Month: November 2018

  • Röya əli gipsdə səhnəyə çıxdı – VİDEO

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan noyabrın 23-də avtomobil qəzası keçirib.

    İki gün əvvəl avtomobil qəzasına düşən müğənni əli gipsdə səhnəyə çıxıb.

    Müğənni repertuarından bir neçə mahnı ifa edib.

  • Капитана полиции в Азербайджане ударили топором

    В Билясуварском районе капитана полиции ранили топором.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, инцидент произошел в селении Ашагы Джуряли.

    Сообщается, что несколько жителей села на основе жалоб были вызваны на допрос в полицейский участок. В связи с неявкой была создана операционная группа из сотрудников полиции, которая направилась в село для задержания лиц.

    Сельчане не открыли дверь полицейским. Одного из оперативников – капитана полиции Рафаэля Агамалиева – местный житель ударил топором по голове, когда тот пытался открыть дверь.

    Р.Агамалиев смог частично уклониться от удара, и тогда топор вонзился ему в грудь. Раненый был доставлен в Центральную больницу Билясуварского района.

    По предварительным данным, в связи с инцидентом задержаны трое.

  • Azərbaycanda əməliyyat zamanı polis kapitanı balta ilə vuruldu

    Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub.

    Median.Az-ın Qafqazinfo-ya verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

    Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər.

    Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar.

    Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rafael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib.

    Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin məlumata görə, bu hadisə ilə bağlı 3 nəfər kənd sakini saxlanılıb.

  • Жильцы снесенного дома пожаловались в Кабмин и МЧС – ФОТО

    Жильцы снесенного «Дома интеллигенции» («Дом академиков») в Баку обратились в МЧС и Кабинет министров Азербайджана с жалобой на руководство азербайджанской строительной компании Gilan Inşaat.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом говорится в письме жильцов, поступившем в редакцию сайта.

    В письме отмечается, что переселение десятиблочного дома, расположенного по адресу 546 квартал, ул. академика Шафаята Мехтиева, 16 и проспект Гусейна Джавида, 26, больше известного как «Дом интеллигенции» («Дом академиков»), было осуществлено в феврале 2010 года согласно постановлению премьер-министра Азербайджана №072 от 24 апреля 2009 года. Все основные вопросы, касающиеся переселения, проектировки и постройки нового здания на тот момент поручались министерству по чрезвычайным ситуациям Азербайджана.

    В своем письме жильцы указали на то, что постановление премьер-министра относительно переселения предписывало ряд обязанностей МЧС перед жильцами, в частности: разработку проекта нового здания, определение подрядчика и осуществление контроля над процессом строительства.

    В письме указывается, что всем жильцам были выданы гарантийные письма, согласно которым МЧС обязывалось предоставить жильцам равноценную квартиру с площадью на 20% больше, чем в снесенном доме, а также организовать прием здания со стороны государственной приемной комиссии и обеспечить жильцов документами на новое жилье.

    Жильцы в качестве положительного фактора указали, что МЧС организовало переезд жильцов во временные квартиры и исправно оплачивало аренду. Однако, несмотря на указанный период строительства в два года, жильцам пришлось ждать переезда в свои новые квартиры более семи лет.

    Строительство нового здания была поручено Gilan Inşaat, как компании, уже имеющей немалый опыт строительства и положительно зарекомендовавшей себя на азербайджанском строительном рынке. Однако по непонятным причинам строительство заняло не два года, как указано в постановлении, а даже частично не было закончено спустя 9 лет. Жильцов удивило то, что, несмотря на назначение МЧС подрядчиком строительной компании Gilan Inşaat, обратным переселением занималась ранее никому неизвестная ООО «Авангард».

