Month: November 2018

  • Увеличен бюджет Фонда соцзащиты

    В Закон Азербайджана «О бюджете на 2019 год соответствующего органа исполнительной власти, осуществляющего социальное обеспечение и защиту» внесена поправка.

    Об этом на заседании Милли меджлиса во вторник сообщил председатель парламентского комитета по трудовой и социальной политике Хады Раджабли.

    Депутат отметил, что бюджетные расходы структуры повышаются еще на 350 млн манатов.

    По его словам, это будет способствовать укреплению социальной защиты населения.

  • Задержан вор, укравший из сейфа маркета крупную сумму денег

    Как сообщает Median.Az, сотрудники 29-го отделения полиции Ясамальского РУП и районного управления охраны в ходе оперативно-розыскных мер задержали жителя столицы Николая Штонду, который в ночь на 25-е ноября из сейфа маркета на улице Г.Зардаби украл
    2300 манатов.

    По факту ведется расследование.

  • Yasamalda marketin seyfindən pul oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi və Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində, seyfdən 2300 manat pulu oğurlayan Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda sevgilisinə əsəbiləşən qadın yüksək dozalı dərman içib …

    Bakıda qadın əsəbiləşərək dərman içib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

    Rayon sakini, 1987-ci il təvəllüdlü Şahvələdova Məlahət Nadir qızı Famil adlı tanışı ilə mübahisə edib. Famil adlı şəxs ona yalan vədlər verərək onun hissləri ilə oynadığından qadın əsəbiləşərək “Majezik” adlı ağrıkəsici həbindən 6-7 ədəd içib.

    Nəticədə qadın zəhərlənmə ilə xəstəxanaya gətirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • В Джалилабаде скончалась школьница

    В Джалилабаде при невыясненных обстоятельствах скончалась школьница.

    Как передает Median.Az со ссылкой на Open.az, инцидент зафиксирован на улице Саттархан города Джалилабад. Иманова Асмар Асиф гызы была найдена мертвой в собственной квартире.

    Для установления причин смерти девушки назначена медицинская экспертиза.

    По факту ведется расследование.

    Отметим, что А. Иманова была ученицей 11-го класса.

  • 11 yaşlı qızı əmisi oğlu zorladı – Azərbaycanda BİABIRÇILIQ

    Tərtər rayonunda zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Nicat Ağayev, 1991-ci il təvəllüdlü Ərşad Əhmədov və 1991-ci il təvəllüdlü Amal Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Əmisi oğlu tərəfindən təcavüz

    Median.Az
    “publika.az”a istinadən xəbər verir ki, Amal Vəliyev təxminən 2015-cı ilin noyabr ayının ortalarında əmisi Vaqifin evinə gəlib. O, fərdi yaşayış evinə gələrək, onun yetkinlik yaşına çatmayan qızı Samirəyə qarşı seksual xarakterli hərəkətlər edib.

    Amal Vəliyev əmisi qızına “artıq böyümüsən” sözlərini deyib, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Samirə Vəliyeva da əmisi oğluna etiraz etməyib. Onlar evdə cinsi əlaqədə olublar.

    Cinayətin digər iştirakçısı

    İstintaq sənədlərinə görə, ilk dəfə Samirə Vəliyevanın bakirəliyini əmisi oğlu pozub. Bundan sonra kənddə olan digər oğlanlar da Samirə ilə intim əlaqədə olub.

    Belə ki, kənd sakini Nicat Ağayev 27 dekabr 2015-ci il tarixdən təxminən 2016-cı ilin iyun ayının axırına qədər Tərtər rayonunun Səhlabad kəndində 2004-cü il təvəllüdlü Samirə Vəliyeva ilə cinsi əlaqədə olub.

    Üçüncü dəfə təcavüz

    O, müxtəlif vaxtlarda həmin kənddə yaşayan əmisinin evində əmisi qızı ilə görüşüb, onunla cinsi əlaqədə olub, əxlaqsız hərəkətlər edib.

    Bundan başqa, Ərşad Əhmədov da həmin müddətdə Samirə Vəliyeva ilə görüşüb, onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Amal Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, əmisi qızı ilə cinsi əlaqədə olmadığını deyib.

    “Nə demək istədiyini başa düşdüm”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Vəliyeva bildirib ki, təxminən 2015-ci ilin noyabr ayının ortalarında evdə olarkən bacısı Nurayla qardaşı Namil bayırda oynayıb, anası Xalidə xalasıgildə, atası Adil isə işdə olub: “Həmin vaxt əmim oğlu Amal yaşadığımız evə gəldi.

