Month: October 2018

  • Церемония открытия завода STAR – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    В районе Алиага турецкой провинции Измир началась церемония открытия нефтеперерабатывающего завода STAR.

    Телеканал Haber Global осуществляет прямую трансляцию церемонии открытия завода.

    В церемонии принимают участие президент Азербайджана Ильхам Алиев, президент Турции Реджеп Тайип Эрдоган, президент SOCAR Ровнаг Абдуллаев, представители государств и правительств обеих стран.

    Отметим, что в августе в нефтехимическом комплексе STAR, построенном в районе Алиага города Измир (Турция) за счет инвестиций SOCAR объемом 6,3 млрд долларов, началась тестовая переработка сырой нефти.

    Так, в августе компания SOCAR Trading поставила на НПЗ STAR первую партию азербайджанской нефти Azeri Light объемом 80 тыс. тонн.

    Согласно контракту, подписанному между SOCAR и «Роснефтью» в прошлом месяце, с декабря этого года в течение года НПЗ STAR получит миллион тонн сырой российской нефти.

  • STAR zavodunun açılış mərasimi – CANLI YAYIM

    Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilir.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

    Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

    Dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

    Sonra xatirə şəkli çəkdirilib.

    STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

  • “Milli Qəhrəmanın adına olan məktəbin ərazisi satılıb” – Video

    Milli Qəhrəman Eldar Həsənovun adı verilən Cəlilabad şəhər 3 saylı ümumi orta məktəbin idman meydançasının ərazisi satılıb və həmin ərazidə yaşayış evləri tikilib.

    Bu barədə bizimyol.info-ya Cəlilabad sakini Bayramov Emil Dənizxan oğlu bildirib.

    Onun sözlərinə görə, məktəb üçün yeni inzibati binanın inşa olunmasına ehtiyac var: “Şagirdlər tədris üçün yararsız vəziyyətdə olan daxmalarda təhsil alırlar”.

    E.Bayramov bildirib ki, Milli Qəhrəman Eldar Həsənovun büstü də baxımsız vəziyyətdədir.

    Cəlilabad sakini Bayramov Emil Dənizxan oğlunun müraciəti əsasında 15 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinə informasiya sorğusu göndərilib.

  • “AA” seriyalı avtomobil piyadaların yolunu kəsdi – Fotolar

    “AA” seriyalı nömrə nişanlı avtomobillərin sürücülərinin qaydanı pozması halların tez-tez rast gəlinir. Bu dəfə isə həmin avtomobillərdən biri piyada səkisini zəbt etdi.

    Bakının Fikrət Əmirov küçəsi 13 ünvanında, piyada səkisində “Mercedes – Benz” markalı “Maybach S S600” model, 01 AA 900 dövlət nömrə nişanlı avtomobil qanunsuz olaraq park edib. Nəticədə piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb.

    Qeyd edək ki, hazırda “AA” nömrə nişanlı avtomobillər həm özəl, həm də dövlət sektoruna məxsusdur.

    Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, bu dövlət nömrə nişanlı avtomobil onların balansında deyil.
    //bizimyol.info

  • Səhiyyə Nazirliyində yeyinti – Hesablama Palatasının audit nəticələri

    Səhiyyə Nazirliyi “Dövlət satınalmaları haqqında” qanunun tələblərini yerinə yetirməyib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət büdcəsinin dövlət əsasli vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair Hesablama Palatası tərəfindən həyata keçriilən auditin nəticələrinə istinadən xəbər verir.

    Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstəriləməklə verilən razılığa istinad edilərək “Təkliflər sorğusu” və ya “Bir mənbədən satınalma” metodu tətbiq edilməklə 5 obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37 994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.

    Satınalma proseduru keçirilmədən 14.04.2017-ci il tarixdə 1 halda 2 906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

    Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib.

