Month: November 2018

  • Azərbaycanda özünü ikinci Allah hesab edən şəxs peyda olub

    Lerik rayonunun Kaqoy kəndində özünü “ikinci allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub. Hətta, onun yanına gəlib-gedən şəxslər arasında bir sıra tanınmış insanlar, məmurlar və incəsənət adamları da var.

    Median.Az minval.az-a istinadən xəbər verir ki, Məmmədsəfa kişinin fəaliyyəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Sözügedən xəbəri eşidənlər, təəccüblənməklə yanaşı, müasir dövrdə hələ də, bu cür insanların olduğuna inanmaqda çətinlik çəkirlər. Mövzunun aktuallığını nəzərə alaraq bu məsələ də daim həssaslığı ilə seçilən media nümayəndələrindən münasibət öyrənməyə çalışdıq.

    Məsələyə münasibət bildirən “AzVision” saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, VII əsrdə kiminsə, özünü peyğəmbər elan etməsi ilə XXI əsrdə Allah elan etməsinin arasında heç bir fərq yoxdur:

    “Mahiyyətcə ikisi də eyni hadisədirlər. Heç birinin sübutu yoxdur, ikisinə də istəyən inana, istəməyən də inanmaya bilər”. Minval.info saytının baş redaktoru Məhəmməd Türkmən isə qeyd edib ki, indiki dövrdə buna inananlar varsa, deməli həmin adamlar dünyanın ən cahil şəxsləridir:

    “Mağarada yaşayır, adını belə yaza bilmir. Mənim üçün fala, falçıya, cindara inanan belə biridir və bundan artıq da deyil. Hətta həkimə ehtiyacı var. Mütləq həkimə getsin. Özünə hörmət edən, dünyagörüşü, savadı olan şəxsin falçının yanında nə işi var? Elə adamlara səslənirəm. Pulları çoxdur və inanmağa yer axtarırlarsa, gəlsinlər yanıma, məndə çomaq var. Kimi onunla döysəm həyatı uğurlu olur, gəlsinlər çomaqla vurum. Bəlkə də onlara “cin girib”, cini çıxardaq”.

  • Малейка Аббасзаде: Мы получаем жалобы

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана создает надежный контакт с участниками процесса для обеспечения эффективного выполнения возложенной на него миссии.

    Об этом на XV съезде азербайджанских учителей заявила председатель совета директоров Государственного экзаменационного центра Малейка Аббасзаде.

    По ее словам, в этом процессе учителя тоже играют исключительную роль.

    Председатель подчеркнула, что во время экзаменационной кампании этого года в ГЭЦ поступило 2 417 обращений, что составляет 0,3 процента общего числа участников процесса.

    «Мы получаем жалобы от представителей общественности касательно нашей деятельности. Однако принимаем их как обратную связь, они помогают нам улучшить процесс.

    К сожалению, некоторые лжеучителя тоже принимают участие в этих процессах. Конечно же, мы делаем все возможное для предотвращения подобных случаев», – заявила М.Аббасзаде.

  • Bakıda gecə vaxtı qəribə olay yaşandı: “Ata, ana övladlarını qapıya göndərərək …” – VİDEO

    Bakıda gecə vaxtı qəribə hadisə yaşanıb.

    Görüntülər Nəsimi rayonu Vaqif prospektində təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

    Naməlum ailə gecə vaxtı iş adamının qapısına gəlib. Ata, ana kənarda duraraq, övladlarını qapıya göndəriblər. Uşaqlar isə çox qəribə şəkildə qapının önündə təzim ediblər. Daha sonra ailə həmin qapıdan uzaqlaşıb.

    İş adamı olan ev sahibi bu adamların hansı səbəbdən bu addım atdığını bilmədiyini deyib.

    Sosial şəbəkələrdə birmənalı qarşılanmayan həmin videonu təqdim edirik:
    //azxeber.com

  • Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi

    Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Zərərçəkmiş qismində 3 nəfər – Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

    Artıq cinayət işinin ibtidai istintaq artıq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hazırlıq iclası dekabrın 5-nə təyin edilib.

    Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

  • Qənirə Paşayeva Türkiyədə əməliyyat olundu

    “Mən bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım”.

    Bu sözləri əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın ünvanına yazıb. Müğənni deputatın Türkiyədə əməliyyat olunduğunu bildirib:

    “Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur. Onda biz yaxşı dost deyilik.

    Niyə sizin yanınızda olmamalıyıq, belə olmalıdır? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır. Amma çiynimizdə haqqın ola-ola, sağlamlığınızda problem olur və bundan xəbərimiz olmur.

    Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun”.

  • В вузах может появиться больше бесплатных мест

    Азербайджанские парламентарии обговорили возможность увеличения доли бесплатных мест в университетах республики.

    Как передает Median.Az, oб этом, как сообщает Sputnik Азербайджан, заявила заместитель председателя Милли Меджлиса АР Бахар Мурадова, выступая на XV Съезде педагогов Азербайджана.

    Мурадова отметила, что в ходе обсуждения государственного бюджета Азербайджана основные дискуссии проходят вокруг сферы образования.

    В частности, по ее словам, обговаривалось увеличение финансирования образования и доли студентов университетов, обучающихся за государственный счет.

    “Считаю, что это начало очень важной тенденции. Потому что не может быть такого, чтобы в стране численность студентов, учащихся в платном секторе, было в разы больше, нежели в государственном”, – подчеркнула парламентарий.

    В то же время Мурадова высказалась и в поддержку платного образования: “Естественно, что основной задачей правительства является возложение на себя ответственности за все сферы государства, однако общество тоже должно оказать серьезную поддержку. Я считаю, что нет ничего предосудительного в том, что семья тратит деньги на образование”.

    Вице-спикер ММ добавила, что порой общество воспринимает это иначе, чем следовало бы. Однако, законодатели намерены создать нормальную правовую основу платному образованию. “Какой обеспеченный родитель не захочет потратить деньги на образование своего ребенка”, – заключила Мурадова.

  • Söyüş, yoxsa cərimə? – Sürücü və piyadalara xəbərdarlıq – VİDEO

    Yağan yağışlar nəticəsində çala-çuxurlu yolların yağış suyu ilə dolması həmin ərazilərdə xırda gölməçələrin yaranmasına səbəb olur. Həmin yollardan istifadə edən sürücülər bəzi hallarda bilərəkdən, ya da bilməyərəkdən kənardan keçən piyadaların üzərinə su sıçradırlar.

    ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    Bütün yollar təmirli deyil və elə yollar var ki, kələ-kötür, dağınıq haldadır və təbii ki, yağıntılı havalarda bu yollar keçilməz vəziyyətdə olur. İstər-istəməz, belə yollarda piyadaların üstü çirkab su ilə bulanır.

    Sürücülərsə günahı piyadalarda görür.

    Bu qayda pozuntusu ilə bağlı cərimə də var. Lakin DYP sözçüsünün dediyinə görə, qanunda istisnalar var. İnzibati xəta tənbehi o zaman tərtib edilir ki, baş vermiş hadisə qəsdən olmuş olsun.

    Ekspert Azər Allahverənovun sözlərinə görə, piyadaların üzərinin batması çox zaman yolların bərbad olması səbəbindən baş verir ki, bu da sürücünün günahı deyil. Bununla yanaşı, bu qayda pozuntusunu sübut etmək çox çətindir.

  • Neftçalada brakonyerlər saxlanıldı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala Ovçuluq Təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

    Nazirlikdəverilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyən edilib.

    Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.

    Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

    Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

  • В Азербайджане похолодает: ветер, дождь, снег – ПРЕДУПРЕЖДЕНИЕ

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов предупреждает об ожидающейся резкой смене погодных условий.

    В Баку и на Абшеронском полуострове со второй половины 29 ноября до полудня 30 ноября ожидается сильный северо-западный ветер. Температура воздуха понизится на 5-8 градусов.

    В районах Азербайджана с 30 ноября по 2 декабря ожидается нестабильная погода, временами дожди, в горных и предгорных районах пойдет снег, местами интенсивный.

    С полудня 29 ноября до полудня 30 ноября местами будет дуть сильный западный ветер. Температура воздуха понизится на 5-8 градусов.

    В реках поднимется уровень воды, в Лянкярано-астаринской зоне реки могут выйти из берегов.

  • Московские ТЦ и вокзал эвакуировали

    В Москве эвакуировали четыре тысячи человек из десяти торговых центров из-за сообщений об угрозах взрыва.

    Как передает Median.Az, об этом сообщает ТАСС со ссылкой на источник в правоохранительных органах.

    Посетителей эвакуировали из торговых центров «Цветной», «Атриум», «Капитолий», «Горбушкин двор», «Хорошо», «Мегаполис» и других. Сейчас здания проверяют полицейские и кинологи.

    По информации РИА Новости, эвакуировали 12 торговых центров и Киевский вокзал.

    Телеграм-канал Mash пишет, что звонки о бомбах в торговых центрах поступили в экстренные службы в течение двух минут.