    O, bir az söhbət etdikdən sonra əlini döşlərimə və arxama atdı. Bu zaman mənim böyüdüyümü, evlərində heç kimin olmadığını dedi. Məni öz evlərinə dəvət etdi. Onun nə dediyini başa düşdüm. Bu səbəbdən onunla birlikdə onlara getdim”.

    “Başım gicələndi”

    Zərərçəkmişin sözlərinə görə, evə çatdıqda sonra Amal onunla cinsi əlaqədə olub: “Həmin vaxt ayağa durmaq istədim. Amma dura bilmədim, başım gicəlləndi, yenidən çarpayının kənarında əyləşdim. Bir az sonra özümə gəldim. Bundan sonra evimizə getdim”.

    Tərtər rayon Məhkəməsinin hökmü ilə Amal Vəliyev 2 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər – Nicat Ağayev və Ərşad Əhmədov isə hər biri 2 il müddətinə islah işləri cəzasına məhkum olunublar.

    Məhkumların cəzaları

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə onların apelyasiya şikayətləri təmin olunmayıb. Bu qərardan narazı qalan məhkumlar kasasiya şikayəti veriblər.

    Onların kasasiya şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Bu yaxınlarda verilən qərara görə, kasasiya şikayətləri təmin olunmayıb.

  • Rasim Balayev Elza Seyidcahanı biabır etdi – VİDEO

    Xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanı sərt tənqid edib.

    Xalq artisti CVN TV-yə müsahibə verib.

    “Elza Seyidcahan şerlər oxuyur. Ona deyən yoxdur ki, get işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şerlər efirlik deyil.

    Mən çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu efirdir”, – deyə Rasim Balayev bildirib.

  • Azərbaycanda 19 yaşlı gəncin ölümünün dəhşətli təfərrüatı: atasının maşınını qaçırdı və…

    Kürdəmir rayonunda 19 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, rayonun Xirdapay kəndi ərazisində aşan “KİA Rio” markalı avtomobili idarə edən 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun maşını sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olub.

    Belə ki, noyabrın 25-də 19 yaşlı Əli atasına məxsus olan mağazanın qarşısından icazəsiz olaraq “KİA Rio” markalı avtomobili götürərək uzaqlaşıb. O, həmin gecəni evə gəlməyib və ailə üzvləri polisə müraciət edərək Əli Abbasovun maşınla birgə itkin düşdüyünü bildiriblər. Dünən isə gənc oğlan rayon mərkəzinə bitişik olan Xırdapay kəndi ərazisində maşının idarəetməsini itirərək aşırıb. O, su kanalına düşən avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 36 yaşlı qadın polisdən kömək istədi – Qızımı binanın qarşısından qaçırıblar

    Bakıda polisə müraciət edən qadın qızının qaçırıldığını bildirib.

    37-ci Polis Bölməsinə müraciət edən 1982-ci il təvəllüdlü Mahmudova Əzizə Cəlil qızı Şəhlanın yaşadığı Yusif Səfərov küçəsindəki binanın qarşısından Əşrəf adlı şəxs tərəfindən qaçırıldığını deyib. Onun sözlərinə görə, həmin şəxs Şəhlanı evlənmək məqsədi ilə qaçırıb.

    Müraciət əsasında araşdırma aparılır. (publika.az)

  • Zərərçəkmiş: “Bağçaya işə düzəlmək üçün 1700 manat rüşvət vermişəm”

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Samirə Məmmədova bildirib ki, təqsirləndirilən T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün əvvəlcə 700 manat, T.Bağırovanın özünə isə ayrılıqda 1000 manat verib: “Altı ay çalışdım, amma əmək haqqımı vermədilər. Yalnız 300 manat pul ala bildim. Sonra digər maaşımı da istədim, lakin Aləmzər xanım üstümə qışqırdı”.

    Daha sonra şahid qismində dindirilən Müşviq Cavadov bildirib ki, həyat yoldaşını işə düzəltmək üçün T.Bağırova ilə A.Əliyevaya 2 min manat pul verib. T.Bağırova isə qeyd edib ki, şahid M.Cavadov A.Əliyevanın tanışı olub, pulu da ona verib: “Kimdən pul almışam, boynuma da alıram”.

    Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.

    İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

    Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.