Month: November 2018

  • Sumqayit polisi oğurluq edən 3 nəfəri saxlayıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir nəfərin velosipedini və bir evdən 1000 manat oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məlikrzayev saxlanılıb.

    Bundan başqa, 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, noyabrın 20-də vətəndaş M.Mahmudovanın 273 manat pulunu və geyim əşyasını oğurlayıb şəhər sakini, əvvəllər məhkum olunmuş Zümrüd Adilova saxlanılıb.

    4-cü polis bölməsi bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri B.Nağıyevin 40 manat pulunu dələduzluq yolu ilə alan, A.Əliyevanın, içərisində 130 manat olan pulqabısını və inzibati binaların birindən kompyuter dəsti oğurlayan şəhər sakini Ərşad Bayramov saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.

  • Azərbaycan televiziyasında biabırçılıq, aparıcı işdən qovuldu – VİDEO

    “ARB Kəpəz” telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb.

    Median.Az xəbər verir ki, bu barədə Report-a televiziyadan bildirilib.

    Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib.

    “Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur.

    Adətən, bu cür hallara görə aparıcılar cəzalandırılmır. Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də “ARB Kəpəz” telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib.

    Bu, həm bizim telekanalımızın, həm də televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır”, – deyə məlumatda bildirilib.

  • Иранцы пытались выдать себя за итальянцев и попасть в Азербайджан

    Предотвращена попытка перехода четырех граждан Ирана через азербайджанскую границу по поддельным документам.

    Как сообщили в пресс-службе Госпогранслужбы, граждане Ирана Абдикорд Али Гуламзаде, Эбрахимниаомрани Арзу Гуламали, Абдикорд Афшин Али оглу и Абдикорд Афаг Али, прибывшие в Баку рейсом Тегеран – Баку, при прохождении таможенного контроля предъявили итальянские паспорта, вызвавшие подозрения у таможенников.

    Проверка выявила у данных лиц принадлежащие им иранские паспорта, согласно которым граждане 17 ноября вылетели рейсом Тегеран – Стамбул и через день вернулись обратно. Предполагается, что поддельные паспорта они приобрели в Турции.

    После проведения соответствующей проверки задержанные лица были депортированы из Азербайджана.

  • DSX: Sərhəddə dörd İran vətəndaşı saxlanılıb

    Son günlərdə dörd İran vətəndaşının saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın “Tehran-Bakı” aviareysi ilə Azərbaycana gələn İran vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahimniaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.

    Araşdırma zamanı saxlanılan şəxslərin üzərində onlara məxsus İran pasportları aşkar olunub, həmin pasportlara əsasən onların noyabrın 17-də “Tehran-İstanbul” aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir.

    Müvafiq araşdırmalardan sonra saxlanılan şəxslər gəldikləri istiqamətdə Azərbaycan ərazisindən deportasiya olunublar.

  • Абель Магеррамов продолжает работать в БГУ

    Абель Магеррамов, освобожденный на прошлой неделе распоряжением президента Ильхама Алиева от должности ректора Бакинского государственного университета, продолжает работать в данном вузе.

    Об этом передает Median.Az со ссылкой на Unikal.org.

    Пресс-секретарь Бакинского государственного университета Пярвана Ибрагимова подтвердила данный факт. По ее словам, А.Магеррамов, наряду с должностью ректора, долгие годы преподавал в университете:

    «Академик Абель Магеррамов долгие годы возглавляет кафедру органической химии нашего университета. На сегодняшний день он продолжает исполнять свои служебные обязанности на этой должности».

  • Abel Məhərrəmov BDU-da fəaliyyətini davam etdirir

    Ötən həftə prezidet İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilmişdi.

    Median.Az Unkila.org-a istinadən xəbər verir ki, Abel Məhərrəmov Bakı Dövlət Universitetində vəzifəsini davam etdirir.

    Faktı BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da təsdiqləyib. O bildirib ki, Abel Məhərrəmov universitetin rektoru olmaqla yanaşı, uzun illərdir müəllim kimi fəaliyyət göstərib:

    “Akademik Abel Məhərrəmov uzun illərdir universitetimizin “Üzvi kimya” kafedrasının rəhbəridir. Bu gün də BDU-da öz vəzifə səlahiyyətlərini davam etdirir”.

  • Наследникам шехидов выплатят компенсации

    На очередном заседании комиссии при Министерстве труда и социальной защиты населения было принято решение о выплате единовременной компенсации в размере 11 тысяч манатов 304 наследникам 223 военнослужащих-шехидов.

    Об этом сообщили в министерстве.

    Председатель комиссии, министр труда и социальной защиты населения Сахиль Бабаев заявил, что ведутся работы по выполнению президентского указа, принятые в нотариальном порядке документы были проанализированы и представлены в комиссию.

    По его словам, продолжается выплата единовременных пособий семьям шехидов, связь между получателем и организацией по выплате пособий отсутствует, средства переводятся на банковские счета семей.

    Отметим, что комиссия до сегодняшнего дня приняла решение о выплате пособий 585 наследникам 447 шехидов.

  • Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə veriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fərmanın icrası işlərinin davam etdiyini, notarial qaydada qəbul edilən sənədlərin nazirlikdəki İşçi qrupu tərəfindən təhlil edilərək Komissiyaya təqdim olunduğunu deyib.

    O bildirib ki, bu sahədə aparılan işlərin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə olan qayğısına, onlara birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan humanist addımına uyğun şəkildə, tam şəffaf şəkildə yerinə yetirilməsi başlıca prinsipdir.

    Nazir qəbul edilmiş qərarlar üzrə vərəsələrə birdəfəlik ödəniş prosesinin davam etdiyini, ödənişi alan şəxslə ödənişi həyata keçirən qurum arasında heç bir təmasın baş vermədiyini, müvafiq vəsaitin vərəsələrin bank hesablarına köçürüldüyünü diqqətə çatdırıb.

    Qeyd edək ki, Komissiya bu günədək artıq 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib və onlara müvafiq vəsaitin ödənişi həyata keçirilir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

  • В Худате сотрудники ОАО “Azərişıq” попали в дтп, есть погибший

    Как сообщает Median.Az, 21-го ноября примерно в 16 часов на территории села 4-е отделение автомобиль марки “ВАЗ 2112”, управляемый жителем района Фейруз Солтановым врезался в металическое ограждение.

    В результате дтп водитель и пассажир Этимад Азизов с различными травмами были доставлены в Хачмазскую Центральную районную больницу, где Э.Азизов скончался.

    В Главном Следственном Управлении МВД по факту ведется расследование.

  • Xudatda “Azərişıq” ASC-in əməkdaşları qəzaya düşüblər

    Median.Az xəbər verir ki, noyabrın 21-i saat 16 radələrində Xaçmaz rayonunun 4-cü şöbə kəndinin ərazisində, rayon sakini Feyruz Soltanov idarə etdiyi “VAZ-2112” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub.

    Nəticədə sürücü və sərnişini Etimad Əzizov Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.Əzizov orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Məlumata görə, “Lada Priora”nın sürücüsü və sərnişin “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşları olub.