Month: November 2018

  • BDU-nun itkin düşən tələbəsi tapıldı

    İtkin düşən BDU-nun tələbəsi Ayza Məmmədova Rusiya aeroportunda hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

    Qızın bibisi oxu.az-a bildirib ki, bu barədə ona Ayzanın Rusiyada yaşayan atası, 1966-cı il təvəllüdlü Şahin Məmmədov məlumat verib:

    “Qardaşımla danışdım. Ayzanı aeroportda polis saxlayıb və qardaşıma xəbər verib. Vəziyyəti yaxşıdır. Niyə heç kimə xəbər vermədən belə bir addım atdığını başa düşə bilmirik”.

  • Abel Məhərrəmovun səfir oğlu ilə bağlı – RƏSMİ AÇIQLAMA

    Xarici İşlər Nazirliyi (XİN) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

    Median.Az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qafqazinfo-ya müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir:

    “Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.

    Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun şəxsi biznesinin olub-olmaması barədə sualı cavablandıran XİN rəsmisi qeyd edib ki, bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb.

    Qeyd olunan hüquqi sənədlərə əsasən, dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur.

    “Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə, bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər”,- deyə o qeyd edib.

    Leyla Abdullayeva İspaniyada keçirilən tədbirlə bağlı Bakıdan iki ton ağırlığında diplomatik yükün göndərilməsi məsələsinə aydınlıq gətirərək qeyd edib ki, XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib.

  • В столице задержаны лица, укравшие 600 манатов из киоска

    Как сообщает Median.Az, сотрудники 40-го отделения полиции Бинагадинского РУП в ходе оперативно-розыскных мер задержали жителей столицы, ранее судимых Кянана Гасанова и Сулеймана Сулейманлы, которые 16-го ноября украли из киоска 600 манатов.

    Ведется следствие по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Bakıda köşkdən 600 manat oğurlayan 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 16-da rayon ərazisindəki köşkdən 600 manat pul oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Kənan Həsənov və Süleyman Süleymanlı saxlanılıblar.

    Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə istintaq aparılır.

  • В Баку гражданин выставил свои органы на продажу – разрешено ли это? – ВИДЕО

    В законодательство о трансплантации органов будут внесены дополнения и изменения. Это будет сделано с целью устранения пробелов в законодательстве, а также для выработки механизмов контроля за желающими продавать свои органы и предотвращения таких фактов.

    Заместитель председателя комитета по здравоохранению Милли Меджлиса Муса Гулиев в интервью Xəzər Xəbər отметил, что согласно действующему законодательству желающие продать свои внутренние органы несут уголовную ответственность. В будущем ответственность за это деяние ужесточится.

    Подробнее в репортаже Xəzər TV:

  • Bakıda vətəndaş orqanlarını satışa çıxardı – icazə var? – VİDEO

    Orqan transplantasiyası ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Məqsəd həm bu sahədəki boşluqları aradan qaldırmaq, həm də hər istəyən şəxsin öz daxili orqanını satmasının qarşısını almaq üçün nəzarət mexanizmini sərtləşdirməkdir.

    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Xəzər Xəbər-ə açıqlamasında deyib ki, mövcud qanunvericiliyə görə, orqan satışına cəhd edənlər cinayət məsuliyyəti daşıyırlar. Gələcəkdə bu məsələdə qanun daha da sərtləşəcək. Burada söhbət transplantasiya prosesində iştirak edən bütün tərəflərin məsuliyyətindən gedir.

    Musa Quliyev deyir ki, Azərbaycanda meyitdən orqan götürülməsi məsələsinin hələ də həllini tapmaması qanuna yenidən baxmaq zərurətini ortaya çıxarıb. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanununa ediləcək dəyişikliklərdə məhz meyitdən orqan götürülməsi məsələsi də öz əksini tapacaq.

    Musa Quliyev deyir ki, insanların öz daxili orqanlarını bağışlamaları mövzusunda ciddi maarifləndirmə işləri aparılmalıdır. Kimsə istədiyi kimi onu alıb-sata bilməz.

  • Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qızla bağlı YENİ XƏBƏR

    Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən, pulları və maşını oğurlanan qadın mətbuata müraciət edib.

    Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aysel Rufullayeva Binə Ticarət Mərkəzində tanış olduğu və qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlunun onun pullarını və bahalı əşyalarını oğurladığını, özünü insanların gözü qarşısında döydüyünü bildirib.

    Şikayətçinin sözlərinə görə, təxminən 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb. Bundan sonra həmin şəxs Ayselin etibarından sui-istifadə edərək ona məxsus “Mercedes A 160” markalı avtomobili satdıraraq öz adına “Hyundai Accent” markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib: “Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı. Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım. Böyük çətinliklə avtomobilimi geri ala bildim, amma maşının qabaq hissəsi vurulmuşdu, yenidən xeyli xərc çəkməli oldum. Bundan başqa Xəzər mənim 700 manat pulumu, mağazadakı pərdələrimi, geyimlərimi oğurlamışdı. Həmin əşyalar və pul geri qaytarılmadı”.

    Qeyri-rəsmi nikahda yaşadığı şəxsin əməllərindən şikayətçi olan qadın bildirib ki, onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və rəy verilib. Lakin geridə qalan müddətdə Xəzər Rüstəmov məsuliyyətə cəlb edilməyib. A.Rufullayeva iddia edib ki, istintaq onun Xəzərlə barışaraq məsələyə son qoyulmasına çalışır.

    Zorakılıqla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır.

    ///Publika.az

  • Пересадкой почки спасли девушку от суицида – В БАКУ

    Пациентка с хронической почечной недостаточностью в тяжелом депрессивном состоянии была госпитализирована в отдел почечных болезней и трансплантологии Республиканского Лечебно- Диагностического Центра.

