Month: November 2018

  • В Милли Меджлисе предложили повысить зарплату депутатов за счет штрафов

    “Согласно подписанному в 2017 году распоряжению президента Ильхама Алиева, с 1 мая повысилась заработная плата депутатов. Это положительный шаг. Некоторые госструктуры 25% средств, полученных от применяемых штрафов, направляют на улучшение социальной защиты своих сотрудников. Я согласен с тем, что следует отменить отчисление 25% с суммы собранных штрафов, эти средства нужно перечислять в бюджет”.

    Как передает Median.Az со ссылкой на Report, об этом в ходе обсуждений бюджета в Милли Меджлисе заявил депутат Гудрат Гасангулиев.

    “Но если эта система действует, в таком случае 3% от этой суммы необходимо перечислять в качестве добавки к заработной плате депутатов. Милли Меджлис является независимой структурой государства”.

  • Övladlarından imtina edən Rəmiş: “Məni saymadılar” (VİDEO)

    Məşhur gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV-də yayımlanan “Şou ATV” verilişində qonaq olub.

    Sənətkar efirdə övladlarından bir xeyli giley-güzar edib:

    “Doğma balalarım məni saymadı. Mən onlardan imtina etdim. Mənim balam da, anam da, arvadım da, bacım da Gülüdür. Pis günlərimdə məni heç kim yada salmadı”.

    Qeyd edək ki, Rafiq Hüseynovun iki qız övladı var.
    //baku.ws

  • Bakıda xəttə 50 yeni avtobus buraxılır

    Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.

    Median.Az report-a istinadən xəbər verir ki, təqdimat mərasimində çıxış edən agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb: “Bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə etməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib.
    Avtobuslarda enerji ötürücüsu yerləşdirilib”.

    Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək: “Sərnişinlərin təhlükəsizlik daşınması məqsədi ilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 60 km/saat müəyyən edilib”, – o deyib.

    M.Ağayevin sözlərinə görə, yaxın günlərdə 8 avtobusun Azərbaycan paytaxtına gətirilməsi gözlənilir.

  • Yeni orfoqrafiya lüğəti nə vaxt hazır olacaq?

    Yeni orfoqrafiya lüğəti 2019-cu ilin birinci yarısında hazır olacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

    Qeyd olunur ki, Milli Elmlər Akademiyasında yaradılmış Orfoqrafiya Komissiyası Azərbaycan dilinin müstəqillik dövründə ilk orfoqrafiya lüğətini hazırlamaq üçün yeniləşdirilmiş orfoqrafiya qaydalarını hazırlayıb ümumxalq müzakirəsinə çıxarıb. Ölkə miqyasında 2017-ci ilin dekabrından 13 sentyabr 2018-ci il tarixədək 9 ay davam edən orfoqrafiya müzakirələri çoxsaylı dilçilik problemlərini diqqət mərkəzinə çıxarıb və elm adamlarını həmin problem məsələlərin həllinə səfərbər edib. İctimai müzakirələr eyni zamanda ana dilinə – dövlət dilinə münasibətdə azərbaycançılıq mövqeyindən çıxış edənlərlə yanaşı, bəzi hallarda hələ də müxtəlif dillərdən alınma sözlərin müdafiəçiləri olanların da fəal mövqedə olduğunu nəzərə çarpdırıb:

    “Bununla belə, gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub, həmin qaydalar əsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verilib. 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqımıza çatdırılacaq. Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Mövcud Prezident fərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur”.

    Akademik bildirib ki, Milli Məclisdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına və zəruri düzəlişlərin aparılmasına böyük ehtiyac var:

    “Eyni zamanda, “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba da ciddi ehtiyac yaranıb. Bu adda axırıncı çoxcildlik nəşr XX əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər tərəfindən hazırlanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşib, dildə müəyyən bir milliləşmə prosesi gedib. Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər”.

