Month: October 2018

  • В Гаджигабуле “Mercedes” сбил насмерть жителя района

    Как сообщает Median.Az, накануне примерно в 20 часов в поселке Муган Гаджигабульского района автомобиль марки “Mercedes”, управляемый жителем Агдашского района Илькин Эйвазовым сбил насмерть жителя села Удулу Агаджафара Сафарова.

    В Главном Следственном Управлении МВД по факту ведется расследование.

  • Hacıqabulda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 18-i saat 20 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Ağdaş rayon sakini İlkin Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə Udulu kənd sakini Ağacəfər Səfərovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • В Баку ожидается потепление

    В Баку и на Абшеронском полуострове 20 октября ожидается переменная облачность, преимущественно без осадков.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, утром на отдельных территориях ожидается изморось.

    Прогнозируется южный ветер, который в дневные часы временами усилится.

    Ночью температура воздуха на на Абшеронском полуострове составит 15-17, днем 20-25 градусов тепла, в Баку ночью ожидается 15-17, днем 22-24 градуса тепла.

    Атмосферное давление опустится с 766 мм до 762 мм ртутного столба, относительная влажность составит 70-80%.

    В районах Азербайджана суббота в основном пройдет без осадков, утром на отдельных территориях прогнозируется туман, в некоторых районах ожидается моросящий дождь.

    Скорость юго-западного ветра в горных районах временами усилится.

    Ночью температура воздуха составит 11-16, днем 22-27 градусов тепла, в горах ночью ожидается 4-9, днем 15-19 градусов тепла.

  • Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı: Eləmişəm, özlüyümdə yaxşı eləmişəm! – VİDEO

    “Eləmişəm, özlüyümdə yaxşı eləmişəm”!

    Bu sözləri əməkdar artist Mehriban Xanlarova efirdəki biabırçılığa görə onu tənqid edənlərə cavab verərkən deyib.

    Median.Az xəbər verir ki, aktrisa efirdə “Azəri Vandamla” birlikdə şpaqat açmasını və təpik atmasını qınayanları anlamadığını bildirib:

    “Hər kəs bilir ki, mənim sənətim aktrisalıqdır. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. “Azəri Vandam” mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə onunla bir yerdə şpaqat açmaq istədim. Halbuki, bu, məndə alınmadı., hər kəs gördü ki, mən sonadək şpaqat aça bilmədim. Sadəcə qonağıma hörmət əlaməti kimi onun hərəkətlərini təkrarladım. Bundan sonra da gəlsə, mən yenə ona hörmətlə yanaşacam. O da bizim azəri balamızdı.

    Belə də ki, mən bunu küçədə camaatı başıma yığıb, özümü reklam üçün eləməmişəm ki. Eləmişəm, özlüyümdə, yaxşı eləmişəm. Öpürəm! Bay-bay”!

    Xatırladaq ki, əməkdar artist Mehriban Xanlarovanın “Canım sizə desin” şousunun növbəti qonağı özünə “Azəri Vandam” ləqəbi qoyub klounluq edən gənc olub. O, sosial şəbəkələrdə paylaşdığı videolarda etdiyi hərəkətləri efirdə təkrarlayıb. Aparıcı gah “Vandama” təpik atıb, gah da onunla birlikdə şpaqat açmaq istəyib. Biz hələ şit zarafatları demirik. Xanlarovanın da ona qoşulub klounluq etməsi birmənalı qarşılanmayıb. Əməkdar artistin yaşına və statusuna yaraşmayan hərəkətləti bir çox tamaşaçını hiddətləndirib. Sosial şəbəkə istifadəçilərinin sözügedən kadrlara reaksiyası belə olub: Bu nə biabırçılıqdır?!//baku.ws

  • Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı… – VİDEO

    Bakıda taksi sürücüsünün avtomobilini avtoyuma məntəqəsindən qaçırıblar.

    Median.Az xezerxeber.az-a istinadən məlumatına görə, Bakı şəhər sakini, taksi sürücüsü Rəşad Əlizadə iddia edir ki, bir neçə gün əvvəl axşam saat 21:00 radələrində yaşadığı Binəqədi rayonu Mir Cəlal küçəsində 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını qoyaraq evə gedib.

    Bir müddət sonra o, avtomobilini götürməyə gəldikdə maşını avtoyuma məntəqəsində görməyib.

