Month: December 2018

  • В Баку начались работы по реконструкции парка Ататюрк

    В Баку начались работы по реконструкции парка Ататюрк, расположенного возле метростанции «Гянджлик».

    Как сообщил пресс-секретарь организации Исрафиль Керимов, работы ведутся на основании приказа главы исполнительного комитета города Баку Эльдара Азизова.

    «В данный момент ведутся работы по очистке парка. Объекты, на использование которых было дано временное разрешение, сносятся. Дела ведутся в соответствии с законодательством. Объекты, действующие легально, продолжают функционировать», – сказал И.Керимов.

    И.Керимов отметил, что жители выражали свое недовольство из-за состояния парка:

    «Мы проведем все необходимые реконструкционные работы. Новый проект готов. Пока мы ждем подтверждения, будем заниматься очисткой парка».

    Отметим, что в парке ожидается восстановление мест для отдыха, кафе, детских площадок.

  • Azərbaycanda bağça müəlliminin videosu yayıldı: Uşaqların yanında söyüş söyür – VİDEO

    Azərbaycanda daha bir bağça ilə bağlı qalmaqallı video yayılıb.

    Videoda bağça müəlliməsi olduğu deyilən qadın uşaqların yanında söyüş söyür. “İnstagram” sosial şəbəkəsində canlı yayım edən həmin şəxs istifadəçilərdən birinin yazdığı şərhə elə uşaqların yanındaca kobud söyüşlə cavab verib.

    Onun bu söyüşü birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.

    Həmin videonu təqdim edirik.

    ///Yeniavaz.com

  • Bakıya gələn ər-arvadın aeroportdan “iPhone” keçirmək üçün ağlagəlməz əməli – VİDEO

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, belə ki, FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və “Yaşıl Kanal”a doğru hərəkət edib.

    Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq “Qırmızı Kanal”a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

    Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova “Qırmızı Kanal”a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd “Samsung S9 64GB”, 1 ədəd “Samsung Note 9 128GB” , 5ədəd “İphone XS Gold 64GB”, 3 ədəd “İphone XS Space Gray 64GB” , 1 ədəd “İphone XS Gold 256GB”, 1 ədəd “İphone X Silver 64GB”, 1 ədəd “İphone XS MAX Space Gray 256GB”, 1 ədəd “İphone XS MAX Space Gray 64GB”, 1 ədəd “İphone XS MAX Gold 256GB” və 2 ədəd “İphone XS MAX Gold 64GB” markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd “Samsung S9 64GB” markalı mobil telefon aşkar olunub.

    Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.

    Faktla bağlı araşdirma aparılır.

    Qeyd edək ki, ərlə arvadın hazırladıqları “ssenari” kameralar vasitəsilə qeydə alınıb və həmin görüntüləri təqdim edirik.

  • Eldar Əzizov əmr verdi: Bakıda məşhur parkdakı obyektlər sökülür – FOTOLAR

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.

    Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.
     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • Əsgər Heydər Əliyev babasının məzarını ziyarət edib – VİDEO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev babası, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

    O, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti, əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummilli liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev də ziyarətçilər arasında olub, Ümummilli liderin xatirəsinə ehtiramını bildirib.

  • Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər

    Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov diskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcək və dünyanı gəzəcək.

    Bu haqda döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov deyib.

    “Qonşu Azərbaycandan bizi çağırırlar, Türkmənbaşı dəvət edir. Qırğızıstan prezidenti bizi şəxsən çağırıb. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar. Müsəlmanların yaşadığı Malayziyadan və İndoneziyadan təklif var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm”, – deyə Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov bildirib.

    Onun sözlərinə görə, altı ölkənin prezidenti tərəfindən dəvət alsalar da, bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.

    “Doqquz aylıq diskvalifikasiya olacağı təqdirdə, o, səhərlər gimnastika və məşq edəcək. Gündə 3,5 saat məşq edirik. Həmçinin bütün dünyanı gəzəcəyik”, – deyə Abdulmanap Nurməhəmmədov oğlunun avtobioqrafiyasının Mahaçqaladakı təqdimatı zamanı bildirib.

    O qeyd edib ki, Həbib formasını itirməməlidir:

    “İstənilən an biz 100 günlük məşq bazasına getməyə və təklif edilən istənilən rəqiblə qarşılaşmağa hazır olmalıyıq. Lakin seçimi, əlbəttə ki, biz edəcəyik. Əminliklə deyə bilərəm ki, bizi qane etməyəcək variantları geri çevirəcəyik”.

    Nurməhəmmədov UFC çempionu kəmərini 7 oktyabrda Makqreqora qarşı döyüşün dördüncü raundunda boğucu fəndlə qalib gələrək qoruyub. Döyüşdən sonra rusiyalı tamaşaçıların olduğu zalda kütləvi dava olub. Hər iki döyüşçü 10 dekabr tarixinədək döyüşlərdən kənarlaşdırılıb.

    Dekabrın 6-sı məlum olub ki, Makqreqor öz işinin baxılmasının təxirə salınmasını xahiş edib və Nevada ştatının Atletik Komissiyası bu xahişi müsbət cavablandırıb. Həmin gün komissiya Nurməhəmmədovun vəkillərinin bu barədə xahişini qəbul edib.

    Rusiyalı döyüşçü karyerası boyunca 27 döyüşdə iştirak edib və məğlub olmayıb.

  • Турция выдвинула условие Пашиняну: Освободите азербайджанские земли

    В администрации президента Турции Реджепа Тайипа Эрдогана прокомментировали заявление и.о. премьер-министра Армении Никола Пашиняна о нормализации двусторонних отношений.

    Как передает Median.Az, «чтобы нормализовать отношения с Турцией, Армения должна освободить оккупированные азербайджанские земли», – цитирует сообщение администрации Тренд.

    «Турция выступает за стабильность и мир в регионе», – подчеркнули в администрации президента Турции, указав, что без освобождения оккупированных азербайджанских территорий стабильности в регионе быть не может.

    Также было указано, что Армения должна отказаться от претензий по поводу событий 1915 года, так как никакого «геноцида» армян тогда не было.

  • Türkiyə Paşinyana şərt qoydu

    Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.

    Median.Az-ın xəbərinə görə, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

    Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:

    “Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək regionda sabitlik ola bilməz”.

    Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb.

  • В отношении должностных лиц возбуждено уголовное дело

    Госкомитет по градостроительству и архитектуре и Главный отдел по борьбе с коррупцией при Генпрокуроре продолжают совместные мероприятия по предотвращению нарушений закона в сфере строительства.

    Согласно совместной информации Госкомитета и Генпрокуратуры, на основе коллективного обращения граждан, проживающих по адресу: город Баку, улица М.Мехдизаде 2-4, Госкомитет по градостроительству и архитектуре провел проверку.

    В результате проверки выяснилось, что должностные лица ООО İnşaat Konstruksiyaları, нарушив положения Кодекса по градостроительству и архитектуре Азербайджанской Республики, не подготовив проект по сносу и не получив разрешение на проведение работ по сносу, снесли 46 квартир и 3 нежилых объекта. Собранные по данному делу материалы были направлены в Главное управление по борьбе с коррупцией.

    По результатам проверки в отношении должностных лиц ООО İnşaat Konstruksiyaları было возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 222-1.1 (самовольное строительство) УК АР.

    Продолжаются необходимые оперативно-следственные мероприятия по установлению виновных и привлечению их к ответственности.

  • Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb

    İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.

    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

    Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.