Month: December 2018

  • İmişlidə yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, dekabrın 1-i saat 18 radələrində İmişli şəhərində, şəhər sakinləri Elman Əliyevin idarə etdiyi “Hyundai” və Vüqar Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

    Nəticədə Mərkəzi rayon XəstəxanaSsına yerləşdirilmiş V.Quliyev orada ölüb.

    İmişli RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Binəqədi İcra Hakimiyyətində şöbə müdirləri dəyişdi – ƏMR

    Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yeni müdir təyin olunub.

    RİH-dən Modern.az-a verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə Nicat Elman oğlu Allahverdiyev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

    N.Allahverdiyev bu vəzifəyə qədər Binəqədi RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.

    İcra başçısının digər əmri iləAynur Hüseyn qızıQuliyeva İnformasiya təminatı və təhlil sektorunun müdiri təyin olunub.

    A.Quliyeva isə buna qədər Binəqədi RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində dəftərxana işinin aparıcı məsləhətçi vəzifəsində çalışıb.

    Xatırladaq ki, sabiq icra başçısı Xaləddin İsgəndərovun 2015-ci ilin oktyabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir vəzifəsinə təyin etdiyi Elman Dadaşovu bu ilin noyabr ayında yeni icra başçısı Elxan Allahverdiyev işdən azad edib.

  • Bu yollarda yeni çatlar yarandı, uçqunlar oldu – SİYAHI

    Azərbaycanda bəzi ərazilərdə yeni sürüşmə sahələri yaranıb, bir çox yollarda isə sürüşmə prosesi aktivləşməklə yanaşı, yeni uçqun prosesləri də baş verib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, Astara rayonu Kijəbə kəndi ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında artım qeydə alınıb və kəndin dağlıq hissəsində yeni lokal sürüşmə sahələri yaranıb. Rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb və yol boyu yeni uçqun prosesləri qeydə alınıb. Astarada Burcubənd sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Motlayataq sürüşmə sahəsində torpaq qatında yeni çatlar müşahidə olunub. Miki sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən sürüşmə prosesinin dinamikasında gərginlik müşahidə olunur.

    Ə.Qaralov qeyd edib ki, Lerik rayonunda “Veri-Əliabad” sürüşmə sahəsində yeni lokal uçqun hadisələri qeydə alınıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb və atmosfer yağıntılarının təsirindən yamac boyu uçqun hadisələri artıb. Həmin yolun 45-47-ci km-liyində yol boyu uçqun prosesləri, yolun hər iki hissəsində çökmə-oturma və səthi yuyulma prosesləri müşahidə edilib. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində sürüşmə sahəsində aktivlik müşahidə olunub.

    Lənkəran rayonunda Lənkəran-Lerik yolunun 17-19 km-liyində yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yol boyu yamac hissədə səthi yuyulma prosesi qeydə alınıb. Gəgiran kənd ərazisində yeni lokal sahədə sürüşmə və uçqun hadisələri baş verib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-i sürüşmə sahəsində aktivlik qeydə alınıb.

    Nazirlik rəsmisi əlavə edib ki, Masallı rayonunda Güllütəpə, Zuvand sürüşmə sahələrində aktivlik müşahidə edilib. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25-25, 4-26-26, 4 km-də yolun sağ yamac hissəsində lokal sahədə sürüşmə, sol tərəfində isə çay dərəsi istiqamətində uçqun və töküntü hadisələri müşahidə edilib.

    Ə.Qaralov qeyd edib ki, Daşkəsən rayonunda Alunitdağ sürüşmə sahəsində qədim sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib və sürüşmə sahəsinin təsir dairəsi artıb. Xızı rayonunda Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində aktivlik və yol boyu bir neçə yerdə yeni uçqun-töküntü hadisəsi qeydə alınıb. Xızı-Altıağac avtomobil yolunun 11-15-ci sürüşmə sahəsində yolun yamac hissəsində uçqun töküntü prosesləri baş verib. Siyəzən rayonunda Sədan sürüşmə sahəsi sahəsində çatların ölçüləri artıb.

