Month: December 2018

  • В Гяндже избили оператора во время съемки свадебного торжества

    В Гяндже избили оператора.

    Как передает Median.Az со ссылкой Qafqazinfo, случай зафиксирован в одном из домов торжеств.

    Оператор – житель города Мусаев Ульви Садраддин оглу (2000 г.р.) подвергся избиению со стороны неизвестного лица во время съемки свадебного торжества. У.Мусаев был немедленно доставлен в больницу.

    По факту ведется расследование.

  • “Tramadol hidroxlorid”in istifadəsi məhdudlaşdırılıb

    Azərbaycanda güclü təsir edən “tramadol hidroxlorid” maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılıb.

    Bu məsələ parlamentin payız sessiyasının sonuncu plenar iclasında müzakirəyə çıxarılan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb.

    Belə ki, hazırda “tramadol hidroxlorid” 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən, “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və “tramadol hidroxlorid” bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.

    Qeyd edək ki, “tramadol hidroxlorid” ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir.

    Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsirə malik maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir. 

    Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.//oxu.az

  • Azərbaycana 10 santimetrədək qar yağıb – FOTO

    Dekabrın 27-si gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

    Median.Az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

    Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb.

    Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır.

    Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.






  • Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı – AÇIQLAMA

    2019-cu ildə Manatın məzənnəsi dövlətin valyuta satışı və idxal, xarici borc, kapital axınları, beynəlxalq vəziyyətin balansından asılı olacaq.

    Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir.

    Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq:

    “Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcəkdir. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir”.

    Qısası, manatın ucuzlaşması üçün dövlətin valyuta təklifi (valyuta satışı) azalmalı, eyni zamanda idxal, xarici borcun qaytarılması və ölkədən kapital çıxışı artmalıdır. Həmçinin beynəlxalq konyunkturun pisləşməsi ölkədə valyutaya tələbi artıra və bu hal da manata təzyiq ola bilər.

    Bəyanatda o da qeyd edilib ki, 2018-ci ildə manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib.

    “Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olmuş, valyuta bazarında təklif tələbi üstələmişdir. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olmuşdur. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılmışdır. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını stabilləşdirmişdir”.

    2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb.//oxu.az

  • Azərbaycanlıları İŞİD-ə qoşulmağa çağırana cəza verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, E.Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, “Abu Cihad” ləqəbli ilə tanınıb.

    O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

    Məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan “Instagram” səhifəsinin sahibi olub.
    //oxu.az

  • В Азербайджане задержан браконьер, убивший марала

    В Габалинском районе задержан человек, убивший марала, занесенного в «Красную книгу».

    Как сообщили в пресс-службе МВД, во время рейда, проведенного 17 декабря в поселке Вендам, сотрудники Министерства экологии и природных ресурсов услышали выстрелы.

    Во время осмотра территории были обнаружены отрубленная голова марала, 2 копыта и шкура животного. Соответствующая жалоба поступила в Габалинское районное отделение полиции.

    По факту незамедлительно были начаты оперативные мероприятия. В ходе оперативно-розыскных мероприятий, проведенных сотрудниками полиции 27 декабря, был задержан житель Вендама Техран Айдынлы. У него было изъято ружье марки «TOЗ-16». По факту ведется расследование.

  • Əlilliyi olan şəxslər yollarda sərbəst hərəkət edə biləcək

    Əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi planlaşdırılır.

    Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

    Azərbaycanda əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi üçün tədbirlər (piyada keçidlərinin ayaqla hiss edilə biləcək qabarıq elementlərlə, işıqforların səs siqnalı ilə təchiz edilməsi və s.) görülməsi, layihələndirilməsi, tikintisi və təmiri nəzərdə tutulan avtomobil yollarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması aidiyyəti qurum və nazirliklərə tapşırılıb.

    Dövlət Proqramında qeyd edilib ki, səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələr yaradılması hallarının qarşısının alınması, səkilərin ölçülərinin dövlət şəhərsalma norma və qaydalarına uyğunluğunun təmin edilməsi aparılacaq.

    Avtomobil yollarında yolayrıcılarının təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və yolların xüsusiyyəti imkan verdiyi hallarda hərəkətin maneəsiz təşkili üzrə müvafiq təkmilləşdirmə tədbirləri həyata keçiriləcək.

  • Находящийся в розыске за похищение человека задержан в России

    Как сообщает Median.Az, сотрудники Ширванского городского отделения полиции (ГОП) в ходе оперативно-розыскных мер на территории Российской Федерации задержали жителя Али Гусейнли, находящегося в розыске по статье 144 (похищение человека) и 221 (хулиганство) УК Азербайджана.

    А.Гусейнли экстрадирован в Азербайджан.

  • Adam oğurluğuna görə axtarışda olan şəxs Rusiyada tutulub

    Median.Az xəbər verir ki, Şirvan şəhər polis şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 144-cü (adam oğurluğu) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya Federasiyasının ərazisində saxlanılıb.

    Ə.Hüseynli Azərbaycana ekstradisiya edilib.

  • Bakıda trans “qaraçı hipnozu” ilə satıcıları aldatdı – VİDEO

    Paytaxtın Xətai Rayonu, Xudu Məmmədov 122 ünvanında yerləşən gül mağazasının birində dələduzluq olub.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, dünən saat 17:10 radələrində gül dükanına daxil olan müştəri (yanında bir nəfər də olub) əvvəlcə dəyəri beş manata aldığı gülün pulunu ödəmək üçün yüz manatı kassirə uzadıb.

    Onun əli dəydikdə isə əskinası geri çəkib və pulunu yenidən pul kisəsinə qoyub.

    El arasında “qaraçı hipnozu” deyilən çaşdırıcı hərəkətlə kassiri aldadan müştəri ondan 95 manat “pulun qalığını” alaraq, dükanı tərk edib.

    Sonradan mağaza sahibi təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin, ümumiyyətlə, aldığı məhsulun pulunu ödəmədiyi, əksinə, kassadan 95 manatı ona verdikləri məlum olub.

    Dələduzluq hadisəsi anbaan mağazada quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

    Mağaza sahibinin məlumata görə, dələduzluq edən həmin şəxs trans olub:

    “O, tək deyildi. Yanında da başqa bir trans var idi. Hadisə ilə bağlı artıq polisə məlumat verilib”.