    15 dəqiqə keçdikdən sonra Rəşad Əlizadə yenidən avtoyuma məntəqəsinin işçisi Ceyhun Məmmədova zəng vurub. Ona zəng çatmadığı üçün sürücü məcbur qalıb ‘”102” xidmətinə avtomobilin qaçırılması ilə bağlı məlumat verib. Bir az sonra C. Məmmədov avtomobilsiz Rəşad Əlizadənin yanına gəlib.

    Hadisə yerinə ərazi üzrə Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları gəlib. Hər iki şəxsi bölməyə aparıblar. Polis isə avtomobili cərimə meydançasında aşkar edib. Araşdırma zamanı məlum olub ki, Ceyhun Məmmədov avtomobili sərxoş idarə etdiyi üçün yol polisi ona 500 manat məbləğində cərimə yazıb.

    Hadisə ilə əlaqədar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsindən isə bildiriblər ki, belə bir hadisə olub və hazırda fakt araşdırılır.

  • Sürücülərin nəzərinə! Vaxt 2 dəfə artırıldı

    Azərbaycanda vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, nəqliyyat vasitəsini 10 gün deyil, 20 gün müddətində texniki baxışdan keçirməlidir.

    “Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”sində dəyişiklik edib.

    Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

    Əsasnamənin 7-ci (Məsuliyyət) maddəsinə əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    İndiyədək vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idi. Dəyişikliklə bu müddət 10 gün deyil, 20 gün olacaq.

  • Bərdə sakini sosial şəbəkələrdə azyaşlı xərçəng xəstəsini öz övladı kimi təqdim edib, pul yığdı

    Bərdə rayon sakini Xəyyam Rzayev rayon polis şöbəsinə müraciət edərək Ruslan adlı şəxsin sosial şəbəkələrdə hesab açaraq onun xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu öz övladı kimi təqdim etdiyini və oğlunun şəkillərini paylaşdığını bildirib.

    Median.Az report-a istinadən xəbər verir ki, şikayətçi qeyd edib ki, Ruslan sosial şəbəkə istifadəçilərindən onun oğlunun şəkilləri vasitəsilə “Kapital bank”da açdığı hesaba pul köçürmələrini xahiş edib.

    Daha sonra X.Rzayev oğlunun müalicəsi üçün yığılan pulları tələb etdikdə, Ruslan vəsaiti verməkdən boyun qaçırıb.

  • Pərvin Abıyevanın nəfəskəsən ehtiraslı rəqsi – VİDEO

    Aktrisa Pərvin Abıyeva bir neçə gün əvvəl doğum gününü qeyd edib.

    Dünən isə aktrisa 28 yaşını daha geniş dost çevrəsi ilə və daha təmtəraqlı şəkildə qeyd edib. Pərvin gecəyə ehtiraslı rəqsləri ilə damğa vurub.

    O, doğum günü üçün bir neçə gün əvvəlcədən azərbaycanlı rəqqas və xoreoqraf Mehmandan dərs alıb. İdeal bədən quruluşuna malik olan aktrisanın cazibədar rəqsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Onun peşəkarcasına rəqs etməsi diqqət çəkib.//1news.az

  • В регионах за похищение скота задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Гедабейсккого РОП в ходе следственно-розыскных мер задержали жителя района Аслана Тагиева, который 18-го сентября похитил со двора жителя района Турала Насибова одну корову. В ходе расследования выяснилось, что он в июне-июле прошлого года украл у трех жителей района 5 лошадей.

    Кроме этого, сотрудники Агстафинского РОП задержали жителя района Махира Гасанова, который 8-го октября украл с подсобного помещения жителя района Ягуба Абадова 12 овец, сотрудники Гаджигабульского РОП задержали жителя города, ранее судимого Видади Гасымова, который с дворового участка жителя района Р.Рзаева 9 овец.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Regionlarda mal-qara oğurluğuna görə 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Tural Nəsibovun 1 baş inəyini oğurlayan rayon sakini Aslan Tağıyev saxlanılıb. Araşdırma zamanı, onun ötən ilin iyun-iyul aylarında daha 3 nəfərə məxsus 5 baş atı kəndin otlaq sahəsindən oğurlaması məlum olub.

    Bundan başqa, Ağstafa RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Yaqub Abadovun yardımçı təsərrüfatından 12 baş qoyun oğurlayan rayon sakini Mahir Həsənovu saxlayıblar.

    Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də R.Rzayevin həyətyanı sahəsindən 9 baş qoyun oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Qasımov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.