    “Dövlət satınalmaları haqqında” qanunun 9-cü maddəsinin tələbinə əsasən satınalan təşkilatla malgöndərənlərin bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar yazılı formada təqdim olunmalı olduğu halda, auditlə əhatə edilən dövrdə Nazirliyin tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusunun iddiaçılara yazılı formada verilməsi və iddiaçılar tərəfindən daxil olan qiymət təklifləri müvafiq qaydada qeydiyyatdan keçirilməyib həmçinin qanunun 5-ci maddəsinin tələbinə əsasən bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməli olduğu halda, 2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.

    2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.

    Səhiyyə Nazirliyi üzrə 01.01.2018-ci il tarixə 24 obyekt üzrə tikintisi başa çatmamış işlərin dəyəri 121 547,6 min manat təşkil edib, 2016-2017-ci illər üzrə dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından daxil olan vəsaitlərin istifadəsi barədə bir sıra dövlət təşkilatlarına, o cümlədən İqtisadiyyat Nazirliyinə, Statistika Komitəsinə hesabat təqdim edilsə də bu məlumatlarda bəzi uyğunsuzluqlara yol verilib.

    Əsaslı vəsait qoyuluşuna 2016-cı ildə 83 463,4 min manat vəsait istifadə olunsa da İqtisadiyyat Nazirliyinə təqdim olunan illik hesabatda 83 217,4 min manat, 246 min manat vəsaitin az istifadə olunması göstərilmiş, bu uyğunsuzluq Dövlət Statistika Komitəsinə təqdim olunan hesabatda da öz əksini tapıb.

    Auditin nəticəsi Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunub, qərarın surəti Səhiyyə Nazirliyinə göndərilib, nəzarət tədbirinin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

  • На 17 лет осужден 62-х летний мужчина, убивший жену в Маштаге

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Замина Расулова, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 29-го марта этого года проживающий в поселке Маштага Замин Расулов на семейно-бытовой почве нанес ножевые ранения жене Натаван.

    В результате из-за интенсивной кровопотери женщина скончалась на месте происшествия. В тот же день З.Расулов был задержан сотрудниками 14-го отделения полиции Сабунчинского РУП, районная прокуратура возбудила уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Согласно информации, до происшествия Замин Расулов перенес инфаркт и был помещен в больницу. После курса лечения жена и дочь забрали его домой. По приезду домой между супругами возник семейный инцидент, поэтому в порыве ярости Расулов взяв большой кухонный нож, нанес им супруге многочисленные ножевые ранения. Дочь пыталась помешать отцу, она вызвала скорую помощь, но уже было поздно.

    Суд приговорил обвиняемого к 17 годам лишения свободы.

  • Maştağada arvadını öldürən 62 yaşlı kişiyə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il martın 29-da Maştağa qəsəbəsində yaşayan 62 yaşlı Zamin Rəsulov ailə münaqişəsi zəminində arvadı, 60 yaşlı Natəvanı bıçaqla qətlə yetirib. Həmin gün Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Z.Rəsulov saxlanılıb. Məlumata görə, yaşlı kişi həyat yoldaşına mətbəx bıçağı ilə 13 zərbə endirib.

    Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikdən sonra aralarında mübahisə yaranıb, buna görə Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək, qadına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib, təcili yardım çağırsa da, artıq gec olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Во Вьетнаме открылась школа, построенная при поддержке Фонда Гейдара Алиева – ФОТО

    В поселке Джиап Транг вьетнамской провинции Хазянг состоялась церемония открытия начальной школы, построенной при поддержке Фонда Гейдара Алиева.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в церемонии приняли участие посол Азербайджанской Республики в Социалистической Республике Вьетнам Анар Иманов и заместитель председателя Народного комитета провинции Хазянг Тран Дуч Гуй, а также официальные лица провинции, ученики и преподаватели школы, представители поселковой общины.