    «Лишь весной 2016 года с вынужденными переселенцами связались работники доселе неизвестного никому ООО «Авангард» и пригласили в офис Gilan Inşaat для обсуждения условий ремонта квартир. На встрече работники не то Gilan Inşaat, не то «Авангарда» сообщили, что квартиры жильцов уже готовы к ремонту и предложили следующие варианты: либо жильцы соглашаются на ремонт от застройщика, либо получают от застройщика деньги на ремонт из расчета 120 манатов за квадратный метр, что, конечно же, далеко от реальных рыночных цен. Неудивительно, что некоторые жители ввиду ограниченных финансовых возможностей были вынуждены согласиться на предложенный «ремонт». Слово «ремонт» написано в кавычках, потому что таковым его можно назвать с определенной натяжкой», – жалуются жильцы.

    К лету 2017 года большинство из них смогли переехать в свои законные квартиры. Однако только после переезда выяснилось, что в новом здании, которое, кстати, претендует на звание одного из лучших в городе, не работают основные коммуникации:

    «Однако уже более полутора лет жители мучаются из-за отсутствия горячей воды, лестницы, пожарные выходы находятся в критическом состоянии. В случае чрезвычайной ситуации мало кто сможет выбраться живым из этого здания. Система кондиционирования не работала ни одного дня, и в жаркие летние дни люди просто задыхались в собственных квартирах. Отношение к условиям жизни и техники безопасности в здании говорит о том, что застройщику абсолютно наплевать на жильцов дома, а ведь большинство из них – пожилые люди, отдавшие всю свою жизнь отечественной науке», – говорится в письме жильцов.

    «Учитывая, что в эти системы были вложены миллионы манатов, напрашиваются всего две версии – либо полная некомпетентность руководства Gilan Inşaat, либо непонятно что», – говорится в жалобе.

    В обращении жильцы задаются вопросом о том, на каком основании и по какому праву Gilan Inşaat/«Авангард» принудительно переселяли жильцов в еще недостроенное здание, полностью проигнорировав постановление Кабмина и указ МЧС о том, что переселение должно осуществляться только по факту приема здания со стороны государственной комиссии. И недоумевают, почему Gilan Inşaat/«Авангард» уже долгое время не выдают никаких документов на право собственности, и как быть тем, кто хочет продать, заложить или застраховать свое имущество?

    В письме говорится, что руководство Gilan Inşaat в ответ на просьбы жильцов решить их проблемы и создать нормальные условия начинает шантажировать их отключением лифтов и газа. Постановление кабмина о переселении жителей «Дома интеллигенции» предполагало большое уважение к деятелям отечественной науки, но, к сожалению, руководство строительной компании не проявляет подобного отношения ни к интеллигенции, ни к постановлениям правительства Азербайджанской Республики.








  • Sökülən evin sakinləri Nazirlər Kabineti və FHN-ə şikayət etdilər – FOTO

    Bakıda sökülən “Ziyalılar evi”nin (“Akademiklər evi”) sakinləri Azərbaycanın “Gilan İnşaat” tikinti şirkətinin rəhbərliyi ilə bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə (FHN) şikayət ediblər.

    Bu barədə sakinlərin Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayət məktubunda deyilir.

    Məktubda qeyd edilir ki, akademik Şəfayət Mehdiyev küçəsi 16, 546-cı kvartal və Hüseyn Cavid prospekti 26-da yerləşən, daha çox “Ziyalılar evi” kimi tanınan on bloklu binanın sakinlərinin köçürülməsi Azərbaycan baş nazirinin 2009-cu il 24 aprel tarixli 072 nömrəli qərarı ilə 2010-cu ilin fevralında həyata keçirilib. Həmin vaxt köçürülmə, layihələndirilmə və yeni binanın tikintisi ilə bağlı bütün məsələlər Azərbaycan Fövqəladə Hallar Nazirliyinə tapşırıldı.

    Sakinlərin məktubunda göstərilib ki, Azərbaycan baş nazirinin köçürülmə ilə bağlı qərarı FHN-ə sakinlər qarşısında bəzi öhdəliklər qoyurdu, o cümlədən: yeni binanın layihəsinin hazırlanması, podratçının müəyyən edilməsi və tikinti prosesinə nəzarətin həyata keçirilməsi.

