-də Binəqədi rayonu ərazisindən 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə Xaliq Kələntərov (1980-ci il təv.) çatdırılıb. Həkimlər zərərçəkmiş şəxsin həyatını xilas ediblər. Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları cinayəti törədən Əlyar Osmanovu saxlayıblar. Məlum olub ki, o əvvəllər məhkum olunub.

    Məhkəmə nəticəyə gəlib ki, Ə.Osmanovun ittiham olunduğu CM-nin 29.120.1-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, prosesdə ifadə verən zərərçəkmiş Xaliq Kələntərov bildirib ki, Ə.Osmanovla münasibətləri yaxşı olub, hadisə baş verən gün hər ikisi içkili olub və sadəcə aralarında anlaşılmazlıq baş verib, bir-birlərini başa düşməyiblər. Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını deyib.

  • Narkoloji Mərkəz işi: Atam evi yandıracağını deyirdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

    Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində M.Məmmədovun oğlu Vahid Məmmədov ifadə verib.

    O, atasından narazılıq edib:

    “Atam içki içən idi. Uşaq olanda anam onu Mərkəzə müalicə üçün gətirib. Sonuncu dəfə atamı 2009-cu illərdə ora apardıq. Evdə hər kəs atama yalvarırdı ki, içməsin. Atam isə bizi eşitmirdi, o, içəndə özünü apara bilmirdi. Biz də onu yenidən Mərkəzə apardıq. Orada atamın həkimi Afət xanım idi”.

    V.Məmmədov söyləyib ki, atası Mərkəzdə müalicə onları hədələyib:

    “Hər dəfə zəng edəndə gəlib evi yandıracağını deyirdi. Biz arada ora gedirdik. Ona siqaret aparırdım”.

    Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

    Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

    İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

    Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

    M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

    Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.//oxu.az

  • Facebook обвинили в обмане, вновь слышны требования об увольнении Цукерберга

    Маркетинговые агентства судятся с соцсетью, полагая, что команда Марка Цукерберга около года знала о проблеме «накручивания» просмотров видео, размещаемых пользователями в соцсети, но предпочла скрывать это от рекламодателей.

    Как сообщает Median.Az со ссылкой на hightech.plus, новый скандал заставил акционеров опять поднимать вопрос о необходимости отстранить основателя Facebook от управления компанией.

    Ранее Facebook признавала, что ошиблась в оценке количества просмотров видео, завысив этот показатель на 60-80%. Маркетинговые агентства, которые размещали рекламу в соцсети, подали в суд на компанию и утверждают, что на самом деле Facebook завысила количество просмотров на 150-900%, сообщает CNBC.

    В компании Марка Цукерберга объясняют случившееся не злым умыслом, а ошибкой в подсчетах. В Facebook также заверили, что не брали с рекламодателей лишних денег. Но контрагенты считают, что на самом деле компания около года знала о проблеме, но не хотела рассказывать об этом.

    Истцы требуют от Facebook компенсацию, однако сумма не называется.

    У Facebook накопилось множество проблем за последние два года. Это и обвинение в разрушении демократии, и сокращение количества пользователей, и необходимость цензурировать контент, и многое другое. Акционеры компании уже ставили вопрос о том, что Марк Цукерберг не справляется с управлением, и теперь только убедились в этом.

    «Независимый председатель правления необходим для развития Facebook и окончания всех этих неприятностей, а также восстановления доверия американцев и инвесторов», — уверен Скотт Стрингер, казначей Нью-Йорка.

    Как представитель акционеров, он выступает за отстранение Цукерберга. Стрингера поддерживают несколько других акционеров, однако даже вместе они вряд ли смогут чего-то добиться. Хотя Марку Цукербергу не принадлежит контрольный пакет акций компании, ее устав закрепляет за ним право решающего голоса. При такой структуре его акции имеют в 10 раз больше веса при голосовании, чем акции других совладельцев Facebook.

  • Bakıda həkim səhlənkarlığı daha bir can aldı – Meyit ortalıqda qaldı

    Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi üzündən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya mərhumun qızı Nərmin Əhmədova məlumat verib.

