Month: December 2018

  • Ветер, снег, дождь – ПОГОДА МЕНЯЕТСЯ

    12 декабря в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков. Однако ближе к ночи местами возможен моросящий дождь.

    Об этом сообщил Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Утром на отдельных территориях будет туман. Временами усиливающийся юго-западный ветер днем перейдет в северо-восточный ветер.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 6-9, днем 11-13 градусов тепла, в Баку ночью ожидается 7-9, днем 11-13 градусов тепла.

    Атмосферное давление составит 758 мм ртутного столба, относительная влажность 65-75%.

    Завтра утром в некоторых северных и западных районах Азербайджана будет туман, моросящий дождь, ближе к вечеру возможен дождь. В горных территориях ожидается снег. Скорость западного ветра местами усилится.

    Ночью температура воздуха составит 2-6, днем 9-14 градусов тепла, в горах ночью от 2 градусов мороза до 3 градусов тепла, днем 3-7 градусов тепла.

  • Bu ərazilərdə işıq olmayacaq

    Bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

    “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilə həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

    Qurum yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

  • Sabahdan hava soyuyur – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Sabah isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.

    Bölgələrdə səhər bəzi şimal və qərb rayonlarında duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

  • Restoranlarda, kafelərdə siqarət çəkmək qadağan edildi: 1200 manat cəriməsi var

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438) aşağıdakı dəyişikliklər edilsin:

    1. 41-ci maddəyə “189.4,” rəqəmlərindən sonra “212.3,” rəqəmləri əlavə edilsin.

    2. 212-ci maddə üzrə:

    2.1. 212.1-ci maddədə “və tütün məmulatı” sözləri “məmulatlarının istifadəsinin məhdudlaşdırılması” sözləri ilə, “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin;

    2.2. 212.2-ci maddədə hər iki halda “siqaret” sözü “tütün” sözü ilə, “yerlərin ayrılmasının” sözləri “ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin” sözləri ilə əvəz edilsin və həmin maddədən “xəbərdarlıq” sözü çıxarılsın;

    2.3. aşağıdakı məzmunda 212.3-cü, 212.4-cü və 212.5-ci maddələr əlavə edilsin:

    “212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi –

    yüz manat məbləğində cərimə edilir.

    212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə –

    əlli manat məbləğində cərimə edilir.

    212.5. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə –

    vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.”.

    3. 299-cu maddənin adında və dispozisiyasında “müəyyən edilməmiş yerlərdə siqaret” sözləri “tütün” sözü ilə əvəz edilsin.

    4. 305 və 318-ci maddələrin adında və dispozisiyasında, 306.4-cü maddədə “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

    5. 322.0.4-cü maddədə “siqaret” sözü “, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün” sözləri ilə əvəz edilsin.

  • AFFA Qurbanovu təkzib etdi: Təzminatdan imtina etməyib

    Millimizin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə təzminat almayıb.

    Bu barədə oxu.az-a açıqlamasında millinin sabiq mətbuat katibi Elman Himayətoğlu məlumat verib. Qurban Qurbanov təzminatdan imtina etdiyi bildirilir.

    Məsəllə ilə bağlı AFFA-nın mövqeyini öyrəndik.

    AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti Firuz Abdulla Unikal.org-a verdiyi açıqlamada imtina ilə bağlı quruma müraciət olunmadığını deyib:

    “AFFA-nın mövqeyi bununla bağlı mövqeyi belədir ki, milli komandanın sabiq baş məşqçisi Qurban Qurbanov ona ödənilməli olan təzminatdan imtinası ilə bağlı hələ ki, AFFA-ya rəsmi müraciət etməyib.

    Buna görə də qaydalara uyğun olaraq, imtina etmədiyi təqdirdə ona təzminat ödəniləcək. Çünki müqavilə müddəti başa çatmamış xitam verilib”.

    Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən həftə baş tutmuş iclasında Qurban Qurbanovla bağlanmış altı illik müqaviləyə xitam verilib.

  • Qubada daha bir gənc itkin düşüb – Son 10 gündə 2 gənc yoxa çıxıb

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nahiyyəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

    Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

    Qeyd edək ki, Quba rayon rayon Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov da bir neçə gün öncə itkin düşüb. O, dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

  • В столице за кражи из автомобилей задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 29-го отделения полиции Ясамальского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Адама Багирова, который украл из автомобиля марки “Toyota” 3000 манатов и 150 долларов.

    Кроме этого, сотрудники 24-го отделения полиции Низаминского РУП задержали жителя Агдамского района, ранее судимого Анара Ахундова, который украл из автомобиля марки “Great wall” сумку, где находились 1500 манатов и документ.

    В ходе разбирательства выяснилось, что они украли еще из 2-х автомобилей деньги, мобильный телефон, документ, украшения и парфюмерию.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Toyota” markalı avtomobildən 3000 manat və 150 dollar oğurlayan Bakı şəhər sakini Adəm Bağırov saxlanılıb.

    Bundan başqa, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundov saxlanılıb.

    Araşdırma zamanı, onun daha 2 avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurlaması məlum olub.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В Абу-Даби появились патрули на верблюдах

    Полиция эмирата Абу-Даби объявила о создании специальных патрулей на верблюдах.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает во вторник эмиратское издание Gulf News.

    Главнокомандующий полицией Абу-Даби Мухаммед аль-Румейси заявил, что помимо обеспечения безопасности этот шаг направлен на сохранение эмиратских традиций.

    Патрули на верблюдах можно будет встретить не только в пустынной местности, но и в городах, сообщает издание.

  • Arvadını 5-ci mərtəbədən atan şəxs məşhur müğənninin nəvəsi imiş

    Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Taxveli Ramiz Pərviz oğlu Gülağa Məmmədovun qız nəvəsidir.
    Xatırladaq ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.

    Qeyd edək ki, ağır cinayət ötən gecə qeydə alınıb.