    Об этом сообщили в пресс-службе Минздрава Азербайджана.

    После консилиума психиатрической службы была начата антидепрессивная медикаментозная терапия и, в то же время, пациентке была запланирована операция по пересадке почки.

    Психиатры особенно подчеркнули, что этиология депрессии была связана с сеансами гемодиализа, которые больная переносила очень болезненно. Поэтому было решено что, трансплантация должна быть выполнена в кратчайшие сроки.

    “Больная поступила к нам в тяжелейшем состоянии. Сложность ситуации была обусловлена как основной болезнью, т.е. хронической почечной недостаточностью, так и вторичным тяжелым депрессивным состоянием. К тому же, была опасность суицида – психиатры и родные пациентки опасались именно этого. В кратчайшие сроки, после тщательной подготовки 31-летней пациентке была пересажена почка ее матери” – сказал оперирующий хирург, трансплантолог, доктор философии по медицине Рашад Шолан.

    После удачной операции пациентка ожила на глазах. Психический статус молниеносно восстановился. Через несколько дней она была выписана в отличном состоянии.

  • 11-ci mərtəbəyə pilləkənlə çıxırıq – VİDEO

    Binanın çölü insanı cəlb etsə də, içərisi sakinlər üçün əsl cəhənnəmi xatırladır.

    Söhbət Sumqayıt şəhərində 2006-cı ildə tikilən 11 mərtəbəli binadan gedir. Binada 10 ildir lift sistemi yoxdur.

    Bu barədə oxu.az-a sözügedən binanın 11-ci mərtəbəsində yaşadığını deyən Sultanova Solmaz Ağamirzə qızı müraciət edib.

    Şikayətçi iddia edir ki, “Rəndə-1” MTK tərəfindən inşa edilən və 2007-ci ildən istifadəyə verilən binada lift sistemi yoxdur:

    “2009-cu ildən Sumqayıt şəhər H.Əliyev prospekti, məhəllə 19, bina 26-da, 11 mərtəbəli binanın 11-ci mərtəbəsində yaşayıram. 11-ci mərtəbəyə pilləkənlə çıxırıq. Ucqar kənd yerlərində belə su var, bu binada yoxdur. Yalnız gecə saatlarında damcı-damcı su gəldiyini görmüşük, vəssalam. Ondan istifadə etmək belə mümkün olmur.

    Binanın çöldən görünüşü başqa söz deyir, içdən isə başqa. Binada 100-ə yaxın ailə yaşayır və hər birimizin evində azyaşlı uşaqlar var. Binada liftin yeri olsa da, özündən əsər-əlamət yoxdur. Hər an qorxu içərisində yaşayırıq ki, uşaqlardan biri yıxılacaq, bədbəxt hadisə olacaq. Aidiyyəti qurumlar bunu gözləyir?

    Müraciət etdiyimiz heç bir müəssisədən dolğun cavab ala bilməmişik. Bütün qurumlar illərdir bu məsələnin həll olunacağını desə də, o yaxın zaman 10 ildir gəlib çatmır”.

    Bina sakinləri deyir ki, illərdir mənzillərin bəzilərində sayğaclar var, bəzilərində isə yox. İddiaya görə, bu günə qədər binada su sərfiyyatı üçün ödəniş istəyən olmayıb:

    “Biz hələ bu günə qədər “Azərsu”nun əməkdaşını görməmişik. Biz istəyirik ki, müvafiq orqanlar bu məsələyə ciddi yanaşsın. Mənzillərə su sayğacları qoyulsun. Sakinlər sudan istifadə edə bilmir ki, ödəniş də etsin. Sayğac qoyulsun, sərfiyyata uyğun da ödəniş edək”.

    Məsələ ilə bağlı “Rəndə-1” MTK ilə əlaqə saxlamağa çalışsaq da münasibət öyrənmək mümkün olmayıb.

  • Kassaya çek vurmamaq baha başa gələcək – CƏRİMƏLƏR

    Vergilər Nazirliyi nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vahid dərəcənin tətbiq edilməsini təklif edir.

    Kassa çekini vurmamaq, ödəniş vasitəsi kimi xarici valyutanın qəbul edilməsi kimi hallarda ciddi cərimələr tətbiq ediləcək.

    Vergi Məcəlləsinə dəyişikliklərdə göstərilir ki, ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi məsuliyyət daşıyır.

    Təqvim ilində birinci pozuntu faktı üzrə min manat (hazırda 400 manat), təkrar pozuntu faktı üzrə üç min manat (hazırda 800 manat), təqvim ili ərzində üçüncü və növbəti pozuntu hallarında altı min manat (hazırda 1,2 min manat) məbləğində sanksiyanın tətbiq edilməsi təklif olunur.

    Bundan başqa, nazirlik vergi məbləğinin azaldılmasına, eləcə də, büdcəyə köçürülməli olan vergi məbləğini ödəməkdən yayınmaya görə yeni sanksiya dərəcəsi tətbiq etməyi təklif edir. Sanksiyanın məbləği azaldılmış və yayındırılmış vergi məbləğinin 25 faizini təşkil edəcək (kameral vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi məbləği istisna olmaqla).

    Vergilər Nazirliyi sosial sığorta ödənişlərinə dair hesabat təqdim etməyən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarında əmək qabiliyyətli ailə üzvlərinə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Təqvim ilində birinci pozuntu faktı üzrə minimum əmək haqqının 3 faizi, təkrar və növbəti pozuntu faktları üzrə 6 faizi məbləğində sanksiya təklif olunub.//oxu.az