Month: December 2018

  • Кто должен платить за установку счетчиков и какова их реальная цена?

    За установку в квартире счетчика электроэнергии, водяного и газового счетчиков с жителей собирают по 800 манатов, в некоторых зданиях эта сумма составляет 850 или даже 1 000 манатов.

    А официально ли это? Сколько на самом деле стоят счетчики?

    Как передаёт Median.Az, oxu.az решил узнать ответ на этот вопрос.

    Пресс-секретарь ОАО «Азерсу» Анара Джебраиллы отметил, что ЖЭК обращается в «Азерсу» по поводу установки счетчиков.

    По его словам, стоимость одного водяного смарт-счетчика ОАО вместе с установкой составляет 247 манатов 23 гяпиков:

    «ЖЭК либо включает эту сумму в стоимость квартиры, либо собирает с жильцов отдельно. ОАО «Азерсу» не несет за это никакой ответственности».

    Глава пресс-службы ПО «Азеригаз» Ибрагим Кербалаи отметил, что ЖЭК должен согласовывать работы по газоснабжению здания с «Азеригаз»:

    «В реальности ЖЭК не соблюдает некоторые нормы. Они не выполняют многие свои обязанности и сваливают вину на официальные структуры. Во многих случаях сотрудники ЖЭКа утверждают, что «Азеригаз» требует продавать счетчики по высокой цене».

    И.Кербалаи заявил, что «Азеригаз» не ведет прямые переговоры с жителями здания по поводу установки счетчиков, а подписывает договор с представителями ЖЭКа.

    В свою очередь начальник управления ОАО «Азеришыг» Вахид Гусейнов заявил, что структура участвует лишь в установке счетчиков, но заключает договор не с абонентами, а напрямую с ЖЭКом:

    «ЖЭК может поручить работы по электрификации здания любой фирме, обладающей лицензией. Мы в это не вмешиваемся. Специалисты Агентства по урегулированию энергетических вопросов проверяют соответствие техническим стандартам. В этом плане имеется серьезный контроль, даже готовятся новые требования. Мы не несем никакой ответственности за то, по какой стоимости ЖЭК продает счетчики абонентам».

    Представитель структуры отметил, что официальная стоимость обычных счетчиков составляет 74 маната, смарт-счетчиков – 281 манат.

    Мы связались с несколькими стройфирмами, но они не дали никакой конкретной информации по этому поводу.

  • Sayğaclar: yeni tikililərin köhnə dərdi – ŞƏRH

    Bu gün paytaxtın bütün ərazilərində hündürmərtəbəli binalar inşa edilir. Bu binaların inşa edilməsi bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən özü ilə birlikdə problemlər də gətirib. Yeni tikililərdə ev sahibi olan bir qrup sakin isə deyir ki, pul verib ev alıblar, amma elə bil kirayədə yaşayırlar. Bu isə məsələnin bir başqa tərəfi.

    Müxtəlif tikinti şirkətləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinləri birləşdirən problemlərdən biri də sayğac məsələsidir. Sakinlərin sözlərinə görə, bir binada işıq, su, qaz sayğaclarına görə mənzil sahiblərindən 800 manat alınırsa, bir başqa binada bu qiymət 850, hətta 1000 manat belə ola bilir.

    Təbii ki, burada sual doğuran məqam fərqli qiymətlərin səbəbidir. Sayğaclar funksiyalarına, növlərinə görə fərqli ola bilər. Bəs görəsən, bütün bu fərqlər nəzər alınmaqla, sayğacların rəsmi qiymətləri nə qədərdir?

    Oxu.Az olaraq bu məsələni araşdırmaq qərarına gəldik.

    Bu gün MTK-lar rəsmi qurumlara müraciət edərkən texniki şərt əsasında sayğacları hansı qiymətə alır? Müqavilədə bu göstərilirmi? MTK-lar sayğacların keyfiyyət-kəmiyyət fərqində bina sakinlərinə seçim hüququ tanıyırmı? Nəhayət, sayğacları alan MTK-lar bunu bina sakinlərinə hansı qiymətə satır?

    Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, MTK-lar onlara rəsmi müraciət edir və verilən texniki şərtə uyğun şəkildə işlər görürlər:

    “Bu gün yeni tikilən binalarda su, qaz, elektrik xətlərinin çəkilməsi MTK-lar tərəfindən həyata keçirilmir. Onlar verilmiş texniki şərtlərə uyğun olaraq standartlara uyğun şəkildə binanın daxili paylayıcı su və kanalizasiya xətlərini, ehtiyat su anbarlarını inşa edirlər.

    Eyni zamanda, texniki şərtin tələblərinə uyğun olaraq həmin binalara “Azərsu” ASC-nin laboratoriyasında yoxlanılmış və ölkə daxilində istifadəsinə icazə verilən sayğaclar quraşdırılır. Hazırda yeni tikilən çoxmənzilli binalara yalnız smart-kart tipli su sayğacların quraşdırılmasını nəzərdə tutan texniki şərt verilir”.

    A.Cəbrayıllı onu da qeyd edib ki, “Azərsu” ASC tərəfdən smart su sayğaclarının birinin qiyməti quraşdırılma xərcləri daxil olmaqla, 247 manat 23 qəpiyə başa gəlir:

    “Bu gün yeni tikililərdə yalnız yeni nəsil su sayğaclarından istifadə edilir. Yəni “Azərsu” ASC ilə MTK-lar arasında müqavilə bağlandıqdan sonra bir sayğaca görə bizim hesaba 247 manat 23 qəpik ödəniş olunur və sayğaclar quraşdırılıb təhvil verilir. Qurum hər hansı sakindən sayğac pulu tələb etmir. Bu prosedurun digər hissəsi birbaşa MTK-lar və bina sakinləri arasında tənzimlənir.

    MTK sayğacın pulunu satdığı mənzilin qiymətinə daxil edir və ya sakinlərdən toplayır, sayğacların qiymətlərini neçədən hesablayır, buna görə “Azərsu” ASC heç bir məsuliyyət daşımır”.

    A.Cəbrayıllı onu da deyib ki, MTK-lar sayğacı müstəqil şəkildə də quraşdıra bilər. Bir şərtlə ki, həmin sayğaclar laboratoriyadan keçməlidir və onun düzgün işləməsinə rəy verilməlidir.

    “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin sözlərinə görə, hər bir MTK sahibi qaz təminatından danışarkən inşa etdiyi binalardakı mənzilləri vətəndaşlara bütün kommunikasiya xətlərini, o cümlədən qaz kəmərlərini çəkildikdən, sayğaclar quraşdırdıqdan, binanın istismara qəbul olunması barədə müvafiq qurumların rəyini “Azəriqaz” İB-yə təqdim edib qazın açılmasının təmin olunmasından sonra satmalıdır:

    “Reallıqda isə MTK-lar, təəssüf ki, bəzi normalara riayət etmir. Bir çoxu üzərinə düşən vəzifələri yerinə yetirmədən, günahı rəsmi qurumların üzərinə atır. Təbii olaraq da ortaya qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması ilə bağlı bir sıra problemlər çıxır. MTK sahibləri bu problemlərin həllindən yayınmaq, sayğacları sakinlərə şişirdilmiş qiymətlərlə satmalarına haqq qazandırmaq üçün süni şəkildə diqqəti yayındırmağa çalışır, bir çox hallarda isə sayğacların baha qiymətlərə satılmasının guya “Azəriqaz” İB tərəfindən tələb kimi qoyulduğunu iddia edir.

    Çox təəssüf ki, bu cür qeyri-sağlam iddialar mövcuddur. Bir daha bəyan edirik ki, “Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum olaraq, bütün sənədləri qaydasında olan, müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, xarici və daxili qaz kəmərlərinin tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır.

    Bu binalara qaz açılmasının təmin olunması, sayğacların verilməsi ilə bağlı müqavilələr isə hüquqi şəxs olaraq MTK-larla bağlanır. “Azəriqaz” İB bina sakinləri ilə bu istiqamətdə danışıqlar aparmır, birbaşa MTK rəsmiləri ilə müqavilə imzalanır”.