    Ekspedisiya rəisi deyib ki, Quba rayonunda Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də yol boyu uçqun töküntü və oturma prosesləri müşahidə edilib, yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib. Şamaxı rayonunda 48-A məhəlləsindəki sürüşmə sahəsinin parametrlərində nisbi aktivlik və sürüşmə sahəsi üzərində olan çatların ölçülərində artım qeydə alınıb.

    Nazirlik rəsmisi əlavə edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsi – ay ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin və çatların ölçülərində artım və uçqun-töküntü prosesləri müşahidə edilib. Şamaxıda Cabanı, Dədəgünəş sürüşmə sahələrində aktivlik müşahidə olunub. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində lokal sahələrdə uçqun prosesləri qeydə alınıb. Bununla yanaşı, Şamaxının Saqiyan, Qaravəlli, Muğanlı sürüşmə sahələrində aktivlik müşahidə edilib. Mədrəsə sürüşmə sahəsinin təsir dairəsi genişlənib, Meysəri sürüşmə sahəsində aktivlik qeydə alınıb. Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-i sürüşmə sahəsində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun bir hissəsində uçqun hadisəsi baş verib.

    Ə.Qaralov bildirib ki, İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-liyində yol boyu çökmə-oturma prosesləri və yamac istiqamətində müxtəlif ölçüdə çatlar qeydə alınıb. Zərnəva, Xankəndi sürüşmə sahələrində çatların parametrləri nisbi artıb. İsmayıllda Müdrisə sürüşmə sahəsində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində töküntü və çökmə prosesləri qeydə alınıb. Lahıc sürüşmə sahəsi – atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib:

    “Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların yer səthinə çıxışları müşahidə olunub. Qoydan kənd ərazisində mövcud olan sürüşmə sahəsinin dinamikasında nəzərə çarpacaq dərəcədə aktivlik qeydə alınıb. Belə ki, sürüşmənin dil hissəsi bilavasitə fərdi tikililərin divarına dirənib. Hazırda sürüşmə sahəsi aktiv fazadadır”.

  • В Баку столкнулись два авто, пострадал пешеход

    В ДТП в поселке Маштага Сабунчинского района Баку пострадал 88-летний мужчина.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, авария произошла минувшей ночью в результате столкновения двух легковых автомобилей.

    Пострадавший в ДТП Али Алиев 1930 года рождения с тяжелыми телесными повреждениями был доставлен в больницу.

    Как сообщили в больнице, мужчине был поставлен диагноз «черепно-мозговая травма», его состояние оценивается как стабильно тяжелое.

    По факту происшествия ведется расследование.

  • Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular, sonra saçlarımı kəsdilər” – VIDEO

    İki gündür ölkə gündəmini zəbt edən hadisə ilə bağlı fikirlər səngimək bilmir. Söhbət əri tərəfindən saçı kəsilərək videoya çəkilən qadının görüntülərindən gedir.
     
    Məsələ ilə bağlı araşdırma aparan azxeber.com görüntülərdəki qadının kimliyini müəyyənləşdirib.
     
    Hazırda Mingəçevir şəhərində yaşayan Günel Mehdiyeva (ad şərtidir) keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini deyir. Onun sözlərinə görə, hazırda keçmiş həyat yoldaşı və onun qardaşları axtarışdadır.
     
    Xanımın azxeber.com-a verdiyi özəl müsahibəni təqdim edirik:

    – Görüntülər nə zaman və harada çəkilib?
    – Bu video Rusiyanın Stavrapol şəhərində çəkilib. Görüntülər bu ilin sentyabrın 20-də ayında balaca qaynım tərəfindən çəkilib.
     
