Month: November 2018

  • Bakıda işlənmiş avtomobillərin qiymətləri bahalaşacaq – PROQNOZ

    Dekabrda Bakının avtomobil bazarında işlənmiş maşınların müxtəlif markalarında qiymət artımı gözlənilir.

    Bununla bağlı oxu.az-a “Bakı avtomobil satışı mərkəzi”ndən məlumat verilib.

    On ildir avtomobil alqı-satqısı ilə məşğul olan Zamir Musayevin sözlərinə görə, ənənəvi olaraq Yeni il ərəfəsində avtomobil bazarında canlanma müşahidə edilir.

    “Əgər buna 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək yeni gömrük rüsumlarını da əlavə etsək, bir sıra avtomobillərin qiymət artımının qaçılmaz olduğunu görərik. Alverçilər bazarda canlanma gördükdə süni olaraq qiymətləri qaldırırlar”, – Z.Musayev deyib.

    O əlavə edib ki, mühərrikinin həcmi 2.0-dan yuxarı olan avtomobillərin qiymətləri 20 faiz arta bilər.

    “Bu gün azərbaycanlı alıcılar daha az həcmli mühərriklərə üstünlük verir. Əksinə, mühərrikinin həcmi 5.0 olan cipləri satmaq çox çətindir və düşünürəm ki, bu avtomobillərinin qiymətlərində dəyişiklik olmayacaq”, – Z.Musayev əlavə edib.

    Analoji fikirlər nəqliyyat sahəsindəki ekspertlər tərəfindən də dəstəklənib. Analitiklərin fikrincə, Azərbaycanda hər il dekabrın sonlarında avtomobillərdə süni qiymət artımı müşahidə edilir.

  • Kadırovun İlham Əliyevlə görüşündə maraqlı anlar (VİDEO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Səfər barədə Ramzan Kadırov Instagram-da maraqlı video paylaşıb.

    Videoda prezidentlərin görüşünü əks etdirən kadrlar yer alıb. Ölkə başçılarının səmimi görüşü və Kadırovun Şeyxulislam Allahşükür Paşazadə ilə görüşü marağa səbəb olub.

    Görüş zamanı çəkilən maraqlı anları təqdim edirik:

  • Ali məktəblərə daxil ola bilməyən abituriyentlərə ŞAD XƏBƏR – YENİLİK VAR (VİDEO)

    Ali məktəbə qəbul ola bilməyən abituriyentlər təhsil müəssisəsində təşkil olunacaq ödənişli hazırlıq qruplarında iştirak edə biləcəklər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu, “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili” qaydalarında öz əksini tapıb.

    Ali məktəblərə qəbul imtahanlarından sonra boş qalan plan yerləri hazırlıq qrupları kimi formalaşdırılacaq. Bir illik qruplara seçim qəbul imtahanlarında iştirak edən abituriyentlər arasında aparılacaq.

    Hazırlıq qruplarında təhsil əyani formada təşkil ediləcək.

    Təhsil eksperti Kamran Əsədovun sözlərində görə, hazırlıq qruplarında hər kəsə yalnız bir dəfə təhsil almaq imkanı veriləcək. Təhsil haqları ilə bağlı isə hər hansı güzəşt nəzərdə tutulmayıb.

    Hazırlıq qrupları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılacaq. Bu qruplara keçid balları isə Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən ediləcək. Hər qrupda tələbə sayı maksimum 20 nəfər olacaq.

  • Bakirə çıxmayan gəlin evdən qovuldu, məlum oldu ki… – Azərbaycanda son günlərin ən dəhşətli hadisəsi

    Bu günlərdə Neftçala rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatı eşidən hər kəsi dərindən sarsıdıb.

    Median.Az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, rayonda işlədiyi ofisdə bacanağı tərəfindən öldürülən 62 yaşlı Rafiq Kərimovun (ad şərtidir) baldızının (yəni bacanağının) qızının namusuna toxunduğu üçün qətlə yetirildiyi məlum olub.

    Faktla bağlı başlanmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Rafiq Kərimov illər əvvəl bacanağının yeniyetmə qızını zorlayıb.

