Month: November 2018

  • “Bakıinşaatsənaye”də fəhlə faciəli şəkildə öldü

    Bakıda fəhlə faciəli şəkildə ölüb.

    Median.Az report-a nistinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. “Bakıinşaatsənaye” ASC-də fəhlə işləyən Şamaxı rayon sakini, 1998-ci il təvəllüdlü Qəhrəman Sabir oğlu Mahmudlu yayma dəzgahının birləşdirici muftaları arasında qalaraq dünyasını dəyişib.

    Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb.

  • “İnstagram”da insanları aldadan və şantaj edən şəxs yaxalandı – FOTO

    Sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “hacker_azerbaijan” və “hacker_club_aze” adlı səhifələrin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub.

    Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

    Keçirilən əməliyyat-axtarış və texniki tədbiri nəticəsində “hacker_azerbaijan” və “hacker_club_aze” səhifəsinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

    Həmçinin o da müəyyən edilib ki, C.İbadov tələb etdiyi pulu ona göndərməyən insanları həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.

    Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin hələlik istintaqa məlum olan 3 nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib.

    C.İbadovun adları qeyd edilən səhifələr vasitəsilə “İnstagram” sosial şəbəkəsində aldatdığı və pulunu mənimsədiyi başqa şəxslər varsa bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

    Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyyə edir.

  • Prezident Administrasiyasında Mikayıl Müşfiqlə bağlı mühüm toplantı

    Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

    İclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

    İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

    İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

  • Milli Məclisdə deputatlar arasında mübahisə düşdü: “Çox danışırsan”

    Azərbaycan Milli Məclisinin bugün keçirilən plenar iclasında mübahisə yaranıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.

    Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb.

    Z.Oruc da deputat həmkarına “Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”-deyə cavab verib.

    Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.

  • Marketdən yağ oğurlayanı döyən hakim qarşısında – VİDEO

    Xətai Rayon Məhkəməsində marketdən oğurluq edən şəxsi döyən satıcı Tahir Rəşidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, sentyabr ayında Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.

  • Azərbaycanda müəmmalı hadisə: iki gündə 8 dəfə…(VİDEO)

    Masallı rayonunda bir neçə gündür ki, müəmmalı yanğınlar olur. Həyətdə ev, təsərrüfat tikililəri, avtomobillər naməlum şəraitdə yandırılır.

    İki gün ərzində eyni həyətdə 8 yanğın olub. Ümumilikdə ev, 2 avtomobil, tövlə və ot tayası yanıb.

    Müəmmalı yanğın hadisəsi Masallı rayonunun Bədalan kəndində baş verib. İlk yanğın kənd sakini Nicat Həsənova məxsus beşotaqlı evin birinci mərtəbəsində qeydə alınıb. Yanğının əhatəsi az olduğundan ailə üzvləri tez bir zamanda onun qarşısını ala biliblər. Lakin həmin evin 2-ci mərtəbəsində daha da şiddətli yanğın olub.

    Həsənovlar ailəsinin həyətində olan müəmmalı yanğın bununla da bitməyib. Bir gün sonra yanmış evin tullantılarının daşınması üçün həyətə yük maşını gətirilib. Həmin maşının kabinəsi naməlum şəraitdə qəfil yanmağa başlayıb. Bunun ardınca analoji yanğınlar Nicat Həsənovla eyni həyətdə yaşayan qardaşı Zəfər Həsənovun avtomobilində və tövləsində, eləcə də ot tayasında da baş verib.

    Ümumilikdə isə iki gün ərazində Həsənovlar ailəsinə məxsus həyətdə 8 yanğın hadisəsi qeydə alınıb. Sonuncu yanğınlar zamanı ot tayasının ətrafında kibrit çöplərinin tapılması hadisənin qəsdən törədilməsi ehtimalını gücləndirir. Lakin ayrı-ayrı yerlərdə qəfil yanğın baş verməsi müəmmalı olaraq qalır.

    Artıq faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Avtobusa çanaq antenası ilə daxil oldu, sürücü ilə mübahisə yarandı – Kim haqlıdır? – VİDEO

    Bakıda bir sərnişinin avtobusa çanaq antenası ilə daxil olması mübahisələrə səbəb olub.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sürücü sərnişinin özü ilə avtobusa gətirdiyi yükün normalara uyğun olmadığını əsas gətirərək ondan avtobusdan düşməsini tələb edib.

    Sərnişin isə artıq gedişhaqqını ödədiyini deyib və avtobusdan düşməyib. Sürücünün sərnişin düşənə qədər hərəkət etməyəcəyini bildirməsi isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub.

    Bu mübahisə “İctimai nəqliyyatda hansı yükləri daşımaq olar” sualını gündəmə gətirib.

    “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası Nazirlər Kabinetinin qərarına əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə eni 60, uzunluğu 40 və hündürlüyü 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir. Qaydalara uyğun olmayan yüklərin daşınmasına görə isə sərnişin cərimə oluna bilər.

    Videodakı çanaq antenasına gəldikdə isə, ekspert Azər Allahverənov deyib ki, bu formada yüklərin daşınması qanunvericiliyə ziddir.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, sərnişinlərə narahatlıq yaradan, mümkün sərt manevr zamanı şəxsin özünün və digər sərnişinlərin xəsarət almasına səbəb olacaq əşyaların daşınması qadağandır. Sürücü bu cür əşyalarla avtobusa daxil olan şərnişinə etirazını bildirməli və ondan avtobusu tərk etməsini tələb etməlidir.

  • Новруз Мамедов встретился с казахстанским коллегой

    Премьер-министр Азербайджана Новруз Мамедов, находящийся с визитом в Астане для участия в очередном заседании Совета глав правительств СНГ, встретился со своим казахстанским коллегой Бакитжаном Сагинтаевым.

    На встрече обсуждалось развитие двустороннего сотрудничества, актуальные региональные и международные вопросы.

    Премьер-министр Новруз Мамедов подчеркнул важность еще большего развития связей между Азербайджаном и Казахстаном и отметил наличие широких возможностей для этого.

  • Bakıda qaynanası ilə cinsi əlaqə zamanı onu öldürən kürəkənin FOTOLARI

    Bu ilin yanvarında cinsi əlaqə zamanı qaynanasını öldürən Cavad İbrahimovun fotoları yayılıb.

    Median.Az A24.Az-a istinadən xəbər verir ki, hadisə yanvarın 10-da Yasamal rayonu Qanlı göl ərazisində həyət evində baş verib. yaılan məlumata görə, qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib. Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına dişləyib. Kişi də qaynanasının dişlərindən xilas olmaq üçün onun başına vurub. Məhz zərbənin təsirindən qadın dünyasını dəyişib.

    Qeyd edək ki, 3 uşaq atası olan İ.C mərhumun qızı ilə 6 il öncə ailə qurub. Birgə nikahdan 3 övladları var. 15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şikrətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası N da onların yanına köçüb. Onların münasibəti də həmin dövrdən başlayıb.

    Kürəkən ilk ifadəsində hadisənin baş vermə səbəblərini gizlədib. O, yalandan məhkəməyə ifadə verib və qaynanasını əxlaqsız təklif etdiyi üçün öldürdüyünü deyib.




  • Qadın xəstəxanada öldü – Əri həkimləri günahlandırdı

    Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

    Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.

    Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.