    “Dünən gecə saat 2-nin yarısında anamın vəziyyəti anidən pisləşdi və təcili yardım çağırdıq. Təcili Tibbi Yardım pul aldıqdan sonra anamı Respublika Kliniki Xəstəxanasına gətirdi. Qeydiyyat üçün 10 manat verdik. Sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Rasim adlı həkim xəstəyə baxdıqdan sonra vəziyyətinin ağır olduğunu, gecə növbəsi olduğundan xəstəyə baxmağın çətin olduğunu dedi. Biz də hər cür “hörmət” edəcəyimizi, təki anama yaxşı baxılmasını, hətta lazımdırsa, başqa bir xəstəxanaya köçürülməsini istədik. “Narahat olmayın” deyib, getdi” – deyə Nərmin Əhmədova bildirib.

    Onun sözlərinə gərə, gecə saat 05.00 radələrinə qədər xəstə haqda heç bir məlumat verilməyib, nə kompüter tomoqrafiya, nə də exo kordioqrama edilməyib:

    “Təkcə qan analizi götürüblər. Onu da pul aldıqdan sonra ediblər. Səhər saat 5-də məlumat verdilər ki, vəziyyəti yaxşıdır, təzyiqi də normaya düşüb. Səhərə qədər orada gözlədik. Amma əlavə heç bir məlumat vermədilər. Davamlı olaraq mühafizəyə pul, ora pul, bura pul… Bu şəkildə xəbər gözləyirdik. Saat 1-in yarısında qohumlarımızdan biri yanına girəndə görüb ki, qadının bədəni gömgöydür. Onda dedilər ki, xəstə indicə keçindi və heç nə edə bilmədik”.

    Nərmin Əhmədova bildirb ki, Səhiyyə Nazirliyinə və xəstəxana rəhbərliyinə müraciət etsələr də, laqeyidliklə üzləşiblər:

    “Səhiyyə Nazirliyinə müraciət etdik, xəstəxananın baş həkimi Telman İbadovun, müavininin yanına getdik, amma çox laqeyd şəkildə münasibət göstərdilər. Xəstə ölüb, amma bunların veclərinə deyil. Reanimasiyada 15-20 nəfər ağır xəstə də var. Onlar da baxımsız vəziyyətdədirlər. Anamın meyiti də eləcə, reanimasiya bölməsində, ortalıqda qalıb, baxan yoxdur. Heç bir müdaxilə olmadığı üçün xəstə 8-10 saat ərzində vəfat etdi”.

  • Bakıda şagird sinif yoldaşları ilə halallaşıb yoxa çıxdı – SƏBƏBİ ŞOK ETDİ

    Ayın 17-si oxuduğu məktəbdən yoxa çıxan 7-ci sinif şagirdi Məmmədxanov Azər tapılıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərin anası “Səni axtarıram”a müraciət edərək oğlunun yoxa çıxdığı barədə məlumat verib.

    Ana gözyaşı içində övladının itkin xəbərini bu sözlərlə verib:

    “Həmişə dərsdən çıxıb evə gəlirdi. Bu gün evə gəldim ki, yoxdu evdə. Zəng vurdum valideyinin birindən soruşdum. Dedi ki, Azər çantasında nə qədər kitabı varsa, hamısını sinifə töküb, çıxıb gedəndə “Uşaqlar, haqqınızı halal edin, mən gedirəm” deyib. Gündəliyi açdım, gördüm ki, iki dənə “2” alıb. Sinif yoldaşlarından biri dedi ki, Riyaziyyat müəllimi “2” verib ona. O da çox əsəbiləşib. “2”ni dərsə görə almayıb, nə isə yazırmış. Müəllim də elə cəzalandırıb onu. Sonra da sinifdən çölə çıxardılıb. Sonra deyib ki, “Anam mən öldürəcək. Müəllim zəng vuracaq evə, anam da məni döyəcək”.

    Qeyd edək ki, artıq Azər tapılaraq ailəsinə təhvil verilib.

  • Вынесены приговоры лицам, шантажировавшим женщин интимными фотографиями

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении Астана Азизова, обвиняемого по статье 182 (вымогательство) УК Азербайджана.

    Как сообщает Median.Az по обвинительному акту, Астан Азизов угрожая знакомой женщине распространением фотографиями интимного характера отобрал у потерпевшей 4000 долларов.

    Суд приговорил А.Азизова к 8 годам лишения свободы.

    Еще один приговор был вынесен сегодня в отношении Эльвина Исмайылова, также обвиняемого по статье 182 УК Азербайджана.