    Öz növbəsində “Azərişıq” ASC-nin idarə rəisi Vahid Hüseynovun sözlərinə görə, MTK-lar onlarla əməkdaşlıq üçün müraciət etdikdə, sadəcə, sayğacların quraşdırılmasında iştirak edirlər. Subyekt olaraq abunəçilərlə deyil, birbaşa MTK-larda müqavilə bağlayırlar:

    “MTK-lar binaya elektrik xətlərinin çəkilməsini lisenziyası olan istənilən şirkətə tapşıra bilərlər. Biz buna müdaxilə etmirik. Texniki cəhətdən tələblərin standartlara uyğun şəkildə yerinə yetirilməsini Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyindən olan mütəxəssislər yoxlayır. Bu istiqamətdə çox ciddi nəzarət var və hətta yeni tələblər də hazırlanır.

    Yalnız bizim quruma aid olan deyil, ölkə daxilində istifadəsinə icazə verilən bütün sayğaclara ilk olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən lisenziya verilir və komitənin möhürü olur. Daha sonra bizim quruma aid olan sayğaclar komitədən alınır və hər biri modelinə, növünə uyğun olaraq fərdi qaydada kodlaşdırma əsasında yoxlamadan keçirilir.

    Biz istəsək belə, komitə tərəfindən istifadəsinə icazə verilməyən heç bir sayğacın tətbiqini apara bilmərik. Eyni zamanda, sabah lisenziya verilmiş hər hansı sayğacda problem yaranarsa, buna bizim qədər komitə də məsuliyyət daşıyır”.

    Qurum rəsmisi bildirib ki, adi sayğaclar 74, smart sayğaclar isə rəsmi olaraq 281 manata satılır:

    “Biz müqavilə əsasında rəsmi satış qiymətlərinə cavabdehik. MTK-ların bu sayğacları abunəçilərə hansı qiymətə satması ilə bağlı heç bir məsuliyyətimiz yoxdur”.

    Məsələ ilə bağlı bir neçə tikinti şirkəti ilə əlaqə saxlasaq da, bu barədə heç bir informasiya verə bilməyəcəklərini bildiriblər.

  • Bank kartlarından 85 min manat oğurlayan keçmiş məhkum saxlanıldı

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən keçmiş məhkum, Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.

    Səddam Nəzərli əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.

    Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

    Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Fədayə Laçın son söz dedi: Əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur

    Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Fədayə Laçın son söz deyib.

    O, əməlindən peşman olduğunu bildirib:

    “Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl tutmamışam. İstəyirəm ki, hər kəs buna inansın ki, mən, həqiqətən də, bilmədən bu əməli törətmişəm”.

    F. Laçın sözünə davam edərək, bəxtindən şikayətlənib:

    “Mən həyatda çox talesiz bir qadın olmuşam. Bir qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub. Dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam etmişəm.

    Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə bataqlığa düşmüşəm. Əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur. Xahiş edirəm nəzərə alasınız ki, mənim doqquz nəfərlik ailəm var. Ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu.

    Bu bir ana kimi mənə böyük dağdır. Mən 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı bir ailədə böyümüşəm. Sadəcə, həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilməmişəm. Son hadisə də onu göstərdi ki, həqiqətən də, mən bəxtsiz və talesiz bir insanam”.

    O, məhkəmədən bağışlanılmasını istəyib:

    “Məhkəmədən xahiş edirəm ki, məni əfv edəsiniz. Əhd eləmişəm ki, azadlığa çıxsam, Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında “Yasin” oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil.

    Mən bilməzdim ki, bazarda da satılan altı manatlıq bir açara görə belə bir vəziyyət yarana bilər. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə, bundan imtina edərdim, çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm. Son olaraq sizdən məni əfv etməyinizi istəyirəm”.//oxu.az

  • Xəyanətə görə başı qırxılan qızla bağlı – YENİ XƏBƏR

    Həyat yoldaşına xəyanət etdiyi üçün başı keçəl edilərək videosu çəkilən qadının məsələsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Oxu.az-ın məlumatına görə, araşdırma yayılan video əsasında aparılır və toplanan materiallar prokurorluğa göndəriləcək.

