Month: November 2018

  • Paytaxtda aptek və mağazalardan oğurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ-nə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq, içəridəki kassadan 1200 manat pulunu oğurlanması barədə məlumat daxil olub.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Abdulrəhman Dadaşov saxlanılıb. Araşdırma zamanı, onun paytaxtın digər rayonlarında yerləşən apteklərdən və
    mağazalardan da oğurluqlar etməsi məlum olub.

    Gördüyünüz şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-nin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Житель столицы, убивший бутылкой знакомого осужден на 11 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Эмина Рамазанова (1991-го года рождения), обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 22-го марта этого года сотрудники 12-го отделения полиции Сабунчинского РУП задержали жителя столицы Эмина Рамазанова (1991-го года рождения), который как показало расследование 16-го февраля в кафе нанес удар бутылкой по голове Тариэля Гамзаева (1956-го года рождения). В результате мужчина с черепно-мозговой травмой был помещен в клиническую больницу №3, где несмотря на предпринятые врачами соответствующие меры 21-го марта скончался.

    Суд приговорил обвиняемого к 11 годам лишения свободы.

  • Sabunçuda küt alətlə yaşlı insanı öldürən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emin Ramazanovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsindən, qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də o, xəstəxanada ölüb.

    Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində, fevralın 16-da kafedə, T.Həmzəyevlə Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə şüşə qabla ilə xəsarət yetirməsi müəyyən edilib.

    Əməliyyat tədbiri nəticəsində E.Ramazanov saxlanılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • В центре Баку загорелся автомобиль – ВИДЕО

    Возле площади «Азнефть» в Баку загорелся автомобиль марки «ГАЗ-31»

    Инцидент произошел в эти минуты.

    Причина воспламенения автомобиля неизвестна.

  • Bakıda “QAZ-24” yandı – VİDEO

    Bakıda avtomobil yanıb.

    Hadisə Səbail rayonu ərazisində, “Azneft” dairəsi yaxınlığında qeydə alınıb. Hərəkətdə olarkən “QAZ-24”markalı avtomobil alışıb.

    Sürücü dərhal maşından düşüb və alovu söndürmək istəyib. Lakin yanğın qısa müddətdə çoxalıb. Hadisə yerinə yanğınsöndürən cəlb olunub və alovun qarşısı alınıb.

    Yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə zamanı xəsarət alan olmayıb.

  • Azərbaycanda bəy toy günü şəhid dostunun məzarı başına getdi, halallıq istədi – VİDEO

    Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb.

    Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O,sosial şəbəkələrdə aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət etdiyi videonu paylaşaraq bu sözləri yazıb:

    “Ən böyük arzularımızdan biri də bir birimizin toyunda iştrak etmək idi. Amma qismət belə imiş, dostum… Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim..”

    Xatırladaq ki, MAXE Adil Adilzadə 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub. Məzarı Mingəçevir Şəhər Şəhidlər Xiyabanında yerləşir.
    //Femida.az

  • Почему запаздывает медицинское страхование?

    Государственное агентство Азербайджана по обязательному медицинскому страхованию подготовило Дорожную карту по внедрению данной системы в стране.

    Как сообщили oxu.az в агентстве, в настоящее время Дорожная карта находится на стадии согласования с соответствующими структурами, подготовка и внедрение обязательного медицинского страхования планируется в следующем году.

    В агентстве отметили, что финансирование обязательного медицинского страхования планируется осуществить за счет государственного бюджета, собранных у населения страховых взносов и альтернативных источников финансирования.

  • İcbari tibbi sığorta niyə gecikir? – AÇIQLAMA

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi hazırlanıb.

    Agentlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir:

    “Növbəti ildə Yol Xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub. Yol Xəritəsində maliyyə dayanıqlılığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir”.

    Agentlikdən qeyd edilib ki, növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir:

    “Yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir”.

  • Педофил нападавший в столице на девочек осужден на 15 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Амиля Пашаева.

    Как сообщает Median.Az, 27-го августа этого года сотрудники Хатаинского РУП в результате оперативно-розыскных мер задержали Амиля Пашаева, который вблизи станции метро “Ахмедлы” совершил нападения на двух женщин и отобрал у потерпевших сумки. В одной из сумок находилось 120 манатов.

    В ходе расследования было установлено, что с декабря прошлого года до момента ареста он совершил 4 сексуальных нападения на девочек-подростков в Хатаинском районе столицы, совершив в отношении них насильственные действия сексуального характера. Подстерегая в парадных девочек 10-15 лет, он следил за ними и внезапно нападал на лестничных пролетах между этажами.

    Суд приговорил обвиняемого к 15 годам лишения свободы.

  • Azyaşlı qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs 15 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Amil Paşayevin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək, onların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən Amil Paşayev bu il avqustun 27-də Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

    Həmin şəxsin iyun ayı ərzində metronun “Əhmədli” stansiyasının yaxınlığında, təsadüfən gördüyü qadınları izləyərək onların çantalarını açıq talama yolu ilə alaraq, hadisə yerindən qaçması müəyyənləşib. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

    İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən tutulan şəxsin ətrafında keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə, onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyənləşib. Əsasən 10-15 yaşlı qızları izləyən A.Paşayev, binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində, onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.