Xocəsəndə avtomobil piyadanı vurub, qaçıb


Median.Az
xəbər verir ki, dekabrın 3-ü saat 21 radələrində Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Namaz Namazov vurulub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.