    – Görüntülərdən görünür ki, siz öncə döyülmüsünüz sonra saçınız keçəl qırxılıb. Buna səbəb nə idi?
    – Həmin gün mən evdə idim. Yoldaşım demək olar ki, hər gün içib, evə gəlirdi. Həmin gün də evə içkili gəlmişdi. Sonra mənə təhqir edib, vurmağa başladı. Mən cavab qaytaranda qaynanam mənim saçlarımdan tutaraq otağa götürdü. Başıma çoxlu zərbələr vurmağa başladı. Daha sonra mən huşumu itirdim və məni lüt soyundurub şəkillərimi çəkdilər. Qaynanam həmin zaman saçlarımı kəsdi, ərim Həsənov Elnur isə mənim bədənimə bıçaqla xəsarətlər yetirdi. Üzərimdə siqaret kötüklərinin izi də var. Mən bunlarla bağlı bütün şəkilləri prokurorluğa təqdim etmişəm. Siz o videodan da görürsünüz ki, mən heç bir cavab vermirəm, susuram. Çünki özümdə deyildim, qaynanam dərman vermişdi.
     
    – Keçmiş əriniz görüntülərdə sizin oğlanla görüşdüyünüzü və ona xəyanət etdiyinizi deyir. Həmin şəxs kimdir?
    – Həmin şəxsi mən görməmişəm. Dediyi şəxs biz evlənmədən öncə mənim qız vaxtından yazışdığım birisi olub. Mən evlənəndən sonra heç kimlə əlaqəm olmayıb. Şəkildəki şəxs isə mənim xalamoğludur. Onlar sadəcə bunlardan istifadə edib məni pis çıxarmaq istəyirlər.
     
    – Uşağınız indi haradadır?
    – Qaynım uşağımı bizdən qaçıraraq Rusiyaya aparıb. Orada atasının yanındadır. Mən neçə aydır ki, uşağımı görmürəm. Artıq ərim də qayınlarım da axtarışdadır. Polis artıq onların evində axtarış aparacaq.
     
    – Ərinizlə münasibətləriniz hər zaman belə pis olub?
    – Mən 1994-cü il təvəllüdəm. 2013-cü ildə 19 yaşımda ərə verilmişəm. Elə o vaxtdan bu adamın zülmünü çəkirəm. Mən onun ikinci ailəsiyəm. Məndən öncəki ailəsindən 12 yaşlı bir oğlu var. İndi o xanım da mənə bu məsələdə dəstək olur və biz bir yerdə mübarizə aparırıq. Qaldı ki, münasibətimizə. Bəli, hər zaman pis olub. O həmişə gəzib, məni aldadıb. Heç bir zaman məni ailəsi olaraq görməyib. Mən ondan ayırılıb Mingəçevirə qayıtdım. Daha sonra anası və özü gələrək məndən üzr istədilər, geri çağırdılar. Getdim. Getməz olardım. Başıma bu işləri açdılar.

    – Qızınızla münasibətiniz necədir?
    – Qızım azyaşlıdır. Ona mənim haqqımda olmazın yalanlar danışırlar. Qızımı mənə qarşı nifrətlə doldururlar. Hətda mən prokurorluğa şəkillər də göstərmişəm. Qızıma bıçaq verib mənim bədənimə xəsarətlər yetirməsini istəyiblər. Bundan sonra sadəcə uşağımı onların əlindən geri almaq istəyirəm.

  • В Армении уборщицу забили до смерти

    В армянском городе Гюмри неизвестный преступник жестоко расправился с женщиной.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, преступление произошло накануне на рассвете. Неизвестный напал на женщину 1961 года рождения и жестоко избил, причем бил в том числе и по лицу, изуродовав до неузнаваемости. Женщина скончалась по дороге в больницу.

    В связи с произошедшим возбуждено уголовное дело. Следствие изучает различные версии. Погибшая работала уборщицей и в момент нападения направлялась на работу.

  • Расул Чунаев распространил видео с Хабибом Нурмагомедовым

    Известный азербайджанский борец греко-римского стиля, многократный призер чемпионатов мира и Европы Расул Чунаев на своей странице в Instagram опубликовал совместное видео с чемпионом UFC, россиянином Хабибом Нурмагомедовым.

    Видео было записано летом этого года, когда россиянин посетил Баку, до нашумевшего поединка с Конором Макгрегором, но опубликовано на странице Р.Чунаева только на днях.

