Month: November 2018

  • МВД о появлении окровавленных шприцов в Хырдалане

    Министерство внутренних дел Азербайджана прокомментировало распространенную некоторыми СМИ информацию об обнаружении в парке Хырдалана игл для шприцов со следами крови.

    Как передает Median.Az со ссылкой на Report, начальник пресс-службы Министерства внутренних дел Эхсан Захидов заявил, что сразу после распространения фото с обнаруженными на скамейках иглами было начато расследование.

    Выяснилось, что житель Баку взял фото со страницы соцсети гражданина, проживающего за границей, и поделился в своем Instagram:

    «Выяснилось, что снимки были сделаны за границей и распространены местными СМИ. В знак уважения к этой стране я не стану ее называть. Некоторые наши сайты, гоняющиеся за сенсацией, не уточнив информацию, преднамеренно распространили информацию о том, что данные фото якобы были сняты на Абшероне. Этим они пытались ввести население в заблуждение и вызвать панику».

  • Xırdalanda qanlı şpris başlıqlarının tapılmasına – RƏSMİ MÜNASİBƏT

    Daxili İşlər Nazirliyi bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

    Median.Az Report-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz “Instagram” səhifəsində paylaşıb:

    “Sonradan ucuz reytinq arxasınca qaçan bəzi aztanınan saytlarımız həmin fotoları götürərək öz səhifələrində yerləşdiriblər və iddia ediblər ki, guya bu şəkillər Abşeronda – daha dəqiq, Xırdalanda yerləşən parklardan birində çəkilib. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib.

    Belə ki, araşdırmalar zamanı o da məlum olub ki, fotolar hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim başqa bir dövlətin ərazisində çəkilib və bir müddət əvvəl də elə həmin ölkənin mətbuatında dərc edilərək geniş müzakirə olunub.

    Sensasiya arxasınca qaçan bəzi saytlarımız isə bilərəkdən heç bir dəqiqləşdirmə aparmadan bu fotoların guya Abşeronda çəkildiyini bildirərək əhali arasında çaşqınlıq və vahimə yaratmağa cəhd göstəriblər ki, bu da ən azından, təəssüf doğurmaya bilməz”.

  • Milli Məclisin iclaslarında müzakirə olunacaq məsələlər açıqlandı

    Milli Məclisin (MM) növbəti plenar iclaslarının, üç günlük müzakirələrinin gündəliyi açıqlanıb.

    Noyabrın 13, 14 və 15-i tarixlərində keçiriləcək plenar iclasların gündəliyi 11 məsələdən ibarətdir.

    Üç günlük müzakirələrdə 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, deputatların statusu, etik davranış qaydaları, MM-in Daxili Nizamnaməsi, həmçinin, notariatla bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri (sonuncular 2-ci oxunuşlarda) nəzərdən keçiriləcək.

    Büdcə müzakirələrinə baş nazir Novruz Məmmədov başda olmaqla, hökumət üzvləri də qatılacaqlar.//oxu.az

  • Задержан водитель, скрывшийся после наезда в Низаминском районе

    Как сообщает Median.Az, 10-го ноября на территории Низаминского района автомобиль неустановленной марки сбил жительницу столицы Дильшад Рагимову и скрылся.

    Потерпевшая была доставлена в больницу, где ей оказали необходимую медецинскую помощь.

    Сотрудники 25-го отделения полиции Низаминского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Ахмедага Ахмедова, который совершил наезд на автомобиле марки “Volkswagen”.

    В Низаминском РУП по факту ведется расследование.

  • Nizami rayonunda piyadanı vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, noyabrın 10-da Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Dilşad Rəhimova vurulub.

    Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın həyatı xilas edilib.

    Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Uşaqları soyuqda çöldə saxlayırlar: Bağçalarda özbaşınalıq

    Kapitalizm dövrünün tələblərinə uyğun olaraq günün yarıdan çoxunu iş başında keçiririk. Bu isə işdənkənar zəruri işləri vaxtında yerinə yetirə bilməməyimizə, uşaqlara zaman ayıra bilməməyimizə səbəb olur.

    Bu gün gərgin iş rejimində çalışan insanlar uşaqlarını dövlət və ya özəl bağçalara qoymaq məcburiyyətində qalır. Bəs görəsən, bu bağçalarda uşaqlara qarşı münasibət necədir?

    Oxucularımızdan gələn şikayətlərdən birində Arifə Mikayılova yazır ki, beş dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar:

    “Yoldaşım da, mən də işləyirik. Hər gün tezdən uşaqları Sumqayıt şəhərində yerləşən 62 saylı “Cırtdan” körpələr evi-uşaq bağçasına gətirirəm. Uşaqlar bağçaya saat 09:00-a qədər gəlməlidir. 5-10 dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar.