    Belə ki, təxminən 10 il əvvəl rayon sakini İsmayıl İsmayılov (ad şərtidir) həbsxanaya düşüb. Bu zaman onun həyat yoldaşı övladları ilə birgə bir müddət bacısının Masallıda yerləşən evində yaşayıb. Həmin dövrdə Rafiq Kərimov bacanağının hələ 12 yaşında olan qızını zorlayıb və onun bakirəliyinə toxunub. Bir neçə il sonra İsmayıl İsmayılov həbsxanadan çıxıb və ailəsi ilə birgə yaşamağa davam edib. Bütün baş verənlərin üstü isə təxminən 1 həftə əvvəl keçirilmiş toydan sonra açılıb. Belə ki, İsmayıl İsmayılovun qızının el adəti ilə toyu olub. Toy axşamı qızın nişanlısı onun bakirə olmadığını görüb və qızı ata evinə qaytarıb. Ailə üzvləri gənc qızı sorğu-sual edərək nəyin baş verdiyini üzə çıxarmağa çalışıb. Qız isə illər əvvəl Masallıda xalasıgildə qalarkən xalasının əri tərəfindən zorlandığını deyib.

    Bundan xəbər tutan qızın atası İsmayıl İsmayılov bacanağını nəyin bahasına olur-olsun, öldürmək qərarına gəlib. O, Rafiqin işlədiyi ofisə gələrək insanların gözü qarşısında onu çoxsaylı bıçaq zərbələri ilə öldürüb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.

    Bildirilir ki, qətlə yetirilən Rafiq Kərimov sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

  • Депутат: Прожиточный минимум в 143 AZN – нормальная цифра

    «В следующем году прожиточный минимум был установлен в размере 143 манатов, и я думаю, что это нормальная цифра».

    Как передает Median.Az со ссылкой на Publika.az, об этом заявил депутат парламента Хады Раджабли.

    По его словам, прожиточный минимум составляет основу для определения адресной социальной помощи.

    «Таким образом, 17 000 семей смогут получить адресную социальную помощь», – сказал депутат.

  • Определяется лучший реактивный артиллерийский дивизион Азербайджана – ВИДЕО

    Артиллеристы Отдельной общевойсковой армии (ООА) участвуют в состязаниях на звание «Лучший реактивный артиллерийский дивизион».

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    Согласно плану, реактивные артиллерийские дивизионы, оснащенные средствами воздушной разведки, поэтапно выполняют задачи в тактической и оперативной глубине обороны условного противника.

  • Умер создатель мультсериала про Губку Боба

    Американский аниматор, создатель мультсериала «Губка Боб Квадратные штаны» Стивен Хилленберг скончался в возрасте 57 лет.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает издание Variety.

    По данным издания, причиной его смерти стало заболевание центральной нервной системы — боковой амиотрофический склероз. Как сообщал сам Хилленберг, болезнь диагностировали в марте прошлого года.

    «Нам грустно сообщать о кончине Стивена Хилленберга, создателя «Губки Боба Квадратные штаны». Сегодня мы проводим минуту молчания в память о его жизни и работе», — сообщил в Twitter телеканал Nickelodeon, транслировавший мультсериал о Губке Бобе, первый эпизод которого вышел в мае 1999 года.

    Хилленберг начал карьеру аниматора в 1987 году, до этого несколько лет работал морским биологом.

  • Nazirlikdən “Whatsapp”da insanları təşvişə salan məlumata – MÜNASİBƏT

    Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən “Whatsapp” vasitəsilə əhalinin istifadə etdiyi dərman preparatı haqqında yayılan şayiəyə münasibət bildirib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkə vasitəsilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycanda İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan parasetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma – “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Federasiyası (tablet), Parasetamol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).

    Qeyd olunur ki, son günlərdə sosial şəbəkə vasitəsilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir neçə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda yayılır.

    Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında) əhali arasında təşviş və gərginliyə səbəb olur.

    Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.

  • Sumqayıtda 22 yaşlı gənc intihar etdi

    Sumqayıtda şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında 22 yaşlı oğlan intihar edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Cəfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən atıb.

    İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Universitetə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxs cəzalandırıldı

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

    İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.

    Bundan başqa, A. Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha beş nəfərə qarşı dələduzluq edib.//oxu.az