Month: November 2018

  • Nazir: Bütün növ pensiyalar artırılacaq

    Azərbaycanda bütün növ pensiyalar artırılacaq.

    Bunu Milli Məclisdə (MM) jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, Azərbaycanda bütün pensiyalar faizlərlə indeksasiya edilərək artırılacaq.

    Nazir sonra şəhid hərbi qulluqçularla bağlı yaranmış problemə toxunub və qeyd edib ki, əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul edib, şəxsən dinləyib:

    “Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”.

    Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır:

    “Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər.

    Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə bunun üçün beş il müddət nəzərdə tutulur, beş ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir.

    Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.//oxu.az

  • Narazı şəhid vərəsələri nazirliyin qarşısına toplaşdı – Sahil Babayev onları qəbul etdi

    “Şəhid hərbi qulluqçulara görə, əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb”.

    Bunu nazirliyin mətbuat katibi Fazil Talıbov deyib.

    O bildirib ki, həmin şikayətçiləri nazir Sahil Babayev qəbul edib: “Onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olunub. Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirilib”.

  • Hüseynə görə şəhərdə xaos yaradanlar avtomobili bu hala saldılar- FOTOLAR+VİDEO

    Xəbər verdiyimiz kimi, tanınmış viner Hüseyn Həsənov Bakıda fanatları ilə görüş keçirib.

    Azxeber.com-un məlumatına görə, görüşdən öncə Bakı küçələrində gərginlik yaşanıb.

    Belə ki, Hüseyni görməyə tələsən gənclər ətrafdakı insanlara və avtomobillərin hərəkətinə də mane olublar.

    Azxeber.com-a müraciət edən Bakı sakini Toğrul Səfərli bildirib ki, həmin gün təşkilatçıların onun dayısının avtomobilinin üzərinə çıxıblar: “Onlar maşının üstünə çıxaraq, iphone x paylayıblar. Nəticədə maşına ciddi ziyan dəyib, üstü batıb, güzgüsü sınıb. Biz məhkəməyə müraciət edəcəyik. Necə olur ki, şəhərin düz mərkəzində belə xaos yaranır və buna göz yumurlar?

    Zərərçəkən avtomobilin fotolarını və həmin gün çəkilən videonu da təqdim edib.

    Həmin görüntüləri təqdim edirik:






  • “Tarqovı”da ürək dağlayan hadisə: küçənin ortasında qan içində qaldı

    Bakının mərkəzində qan içində olan gənc oğlan aşkarlanıb.

    Üzeyir Hacıbəyov küçəsində 25-30 yaşlı oğlanın səkinin kənarında qan içində uzunması ilə bağlı polisə məlumat daxil olub. Əraziyə gələn polislər dərhal təcili yardım çağırıb və həmin şəxs xəstəxanaya çatdırılıb.

    Məlum olub ki, həmin şəxs 1988-ci il təvəllüdlü Məmmədov Seymur Xeyrulla oğludur. O, “Tarqovı” məhəllə kimi tanınan ərazidə kirayə yaşayır və evdə bıçaqla özünə çoxsaylı zərbələr endirib. Daha sonra həmin şəxs insanların ona kömək etməsi üçün küçəyə çıxıb və səkiyə yıxılaraq qalıb.

    Faktla bağlı araşdırma aparılır.

    ///Publika.az

  • В Азербайджане истекает срок использования пленок в автомобилях – ВИДЕО

    С 16 ноября дорожная полиция начнет в Баку рейды для выявления автомобилей со шторками и пленками на стеклах.

    Как передает Median.Az со ссылкой на Xezerxeber.az, об этом сказал начальник отдела Главного управления дорожной полиции Камран Алиев.

    По его словам, с 1 мая по 15 ноября водителям разрешается устанавливать на задние стекла автомобилей шторки и пленки. Однако 15 ноября этот срок истекает, и водители-нарушители будут штрафоваться.

    Отметим, что за установку на задние стекла пленок и шторок, изготовленных кустарным способом, предусмотрен штраф в размере 150 манатов.

  • 14-летний сын азербайджанского чиновника сбил на машине девочку

    В селе Узунбояд Шабранского района произошло ДТП.

