Month: November 2018

  • В Азербайджане будет производиться дизельное топливо «Евро-5» – ВИДЕО

    В Азербайджане осуществляются мероприятия, связанные с производством высокооктанового топлива.

    Как передает Median.Az со ссылкой на Xezerxeber.az, в ее рамках продолжаются работы по реконструкции на Бакинском нефтеперерабатывающем заводе имени Гейдара Алиева.

    По завершению работ, помимо бензина, в стране будет производиться дизельное топливо, соответствующее стандарту «Евро-5».

    По словам главы пресс-службы Государственной нефтяной компании Ибрагима Ахмедова, дата начала производства данного вида топлива уже определена.

    “Что касается импорта нефтепродуктов в Азербайджан, то основная часть спроса местного рынка покрывается за счет продукции НПЗ имени Гейдара Алиева. Порядка 95 процентов внутреннего спроса покрывается за счет местной продукции, и эта тенденция сохранится и в будущем. Возможно, даже увеличение доли нефтепродуктов SOCAR в энергобалансе страны после завершения модернизации НПЗ”, – сказал Ахмедов.

  • Глухонемых научили слушать музыку через кожу

    Специалисты американского стартапа Not Impossible Labs представили гарнитуру, которая позволяет слушать звуки и музыку через кожу.

    Как сообщает Median.Az со ссылкой на Life, эксперты выяснили, что кожа чувствительна к музыке через колебания и изменения амплитуды. Звуковые сигналы можно услышать, если подключить к лодыжкам и запястьям человека специальные браслеты, соединённые в цепь и замкнутые на спине. Устройство для прослушивания звука напоминает собой корсет или экзоскелет.

    С помощью него полностью глухонемые люди могут чувствовать звук и воспринимать музыку. Также специалисты называют своё устройство прорывом в восприятии музыки в XXI веке. Девайс рекомендуют не только людям с проблемами слуха, но и любителям музыки — для получения нового опыта.

  • Kadırov İlham Əliyevlə danışıqlarda

    Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Xəzərdə iki balıqçı itkin düşüb

    Xəzər dənizində iki balıqçı batma təhlükəsi ilə üzləşib.

    Fövqəladə Hallar Nazirliyindən oxu.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən üç kilometr dənizin içinə doğru) iki nəfər balıqçının taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

    Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

  • Sabaha olan hava proqnozu açıqlandı

    Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Havanın temperaturu gecə 8-10, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

    Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

  • Elmira Süleymanovanın maaşı artırıldı – RƏSMİ

    İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artırılıb.

    Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

    Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq. Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Qeyd edək ki, hazırkı qanunvericilikdə müvəkkil 2025 manat məbləğində aylıq əməkhaqqı alır. Dəyişiklik 2019-cu il mayın 1-dən tətbiq ediləcək.

    Layihə səsə qoyularaq qəbul edilib.

  • Bezrukov: Yenidən Mərdəkana getmək istəyirəm – VİDEO

    Moskva quberniya teatrının bədii rəhbəri, aktyor Sergey Bezrukov yenidən Bakıya gəlmək istədiyini bildirib.

    Median.Az xəbər verir ki, bununla bağlı Bezrukov “Moskva-Baku”ya müsahibəsində danışıb.

    “Mən yenidən Bakıya getmək istəyirəm, bu dəfə teatrla birlikdə. Dəvət edin, biz məmnuniyyətlə gələcəyik!”, – Bezrukov bildirib.

    “Mən çoxdandır Bakıda olmamışam, bu şəhəri çox sevirəm. Həmişə imkan olanda Sergey Aleksandroviç Yeseninin “Fars motivləri”ni yazdığı Mərdəkana gedirəm… Orada onu “Bakinskiy Raboçiy” qəzetinin redaktorları qəbul edirdilər.

    Bura mənim üçün tanış yerdir. Bildiyim qədəri ilə Tolstoy küçəsində Yesenin muzeyi var. Onların orada necə yaşadıqlarını bilmirəm, uzun müddətdir onlarla danışmamışam”, – aktyor əlavə edib.

  • Bakının bir hissəsində su olmayacaq

    Bakı şəhəri Xətai rayonu ərazisində suyun verilməsində məhdudiyyət yaranacaq.

    Yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  • Что ждет бездомных этой зимой?

    Предстоящая зима в Азербайджане, согласно прогнозам, будет суровая. В предыдущие годы в холодный период в стране организовывались приюты, палатки для бездомных людей. Будет ли так же в этом году?

    Как сообщил oxu.az глава пресс-службы Министерства труда и социальной защиты населения Фазиль Талыблы, ведомство открыло специальные приюты для бездомных .

    «Практика размещения бездомных людей в палатках осталась в прошлом. Сегодня при министерстве действуют социальные убежища, отвечающие современным требованиям. В предстоящий зимний сезон, если кто-то будет нуждаться в крыше над головой, его поместят в приют».

    По словам представителя министерства, проблем с нехваткой мест в приютах не будет.

  • Bu qış evsizləri nə gözləyir? – RƏSMİ

    Bu il qış fəslinin kəskin keçmə ehtimalı var. Bununla bağlı hər il paytaxt küçələrində yaşayan evsizlər, kimsəsiz insanlar üçün sığınacaqlar, çadırlar quraşdırılırdı. Bu il hər hansı tədbirlər görüləcəkmi?

    Bu barədə oxu.az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı cavab verib.

    O bildirib ki, nazirliyin nəzdində evsizlər, küçədə yatan insanlar üçün xüsusi sığınacaqlar açılıb:

    “Kimsəsiz və baxımsız şəxslərin çadırlarda yerləşdirilməsi praktikası artıq keçmişdə qalıb. Bu gün nazirliyin müasir tələblərə uyğun sosial sığınacağı fəaliyyət göstərir. Qarşıdakı qış mövsümündə də hər hansı şəxsin sığınacağa ehtiyacı olarsa, onun həmin müəssisədə yerləşdirilməsi təmin olunacaq”.

    Nazirlik nümayəndəsinin sözlərinə görə, vətəndaşların sayı baxımdan bu sahədə heç bir problem özünü göstərməyəcək.