    İ.Həbibbəyli qeyd edib ki, Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanıb: “Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var. Müasir elmi-texniki yeniliklərlə əlaqədar Azərbaycan dilinə daxil olan terminlər və onların dilimizdəki münasib qarşılığı olan sözlər haqqında mütəmadi olaraq mətbuat vasitəsilə xalqımıza zəruri məlumatların çatdırılması da çaşqınlığın, yersiz uydurmaların qarşısını ala bilər”.

  • Bakıda parklanmada xaos – Xanımı polis çağırıb bölməyə aparacağı ilə hədələyirmiş

    Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq var. Bunu hamı yaxşı bilir. Dünən aldığım bir məlumat isə lap ağ eləməkdir. Adının hallanmasını istəməyən bir xanım sürücü deyir ki, parklanma yerindən 10-15 dəqiqə istifadə etdikdən sonra “nəzarətçi” ona yaxınlaşıb deyir ki, ödəniş etməmisiniz, ona görə də 40 manat cərimə olunursunuz. Hətta bu adam xanıma hansısa kağız da uzadırmış ki, alın və elə indi cəriməni ödəməlisiniz. Adam hətta polis çağırıb xanımın bölməyə aparılacağı ilə də hədələyirmiş. Uzun mübahisədən və ətrafdakıların da müdaxiləsindən sonra hər hansı ödəniş edilmədən söhbət bitib.

    Median.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.


    Bu xəbərin onu çox təəccübləndirdiyini deyən ekspert buna bənzər məlumatları çox eşitdiyini və ödəniş etməyənlərin cərimə ilə hədələndiyini qeyd edib.
    Ə.Hüseynov Bakıda parklanma, buna görə cərimə və ödənişlərlə bağlı mövcud vəziyyətə aydınlıq gətirərək sürücüləri ayıq-sayıq olmağa çağırıb:

    “Hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə məxsusdur. Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil, çünki parklanma yerləri bu agentliyə təhvil verilməyib. Başqa sözlə, parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil. Parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil.

    Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin”.


    Ekspertin fikrincə, bu xaosa son qoyulması çox gecikir: “Parklanma yerlərini BNA-ya təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır”.//milli.az

  • В Хазарском районе житель столицы ограбил женщину

    Как сообщает Median.Az, сотрудники 1-го отделения полиции Хазарского РУП в результате проведенной операции задержали жителя столицы Шахрияра Гусейнова, который 31-го октября совершил нападение на жительницу столицы К.М, вследствии чего угрожая отобрал у потерпевшей кошелек, где было 650 манатов и документ.

    В Следственном отделе Хазарского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xəzər rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 31-də qadının, içərisində 650 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə  ələ keçirən Bakı şəhər sakini Şəhriyar Hüseynov saxlanılıb.

    Xəzər RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Tələbə və pensiyaçılara ŞAD XƏBƏR – Güzəştlər bərpa oluna bilər

    Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər.

    Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən danışarkən deyib.

    V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: “Problemləri mərhələli şəkildə – qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik.

    Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır.

    Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir.

    Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır”.

    Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: “Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub”.

    O qeyd edib ki, paytaxt küçələrində bu günə qədər 3 mindən çox pandus, eləcə də piyadaların təhlükəsizliyi üçün tumbalar quraşdırılıb:

    “Bu işlər davam etdiriləcək, fiziki məhdudiyyətli insanların ən çox getdiyi yerlərdə, küçələrdə, ən çox olduqları binaların pilləkənlərində pandusların quraşdırılmasına, eyni zamanda panduslu avtobuslara üstünlük veriləcək. Həmçinin, gözdən əlil insanların daha rahat hərəkəti üçün sədlərin düzəldilməsi nəzərdə tutulub.

    Avtobuslar da panduslu olmalıdır, əks təqdirdə, hansı daşıyıcıya məxsus olmasından asılı olmayaraq, həmin avtobuslar fəaliyyət göstərə bilməyəcək”.

