Month: December 2018

  • Bayram günlərində işləyəcək banklar

    Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 dekabr – 2 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

    Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 dekabr – 2 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.

    Bayram günlərində Palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq.

    Bankların siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

  • Дуэт азербайджанцев возглавил рейтинг лидеров по прослушиванию

    Соцсеть «Одноклассники» представила итоговый рейтинг лидеров по прослушиванию среди новых музыкантов.

    Первое место рейтинга заняла группа HammAli (Александр Алиев) & Navai (Наваи Бакиров) с песнями «Ноты» и «Пустите меня на танцпол», которые стали самыми прослушиваемыми в разделе «Музыка» среди композиций новых артистов.

    Напомним, что по версии «ВКонтакте» альбом HammAli & Navai «Janavi» стал лучшим альбомом года, а хиты «Ноты» и «Пустите меня на танцпол» вошли в «Топ-10 треков» 2018 года.

    Отметим, что HammAli & Navai также попали в рейтинг самых популярных треков уходящего года, составленных сервисом «Яндекс.Музыка», в котором с хитом «Пустите меня на танцпол» заняли 10 строчку.

  • В Шамкире перевернулся “Chrysler” : погиб 1, ранены 3 человека

    Как сообщает Median.Az, накануне примерно в 15 часов на территории поселка Кюр перевернулся автомобиль марки “Chrysler”, управляемый несовершенолетним жителем района.

    В результате дтп пассажир Исрафил Алескерли скончался на месте происшествия, водитель и еще два пассажира были помещены в Центральную районную больницу.

    В Шамкирском РОП по факту ведется расследование.

  • Şəmkirdə “Chrysler” aşıb : 1 nəfər ölüb, 3 nəfər yaralanıb


    Median.Az
    xəbər verir ki, dekabrın 27-i saat 15 radələrində Kür qəsəbəsində rayon sakini olan yeniyetmə idarə etdiyi “Chrysler” markalı avtomobili aşırıb.

    Nəticədə sərnişin İsrafil Ələsgərli hadisə yerində ölüb, sürücü və digər iki sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Скоростной предел на автомобильных дорогах будет пересмотрен

    На автомобильных дорогах Азербайджана оптимизируют допустимый скоростной предел.

    Это запланировано в «Госпрограмме по безопасности дорожного движения в Азербайджанской Республике на 2019-2023 годы».

    Так, в последующие 3 года планируется оптимизация скоростного предела транспортных средств внутри населенных пунктов в соответствии с особенностями улично-дорожной сети, пересмотр норм скоростного предела транспортных средств на других автодорогах.

    Кроме того, с целью предупреждения водителей о превышении скоростного предела, определенного для опасных участков дорог, в госпрограмме нашло отражение размещение специальных информационных табло.

    Исполнителем основных работ по утвержденной президентом Ильхамом Алиевым госпрограмме является Министерство внутренних дел. Среди других исполнительных структур по данным работам указаны Министерство транспорта, связи и высоких технологий, Бакинское транспортное агентство и Госагентство автодорог Азербайджана.

  • Bakıda Şaxta babadan alqışa layiq addım – VİDEO

    Bakıda 25 yaşlı bir gənc nümunəvi addım atıb. O, şaxta baba palatarı geyinərək öz hesabına Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibəti ilə yolda çalışan təmizlik işçilərinə bayram hədiyyəsi paylayıb.

    Bayram münasibətilə Ramal Şəmşədli və dostları xeyirxah aksiyaya başlayıblar. Onun sözlərinə görə, bu addımı atmaqda məqsədləri bayram ərəfəsində yolda təmizlik işçilərinin sevindirmək olub.

    Onlar müxtəlif məhsullar alaraq avtomobilə yığıb, yol boyu təmizlik işçilərinə hədiyyələr paylayıblar. Məhsulların alınmasına isə o, 2 min manat pul xərcləyib.

    Alınan hədiyyə paketlərində gündəlik istifadə olunan məhsullar olub.

    Ramal Şəmşədlinin sözlərinə görə, bu aksiyanı Novruz bayramında da davam etdirəcək. Artıq onun bu aksiya təşəbüsünə bəzi müğənnilər də qoşulub.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Metro stansiyalarında 4 günlük konsert proqramı olacaq

    Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq.

    QSC-dən verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.

    Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqların bayram ovqatını yüksəltməkdir.

    Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.

    Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

    “İçərişəhər” stansiyası – 11:00 – 12:30
    “Sahil” stansiyası – 12:00 – 13:30
    “28 May” stansiyası – 13:00 – 14:30
    ”Elmlər Akademiyası” stansiyası – 14:00 – 15:30

    Bununla yanaşı, “Bakı Metropoliteni” QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq.

    Qatarlardan birinə “A”, digərinə “Q” tipli vaqon qoşulacaq. Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30-da xətdə olacaq. Qatarlar Qırmızı xətt (“İçərişəhər-Həzi Aslanov) üzrə hərəkət edəcək.

    Qeyd edək ki, bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi yerlərə yaxın metro stansiyalarına əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı Metropoliteninə giriş açıq olacaq.

  • Bu tarixdən Bakı-Gəncə-Bakı sürət qatarına start verilir

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.

    Bu barədə qurumdan bildirilib.

    Məlumata görə, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.

    Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır. Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq.

  • На скамье обвиняемых мужчина, убивший из-за ревности жену брата

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении жителя столицы Алиакпара Абдуллаева (1975-го года рождения), обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 8-го августа этого года в поселке Бина по адресу : улица Р.Ашрафова, переулок 2 дом 26 было совершено убийство. Так, Алиакпар Абдуллаев на почве ревности нанес ножевые ранения жене брата Рубабе Абдуллаевой (1973-го года рождения). Из-за полученных тяжких телесных повреждений женщина скончалась
    на месте происшествия.

    А.Абдуллаева в тот же день задержали сотрудники Хазарского РУП и передали следствию.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 10 января.

  • Binədə qardaşı arvadını öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əliəkbər Abdullayevin (1975-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il avqustun 8-də Binə qəsəbəsi, P.Əşrəfov küçəsi, döngə 2 ev 26-da yaşayan Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının arvadı Rübabə Abdullayevanı (1973-cü il təv.) qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış yanvarın 10-na təyin edilib.