Sumqayıtda “KAMAZ” iki piyadanı vurub, onlardan biri ölüb

Median.Az xəbər verir ki, noyabrın 5-i saat 17 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

DIN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.