Month: November 2018

  • Həkim məsulyətsizliyinə görə 2 ayın anası can verdi – FOTO

    22 yaşlı qadın həkim məsuliyyətsizliyinə görə doğumdan 2 ay sonra dünyasını dəyişib.

    Hadisə İstanbulun İzmir şəhərində baş verib.

    Qeysəriyyə üsulu ilə övladını dünyaya gətirən 22 yaşlı Harika Kanıkın qarnında bez qalıb.

    Həkimin yadından çıxan bez qadının bədənində iltihaba səbəb olub və doğumdan 2 ay sonra ölüb.

    Hadisə ilə bağlı həkim Ü.Ç və tibb bacısı H.C saxlanılıb. Onlar 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.



  • Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib – FOTO

    Noyabrın 1-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar. 

    İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Mədət Quliyev tədbir iştirakçılarını salamlayaraq, Komissiyanın fəaliyyət göstərdiyi 25 il ərzində görülmüş işlər barədə məlumat verib. 

    M.Quliyev qeyd edib ki, Dövlət Komissiyası fəaliyyət göstərdiyi 25 il ərzində beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb, bu sahədə böyük iş təcrübəsi olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT, ATƏT, Beynəlxalq İşçi qrupu və digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində işləyib, yaranmış ağır humanitar problemin həllində onların imkanlarından istifadə edib. Dövlət Komissiyası üçün faydalı olan bu əməkdaşlıq bundan sonra da səmərəli şəkildə davam etdiriləcək. 

    Dövlət Komissiyasının sədri deyib: “Bu gün əsası Ümummilli Lider tərəfindən qoyulmuş “Respublika Xatirə Kitabı”nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildi diqqətinizə təqdim olunur. Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən tərtib edilib”. 

    M.Quliyev bildirib ki, Komissiya fəaliyyət göstərdiyi 25 ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb. Ancaq bu sahədə həllini gözləyən məsələlər çoxdur. 

    Sonra iclasda gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr olub, Komissiya üzvlərinin fikir, təklif və tövsiyələri dinlənilib. Komissiyanın və İşçi qrupunun fəaliyyəti qənaətbəxş hesab edilib. 

    İclasın sonunda çıxış edən Komissiya sədri M.Quliyev deyib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələdir: “Ona görə də həm Komissiya üzvləri, həm də İşçi qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini möhtərəm Prezident cənab İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır”. 

    Sədr qarşıda çox ciddi məsələlərin həllini gözlədiyini, xüsusən də BQXK ilə birlikdə həyata keçirilən “Ante Mortem” proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini, ekshumasiya və identifikasiya işlərinin aparılması üçün hüquqi-normativ bazanın hazırlanmasının, bu məqsədlə aidiyyəti dövlət qurumlarının və BQXK-nın mütəxəssislərindən ibarət ayrıca İşçi qrupunun yaradılmasının və təxirə salınmadan müzakirələrin aparılmasının vacibliyini bildirib. 

    Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən həyata keçirilən təxribatlar və atəşkəs rejiminin intensiv pozulması halları narahatlıq yaradan əsas amildir: “Təəssüf ki, belə əməllər insan itkisi ilə nəticələnir və müharibə qurbanlarının sayı artır. İşğal faktının mövcudluğu, Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqeyi sülh variantını hələ də sual altında qoyur. Bu baxımdan Komissiya olaraq biz hər bir situasiyaya hazır olmalıyıq. Yalnız tam hazırlıq şəraitində və koordinasiyalı fəaliyyət nəticəsində üzərimizə düşən vəzifələri dolğun şəkildə icra edə bilərik”. 

    Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edən M.Quliyev Komissiyanın İşçi qrupunun fəaliyyəti nəticəsində üzə çıxarılan həqiqətlərin, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmdə yayılmasında müvafiq qurumların imkanlarından sistemli şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb. 

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Prezident İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyasının qarşısında qoyulan vəzifələrin icrası üçün daha da əzmlə çalışacaqlarını bildirib.

  • Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək – Dəyişikliklərdən sonra

    İşləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək.

    Bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov gəlir vergiləri üzrə təklif edilən güzəştlərin kimlərə və necə tətbiq olunacağı ilə bağlı fikirlərini bölüşərkən bildirib.

    Ekspert qeyd edib ki, təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək: “Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu, o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu, o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək”.