    O gün səhər beş dəqiqə gecikmişdim, 15 dəqiqə qapı döymüşəm ki, uşaqları qoyum, işə gedim. Həm uşaqları soyuqda saxlayıb xəstələndirirlər, həm də valideynləri yubadırlar. Bizimlə bərabər neçə valideyn uşaqları ilə qalmışdı qapıda. Gördülər, açmırlar, naəlac çıxıb getdilər. Koridordan keçənlər eşidir, amma özlərini eşitməzliyə vururdular. 

    Onu da deyim ki, ciddi qayda-qanundan danışırlar, amma bağçanın direktorunu heç vaxt işdə görmədik. Nə vaxt direktorla görüşmək istədiyimi desəm, hələ gəlmədiyini deyirdilər. Saat 11:00-dan tez gəldiyini görməmişəm ki, problemimi deyim. Bağçada baş tərbiyəçi kimi çalışan Tağıyeva Günel qapını açıb dedi ki, içəridə komissiya var, siz gecikmisiniz, içəri buraxa bilmərik. 

    İşdən çıxanda, yolu nəzərə alıb çalışıram tez çıxım ki, uşaqları vaxtında götürüm. Yolların vəziyyətindən danışmağa dəyməz, hamı bilir ki, pik saatlarda tıxac olur. Bir az gecikirsən, yenə həmin vəziyyət. Bu dəfə də uşaqlar çöldə, soyuqda qalır. Uşaqları soyuqda saxlamaq nə dərəcədə doğrudur? Xəstələnsələr, bir şey olsa, valideynlərə kim cavab verəcək?”.

    Eyni problemlə əlaqədar Bakıda fəaliyyət göstərən bir çox özəl və dövlət bağçalarından zaman-zaman şikayətlər eşidirik.

    Bu səbəbdən Oxu.Az olaraq qərara gəldik ki, məsələni araşdıraq.

    Valideyn şikayət edir ki, uşaqları çöldə saxlayıb xəstələndirirlər. 

    Tərbiyəçilər də şikayətlənir ki, iş saatları baxımından gecikən valideynləri gözləyə bilməzlər. Bəs bu sistemin bir balansı olmalıdır, yoxsa yox? Bu qayda-qanunlar necə tənzimlənir? Valideynləri gecikən uşaqların aqibəti necə olmalıdır? 

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunun 3.9-cu maddəsində qeyd olunub:

    “3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən, pedaqoji şura tərəfindən müəyyənləşdirilir”. 

    Təhsil üzrə ekspert Elvin Bədirov deyir ki, bu problemlərin yaranmasının məktəbəqədər təhsil müəssisələrinə nəzarətin müvafiq İcra Hakimiyyətlərinə verilməsindən sonra başlayıb:

    “Məktəbəqədər təhsil müəssisələrinin İcra Hakimiyyətlərinin inhisarında saxlanılması kökündən yanlış addımdır. Nəzarət Təhsil Nazirliyindən alınıb İcra Hakimiyyətlərinə verilən vaxtdan bu və digər problemlərin sayı artıb. Bu günə qədər bağçalarda heç bir inkişaf yoxdur. Bu məsələ təcili şəkildə Təhsil Nazirliyinin aidiyyəti qurumlarının nəzarətinə verilməlidir. Bağçalarda gecikmələr, valideynlərin və tərbiyəçilərin narazılığı isə başadüşüləndir. 

    Xarakter baxımından gecikmə məsələsi bütün azərbaycanlılara xas keyfiyyətdir. Amma nizam-intizam qaydaları da hər bir müəssisədə eyni deyil. Hər bir bağçanın özünün nizam-intizam qaydaları var ki, buna uyğun addımlar atılmalıdır. Bu cür problemlərin hər hansı kəskin qadağalarla aradan qaldırılması mümkün deyil. Nazirlər Kabinetinin müvafiq qanununa əsasən, məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına uyğun şəkildə sistemləşdirilməlidir. 

    Qarşıdan qış gəlir. Bu məsələyə bağça rəhbərliyi tərəfindən güzəşt edilməlidir, əks təqdirdə uşaqların sağlamlığı ilə bağlı çox ciddi problemlər hələ bundan sonra üzə çıxacaq. Paralel olaraq bağça rəhbərliyi bu işi tənzimləyən zaman müəllimlərin, tərbiyəçilərin iş qrafikinə də dəyişiklik edəcəyi üçün məsələyə ciddi yanaşılmalıdır. 

    Bu, o demək deyil ki, müəllimlər iş saatından sonra oturub vəziyyətdən sui-istifadə edən valideynləri gözləməlidir. Ona görə də bu məsələyə nəzarətin birbaşa Təhsil Nazirliyinə verilməsini təklif edirəm.