    Əldə etdiyimiz məlumata görə, hadisə Rusiyada baş verib və video üç ay əvvəl çəkilib. Ailə uzun müddətdir ki, orada yaşayır. İddia edilir ki, video ailə tərəfindən yayılmayıb.

    Hazırda qadın Mingəçevirdədir. Cütlüyün bir övladı var.

  • Bakıda Venesuela konsulluğu açılacaq

    Gələn il Venesuelanın Bakıdakı səfirliyində konsulluq şöbəsinin açılması planlaşdırılır.

    Median.Az-ın məlumatına görə, bu barədə 1news.az-a müsahibəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores deyib.

    Onun sözlərinə görə, hazırda Venesuelaya səfər edən azərbaycanlılar vizanı Türkiyə və İrandakı diplomatik korpuslardan əldə edirlər.

    “Gələn il Azərbaycanda səfirliyin konsulluq şöbəsinin açılmasını nəzərdə tutmuşuq. Bundan sonra azərbaycanlılar Bakıda viza əldə edə biləcəklər. Ümid edirəm ki, bu, Venesuelaya səfər edənlərin sayını da artıracaq”.

    Pedro Argenis Sançes Flores bildirib ki, gələn il Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana səfəri planlaşdırılır.

    Onun sözlərinə görə, prezident Maduronun 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı gözlənilir.

    Xatırladaq ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu çərçivədə gələn il Bakıda Zirvə görüşü olacaq.

    Prezident Maduro daha əvvəl 2016-cı ildə Azərbaycanda səfərdə olub.

  • Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü

    Bakıda bir ailənin üç üzvü qidadan zəhərləniblər.

    10 yaşlı Mərdanzadə Fateh Murad oğlu zəhərlənmədən sonra evdə vəfat edib.

    Ailənin digər üzvləri Mərdanov Murad Əsgər oğlu və Mərdanova Məlahət Çingiz qızı zəhərlənmə diaqnozu ilə Təcili Yardımla xəstəxanaya yerləşdirilib. Onlar iki saat xəstəxanada qalıb, sistem qoşulub və evə buraxılıblar.

    Hadisə barədə Prokurorluqda araşdırma aparılır.
    //oxu.az

  • Elza Seyidcahan: Məni it kimi yox, at kimi basdırın – VİDEO

    Müğənni Elza Seyidcahan yenə maraqlı açıqlamaları ilə diqqət çəkməyi bacarıb.

    “ATV Maqazin” proqramında iştirak edən müğənni aparıcının suallarına maraqlı cavablar verib.

    “At muraddır” deyən müğənni “öləndə məni it kimi yox, at kimi basdırın” deməklə, yenə gündəmə damğasını vurub.

    Müğənni Kərim barədə suala isə o, “Kələm kimdir?” deməklə kifayətlənib.
    //oxu.az

  • Azərbaycan millisinin Avro-2020 oyunlarının – TƏQVİMİ

    Futbol üzrə Azərbaycan yığmasının Avro-2020-nin seçmə mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

    Qurban Qurbanovun yetirmələri ilk oyunu martın 21-də Xorvatiyada, sonuncu matçını isə noyabrın 19-da Slovakiyada keçirəcək.

    Azərbaycan millisinin “E” qrupunda tam oyun cədvəli:

    21 mart. Xorvatiya – Azərbaycan

    8 iyun. Azərbaycan – Macarıstan

    11 iyun. Azərbaycan – Slovakiya

    6 sentyabr. Uels – Azərbaycan

    9 sentyabr. Azərbaycan – Xorvatiya

    13 oktyabr. Macarıstan –  Azərbaycan

    16 noyabr. Azərbaycan – Uels

    19 noyabr. Slovakiya – Azərbaycan

    Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

    Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.
    //oxu.az

  • В этом районе Баку будет ограничена подача воды

    В поселке Говсаны города Баку в течение дня будет ограничена подача питьевой воды.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил руководитель пресс-службы ОАО «Азерсу» Анар Джабраиллы.

    Он отметил, что в связи с ремонтно-строительными работами на территориях жилого массива NZS и в части поселка Говсаны будут наблюдаться ограничения в подаче воды.