    V.Bayramov işçilər üçün xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydaların nəyi əhatə edəcəyinə də toxunub: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl aylarda və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəklər. Onlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa, xidməti müqavilə ilə çalışanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir”.//milli.az

  • Alim Qasımovun qızı Bülənt Ərsoyla eyni səhnəni bölüşdü – VİDEO

    Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Türkiyədə səfərdə olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı Türkiyə Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş tədbirdə yer alıb.

    F.Qasımova daha sonra müğənni Bülənt Ərsoyun yer aldığı restorana yollanıb. Muğam ifaçısı onunla birlikdə səhnə bölüşüb. Ərsoy Fərqanəni səhnəyə dəvət edərək, mahnı oxumasını istəyib.

    Videosunu sosial şəbəkədə paylaşan müğənni “Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülənt Ərsoyla eyni səhnədə olmaq qürurvericidir” sözlərini yazıb.

  • AYİB: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,5 faiz artacaq

    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3,5 faiz səviyyəsində proqnozlaşdırır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə bankın “Regional iqtisadi perspektivlər: ticarət münaqişələrinin kölgəsində” hesabatında deyilir.

  • Hacıbala Abutalıbov etirazçıların qarşısına çıxdı: “Dayandırın, yığılan pulları, nə qədər edir mən verirəm” – VİDEO

    Şəxsi maşınlarıyla yük daşıyan sürücülər cərimələrə görə etiraz ediblər.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olanda radara düşürlər və nəticədə 40 manat cərimələnirlər.

    Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, problemi həll etməyə çalışıb:

    “Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrıseçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm”.

    Çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!” sözləri narazı sürücülərin alqışları ilə qarşılanıb. Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib:

    “Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Ümumi qərar qəbul edək ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq”.

  • Məktəbi vaxtından əvvəl bitirmək istəyən şagirdlərin NƏZƏRİNƏ

    Azərbaycanda şagirdlərin ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmələri üçün müraciətlərin qəbuluna başlanılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, orta məktəbi vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur.

    Fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə və aydın, rabitəli nitq və çevik təfəkkür şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər sayılır.

    Bunun üçün hər il noyabr ayından gec olmayaraq müəllimlər və məktəb psixoloqu təhsil ocağının direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Məsələ valideynin iştirakı ilə məktəbin Pedaqoji Şurasında müzakirə olunub müvafiq qərar qəbul edilir.

    Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduğu halda məktub Təhsil Nazirliyinə göndərilir.

    Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildə məktəbə gəlməməsi və növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

    Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.

  • Azərbaycanlı müğənninin Türkiyədə qadın biznesi – TƏFƏRRÜAT

    Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Bakı şəhər sakini, 31 yaşlı Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, cinayət işinin materiallarına əsasən T.Əliyeva tanıdığı qadınları işə düzəltmək adı altında Türkiyəyə aparıb, onları Aydın şəhərində zorla fahişəliyə məcbur edib. İmtina etmək istəyənləri isə müştərilərə döydürüb.

    Təranə Əliyevanın biznes-karyerası zəngindir, o Bakının Binəqədi rayonundakı “Qurd yuvası” adlı restoranda özünün dediyi kimi inzibatçı olub, eyni zamanda müğənnilik edib. Arabir Türkiyəyə gedib-gəlib, orada da restoranlarda oxuyub. Daha hansı işlərlə məşğul olub, bu haqda detallı məlumat yoxdur. Amma Təranə Əliyevanın əməllərindən zərərçəkənlərdən dörd qadın ona qarşı ifadə verib.

    Cinayət işinin materiallarına əsasən Təranə Əliyeva tanışları Sevinc Balaşova, Gülnarə Həsənova, Almaz İbadova və Ellada Məmmədovanı (ad və soyadlar dəyişdirilib – red.) Türkiyənin Aydın şəhərində işə düzəldəcəyi adı ilə aldadaraq bu ölkəyə aparıb. Onları pul müqabilində kişi müştəriləri ilə görüşdürüb, seksual istismara məruz qoyub.

    Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2-ci maddələri ilə ittiham olunan T.Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin istintaqdan yayındığına görə axtarışa verilib və həbs olunub.

    “Onlar elə Bakıda da bu işlə məşğul idilər…”

    Qadın alverində təqsirləndirilən Təranə Əliyeva elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Binəqədi rayonu ərazisində yerləşən “Qurd yuvası” restoranında inzibatçı işlədiyini, 2009-cu ildən etibarən mütəmadi olaraq qonşu ölkəyə gedib-gəldiyini, müxtəlif restoranlarda müğənnilik etdiyini, heç kimi fahişəliyə cəlb etmədiyini göstərib.