    Təhsil Nazirliyinin hazırlayacağı bəlli standartlar çərçivəsində bağçaların fəaliyyətinə dair qaydalar tənzimlənərsə, nə gecikmə, nə cədvəllərin hazırlanması ilə bağlı problem olar, nə də rəhbərliklə valideynlər arasında anlaşılmazlıqlar yaşanar”.

    Məsələyə rəsmi münasibət almaq üçün məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlarla da əlaqə saxlamağa çalışdıq. Bakı Şəhər İcra Hakimiyyətinə təbe olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirdilər ki, hazırda bu vəzifəyə təyinat yoxdur. İdarədə rəisi əvəz edən Eldar Yunusovla danışmağa çalışsaq da, bizi nə dinləyən oldu, nə də geri zəng edən.

    Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə məsələyə münasibət bildirəcək məsul şəxsin və ya əvəzləyici mütəxəssisin olmadığını dedi. 

    Xatırladaq ki, şikayət məhz Sumqayıt şəhərindən fəaliyyət göstərən 62 saylı uşaq bağçasından idi. Nəzarətin olmaması da problemlərin mövcudluğunu və özbaşınalığın mümkünlüyünü bir daha təsdiq edir.

  • Роя: Вы еще не вышли из грязи в князи – ФОТО

    Заслуженная артистка Роя Айхан в последнее время привлекает внимание своими публикациями в Instagram.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на этот раз певица прошлась по тем, кто припоминает ей прошлое.

    Роя выложила коллаж из своего фото, сделанного во время беременности, и актуального фото.

    «Иногда обо мне говорят: “из грязи в князи”. Я смеюсь и задумываюсь…

    Я очень огорчена, что вы еще не вышли из грязи в князи. Цель и мечта должны стать для человека близкими друзьями. Давайте любить себя, женщины, потому что я люблю Рою», – написала Роя.




  • Röya: Sizin “haradan” hələ də “haraya” çatmayıb – FOTO

    Əməkdar artist Röya Ayxan son zamanlar “Instagram” paylaşımları ilə diqqət mərkəzindədir.

    Sənətçi bu dəfə onun keçmişinə nəzər salanlara yazı həsr etməsi ilə diqqət çəkib.

    Hamiləlik fotosu ilə indiki görüntüsünü kollaj şəklində paylaşıb.

    “Bəzən kimsə mənə “Haradan hara” deyir. Gülümsəyib, düşünürəm…

    Çox məyus oldum, sizin “haradan” hələ də “haraya” çatmayıb. Amma məqsəd və arzu sənin yaxın dostun olmalıdır, özümüzü sevək, xanımlar, çünki mən Röyanı sevirəm”.//oxu.az




  • Хлеб стал дефицитом в Ашхабаде, очереди в магазинах – ВИДЕО

    В столице Туркменистана Ашхабаде наблюдается нехватка хлеба в госмагазинах и подорожание хлебных изделий у частных предпринимателей.

    Как передает Median.Az, об этом пишет «Хроника Туркменистана».

    Хлеб, поступающий в госмагазины, быстро заканчивается. Те, у кого в семье по четверо и более человек, вынуждены приходить по двое или трое и выстаивать очереди два раза в день. Купить можно только по одной лепешке на человека.

    Длинные очереди за хлебом можно наблюдать практически у всех госмагазинов столицы. В некоторых магазинах очереди стоят с раннего утра, другие магазины по продаже хлеба на протяжении нескольких последних дней остаются закрытыми. Также сообщается о закрытии некоторых пекарен.

    Как сообщают местные СМИ, цены на хлеб в некоторых коммерческих магазинах выросли уже до 5-6 манатов (1,4 – 1,7 доллара США).

  • Aşqabadda çörək qıtlığı: mağazalarda növbələr yaranıb – VİDEO

    Türkmənistanın paytaxtı Aşqabadda dövlət mağazalarında çörək qıtlığı və özəl müəssisələrdə un məmulatlarının bahalaşması müşahidə olunur.

    Median.Az-ın məlumatına görə, bu barədə “Türkmənistan xronikası” saytı məlumat yayıb.

    Dövlət mağazalarına daxil olan çörək sürətlə qurtarır. Ailəsində 4-5 adam olan şəxslər gündə bir neçə dəfə mağazalara gəlməli və növbələrə düzülməli olurlar. Çünki hər adama cəmi bir çörək satılmasına icazə var.

    Demək olar ki, paytaxtdakı bütün dövlət mağazalarının qarşısında uzun növbələr müşahidə olunur. Bir çox mağazaların qarşısında sübh tezdən növbələr yaranır. Digər çörək satan mağazalar isə işləmir. Bir çox çörəkxanaların bağlandığı bildirilir.

    Yerli KİV bəzi kommersiya mağazalrında çörəyin 5-6 manata (1,4-1,7 dollar) satıldığını yazır.