    Как сообщает Median.Az со ссылкой на Report, житель села Тофиг Рафиг оглу Мурадов 2004 года рождения, управляя автомобилем марки VAZ-2107 с государственным номером 90-XF-512, сбил односельчанку Сакину Рамин гызы Исмайлову 2005 года рождения.

    Девочка была доставлена в Шабранскую районную центральную больницу, где у нее диагностировали перелом ноги. После оказания первой медицинской помощи подросток была отпущена на амбулаторное лечение.

    Отмечается, что Т.Мурадов приходится сыном председателю муниципалитета села Узунбояд Рафигу Мурадову.

    По факту проводится расследование.

  • В Баку станет возможной бронь парковочных мест через телефон

    В Баку планируют внедрить новые тарифы на парковку, а место в паркинге можно будет забранировать через телефон.

    Как сообщает Median.Az со ссылкой на Trend, об этом рассказал председатель правления Бакинского транспортного агентства Вюсал Керимли.

    Так, Керимли отметил, что в ближайшем будущем планируется разделить Баку на зоны и установить тарифы на парковку в соответствии с местом ее расположения.

    «На сегодняшний день в Баку паркоматы и стоянщики, осуществляющие деятельность рядом с ними, требуют разную сумму за парковку. Однако эти цены не должны отличаться от утвержденных Кабинетом министров Азербайджана. В настоящее время мы планируем разделить Баку на зоны, потому что тарифы в центре города и на периферии не могут быть одинаковыми. Работы в связи с этим близятся к завершению. Также мы планирует установить единые утвержденные тарифы не только на наземных, но и на подземных парковках. В связи с этим уже направлено обращение в соответствующие правительственные структуры. Что касается наземных парковок, то в настоящее время определяются цены на парковку в зависимости от зоны расположения», – сказал Керимов.

    По его словам, одной из целей новой системы паркинга, которая будет введена Бактрансагентством, является также поощрение безналичных рассчетов.

    «Также планируется обеспечить возможность заказывать место на паркинге посредством телефона. Со следующего года мы ходим установить в некоторых местах города электронные табло, на которых будет отображена информация о ближайших паркингах и наличии на них свободных мест. Например, есть такие люди, которые в зависимости от места работы, пять дней в неделю паркуются на одном и том же месте. Они смогут заранее заказывать место на парковке в зависимости от габаритов автомобиля и оплачивать парковку онлайн», – отметил глава агентства.

  • Центробанк Ирана отключили от SWIFT

    Международная межбанковская система передачи информации и совершения платежей SWIFT проинформировала Вашингтон об отключении от своей системы обмена сообщениями Центробанк Ирана и другие организации ИРИ, включенные в американские санкционные списки.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, об этом рассказала замглавы Минфина США Сигал Манделкер.

    Она предупредила, что Америка намерена строго воплощать в жизнь свои санкции против Исламской Республики и примет в отношении нее дополнительные меры давления.

    По словам Манделкер, европейские компании “в большом количестве покидают Иран”. Замминистра не тревожит инициатива ЕС по созданию специального механизма внешнеторговых расчетов с Ираном в обход санкций США, так как она считает, что ЕС и США могут выработать дополнительные механизмы для совместной работы.

    «По Ирану вы увидите, как предпримем намного больше вещей».

  • FHN-nin bölmə rəisinin köməkçisinə cinayət işi açıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsi rəisinin köməkçisi Gürsel Seyidov barəsində cinayət işi açılıb.

    G.Seyidov dələduzluqda və rüşvət verməkdə ittiham edilir.//oxu.az

  • Çeki saxlayın: ƏDV-nin 15 faizi geri qayıda bilər

    2019-cu ildən Azərbaycan hökuməti “kölgə iqtisadiyyatı”nın səviyyəsini azaltmaq üçün qarşısına konkret məqsəd qoyub. Bunlardan biri istehlakçıların aldıqları mal və xidmətə görə çek tələbetməsini stimullaşdırmaqla bağlı tədbirlərdir.

