Month: November 2018

  • Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər – VİDEO

    Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır.

    Xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər.

    Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.

    Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır.

    Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib.

    Sevil Salmanova deyir ki, müvafiq qurumlara şikayət etsə də, cavab almayıb.

    “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə məsələ ilə bağlı bildirib ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.

    Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə oktyabr ayının 17-də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.//oxu.az

  • Rəqsanənin 17 il əvvəlki – Fotosu

    Müğənni Rəqsanə İsmayılova 17 il əvvəlki fotosunu paylaşıb.

    Sənətçi 495 minlik İnstaqramında yerləşdirdiyi şəklində ötən gün dünyasını dəyişən təşkilatçı Nahid Emiloğludan yazıb.

    İzləyicilərin isə diqqətini Rəqsanənin əməliyyat etdirməzdən əvvəlki görüntüsü çəkib.
    ///Axşam.az

  • Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar tutuldular

    Türkiyənin Balıkəsir şəhərində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan üç qadın iş başında saxlanılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, əməliyyat Ayvalıkda, Küçükköy məhəlləsində keçirilib.

    Saxlanılan qadınların Azərbaycan və Özbəkistan əsilli olduğu müəyyən olunub.

    Hər üç qadın Türkiyədən deportasiya edilib.

  • “Vallah bilmirəm ki, özümə nə olub” – Musa Yaqub

    ARB TV-nin “Səhər-səhər” verilişində hazırda səhhətində problem olan şair Musa Yaqubla bağlı sujet yayımlanıb.

    Proqramın yaradıcı heyəti şairi evində ziyarət edib. M.Yaqub hazırda gəzə bilmədiyini və daha çox tənginəfəslikdən əziyyət çəkdiyini deyib:

    “Çox ağır xəstəlik keçirdim, sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar… Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim bala niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər rəng qoymusan.

    Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, bir az tənginəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah bilmirəm ki, özümə nə olub”.

    ///Axşam.az

  • Sumqayıtda silahlı şəxslər peyda oldu: Şəhəri qana boyadılar – Video

    Sumqayıt şəhərində silahlı şəxslər peyda olub.

    Median.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Sumqayıt sakinləri silahlı şəxsləri yaxalayıblar. Onlar şəhərin mərkəzində qanunsuz olaraq sahibsiz heyvanları güllələyərkən sakinlərin qınaqları ilə üzləşiblər. Sumqayıt sakinləri onların itləri ovlamasını anbaan görüntüləyiblər.

    Videogörüntüləri oxucularımıza təqdim edirik.

  • Həbsxanada yatan azərbaycanlı məşhurlar: Onlar niyə həbsdə olub? – SİYAHI+FOTOLAR

    Tanınmış prodüser Təranə Səmədova və stilist İntuşun həbs olunmasından sonra şou-biznes nümayəndələrinin həbs həyatı yenidən gündəmə gəlib. 
     

    Təranə və İntuş İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onlar qızları fahişələyi cəlb etməkdə günahlandırılır. 
     
    Hər kəsə bəllidir ki, bir çox tanınmışın bir çoxlarının yolu həbsxanadan keçib. Onlardan bəziləri hazırda elə həbsdədir. 

    Azxeber.com cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurlarla bağlı araşdırma aparıb. 

    Tanınmış idmançı Kamil Zeynallı 2 dəfə həbsdə olub: 

    “Bir il türmədə olmuşam. Bir dava olmuşdu, mənə söyüş söyülmüşdü. Həmin söyüşə görə başım çevrilmiş, əsəbilərim korlanmışdı. İki dəfə başıma belə hadisə gəlib, həbsdə olmuşam”.

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Müğənni Maral Tahirqızının da yolu həbsxanadan keçib.

    Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda azadlıqdadır.

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Məşhur meyxanaçı Mahir Cürət də həbsdə yatıb. 2016-cı ildə narkotik üstündə tutulan meyxanaçı artıq həbsdən çıxıb. Mahir Cürət Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında cəza çəkib. 
    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Xanım müğənnimiz Fədayə Laçın da hazırda həbsxanadadır. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Növbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu dayanır. Azəri Günelin qardaşı kimi də tanınan ifaçı 2013-ci ilin mayın 4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması olub. O, 10 gün həbs yatıb.
     

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Müğənni Vüsal Əliyevin də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. 

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
    Azərbaycanı ilk dəfə “Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.
    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Reper Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Rejissorlardan Aqil M.Quliyevə 2013-ci il aprelin 23-ü Xətai rayon Məhkəməsində keçirilən prosesdə 1 il 6 ay həbs cəzası verilib. Səbəb kimi, rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat pul alması və pulu geri qaytarmadığı göstərilib.

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Gənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Onun barəsində istintaq müddəti üçün 2 ay həbs-qətimkan tədbiri seçilib. O, bir qrup şəxslə birgə şəbəkə biznesində təqsirləndirilib.

    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov isə soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi oxunub. O, 6 il həbs cəzası alıb.
    Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

  • “Tarqovı”da gecə saatlarında biabırçılıq (VİDEO)

    Paytaxtın mərkəzi küçəsi olan “Tarqovı” adlandırılan Nizami küçəsində biabırçı görüntü ortaya çıxıb.

    Femida.az xəbər verir ki, şəhərin mərkəzi hissəsində təşkil edilən satış yarmarkasından sonra zibilliyə çevrilən şəhərin bu görüntüsü sakinlərin narazılığına səbəb olub.

    Həmin görüntüləri təqdim edirik:

  • В Баку образовалась большая пробка

    В Баку на проспекте Бабека наблюдаются большие автомобильные пробки.

    В настоящее время заторы отмечаются на пересечении проспекта с улицей Юсифа Сафарова.

    По словам очевидцев, пробка образовалась в связи с ремонтными работами на дороге.

  • В столице рабочий предпринял попытку суицида

    В Баку рабочий предпринял попытку суицида.

    Происшествие зафиксировано на территории Ясамальского района столицы.

    Работающий на стройке житель Мингечаура Камиль Мехтиев (1991 года рождения), поднялся на крышу недостроенной высотки, намереваясь броситься вниз.

    Согласно информации, 27-летний рабочий предпринял отчаянный шаг в связи с невыплатой заработной платы. Сотрудникам правоохранительных органов удалось отговорить К.Мехтиева от самоубийства.

    По факту ведется расследование.

  • Лавров о разрешении нагорно-карабахского конфликта

    Всерьез договариваться по урегулированию ситуации в Нагорном Карабахе вряд ли получится, пока политическая ситуация в Армении не стабилизировалась, считает глава МИД России Сергей Лавров, передает Median.Az со ссылкой на РИА Новости.

    «Договоренность, которая была достигнута [в ходе беседы президента Азербайджана и и.о. премьер-министра Армении в Душанбе], заключалась в том, что контакты нужно продолжать, что министры иностранных дел будут встречаться и что, конечно, и Армения, и Азербайджан готовы работать с сопредседателями Минской группы ОБСЕ. Мы такую договоренность приветствуем», — сказал Лавров на пресс-конференции в Москве.

    «Понимаем, что пока внутриполитические процессы не завершатся, такие достаточно бурные, которые мы сейчас наблюдаем, едва ли можно будет всерьез рассматривать конкретные варианты выхода из этого кризиса и обеспечение полноценного нагорно-карабахского урегулирования», — добавил он.