    Məktubda qeyd edilir ki, bütün sakinlərə zəmanət məktubu təqdim edilib. Həmin məktuba əsasən, FHN sakinlərə sökülmüş mənzillərin sahəsindən 20 faiz çox olan yaşayış yerləri ilə təmin etməli, həmçinin binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbulunu təşkil etməli və sakinlərə yeni yaşayış yerlərinin sənədlərinin verilməsini təmin etməli idi.

    Sakinlər müsbət hal kimi qeyd ediblər ki, FHN onların müvəqqəti mənzillərə köçürülməsini təşkil edib və icarələrini vaxtında ödəyib. Lakin tikinti işlərinin iki il müddətində davam edəcəyi ilə bağlı razılaşmaya baxmayaraq, sakinlər yeni mənzillərinə köçürülmələrini yeddi ildən çox gözləməli olublar.

    Tikinti işləri kifayət qədər təcrübəyə malik və Azərbaycan tikinti bazarında özünü müsbət tərəfdən göstərmiş “Gilan İnşaat” şirkətinə tapşırılıb. Lakin naməlum səbəblərdən yeni binanın tikintisi qətnamədə göstərildiyi kimi iki ilə yekunlaşmayıb, hətta doqquz ildən sonra qismən başa çatdırılmayıb. Bununla yanaşı, sakinlər təəccüblənib ki, FHN podratçı kimi “Gilan İnşaat” şirkətini təyin etsə də, geriyə köçürülmə məsələsi ilə heç kimə məlum olmayan “Avanqard” ASC məşğul olub.

    “Yalnız 2016-cı ilin yazında buna qədər heç kimə məlum olmayan “Avanqard” ASC-nin əməkdaşları məcburi köçkünlərlə əlaqə saxlayaraq, təmir işlərini müzakirə etmək üçün onları “Gilan İnşaat”ın ofisinə dəvət edib. Görüş zamanı ya “Gilan İnşaat”, ya da “Avanqard” ASC-nin əməkdaşları bildiriblər ki, mənzillər təmirə hazırdır və sakinlərə iki variant təklif ediblər: onlar ya mənzillərin şirkət tərəfindən təmirinə razı olurlar, ya da şirkət mənzillərin təmiri üçün hər kvadrat metrə görə 120 manat ödəyəcək ki, bu da, əlbəttə ki, real bazar qiymətlərindən çox uzaqdır.

    Təbii ki, maliyyə imkanlarının məhdudluğu səbəbindən bəzi sakinlər şirkətin “təmir” təklifini qəbul etməli oldular. “Təmir” sözü dırnaq işarələri içərisində yazılıb, çünki onların işlərini yalnız belə ifadə etmək olar”, – sakinlər şikayət edirlər.

    2017-ci ilin yayına sakinlərin əksəriyyəti qanuni mənzillərinə köçə biliblər. Ancaq köçürülmədən sonra məlum olub ki, şəhərin ən yaxşı binalarından birinə namizəd olan tikilidə əsas kommunikasiya xidmətləri işləmir:

    “İl yarımdan çoxdur ki, sakinlər isti suyun olmamasından əziyyət çəkirlər, pilləkənlər və yanğın çıxışları təhlükəli vəziyyətdədir. Fövqəladə hadisə zamanı az sayda insan bu binadan sağ çıxa biləcək. Kondisioner sistemi bir gün belə işləməyib, və isti yay günlərində insanlar öz evlərində sadəcə boğulurlar.

    Binada həyat və texniki təhlükəsizlik şəraitləri onu deməyə əsas verir ki, bina sakinləri tikinti şirkətinin vecinə deyil, baxmayaraq ki, sakinlərin əksəriyyəti həyatlarını elmə qurban vermiş yaşlı insanlardır”, – sakinlərin məktubunda deyilib.

    “Bu sistemlərə milyonlarla manat xərclənməsini nəzərə alsaq, yalnız iki variant var: ya “Gilan İnşaat” şirkətinin rəhbərliyinin səriştəsizliyi, ya da aydın olmayan başqa səbəb…”, – şikayətdə bildirilir.

