Month: December 2018

  • Çörək sexinin sahibini öldürən işçinin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində İsmayıl Cəfərovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, NZS qəsəbəsində fəaliyyət göstərən çörək sexində işləyən İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımova bıçaqla xəsarətlər yetirib.
    Nəticədə sonuncu kəskin qanitirmədən dünyasını dəyişib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə məhkəmə baxışı dekabrın 18-nə təyin edilib.

  • В Xоджасане неизвестный автомобиль сбил пешехода

    Как сообщает Median.Az, 3-го декабря примерно в 21 часов в поселке Ходжасан автомобиль неустановленной марки сбил жителя поселка Намаза Намазова и скрылся.

    В результате пешеход был доставлен в больницу, его состояние оценивается средне-тяжелым.

    В направлении по установлению госномера подозреваемой автомашины ведется соответствующая работа сотрудниками Бинагадинского РУП.

  • Xocəsəndə avtomobil piyadanı vurub, qaçıb


    Median.Az
    xəbər verir ki, dekabrın 3-ü saat 21 radələrində Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Namaz Namazov vurulub.

    Nəticədə piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

    Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  • Bu yolda hərəkət məhdudlaşır – 1 ay

    Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də sabahdan etibarən bir ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Azərvaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolda yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində təmir işləri aparılacaq.

    Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

    Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.

  • Gəncədə 15 şadlıq evi cərimələndi

    Gəncə şəhərində fəaliyyət göstərən şadlıq sarayı və ictimai-iaşə obyektlərində monitorinqlər davam etdirilir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantılarının minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə ETSN əməkdaşları tərəfindən aparılan monitorinq monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

    Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
    Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

    Hazırda digər ictimai-iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.

  • «Нефтчи» оштрафовали на крупную сумму

    Дисциплинарный Комитет АФФА обнародовал решения по поводу матчей 13-го тура Topaz Премьер-лиги.

    Как передает Median.Az со ссылкой на сайт АФФА, «Нефтчи» оштрафован на 16 тысяч манатов из-за оскорбительных высказываний в СМИ спортивного директора клуба Джейхуна Султанова в адрес судей после матча с «Сабахом». Сам менеджер дисквалифицирован на 10 матчей.

    «Нефтчи» также обязан выплатить компенсацию «Сабаху» за испорченные сиденья в гостевом секторе, выплатить штраф в казну АФФА за две красные карточки.

    Отметим, что матч между «Сабахом» и «Нефтчи» завершился победой гостей со счетом 2:1. После матча победившая сторона обвинила в предвзятости главного арбитра встречи Рагима Гасанова, который показал две красные карточки футболистам «Нефтчи» и не назначил пенальти в ворота хозяев поля.

  • В поселке Гала “ВАЗ 21099” врезался в столб, погиб водитель

    Как сообщает Median.Az, 3-го декабря в поселке Гала автомобиль марки “ВАЗ 21099”, управляемый жителем столицы Адалят Багировым врезался в электрический столб.

    В результате водитель скончался на месте происшествия.

    В Хазарском РУП по факту ведется расследование.

  • Qala qəsəbəsində “VAZ 21099” işıq dirəyinə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, dekabrın 3-də Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədalət Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili işıq dirəyinə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Хатаинская полиция задержала бывших зэков-карманников

    Как сообщает Median.Az, сотрудники 34-го отделения полиции Хатаинского РУП в ходе совместных оперативно-розыскных мер задержали жителя столицы Теймура Гусейнова и жителя Кюрдамирского района Васифа Бабаева, которые 22- и 24-го ноября украли из сумок двух женщин деньги и документы.

    При личном осмотре у Т.Гусейнова изъяли 0,159 грамм, у В.Бабаева 0,172 грамм героина.

    Выяснилось, что 3-го декабря они в пассажирском автобусе №40 украли еще у одного гражданина мобильный телефон.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Xətai polisi cibgir məhkumları saxlayıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22- və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və sənəd oğurlayan əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.

    Şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram heroin götürülüb.

    Araşdırma zamanı, onların dekabrın 3-də 40 saylı xətt avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları məlum olub.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.