    Посол А.Иманов в своем выступлении особо подчеркнув наличие исторически тесных связей между Азербайджаном и Вьетнамом, сказал, что строительство этой школы является наглядным свидетельством значения, придаваемого Азербайджаном отношениям с Вьетнамом. Отметив, что этот проект, реализованный Фондом Гейдара Алиева под руководством первого вице-президента Азербайджанской Республики Мехрибан Алиевой, в значительной степени расширит возможности обучения детей, проживающих в поселке, посол подчеркнул, что ранее Фонд осуществил многочисленные социальные проекты в Азербайджане и ряде дружественных Азербайджану странах. Посол выразил надежду на дальнейшее развитие и укрепление традиционных дружественных связей между Азербайджаном и Вьетнамом, проинформировал участников мероприятия о деятельности Фонда Гейдара Алиева.

    Тран Дуч Гуй выразил удовлетворение тем, что среди оказавших сильную поддержку его стране в очень тяжелой для Вьетнама войне и в послевоенное время был и азербайджанский народ. Он также выразил глубокую признательность всему азербайджанскому народу в лице Фонда Гейдара Алиева за строительство начальной школы в поселке на высокогорной территории провинции Хазянг. Тран Дуч Гуй сказал, что благодаря улучшению условий для получения образования учащиеся школы смогут эффективнее использовать новые возможности и стать достойными представителями провинции Хазянг. Кроме того, он отметил, что воспользовавшись созданными условиями, учащиеся смогут изучать иностранные языки для получения возможности продолжить учебу в вузах Азербайджана.

    Мероприятие продолжилось подготовленной учащимися концертной программой.







  • Ələkbər Yasamallı: “O qız hansısa yaxşı oğlanın yoldaşı ola bilər, diqqətli ol” – VİDEO

    Azərbaycanda söz sənətkarlarının növbəti battle (döyüşü) baş tutub.

    Tədbirdə münsif kimi iştirak edən tanınmış meyxanaçı Ələkbər Yasamallı yenə də verdiyi cavabla diqqət mərkəzinə düşüb.

    O iştirakçılardan birinin bacı atmacasına özünəməxsus şəkildə cavab verib: “Sən deyirsən ki, kiminsə bacısına “whatsapp”da nəsə yazarsan. Ancaq unutma ki, kiminsə bacısı, hansısa yaxşı oğlanı yoldaşı ola bilər və həmin oğlan gəlib sənə cavab verər”.

    Ələkbərin bu cavabı sosial şəbəkədə trendə çevrilib və bəyəni toplayıb.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber.com

  • “Səni axtarıram”da manyakın əməlləri üzə çıxdı — VİDEO(+18)

    “Xəzər” telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Sən axıtarıram” verilişində daha bir dəhşətli hadisənin üstü açılıb.

    “Ölkə.Az”-ın məlumatına görə, proqrama müraciət edən Daşkəsən rayonu, Tapan kəndinin 15 yaşlı sakini Aytac Bağırova atası Firdovsi Bağırovun öz valideynlərini öldürməyə cəhd etdiyini qeyd edib. X.Hidayətqızının iştirakıyla Daşkəsənə yollanan çəkiliş qrupu dəhşətli mənzərəylə üzləşiblər. Aytacın dediyi kimi, F.Bağırov öz valideynlərini, həmçinin övladlarını və həyat yoldaşını öldürməyə cəhd edib.

    “Səni axtarıram”ın ekepsertləri sözügedən şəxsin manyak olduğunu və təkcə öz ailəsi üçün deyil, Tapan kəndinin digər sakinləri üçün də təhlükə olduğunu qeyd ediblər. Məlum olub ki, bundan öncə bir dəfə məhkumluq həyatı yaşamış F.Bağırov hazırda Daşkəsən meşələrində gizlənir. Ailə isə qorxudan qohumların evinə sığınıb. F.Bağırov qızına və həyat yoldaşına xəbər göndərərək, onları öldürməyənə qədər sakitləşməyəcəyini söyləyib.