    Sakinlər müraciətində belə bir sual verirlər ki, hansı əsasla və hansı haqla “Gilan İnşaat”/”Avanqard” Nazirlər Kabinetinin qərarı və FHN-nin fərmanına məhəl qoymayaraq , sakinləri tikintisi tam başa çatmamış binaya məcburi köçürüblər. Axı qərarda deyilir ki, köçürülmə yalnız binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbul edildikdən sonra baş tuta bilər. Sakinlər həmçinin anlamırlar ki, nəyə görə “Gilan İnşaat”/”Avanqard” uzun müddətdir mülkiyyət hüquqlarına dair heç bir sənəd vermir, və öz mülkünü satmaq, girov qoymaq və ya sığortalamaq istəyənlər indi necə etsinlər?

    Məktubda deyilir ki, “Gilan İnşaat” rəhbərliyi sakinlərin onların problemlərini həll etmək və normal şərait yaratmaq xahişlərinə lift və qazın verilməsini dayandırmaqla hədələyir. Nazirlər Kabinetinin “Ziyalılar evi”nin sakinlərinin köçürülməsi ilə bağlı qərarı elm adamlarına qarşı böyük hörmət nəzərdə tuturdu, lakin, əfsuslar olsun ki, şirkət rəhbərliyi nə ziyalılara, nə də Azərbaycan Respublikasının hökumətinin qətnamələrinə hörmət etmir.








  • Расходы бюджета вырастут

    На очередном пленарном заседании Милли меджлиса 27 ноября будет обсуждаться пакет бюджета на 2019 год во втором чтении.

    После обсуждений законопроекты, входящие в пакет бюджета, будут рекомендованы к третьему чтению на пленарном заседании парламента, которое состоится 30 ноября.

    В обсуждении пакета бюджета во втором чтении будет участвовать руководство ряда министерств и госструктур, в том числе и министр финансов Самир Шарифов.

    Расходы госбюджета на 2019 год составляют 24 млрд 780 млн манатов, и они должны вырасти примерно на 60-100 млн манатов в третьем чтении.

    В повестку дня пленарных заседаний Милли меджлиса на 27 и 30 ноября в общей сложности включены 58 вопросов.

    На заседании также будут обсуждаться изменения в законах «О правилах этики депутатов Милли меджлиса», «О статусе депутата Милли меджлиса» (третье чтение), Об участках и территориях муниципалитета», «О лекарственных препаратах», «Об автомобильном транспорте», «О государственной регистрации и государственном реестре юридических лиц» и другие изменения.//oxu.az

  • Büdcə xərcləri artırılacaq – ÖZƏL

    Noyabrın 27-də Milli Məclisin (MM) növbəti plenar iclasında 2019-cu ilin büdcə zərfinin ikinci oxunuşda müzakirələri keçiriləcək.

    İkinci oxunuşun müzakirələrdən sonra büdcə zərfinə daxil olan qanun layihələri parlamentin noyabrın 30-da keçiriləcək plenar iclasına tövsiyə olunacaq, və sənəd üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul ediləcək.

    Büdcə zərfinin ikinci oxunuşunun müzakirələrində bir sıra nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən, maliyyə naziri Samir Şərifov iştirak edəcək.

    2019-cu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır və onun 3-cü oxunuşa kimi təxminən 60-100 milyon manat arasında artırılması gözlənilir.

    Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 58 məsələ daxildir.

    İclaslarda büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” (III oxunuş), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” , “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara, Mənzil, Vergi məcəllələrinə və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə ediləcək.//oxu.az

  • Футболист сборной Азербайджана сыграл против «Спартака»

    Нападающий сборной Азербайджана по футболу Рамиль Шейдаев впервые вышел в стартовом составе самарских «Крыльев Советов» в матче российской Премьер-лиги.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, Р.Шейдаев провел весь матч от начала до конца против московского «Спартака», в котором его команда проиграла со счетом 1:3.

    Отметим, что после 15 тура «Крылья Советов» идут на 13 месте, имея в активе 14 очков.