    “Gülnarəni “Qurd yuvası”nda xadimə işlədiyi vaxtlar tanımışam. Səhhətimlə bağlı tez-tez Türkiyəyə getdiyimi bilirdi. İlk vaxtlar Türkiyəyə müalicə üçün gedirdim. Sonralar restoranlarda müğənnilklə məşğul olurdum. Barəmdə şikayət edən digər qadını – Sevinci ilk dəfə bizimlə birgə Türkiyəyə gedəndə görmüşdüm. Gülnarənin rəfiqəsi idi. Hər ikisi özləri mənə Türkiyədə fahişəliklə məşğul olmağa getdiklərini demişdilər. Bakıda da bu işlə məşğul idilər. Onlar mənim yanımda cəmisi bir gün qalıblar”-təqsirləndirilən belə deyib.

    Xadimə maddi sıxıntı içində olub və təkliflə razılaşıb.
     

     

    Zərərçəkmiş Sevinc Balaşova ifadəsində göstərib ki, “Qurd qapısı”nda xadimə işlədiyi dövrlərdə Təranə Əliyevanı qiyabi tanıyıb. Həmin kafedə çalışan Gülnarə adlı xadiməylə isə yaxın rəfiqə olublar. 2014-cü ilin sonlarında Təranə həm ona, həm də Gülnarəyə Türkiyəyə getməyi təklif edib, orada klubda inzibatçı işlədiyini, işlərinin yaxşı getdiyini bildirib. Maddi sıxıntı içərisində olduğundan Təranənin təklifi ilə razılaşıb.


     
    2015-ci ilin yanvarında Təranə həm özünə, həm də Gülnarə və Sevincə bilet alıb, birlikdə Türkiyəyə yollanıblar. Avtovağzalda onları Təranənin tanışı Ramazan adlı şəxs qarşılayıb. Birlikdə Aydın şəhərinin Nazilli qəsəbəsinə gəliblər.

    “Təranə bizə hədə-qorxu gəldi…”

    Təranə bu qəsəbədə uzun müddət yaşadığını, geniş əlaqələrinin olduğunu deyib. Habelə, həm ona, həm də Gülnarəyə münasib iş olmadığını, onun nəzarəti altında fahişəliklə məşğul olacaqlarını bildirib.

    E.Məmmədova sevgilisi Ruslan və rəfiqəsi Almazla birgə ötən ilin oktyabrında Ankaraya yola düşüb. Ruslan Təranənin onları işə düzəldəcəyinə inanıb, hər iki qadını onun yanına qoyduqdan sonra qohumlarıgilə gedib: “Ruslan getdikdən sonra Təranənin bizə münasibəti dəyişdi. Təranə evə müxtəlif kişilər gətirib onlarla əylənməyə başladı, sonra bizə həmin kişilərlə cinsi əlaqədə olmağı tapşırdı. Etiraz etdim, sevgilim xəbər tutarsa onun üçün problem yaranacağını söylədim, məhəl qoymadı. Əksinə, məni şantaj edərək Ruslana fahişəlik etdiyimi söyləyəcəyi ilə hədələdi. Evə kişi müştərilər gətirib, zorla cinsi əlaqədə olmağımı təşkil edəcəyini, video çəkib Ruslana göstərəcəyini dedi. Ruslanı itirməmək üçün razılaşdım. Almaza da deyirdi ki, əgər razılamasan səni tanış müştərilərə döydürəcəyəm. O, da Təranədən qorxduğu üçün razılıq verdi”.


     
    Məhkəmənin qərarına əsasən T.Əliyeva barəsində 8 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 2 il sınaq müddəti olmaqla şərti hesab edilib. Başqa sözlə, “Qurd yuvası”nın müğənnisi sərbəst buraxılıb və karyerasına davam edə bilər…

  • За квартирные кражи в столице задержаны несовершенолетние

    Как сообщает Median.Az, сотрудники 8-го отделения полиции Сабаильского РУП в результате проведенной операции задержали двух несовершенолетних жителей столицы, которые 29-го октября украли из дома бумажник.

    Кроме этого, сотрудники 36-го отделения полиции Хатаинского РУП задержали несовершенолетнего жителя столицы, который 30-го октября украл из квартиры ноутбук и мобильный телефон.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Səbail və Xətai rayonlarında oğurluq edən yeniyetmələr saxlanılıb

    Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 29-da rayon ərazisindəki evdən, içərisində pul olan cüzdanı oğurlayan Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

    Bundan başqa, oktyabrın 30-da Xətai rayonu ərazisindəki mənzilldən noutbuk və mobil telefon oğurlanıb.

    Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları Bakı şəhər sakini olan bir yeniyetməni saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.