    Dövriyyənin rəsmiləşdirilməsi və nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə gələn il ƏDV-nin bir hissəsinin istehlakçıya geri qaytarılması ilə bağlı Vergilər Nazirliyinin təklifləri var.

    Belə ki, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri alacaq. Konkret olaraq, təkliflər belədir ki, vətəndaş aldığı mala görə əldə etdiyi çekləri təqdim etdiyi zaman əgər ödəniş nağdsız həyata keçirilibsə, ƏDV-nin 15 faizini, nağd şəkildə alış-veriş edilibsə, yenə də kassa çeki varsa, 10 faizini geri ala biləcək. Bu həm rəsmiləşməyə doğru aparan bir təşviq mexanizmidir, həm də nağdsız dövriyyənin həcmini artıracaq.

    O da məlumdur ki, Azərbaycanda ƏDV 18 faizdir və vergi daxilolmalarının böyük hissəsi məhz ƏDV-nin üzərinə düşür. 2019-cu ilin büdcəsində vergi daxilolmalarının həcmi artırılıb, bu halda bu təklifin büdcəyə mənfi təsiri ola bilərmi?

    İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda ƏDV-nin 18 faiz təşkil etdiyini nəzərə alsaq, 100 manatda 18 manat edir. Və büdcədə ƏDV-nin gəliri 5,3 milyard təşkil edirsə, orta hesabla nağdsız, nağd hesablaşmaları 13,5 faizlə götürsək, bu, təxminən 375 milyon manat edir. Üstəlik, ƏDV-nin geri qaytarılması ancaq qeyri-neft sektoru məhsullarına aid edilir.

    “Burada başqa bir məsələ var, siz inanırsınızmı bu çeklər yığılıb təhvil veriləcək? Əgər vətəndaş 1000 manatlıq dövriyyə etsə, bu 180 manat edir. Tutaq ki, 15 faiz nağdsız dövriyyə ilə edib, bu halda ona çatacaq məbləğ 27 manatdır. Belə məbləğə görə vətəndaşın hansısa bankın və ya idarənin qapısını döyməsi üçün, bəlkə, marağı olar, ancaq kiçik həcmlərə görə inanmıram.

    Ümumən, bu təklifi dəstəkləyirəm, sadəcə olaraq, sual yaranır ki, mexanizm işləyəcəkmi? Çünki bizdə nağdsız ödəniş mədəniyyəti hələlik yoxdur”.

    Ancaq əminliklə demək olar ki, bu təklif tətbiq edilərsə, müsbət tendensiya yaranacaq. Çünki insanlar hansısa formada pul alacaqlarını bildikləri üçün çek tələb edəcəklər. Bu isə sahibkarları məcbur edəcək ki, dövriyyəni rəsmiləşdirsinlər. Rəsmiləşdirmə isə büdcəyə daxilolmanın həcmini artıracaq.

    Ona görə də bu gün mümkün imkanlardan istifadə edib, təşviq mexanizmlərini artırmaq lazımdır. Nağdsız və qanuni dövriyyəni artıq mədəniyyətə çevirməliyik. Qarşıdakı 5-6 ildə stimullaşdırıcı mexanizmlərdən istifadə etməklə, sonrakı dövr üçün bir mədəniyyət formalaşdırmaq lazımdır.

    R.Həsənov ƏDV-nin differensiallaşmasının tərəfdarıdır:

    “Çünki sabit ƏDV çox absurd bir vəziyyət yaradır, idarəetməni çətinləşdirir. Hökumət əlindəki tənzimləmə alətlərinin sayını nə qədər çoxaldırsa, o qədər daha çevik siyasət həyata keçirə bilir. Uzunmüddətli perspektivdə sadələşdirilmiş verginin ləğv edilməsi zamanı belə, sabit ƏDV böyük problemlər yaradacaq.

    Əgər hədəf belədirsə, mütləq ƏDV differensiallaşmalıdır ki, tənzimləmək üçün alət rolunu oynasın. Sektorların təşviqi, qiymətlərin idarə edilməsi, tələb və təklifin istiqamətləndirilməsi üçün bu, vacib addımdır”.//oxu.az