    Напомним, что Р.Шейдаев перешел в самарский клуб летом нынешнего года из турецкого «Трабзонспора».

  • Azərbaycan millisinin üzvü “Spartak”a qarşı oynadı

    Futbol üzrə Azərbaycan yığma komandasının hücumçusu Ramil Şeydayev Rusiya Premyer liqasında ilk dəfə olaraq Samaranın “Krılya Sovetov” klubunun start heyətində meydana çıxıb.

    R.Şeydayev Moskvanın “Spartak” komandasına qarşı oyunda 90 dəqiqə meydanda olub. Qarşılaşma “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, 15 turdan sonra “Krılya Sovetov” 14 xalla 13-cü pillədə qərarlaşıb.

    Xatırladaq ki, R.Şeydayev Samara klubunun heyətinə yayda Türkiyənin “Trabzon” klubundan keçib.//oxu.az

  • “Özəl klinikalarda qəsdən vaxtından əvvəl keysəriyyə edirlər ki, …” – Perinatal Mərkəzin direktorundan şok açıqlama

    Uşaq da küvezdə 1 ay qalmalıdır. Günü 300 manatdan hesablayın… Hansı ailənin gücü çatar?

    Son zamanlar Azərbaycanda vaxtından əvvəl keysəriyyə əməliyyatlarının böyük qismi özəl klinikalarda aparılır. Belə ki, keysəriyyə əməliyyatları çox zaman 38-39 həftədə yox, müxtəlif risklər nəzərə alınaraq 33-35-ci həftədə həyata keçirilir. Özəl klinikalar ana və körpə ölümü statistikasından qorxduğu üçün daha asan xəstələri qəbul edir. Hamiləliyi ilk başdan aparıb, sonda qadına müxtəlif səbəblər gətirərək, keysəriyyə təklif edən ginekoloq cərrahlar uşağı bətndən 33-36 həftədə çıxararaq, küvezə yerləşdirirlər.

    Maraqlısı odur ki, bu barədə öncədən valideynlərə bir məlumat verilmir. Məhz bu səbəbdən son günlər sosial şəbəkələrdə uşağı özəl klinikanın neanotologiya şöbəsində günü 350 manata yatan valideynlər kömək istəyərək, müalicə üçün vəsaitlərinin çatmadığını bildirirlər.

    Respublika Perinatal Mərkəzin direktoru, həkim ginekoloq Sevinc Məmmədova özəl klinikaların imtina etdiyi çətin doğuşları, əməliyyatları və pul olmadığına görə küvezdən ayrılan körpələri qəbul etdiklərini etiraf edib.

    Medicina.az bildirir ki, o, bu məsələnin işıqlandırılmasının və insanların məlumatlandırılmasının vacibliyini bildirdi.

    “Bu, bizim yaralı yerimizdir. Özəl klinikalar hamiləni götürür, axıra kimi gətirir, xeyli pulunu alır, doğuş vaxtı gələndə ginekoloqların hamısı cərrahdır deyə, təbii doğum sərf etmədiyi və bəzən riskli olduğu üçün, müxtəlif səbəblər gətirərək, “uşaqda ürək zəifləyir, suyun azdır, nəsə xoşuma gəlmir, səni mütləq keysəriyyə etməliyik” deyərək ananı qorxudurlar. Qadın da övladını xilas etmək üçün o anda nə desələr razılaşır.

    33-35 həftəlik uşaq artıq yarımçıq doğulmuş sayılır. Anaya, ailəyə öncədən demirlər ki, uşaq yarımçıq doğulmuş olacaq, onu neonatalda saxlamalıyıq. Uşaq doğulandan sonra deyirlər ki, yaşasın deyə küvezə qoymalıyıq. Valideyn də 9 ay gözləyib, bir küvezə görə övladını itirməyəcək ki! Və özəl klinika başlayır saatbasaat, günbəgün pulu hesablamağa. Uşaq da küvezdə 1 ay qalmalıdır. Günü 300 manatdan hesablayın… Hansı ailənin gücü çatar? Klinika, həkim heç vaxt etiraf etməz ki, qəsdən əməliyyatı 33 həftəlikdə təyin etmişik”.

