Month: November 2018

  • Новое назначение в Минсельхозе

    Увеличено число советников министра сельского хозяйства Азербайджана.

    На должность советника министра назначен Эльчин Зейналов.

    До этого назначения Э.Зейналов занимал должность исполнительного директора Государственного фонда развития информационных технологий.

  • Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

    Kənd Təsərrüfatı nazirinin müşavirlərinin sayı artıb.

    Elçin Zeynalov bu vəzifəyə təyin edilib.

    Qeyd edək ki, E.Zeynalov bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Yüksək Texnogiyalar Parkı” MMC-yə birləşdirilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində işləyib.

  • Житель Губинского района обвиняется в убийстве односельчанина

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении жителя Губинского района Эльмана Агасиева, обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 11-го июня этого года в селе Зардаби произошел спор между Эльман Агасиевым и Эльданиз Дадашовым, вследствии чего первый нанес второму ножевые ранения. Потерпевший был доставлен в Центральную районную больницу, где несмотря на усилия врачей 15-го июня скончался. Агасиева задержали сотрудники РОП, по факту прокуратура возбудила уголовное дело.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 16 ноября.

  • Quba rayonunda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Elman Ağasiyevin (1979-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il iyunun 11-də Quba rayonunun Zərdabi kəndində, kənd sakinləri Eldəniz Dadaşovla Elman Ağasiyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Dava zamanı sonuncu E.Dadaşova bıçaqla xəsarətlər yetirib, nəticədə o, Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ayın 15-də Dadaşov keçinib.

    Quba RPŞ-nin əməkdaşları tərəfindən E.Ağasiyev saxlanılıb və istintaqa təqdim edilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış noyabrın 16-na təyin edilib.

  • Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək – RƏSMİ

    Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərlə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən, mənzillərin verilməsində neqativ halların aradan qaldırılması, şəffaflığın və ədalətliliyin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

    Vətəndaşları düşündürən məsələlərdən biri də paytaxtda və digər rayonlarda başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni evlərlə təmin olunub-olunmayacağıdır. Bu haqda saytımıza çoxsaylı müraciətlər daxil olub.

    Median.Az xəbər verir ki, Qaçqın və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı məsələ Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daima nəzarətindədir və müvafiq qurumlar qarşısında qaldırılır:

    “Belə ki, Bakı və Sumqayıt şəhərlərində başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı icra hakimiyyətlərinə müraciət edilib, onların sayı, ailə tərkibi ilə bağlı məlumat əldə olunub və ümumiləşdirmələr aparılıb. Eyni zamanda Ədliyyə Nazirliyinə müraciət edilərək başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı verilmiş məhkəmə qətnamələri toplanıb. Əldə edilmiş məlumatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılıb və təkliflər hazırlanıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulub.

    Dövlət proqramının müvafiq bəndi müəyyən səbəblərdən hələ tam icra olunmasa da, yaxın gələcəkdə bu məqsədlə yeni yaşayış evlərinin tikintisi, yaxud hazır mənzil alınaraq məcburi köçkünlərin ora köçürülməsi nəzərdə tutulub.

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən işğal olunmuş rayonlar işğaldan azad edilənə qədər məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq 1992-98-ci illərdə məksunlaşdıqları mənzillərdən çıxarılması dayandırılır. Lakin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 1999- cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının tələblərinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla köçürülə bilər”.

  • Bakıda yol polisinin maşını yandı

    Bakıda avtomobil yanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

    Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı “Subaru” markalı şəxsi avtomobil yanıb.

    Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

    K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.

  • Köməksiz qalan 3 azyaşlı xilas edildi

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

    Median.Az-ın FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

  • AzTV-nin aparıcısı Azərbaycan çempionu oldu — FOTO

    İdman aparıcısı və bodibilder Fuad Quluzadə növbəti dəfə Azərbaycan çempionu olub.

    “Ölkə.Az”ın məlumatına görə, idmançı-aparıcı bu uğura həm öz çəkisində, həm də mütləq çəkidə nail olub.

    Qeyd edək ki, F.Quluzadə AzTV-nin və “İdman Azərbaycan” kanalının aparıcısıdır.

  • Daha bir qadın insan alverinə görə həbs edildi – Xaricə qız daşıyırmış

    Daha bir qadın insan alverinə görə saxlanıdı

    İnsan alverinə görə uzun illərdir axtarışda olan 1970-ci il təvəllüdlü Quliyev Gülbəniz Fəxrəddin qızı xaricdən Bakıya gələrkən İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.

    O, xarici ölkərə qadın alveri etdiyi üçün axtarışda olub.

    Məhkəmənin qərarı ilə onun haqqında həbs qətiimkan tədbiri seçilib.

    Qeyd edək ki, Quliyeva Gülbəniz Fəxrəddin qızı – 11.07.1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilmişdir.//azxeber.com

  • “Maşın” şounun yeni mövsümdə İŞTİRAKÇILARI BƏLLİDİR

    Azərbaycanın ən reytinqli şousu – “Maşın” ekranlara qayıdır. “Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.

    “M Group Production”ın Mətbuat Xidmətindən aldığımız xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da…

    “Maşın”ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. “MGP”nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində “Maşın”ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.

    Onu da vurğulayaq ki, “Maşın” şounun müəllif hüquqlarının sahibi olan “MGP” özünün 15 illik yubileyini və Azərbaycanlıların Həmrəylik Gününü, həmçinin Yeni il bayramını da xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünüb.

    “Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, “MGP”nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə davam edir.

    Beləliklə, “Maşın” realiti şou 17-ci sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir…