Month: November 2018

  • Sumqayıtda “KAMAZ” iki piyadanı vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, noyabrın 5-i saat 17 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

    Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda bəyin keçmiş sevgilisi toy günü restorana gəldi, gəlini sürüdü – Video

    Bakının məşhur restoranlarından birində toy zamanı gözlənilməz hadisə baş verib.

    Bəyin keçmiş sevgilisi olduğu iddia edilən gənc qadın toyun keçirildiyi restorana daxil olaraq gəlinin masasına kimi irəliləyib.

    Gəlinə yaxınlaşan kimi söyüşlə onun saçından tutaraq yolmağa, silkələməyə başlayan qadını restorandan güclə çıxarıblar. Hər kəsi şoka salan bu hadisədən sonra gəlin gözyaşları içində restoranı tərk edib, toy gəlinsiz davam edib.

    Bütün bunların şahidi olan əməkdar artist Yusif Mustafayev “Bizimləsən”də danışıb.//milli.az

  • В бакинском аэропорту задержан азербайджанец, обвиняемый в убийстве в Сербии

    Прибывший в Баку авиарейсом из Дохи (Катар) 38-летний Турал Сулейманов был задержан сотрудниками Государственной пограничной службы Азербайджана (ГПС) в Международном аэропорту Гейдар Алиев.

    Как передает Median.Az со ссылкой на Report, в ходе расследования выяснилось, что по подозрению в совершении умышленного убийства в Сербии он объявлен в розыск по линии «Интерпола».

    Сотрудники правоохранительных органов расследуют, насколько задержанный был связан с «криминальным миром» и возможность совершения им других преступлений.

  • Чиновник недоволен ростом числа инвалидов

    В последние годы в Азербайджане увеличивается число инвалидов, в особенности первой группы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил председатель Счетной палаты Вугар Гюльмамедов во вторник в ходе выступления на совместном заседании комитетов Милли меджлиса, посвященном обсуждению проекта госбюджета на 2019 год.

    Он отметил, что по данным на 1 января текущего года, численность инвалидов первой группы увеличилась на 8,8 процента.

    Председатель Палаты сказал, что это вызывает озабоченность и предусмотрено усиление общественного и административного контроля над этим вопросом.

  • Avtobuslarda əşyalarını itirən SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ – FOTO

    Oktyabr ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 4 ədəd mobil telefon, 3 ədəd çanta, 2 ədəd pulqabı, 1 nəfərə məxsus iş kartı sahibinə təhvil verilib.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, eyni zamanda, sahiblərinə çatdırılması üçün 9 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 6 sənəd isə “Poçtap” xidmətinə təqdim olunub.

    Həmçinin, oktyabrda avtobuslarda tapılan Fərid Cavanşir oğlu Babazadə, Məhəmməd Adil oğlu Əmiraslanov və Süsən Sahib qızı Həsrətovaya məxsus şəxsiyyət vəsiqələri,

    İsmira Hacıhəsən qızı Ələsgərovaya məxsus şəxsiyyət vəsiqəsi, pasport, nikah haqqında şəhadətnamə və bank kartı, Azadə Ağayeva və Zeynəb Əlizadəyə məxsus oxucu kartları, Ali Bayram oğlu Əmrahov və Aytac Cəmil qızı Nəsirovaya məxsus tələbə vəsiqələri, Elcan Məmmədli, Kərim Ağayev və Əfidə Sultanəhmədovaya məxsus iş kartları,

    Fuad Əkbər, Mehman Hacıyev və Turanə Məmmədovaya məxsus bank kartları “BakuBus” MMC-dədir. Həmçinin, içərisində Emin Məhəmmədəli oğlu Əhmədov, Fəqan Rasim oğlu İmamverdiyev və Xəyalə Vaqif qızı Mirələmliyə məxsus sənədlər olan pulqabılar, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.

    Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

    Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.

  • Nazir: “Pensiyaların orta məbləği 240 manatdan çox olacaq”

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 95%-dən çoxu əhaliyə ödənişlərdir. Bu ödənişlər vasitəsilə ölkədə pensiyanın orta məbləğinin artırılması və 240 manatı keçməsi planlaşdırılır.

    “Report” xəbər verir ki, bunu nazir Sahil Babayev bildirib.

    Xatırladaq ki, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlirləri və xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub.

    Sənədə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirləri 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə gəlirləri 110 684 590, qeyri-büdcə sektoru üzrə gəlirləri 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirləri 65 000 000, sair gəlirləri isə 6 000 000 manat təşkil etməlidir.

  • Mehriban Əliyeva: “Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir”

    Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı deyib.

    Mehriban Əliyeva qeyd edib: “Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar”.

    Birinci xanım bildirib ki, muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir:

    “Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun”.

  • “BakıKart”da balansı onlayn artırmaq mümkün olacaq

    Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənilməsi üçün istifadə edilən “BakıKart”ın balansını onlayn qaydada da artırmaq mümkün olacaq.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

    V.Kərimli hesab edir ki, “BakıKart”ların balansının artırılması zamanı pik saatlarında ödəniş terminalları qarşısında yaranan sıxlıqda sərnişinlərin də rolu var:

    “BakıKart”ı analiz etdiyimiz zaman bir sərnişinin bir gündə 37 dəfə eyni karta 20 qəpik yükləməsi faktı aşkarlanıb. Xarici ölkələrdə, ən yaxın İstanbulu götürək, burada ödəniş terminalları çox deyil.

