Month: November 2018

  • В Гяндже “Volkswagen” cбил двух братьев, один из них погиб

    Как сообщает Median.Az, 31-го октября в 20 часов на проспекте Низами автомобиль марки “Volkswagen”, управляемый жителем г.Гянджа Арзу Аббасовым сбил жителей города Ислама Аллахвердиева и его брата Амина.

    В результате автонаезда И.Аллахвердиев скончался на месте, а его брат с различными телесными повреждениями был помещен в больницу.

    В Кяпазском РУП по факту ведется расследование.

  • Gəncədə “Volkswagen” 2 qardaşı vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 31-i saat 20 radələrində Nizami prospektində Gəncə şəhər sakini Arzu Abbasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə həmyerliləri İslam Allahverdiyevi və qardaşı Amini vurub.

    Nəticədə İ.Allahverdiyev hadisə yerində ölüb, digər zərərçəkən isə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Kəpəz RPİ-də faktla bağlı araşdırma aparılır.

  • В Локбатане автобус сбил насмерть пешехода

    Как сообщает Median.Az, 31-го октября примерно в 6 часов утра в поселке Локбатан пассажирский автобус №130 марки “Daewoo”, управляемый жителем Апшеронского района Намик Мамедовым сбил молодого человека примерно 25-30 лет.

    Пешеход скончался на месте происшествия.

    Расследованием происшествия занимаются сотрудники Гарадагского РУП и 10-го отделения полиции.

  • Lökbatanda avtobus piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 31-i saat 6 radələrində Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı,130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı şəxsi vurub.

    Nəticədə piyada hadisə yerində keçinib.

    Hadisə Qaradağ RPİ və 10-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

  • 59 yaşlı qadın intihar etdi

    Gəncə şəhərində 59 yaşlı qadın intihar edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi 301 ünvanında qeydə alınıb. Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Familə Cəmşid qızı Məmmədova özünü asaraq intihar edib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Leyla Əliyeva Fəxrəddin Manafovdan müsahibə götürdü – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva Xalq artisti Fəxrəddin Manafovla görüşüb.

    Оurnalın baş redaktoru bu barədə şəxsi Instagram hesabında paylaşım edib.

    Leyla Əliyeva Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafovdan müsahibə götürüb.

    Leyla Əliyeva paylaşdığı videoda “Fəxrəddin Manafovla müsahibə” sözlərini qeyd edib.

    “Baku” jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən “Baku” jurnalının ingilisdilli versiyası – “Baku International” nəşr edilməyə başlayıb.

  • “Girovların azad edilməsi məsələsi İlham Əliyevin diqqət mərkəzindədir” – Mədət Quliyev

    “Ermənistanın qeyri-kontruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir, girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlata görə, 871 Azərbaycan vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.

    “Daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və elə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər. Əlbəttə ki, Azərbaycan həm də qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına olan şəxslərin “Hamının hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”, –  M.Quliyev vurğulayıb.

  • Azərbaycanda evlərin dam örtüyü dəyişdiriləcək

    2019-cu il dövlət büdcəsi zərfində mənzil və kommunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat proqnozlaşdırılıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu,nin zərfində öz əksini tapıb.

    Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2019-cu il dövlət büdcəsindən 360,3 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 54,4 milyon manatı və ya 15,1 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsinə, 305,9 milyon manatı və ya 84,9 faizi kommunal, su təsərrüfatı və abadlıq işlərinin həyata keçirilməsi işlərinə yönəldiləcək.

    Şəhər (rayon) mərkəzlərində yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsi zərfində əlavə olaraq 22,5 milyon manat vəsait nəzərdə tutulub.

    Növbəti ildə küçələrin işıqlandırılmasına və abadlaşdırılmasına 250 milyon manat vəsait nəzərdə tutulub.

  • Gürcüstan larisi kəskin ucuzlaşdı – MƏZƏNNƏ

    Noyabrın 1-də Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 1 ABŞ dolları 2,7203 GEL-ə dəyişdirilir. Bu, son iki ildə ən aşağı göstəricidir.

    Bundan bir qədər əvvəl 1 dollar 2,50 və ya 2,55 lariyə dəyişdiriləndə hökumət təcili tədbirlərin görüləcəyini və milli valyutanın ucuzlaşmasının qarşısının alınacağını bildirmişdi.

    Lakin bu gün lari dollar, avro və Azərbaycan manatı qarşısında xeyli ucuzlaşıb.

    Noyabrın 1-də 1 avro – 3.0848, 1 manat isə 1.6044 lariyə bərabər olub.

    Ekspertlərin fikrincə larinin ucuzlaşması davam edəcək və 1 dollar 3 lariyə qədər bahalaşacaq. Bu da ölkədə istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq.

    Məlumat üçün bildirək ki, son üç ayda Gürcüstanda avtomobil yanacağının qiyməti 15-35 tetri, çörəyin qiyməti isə 10-20 tetri arasında bahalaşıb.

  • Azərbaycanda sürücü uşaqları baqajda daşıdı – VİDEO

    Şəmkirdə sürücü avtomobilin yük yerinə üç azyaşlını yerləşdirib.

    Görüntüləri “Xəzər TV” yayıb.

    Kadrlardan aydın olur ki, “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə üç azyaşlı oğlan uşağını mindirib.

    Uşaqların həyatını təhlükəyə atan sürücü, bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub.

    O, hətta uşaqlara hava gəlsin baqajın qapısını açıq qoyub.

    Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayıblar.