Month: November 2018

  • EMIN отправится в американское турне

    Народный артист Азербайджана, певец и композитор Эмин Агаларов (EMIN) в январе- феврале 2019 года совершит в музыкальный тур в США и Канаду.

    Об этом Median.Az сообщает со ссылкой на его страницу в социальной сети Instagram.

    Исполнитель поделился музыкальной программой тура, согласно которой 26 января певец выступит в Нью-Йорке, 29 января – Торонто, 30 января – Майами, 2 февраля – Лос-Анджелесе и 4 февраля – Денвере.

    «Жители США и те, кто планирует посетить эти концерты, пишите в комментариях, какие города мы забыли и мы попробуем их добавить», – написал певец.

  • İlham Əliyev ədliyyə işçilərini təbrik etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ədliyyə işçilərini və hakimləri təbrik edib.

    Təbrik mətnində deyilir:

    “Hörmətli ədliyyə işçiləri və hakimlər!

    Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

    Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir.

    Azərbaycanda ədliyyə sisteminin intibahı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa edilmiş, zəruri normativ sənədlər qəbul olunmuş və milli kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.

    Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, müasir məhkəmə sistemi yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atılmışdır.

    Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmış, test üsulu ilə şəffaf prosedurlar əsasında yeni hakim korpusu formalaşdırılmış, ədliyyə orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuşdur. Son illərdə hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılmış, müasir məhkəmə kompleksləri inşa edilmiş, ədliyyə orqanları və məhkəmələrin maddi-texniki bazası gücləndirilmişdir.

    Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər”.

  • Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

    Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən “Yeni Günəşli” yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

    Məlumata görə, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil.

    Buna görə sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

    Qeyd edilib ki, sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsi çıxmaq şərti ilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şossesindən, həmçinin sadalanan keçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər.

    “Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabr ayının 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq”, – deyə məlumatda vurğulanır.

  • Bakıda qadın ərini dəhşətli cinayətdə ittiham etdi

    Bakıda uşaq valideynlər arasında baş verən münaqişədə alət kimi istifadə edilib.

    Median.Az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bakının Binəqədi qəsəbəsində baş vermiş hadisənin sübuta yetirilməsi insanlığın ölməsinin son həddi hesab oluna bilər.

    Belə ki, noyabrın 18-də Binəqədi rayonunun 30 yaşlı sakini Sənəm (etik baxımdan adamın öz adını yazmırıq – red.) 4 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O, əri Sadiqin 12 yaşlı qızlarını qeyri-ənənəvi üsulla zorladığını iddia edib.

    Azyaşlı uşağın zorlanması çox ciddi faktdır və hüquq-mühafizə orqanlarının əməkdaşları bu qəbildən olan şikayətlərin ciddi surətdə araşdırılması, cinayəti törətmiş cinayətkarın məsuliyyətə cəlb olunması və cəzalandırılmasında prinsipiallıq nümayiş etdirirlər. Digər tərəfdən, düşüncəli insanın ağlına belə yerləşmir ki, ana necə övladından öz şəxsi maraqları üçün belə qəddarcasına istifadə edə bilər.

    Lakin məlum olub ki, bəzi qadınlar bunu etməyə qadirdirlər.

    İlkin araşdırma zamanı Binəqədi sakini olan qadının yalan danışdığı üzə çıxıb. Ərindən intiqam almaq istəyərkən, qadın onu öz qızını zorlamaqda ittiham edib. Məhkəmə-tibbi ekspertizanın gəldiyi ilkin qənaətə görə, qızın zorlanması barədə iddia həqiqəti əks etdirmir. Uşağın bədənində hər hansı zormala əlaməti aşkarlanmayıb.

    O da məlum olub ki, qadın sözügedən qız uşağının ögey anasıdır. Uşağın doğma anası ayrı yaşayır. Hazırda hüquq-mühafizə orqanları ər və arvad arasındakı münaqişənin səbəblərini aydınlaşdırmağa çalışır.

    Bu tarixçənin ən iyrənc tərəfi isə şikayətçi qadının öz maraqlarına azyaşlı uşağı alət etməsidir. Qadın bu iddianı irəli sürərkən balaca qızın psixikasını zədələdiyinin və ona bərpaolunmaz travma vurduğunun fərqində belə olmayıb.

  • Millimiz İranda erməniləri məğlub etdi və medal qazandı – FOTO

    Dünən İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of Children Cup” turniri keçirilib.

    Komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (-38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi -41 kq), Mahir Məmmədov (-44 kq), Ramiq Heybətov, Nurəddin Novruzov (hər ikisi -48 kq), Ağanəzər Novruzov (-52 kq), Məhəmmədəli Quliyev (-57 kq), Namus Orucov (-62 kq), Səttarxan Allahverdili (-68 kq), Varis Mehdizadə (-75 kq) və Xəlil Allahverdiyevdən (-85 kq) ibarət kollektiv təmsil edib.

    Yığmamız qrupda İran-1 komandasına 3:7 hesabı ilə uduzubsa, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticə ilə qrupda II yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub.

    Fərdi birincilikdə Ruslan Abdullayev, Ramiq Heybətov və Məhəmmədəli Quliyev qızıl, Mahir Məmmədov isə gümüş medalı boynundan asıb.

    Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyub.





  • Ölkəyə qanunsuz yolla çox sayda mobil telefon keçirmək istədilər – VİDEO

    Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

    Komitədən verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik “Talka”, bir ədəd 0,7 litrlik “Хоrtitsa”, iki ədəd 0,7 litrlik “Beluga Translatlantic” markalı araqlar, bir ədəd 0,7 litrlik “Chivas Regal” və bir ədəd 0,75 litrlik “Glenfiddich” markalı viskilər, həmçinin vətəndaşıngöy rəngli idman çantasından isə bir ədəd “iPhone X Space Gray”, iki ədəd “Alcatel 1066d”, bir ədəd “Jinga F200N”, bir ədəd “Micromax X2401” və bir ədəd “Vertex” markalı mobil telefonlar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qış təkərləri seçərkən nələrə diqqət edilməlidir? – VİDEO

    Qarşıdan qış ayları gəlir. Qarlı-buzlu günlərdə maşını təhlükəsiz idarə etmək üçün sürücülər qış təkərlərindən istifadə edirlər.

    Bəs hansı təkərlər daha keyfiyyətlidir? Təkər seçərkən nələrə diqqət edilməlidir?

    Baku TV əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

  • «Черная пятница» в Азербайджане: стоит ли верить скидкам?

    Вот уже несколько лет наши магазины пытаются устраивать что-то вроде распродаж в «черную пятницу». Стоит ли наведываться в столичные магазины 23 ноября, и насколько скидки в этот день реальны?

    Как передает Median.Az, управляющий одной из сети мультибрендовых магазинов столицы Анар Керимов сообщил Media.Az, что в этот день только два из восьми магазинов, входящих в сеть, объявят о скидках.

    «Должен признать, что скидки эти будут носить скорее символический характер – всего 10%. Большую скидку мы себе позволить не можем, так как коллекции пока еще новые, а залежавшихся товаров у нас просто нет. Но продавать товары по скидочным ценам мы будем не один, а четыре дня: начиная с четверга по воскресенье включительно», – отметил А.Керимов.

    В свою очередь, глава Центра исследований устойчивого развития Нариман Агаев сообщил о том, что «черную пятницу» в Азербайджане не особо ждут, так как знает о ней в основном молодежь.

    Кроме того, по его словам, наши покупатели привыкли к тому, что заявленные скидки в 50-70% часто не соответствуют действительности. Некоторые столичные магазины устраивают скидки в этот день, однако они не носят масштабного характера.

    Агаев посоветовал подождать спада «массового спроса» и спустя пару дней, уже на холодную голову сходить в магазин за необходимыми покупками.

    «Поверьте мне, разницы в цене вы даже не ощутите», – заверил Н.Агаев.

    Между тем, по мнению главы Союза свободных потребителей Азербайджана (ССПА) Эюба Гусейнова, в этот день продавцы пытаются сбыть некачественный товар.

    «Во время “черной пятницы” в Азербайджане мы наблюдаем исключительно обман потребителей. Вот уже несколько лет в нашей столице некоторые магазины устраивают распродажи и под видом качественного товара сбывают испорченную одежду, вышедшую из строя бытовую технику. При этом изначально они предупреждают покупателей, что возврату скидочный товар не подлежит, хотя это является нарушением закона», – подытожил эксперт.

  • Дорожная полиция предупредила водителей

    Главное управление государственной дорожной полиции города Баку обратилось к водителям в связи с дождливой погодой.

    Как сообщил oxu.az заведующий отделом по связям с общественностью Управления государственной дорожной полиции Баку, полковник полиции Вагиф Асадов, в связи с погодными условиями водителей просят отдавать предпочтение общественному транспорту, передаёт Median.Az.

    «В дождливую погоду больше вероятности заноса автомобиля, что может обернуться дорожно-транспортным происшествием. В целом водителей в такую погоду просят снижать скорость движения до минимума, соблюдать дистанцию между автомобилями больше обычного».

    Он добавил, что водители, проезжая лужи на дорогах, должны учитывать находящихся рядом пешеходов.

    «Загрязнение пешеходов в результате проезда по лужам является административным проступком и влечет за собой штраф. Рекомендуется уделять этому максимальное внимание. Кроме того, загрязнение государственных номерных знаков может создать ряд проблем. Просим водителей, вне зависимости от погодных условий, уделять внимание видимости государственных номерных знаков. В противном случае они будут привлечены к административной ответственности».

  • Yol polisindən sürücülərə – XƏBƏRDARLIQ

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri sürət həddini aşmamağa çağırıb.

    İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a verdiyi açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar sürücülərin daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməsi tövsiyə edilir:

    “Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

    O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafda hərəkət edən piyadaları da nəzər almalıdırlar:

    “Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır və həmin sürücülər cəzalanacaq. Buna maksimum dərəcədə diqqət edilməsi tövsiyə olunur. Bundan başqa, hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanları çirklənməsi səbəbindən də bir sıra problemlər yarana bilir. Sürücülərdən xahiş edirik ki, hava şəraitindən asılı olmayaraq, nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsinə diqqət etsinlər. Əks təqdirdə, belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək.

    “Yol hərəkəti haqında” qanunun 50-ci maddəsində deyilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisənin məsuliyyətindən hava şəraitinin pis olması bəhanəsi ilə yayınmağa çalışırlar”.