    O qədər qışın soyuğunda gecəyarı qucağında nəfəsi kəsilmiş, göyərmiş körpəsini gətirən analar olub ki… Ya Pediatriya İnstitutu, ya da Perinatala gəlirlər. Özəl klinika daşınmaq üçün heç xüsusi təcili yardım da vermir.
    O da pulludur – 300 manat. Pul yoxdur, uşağı verir qucağına.

    Beləcə, uşaq 1 həftə küvezdə qalır, müəyyən xərclər də çıxılır, artıq ailənin maddi gücü yetmir, pul tükənir, klinika depozit tələb edir. Depozit də qoya bilməyəndə, müalicə kəsilir, uşaq küvezdən ayrılır. Bundan sonra onun taleyinə klinika cavabdeh olmur:

    “O qədər qışın soyuğunda gecəyarı qucağında nəfəsi kəsilmiş, göyərmiş körpəsini gətirən analar olub ki… Ya Pediatriya İnstitutu, ya da Perinatala gəlirlər. Özəl klinika daşınmaq üçün heç xüsusi təcili yardım da vermir. O da pulludur – 300 manat. Pul yoxdur, uşağı verir qucağına.
    İş orasındadır ki, vətəndaşlar dövlət xəstəxanasında belə bir münasibət olsa, həkimi az qala öldürərlər. Amma özəldə şikayət də etmirlər. Çünki pulun yoxdursa, sənə xidmət yoxdur, bununla da barışırlar.

    Belə olmaz axı. Körpəni aparatdan ayırıb, sterillik pozularaq, taksi ilə göndərmək harda yazılıb?

    Çapığa bitişmiş dölləri çıxara bilmirlər, ana qanaxma ilə ağır vəziyyətdə, son məqamda bizə gətirilib. Halbuki 5-6 ay özəldə qeydiyyatda olub. Elə ki, görürlər xəstə ağırdır, dərhal boyun qaçırırlar ki, aparın perinatala. Halbuki öncədən bizə gəlsəydi, biz onu əməliyyata hazırlayardıq, uşaq da dərhal küvezə yerləşdirilərdi.

    Şükür ki, bizdə ana ölümü olmayıb. Amma ana travmatizmi deyilən bir şey var. Biz belə qadınlarla çox rastlaşırıq. Biz maksimum ananı da, uşağı da xilas etməyə çalışırıq.

    Ordakı çox həkimlər Türkiyədə, Rusiyada, Ukraynada oxuyub, diplomu nazirlik tərəfindən təsdiq olunmayanlardır. Onların səhvlərini də biz düzəldirik” .

    Həkim son aylar mətbuatda ana və uşaq ölümü ilə bağlı xəbərlərə cəmiyyətin aqressiv reaksiyası və həkimlərin tənqidinə də münasibət bildirib:

    “Bu binada, bu divarlar arasında, küvezlərdə nə baş verir, hansı çətinliklərdən keçərək ovuc boyda körpələri yaşatmağa çalışırıq, qram-qram böyüdürük, bunun üçün nə əziyyətlər çəkirik biz bilirik. Əziyyətimizin bəhrəsini də görürük. Övladını yaşatdığımız anaların xeyir duası bəsimizdir.

    Gəlib görmədən, çəkmədən, danışdırmadan yazmaq, “Azərbaycan həkimi pisdir” deyə aləmə car çəkmək insanlığa sığmır. Gəlib mərkəzin şəraitinə, avadanlığına, cəmi bir gecə növbəsində nələr etdiyimizə baxıb, sonra yazardılar.

    Bəli, Perinatal Mərkəz qapalı xəstəxanadır. Burda sterillik çox vacibdir. Amma bir içəri boylanan da yoxdur, elə kompüter arxasında oturub reytinq naminə tənqid yazmaq obyektiv münasibət deyil”.