    V.Kərimli sürücülük mədəniyyətinə də toxunub: “Sürücülük mədəniyyətinin olmaması da tıxaca səbəb olur. Məsələn, bu gün zolaqlar üzrə düzgün hərəkətə demək olar ki, çox az rast gəlinir. Yolda 3 zolaq var, amma görürsən ki, 4-5 avtomobil yan-yana dayanıb.

    Zolaqlar elə-belə düşünülməyib, zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə, vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsuslar olsun ki, sürücülər buna riayət etmir.

    Sürücü həm qaydaları pozur, həm də tıxacdan şikayət edir. Tıxacı da biz insanlar yaradırıq, qəzaları da biz törədirik. Sürücülük mədəniyyəti sürücülük vəsiqəsi əldə olunan andan sükan arxasına keçilənə qədər formalaşmalıdır”.

    BNA rəhbəri tıxaclardan danışarkən tikinti işlərini də xüsusi vurğulayıb: “Bəzən görürük ki, yolu bağlayıb beton tökürlər. Kimdən icazə aldıqları da məlum deyil.

    Qəribədir ki, bu işlər, ya səhər tezdən, ya da axşam saatlarında edilir. Deməli, tıxacı da, sıxlığı da özümüz yaradırıq. Bizim əsas məqsədimiz inzibati tənbeh tədbirlərini bir qədər də gücləndirməkdir. Təbii ki, bu, çətin bir proses olacaq, amma əsas odur ki, şəffaflıq təmin olunacaq”.

    V.Kərimli deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə şəhərdə tıxacların azaldılması üzrə 40-dan çox layihə təqdim edilib:

    “Məsələn, “Yol-1” çox vacib layihədir. Bu, Tbilisi prospekti ilə bağlı layihədir. Buradan İzmir prospektinə qədər yol kəsişmələri və geridönmələr tamamilə analiz edilib. Hazırda müvafiq qurumlar tərəfindən ərazidəki kommunikasiya xətlərinin köçürülməsi işlərinə baxılır.

    Bakı Nəqliyyat Agentliyi problemi araşdıraraq həll yolu təklif edən qurumdur. işin texniki tərəfləri isə digər qurumlar tərəfindən həyata keçirilir. Necə ki, 3-cü mikrorayon dairəsində layihə yekunlaşmaq üzrədir, paralel olaraq, 4-cü mikrorayon dairəsi layihəsinə də başlayacağıq”.

    Onun sözlərinə görə, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: “Hazırda “BakıKart” 150-yə yaxın avtobusda istifadə olunur.

    Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər”.

  • Naxçıvan sərhədində böyük əməliyyat – 105 kq-dan artıq heroin ələ keçdi – FOTO

    Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.

    Bu barədə Dövltə GÖmrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.

    Belə ki, Naxçıvan Muxtar Respublikasına gələn 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı Renault markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

    Gömrükçülər tərəfindən 79 AA 509 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

    Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Naxçıvan üzərindən Türkiyəyə keçirməklə İstanbul şəhərinə aparacağını deyib.

    Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

  • В Украине застрелили азербайджанца

    В украинском городе Кропивницкий застрелили гражданина Азербайджана.

    Как передает Median.Az, об этом сообщают украинские СМИ.

    «6 ноября около 22 часов по улице Верхний Пермской в Кропивницком неустановленное лицо нанесло огнестрельное ранение гражданину. От полученных травм пострадавший скончался на месте происшествия. Личность погибшего установлена. Это 40-летний житель областного центра, уроженец Азербайджана.

    Событие квалифицированно как умышленное убийство. Информацию по данному факту внесли в Единый реестр досудебных расследований по ч. 1 ст. 115 Уголовного кодекса Украины», – сообщила местному изданию спикер Главного управления Национальной полиции в Кировоградской области Виталина Бевзенко.

    СМИ сообщают, что убитый – ранее судимый гражданин Азербайджана.

    Сообщается, что его добили выстрелом, когда он уже лежал на земле. Нападавших было двое.