    Анологным образом, Исмайылов познакомился с замужней женщиной в социальных сетях. Они обменивались интимными фотографиями, которые потом Эльвин использовал для шантажа. Он потребовал у женщины 10.000 манатов, тогда потерпевшая обратилась в правоохранительные органы.

    Суд приговорил Э.Исмайылова к 3 годам лишения свободы.

  • İntim fotoları qadınları şantaj edən 2 nəfərə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Astan Əzizovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Astan Əzizov tanış olan qadına hədə-qorxu gələrək, ona məxsus 4.000 dollar pulu ələ keçirib. Əks təqdirdə, onun fotolarını sosial şəbəkədə yayaçağını bildirib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Daha bir hökm təqsirləndirilən Elvin İsmayılov barəsində çıxarılıb. Anoloji əməlləri tanış qadına qarşı törədən şəxs də CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, E.İsmayılov sosial şəbəkədə tanış olduğu evli qadının, ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10.000 manat tələb edib.

  • В Азербайджане проверят БАД-ы

    Агентство продовольственной безопасности Азербайджана совместно с ООО “Центр аналитической экспертизы” будут проводить проверки для вывода из обращения запрещенных к продаже биологически активных добавок к пище.

    В связи с этим между двумя структурами был подписан меморандум о взаимопонимании.

    Заместитель председателя Агентства продбезопасности Баларагим Гулиев отметил, что основная цель меморандума состоит в усилении взаимодействия при осуществлении задач и прав по направлениям деятельности, определенным законодательством, и проявлении совместных усилий в обеспечении населения безопасными и качественными продуктами питания.

    Он добавил, что по итогам мониторинга в Азербайджане было выявлено 15 наименований пищевых добавок, представляющих угрозу для здоровья человека. Кроме того, было выявлено 50 наименований биологически активных пищевых добавок, соответствующих по своему составу лекарственным препаратам.

    Директор ООО «Центра аналитической экспертизы» Мурад Сулейманов отметил, что в планы взаимного сотрудничества включены совместные проверки, проводимые в целях изъятия запрещенных биологически активных пищевых добавок из оборота, а также проведение регулярных мониторингов.

  • Teleqüllə ətrafında yeni təhlükə

    Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək.

    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək:

    “Hazırda sürüşmənin dərinlik müstəvisini tapılmaq üçün tədqiqatlar aparılır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq”.

    Qurban Yetirmişli qeyd edib ki, ərazidə elmi cəhətdən tədqiqat işləri aparıb:

    “Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Hələ ki, üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir. Bu işi dayandırmaq olmaz”.

    Direktor qeyd edib ki, Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək:

    “Amma orada dörd ay analiz aparmışdıq. Sürüşmə prosesini öyrənmək bir günlük məsələ deyil. İlkin məlumata görə, sürüşmə 46 mert dərinlikdədir. Üst hissədə hansı dərinlikdə olması isə bilinmir”.

    Qurban Yetirmişli əlavə edib ki, ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir:

    “Zəif təkanları açıqlamırıq. Xəzərdə güclü təkanlar olsa idi, sürüşmə ərazisində dağıntılar baş verərdi”.//oxu.az

  • Эрдоган: Да увековечит Аллах наше братство с Азербайджаном!

    Президент Турции Реджеп Тайип Эрдоган во время выступления на церемонии открытия университета Dokuz Eylül затронул отношения с Азербайджаном и строительства завода STAR в Турции.

    В своем выступлении турецкий лидер подчеркнул, что он откроет нефтеперерабатывающий завод STAR, построенный SOCAR в турецком городе Измир, совместно с президентом Азербайджана Ильхамом Алиевым, и пожелал, чтобы предприятие, в которое вложили 6,5 млрд долларов, принесло выгоду обеим странам.

    Поблагодарив всех, кто приложил усилия для строительства завода в Турции, Эрдоган поздравил азербайджанский народ с Днем независимости.

    Глава государства подчеркнул, что отношения между Турцией и Азербайджаном достигли уровня, которого суждено достичь лишь немногим странам:

    «Да увековечит Аллах наше единство, равенство и братство! Иншаллах, в предстоящий период мы еще больше продвинем вперед наши политические, социальные и экономические связи».

    Отметив, что завод STAR внесет большой вклад в процветание региона и мира, турецкий лидер назвал завод «вложением, которое поможет снизить на 1,5 млрд дефицит нашего текущего счета (платежного баланса – ред.).