    Vətəndaş əvvəlcədən gedəcəyi yeri bilir və vaxtına qənaət edərək rahat şəkildə bir dəfə kartına balans yükləyir. Balans artırmaq dayanacaqlardakı “BakıKart” və digər ərazilərdəki “MilliÖn” aparatlarında mümkündür, amma hər dayanacaqda yükləmə aparatı olmalıdır deyə, bir təcrübə yoxdur. Bu aparatlar insanların daha çox olduğu dayanacaqlarda quraşdırılmalıdır. Bu, bütün dünyada belədir”.

    Qurum rəhbəri qeyd edib ki, növbəti mərhələdə gediş üçün balansın onlayn qaydada yüklənməsi sisteminin tətbiqi nəzərdə tutulur: “Bu, bütün avtobuslarda ödəniş kart sisteminə keçdikdən sonra mümkün olacaq”.

  • Azərbaycanda dəhşət: Narkoman 10 yaşlı qızı binanın damında zorladı

    Bakıda 10 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü Anar Məmmədovun (cinayət işində adı keçən şəxslərin adı və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Anar Məmmədov 28 aprel 2016-cı il tarixdə, saat 17-də Bakıxanov qəsəbəsi ərazisində piyada gəzişib.

    Cinsi əlaqədə olmaq istəyi

    Bu zaman o, həmin ərazidə məktəb və ofis ləvazimatları mağazasından əvvəllər tanımadığı, 2008-ci il təvəllüdlü Səma Babayevanın çıxmasını görüb. O, uzun müddət cinsi ehtirasını təmin edə bilmədiyindən onun köməksiz vəziyyətindən istifadə etməklə, onunla zorla cinsi əlaqədə olma qərarına gəlib.

    Azyaşlını izlədi

    Bu məqsədlə Anar Məmmədov Səma Babayevanı izləyib, sonuncu yaşadığı Bakıxanov qəsəbəsindəki binalardan birinə daxil olduğunu görüb.

    Anar Məmmədov da həmin zaman Səmanın arxasınca həmin binaya daxil olub. O, pilləkənlərlə 10 yaşlı qızın arxasınca qalxıb, binanın üçüncü mərtəbəsində üzərində onu saxlayıb.

    Öldürməklə hədələdi

    Həmin vaxt Anar Məmmədov özündə olan kustar üsulu ilə hazırlanmış bıçağı çıxararaq Səma Babayevaya nümayiş etdirib, ona səsini çıxararsa, onu öldürəcəyini bildirib.

    Daha sonra Anar Məmmədov azyaşlı qızı öldürmə hədəsi ilə hədələyib, ona zorakılıq yolu ilə qızın qolundan tutub, onu binanın 7-ci mərtəbəsinə çıxarıb.

    Binanın damına apardı

    Orada Anar Məmmədov dama açılan çıxış qapısının qarşısında ətrafda heç kimin olmamasından və onun köməksiz vəziyyətdə olmasından istifadə edərək azyaşlıya zor tətbiq edib.

    Bu zaman Anar Məmmədov Səma Babayevanın dodağından öpüb, bundan sonra zor tətbiq edərək onun əynində olan paltarlarını soyundurub.

    Təcavüz

    Daha sonra o, Səmanı arxası üstə yerə uzandırıb, sonra özü də soyunaraq, azyaşlı qızla zorla cinsi əlaqədə olub.

    Təcavüzə məruz qalan azyaşlı qız ağlamasından və lift işə düşdüyündən kiminsə gəlməsindən ehtiyat edib. Bu səbəbdən o, hadisə yerindən qaçıb.

    Azyaşlı anasını danışdı, şikayət edildi

    Bundan sonra təcavüzə məruz qalan azyaşlı qız evələrinə gəlib və anasına bir nəfər oğlan tərəfindən təcavüzə məruz qaldığını deyib. Azyaşlı qızın anası baş verən olayla bağlı Sabunçu rayon Prokurorluğuna şikayət edib. Şikayət əsasında Anar Məmmədov həbs edilib.

    İttiham və cəza

    İstintaq orqanı tərəfindən Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (əqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Şikayət

    Hökmdən narazı qalan Anar Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəyib.

    Qeyd edib ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı onun Konstitusion və Prosessual hüquqları pozulub. Onun qeydlərinə görə, törədilmiş hadisə zamanı o psixiotrop dərman qəbul edib və hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.

    Apelyasiya şikayəti rədd olundu

    Anar Məmmədovun şikayətində göstərilib ki, məhkəmə onun barəsində son dərəcə ağır cəza təyin edib və onun ilk dəfə cinayət törətməsini, gənc olmasını və ailə vəziyyətini nəzərə almayıb.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Anar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Anar Məmmədov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

    Ali Məhkəmədə qəbul etmədi

    Anar Məmmədov Ali Məhkəməyə göndərdiyi şikayətində apelyasiya instansiyasında tədqiq olunan dəlillərini göstərib. Onun şikayəti araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

    Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Anar Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.

  • В Джалилабаде школьник ранил ножом другого ученика

    В Джалилабаде зафиксирован факт поножовщины.

    Как передает Median.Az со ссылкой на A24.Az, житель района Агаев Фуад Адам оглу, 2002-го года рождения, поступил в больницу в тяжелом состоянии с ножевым ранением в область спины.

    В ходе расследования сотрудниками полиции было установлено, что пострадавшего ранил его земляк, несовершеннолетний Мамедов Ниджат Юсиф оглу. Инцидент произошел на почве конфликта.

    Отметим, что оба подростка являются школьниками. По факту ведется расследование.