Month: November 2018

  • Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub – VİDEO

    “Instagram”da qızların satışı ilə məşğul olan şəxs peyda olub. O, qızların yaşları və qiymətlərini qeyd edir, şəkillərini paylaşır, müəyyən məbləğ qarşılığında görüş təşkil edir. Cinsiyyəti bəlli olmayan həmin şəxs “Instagram” səhifəsindən çağırış edərək müxtəlif intim təkliflər edir, qızları satışa çıxarır. O, müxtəlif qiymətlərə həm görüntülü, həm də səsli intim danışıqları təklif edir. Satışa çıxardığı qızlar arasında azyaşlılar da var.

    “Baku TV”nin əməkdaşı həmin şəxslə əlaqə yaratmağa çalışdı.

    ““İnstagram”dan ona yazaraq xidmətlər haqqında məlumat aldı. Təkidlə nömrəsini əldə etməyə çalışsa da, o, nömrəsini verməkdən imtina etdi.

    Bank hesabına dediyi məbləği köçürdükdən sonra nömrəsini verəcəyini bildirdi. Həmin şəxs əməkdaşımızın ona verdiyi suallardan hiddətlənərək qeyri-etik sözlər işlətməkdən də çəkinmədi.

    Məsələni daha dərindən araşdırmaq üçün onun dediyi məbləği bank hesabına köçürdük.

    Ödədiyimiz məbləğin qəbzini ona göndərdik. Həmin şəxs evə çatdıqdan sonra görüntülü danışacağını desə də, fikrindən daşınaraq əvəzində video atmağı təklif etdi.

    Əməkdaşımız həmin fırıldaqçının əməllərini daha aydın üzə çıxartmaq üçün təkidlə nömrəsini istəyib görüntülü danışmağı tələb etdi. Əvəzində isə həmin şəxs kontakta keçdiyimiz “Instagram” hesabını əngəllədi. Yeni hesabla başqa müştəri olaraq müraciət etdik. Eyni mənzərə ilə qarşılaşdıq. Qeyd edək ki, pul göndərdiyimiz bank hesabı Abdulova Arzu Gülbala qızına məxsusdur.

    Azyaşlı uşaqların da sosial şəbəkə istifadə etdiyini nəzərə alsaq, hüquq-mühafizə orqanlarının bununla bağlı ciddi tədbir görəcəklərini düşünürük”, – deyə “Baku TV”nin reportajında qeyd edilir.

  • Bu il Azərbaycanda 112 qadın özünü öldürüb – 11 nəfəri azyaşlı qızdır

    “2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb”.

    Median.Az “report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Qadınlara və Qızlara qarşı zorakılığa Son” 16 günlük fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.

    O bildirib ki, bu ilin ötən dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: “Məişət zəminində baş verən cinayətlər nəticəsində özünü öldürənlərin 112 nəfəri qadındır ki, onların da 11 nəfəri azyaşlı qızlardır”.

  • Rüfət Quliyev sürücülərə xəbərdarlıq etdi – 40 manat cərimə

    “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

    Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

    Hazırda qış mövsümü ilə əlaqədar küşə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artığını xatırladan R.Quliyev, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalarının vacibliyini xüsusilə vurğuladı.

    Lakin, bəzi sürücülərin havaların yağışlı, çisginli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirdiklərini təəssüf hissi ilə qeyd edən şöbə rəisi, bu kimi halların yol verilməz olduğunu bildirdi.

    Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

  • Şeyx Abel Məhərrəmovla münasibətlərindən danışdı

    Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.

    Median.Az-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyib.

    Noyabrın əvvəlində Madriddə keçirilən tədbirlə bağlı BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa hoteldə qalmaqalla bağlı yazılanlar barəsində danışan şeyx qeyd edib ki, bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir:

    “Qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyəsə görə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər?

    Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm”, – deyə Allahşükür Paşazadə bildirib.

  • Назначен новый главный тренер сборной Азербайджана

    Сменился главный тренер мужской сборной Азербайджана по боксу.

    Как передает Median.Az со ссылкой на официальный сайт федерации, главный тренер команды, украинец Леонид Лоивский отправлен в отставку. Его сменил Вагиф Ширинов.