    «Это видео пребывания Хабиба Нурмагомедова в Баку, незадолго до боя с Конором Макгрегором. Надеюсь, что перед своим следующим победным боем наш брат Хабиб вновь посетит Баку. Желаю ему новых больших побед. Я думаю, что это желание всех борцов Азербайджана и не только», – написал Р.Чунаев на своей странице в соцсети.

  • Bakıda qara-buza qarşı tədbirlər planı hazırlanıb – FOTO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə agentliyin mərkəzi aparatında və respublikanın avtomobil, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılaraq, sutkalıq növbətçilik təşkil edilib.

    Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və 2018-2019-cu illərin payız-qış mövsümündə Bakı yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilmiş (Böyükşor qovşağından başlayaq bütün şəhər ətrafı qəsəbələr üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhərdaxili avtomobil yolları üzrə isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən), Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.

    2018-2019-cu ilin qış mövsümündə Bakıda 257 ədəd maşın-mexanizmlərin (21 ədəd avtoqreyder, 34 avtoyükləyici, 131 yükünü özüboşaldan, 16 qum səpən, 6 qar yükləyən, 19 ekskavator, 22 yol süpürən və 14 su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtkü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-dək maşın-mexanizm hazır vəziyyətə gətirilib.

    Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb. Təkcə Bakı yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılıb, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub.

    Eyni zamanda, qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.

    Payız-qış mövsümünə hazırlıq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb.






  • Evinə qız gətirəni öldürən ömürlük məhkum: Ölüm bundan yaxşı idi – VİDEO

    1955-ci ildə Balaxanıda anadan olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm.

    Bunu ARB TV-nin “Rezonans” proqramında həyatı işıqlandırılan Cansail Həsənov deyib.

    Onun sözlərinə görə, evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alıb:

    “1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm. Dedim yarım saatdır oturmusan burada, necə tək deyilsən.

    Dedi ki, qadındır. Ona qayıdıb demişəm ki, bura olmaz, çıx, get. Mübahisə düşdü. Söyüb danışmamışam, çıxarmışam çölə. Ağır söyüşlər söyüb, demişəm, içkilidir, eybi yox. Yarım saatdan çox sakitləşdirə bilməmişəm. Əl atıb vurdu. Mən də özümdən asılı olmayaraq vurmuşam onu. Heç kimə sataşmamışam, heç kimin qarşısını kəsməmişəm.

    Evimin içində ağır söyüşlər söyüb. Kim dözər? Bir gün evdə baxıblar ona, bir gündən sonra xəstəxanada əməliyyat olub. 3-4 gün yaşayıb. Məhkəmədə bildim ki, qazlı su içib yaraları partlayıb. Üç gün ərzində hamı ilə görüşüb sağollaşdım. Sonra evə gələndə gördüm ki, polis orada durub. Heç məni tanımayıblar. Siqaret çəkmişəm. Sonra dedim ki, mənim arxamca gəlmisiniz? Dedilər nə yaxşı qaçmadın? Dedim, haraya gedəcəm? Getsəm, yenə gəlməli olacam da! Onlarla çıxıb getmişəm”.

    Məhkum ona verilən cəzanın ağırlığından narazı qalıb:

    “Cinayət məcəlləsində 15 ilədək idi. 18 il iş kəsmişdi. 18 il olmadığına görə mənə ölüm hökmü verdilər. Bu qədər ağır cəza olmamalı idi. Heç kimə də şikayət etmirəm. Nə deyim? Bilərəkdən öldürməmişəm. Mənim evim ona görə nədir? Həbsdə olduğum müddətdə atamı, anamı, iki əmimi, cavan qardaşımı, dayımı, dayım oğlunu, iki xalam oğlunu itirmişəm. O vaxt məni öldürsəydilər, bundan yaxşı idi”.

  • Синоптики предупредили о ливне

    В Баку и на Абшеронском полуострове 4 декабря ожидаются переменные осадки. В некоторых местах осадки могут принять интенсивный характер.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В районах Азербайджана с 5 по 6 декабря ожидаются переменные осадки, в горных территориях снег. В отдельных местах осадки могут принять интенсивный характер.