    В.Ширинов возглавит сборную по крайней мере до летних Олимпийских игр 2020 года в Токио. Функцию старшего тренера в команде по-прежнему будет выполнять Нариман Абдуллаев.

    Отметим, что до этого назначения В.Ширинов руководил молодежной сборной страны по боксу.

  • Boks millimizə yeni baş məşqçi təyin olundu – RƏSMİ

    Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib.

    Komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.

    O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq. Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.

    Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.

  • Не удовлетворена жалоба мужчины, осужденного за разбой на АЗС

    В Бакинском Апелляционном суде завершился судебный процесс в отношении жителя Билясуварского района Сархана Майыллы, осужденного по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору), 181.2.3 (разбой, совершенный с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) и 181.2.5 (разбой, совершенный с приминением оружия или предметов, используемых в качестве оружия) УК Азербайджана.

    Как сообщает Median.Az, 17-го декабря прошлого года неизвестные лица, войдя в комнату отдыха одной из автозаправочных станций (АЗС) на проспекте Нобеля пригрозили ножом и потребовали деньги у работника станции Мехмана Джаббарова. Получив от потерпевшего 552 маната, злоумышленники скрылись с места происшествия. В результате оперативно-розыскных мер, проведенных сотрудниками Хатаинского РУП были задержаны подозреваемые в совершении грабежа ранее судимые Сархан Майыллы и Ниямеддин Мустафаев.

    Во время судебного процесса С.Маилли и Н.Мустафаев признали себя виновными. Потерпевший Мехман Джаббаров показал, что он сидел в комнате отдыха, в это время внутрь в масках вошли два человека и угрожая ножом, потребовали деньги. Испугавшись он отдал им 552 маната. Потерпевший отметил, что денежная сумма ему возмещена, у него к обвиняемым нет жалобы и требований.

    Бакинский суд по тяжким преступлениям приговорил каждого из обвиняемых к 9 годам лишения свободы.

    В связи с назначенным сроком заключения С.Майыллы подал апелляционную жалобу.

    Бакинский Апелляционный суд не удовлетворил жалобу осужденного, оставив приговор в отношении него в силе.

  • Yanacaq doldurma məntəqəsinə basqın edən şəxsin şikayəti təmin edilməyib

    Bakı Apellyasiya Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mayıllının CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quludrluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəlləri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.

    Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mayıllı və Niyaməddin Mustafayev tutulublar.

    Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, zərərçəkmiş Mehman Cabbarovun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər. O, dəymiş ziyanın ödənildiyini, onlar barəsində şikayəti və tələbi olmadığını bildirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən narazı qalan S.Mayıllı apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, məhkumun şikayətini təmin etməyib.

  • Алим Гасымов станцевал в Лондоне – ВИДЕО

    Народный артист Азербайджана Алим Гасымов очаровал англичан своим голосом и безупречным танцем.

    15 ноября исполнитель вместе со своей дочерью, заслуженной артисткой Фарганой Гасымовой, выступил на концерте в Лондонском театре Sadler Wells.

    Концертная программа была адаптирована хореографом Марком Моррисом под оперу «Лейли и Меджнун» Узеира Гаджибекова.

    Исполнение Алима и Фарганы Гасымовых на концерте с участием танцевальной группы Марка Морриса и ансамбля «Шелковый путь» было встречено бурными аплодисментами.

    Народный артист после концерта станцевал с гостями и зарубежными танцорами.

  • Alim Qasımovun London səhnəsində rəqsi – VİDEO

    Azərbaycanın Xalq artisti Alim Qasımov sevənlərini həm gözəl səsi, həm də qüsursuz rəqsi ilə feyzyab edib.

    Noyabrın 15-də Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı “Sadler Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər.

    Teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.

    Mark Morris rəqs qrupunun və “İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.

    Böyük sənətkar konsertin sonunda qonaqlarla və əcnəbi rəqqaslarla birgə rəqs edib.

    Sənətkarın rəqsi tamaşaçıların böyük marağına və sevgisinə səbəb olub.