Month: December 2018

  • Gələn ilin qeyri-iş günləri

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

    Nazirlikdən azxeber.com-a verilən məlumata görə, 2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ‘”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.

    Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

    2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

    Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

    Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

    2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır.

    2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.

  • У известного ханенде ухудшилось состояние здоровья

    Ухудшилось состояние здоровья народного артиста Азербайджана Алибабы Мамедова.

    Как передает Median.Az, об этом сайту Moderator.az сообщил сам ханенде.

    «Я болен, не могу никуда ходить, руки и ноги не работают. Мне уже 90 лет, возраст сказывается на состоянии здоровья. Поэтому весь день нахожусь дома», – сказал А.Мамедов.

    А.Мамедов родился 5 февраля 1938 года в поселке Маштага Баку. Музыкальное образование получил в 1953-1958 годах в классе ханенде Сейида Шушинского в Азербайджанской государственной музыкальной школе.

    В 1945 году являлся солистом Азербайджанской государственной филармонии, в 1978-1988 годах – объединения «Азконцерт».

    С 1968 года по инициативе маэстро Ниязи руководил ансамблем народной музыки Humayun при Государственной филармонии.

    А.Мамедов создал более 100 песен и теснифов (малый вокальный жанр азербайджанской национальной классической музыки – ред.). Записи его исполнений мугамов Rast, Bayatı Şiraz, Rahab, Dəşti и других хранятся в Фонде AzTV.

    Желаем народному артистку скорейшего выздоровления!

  • Задержаны лица, ограбившие иностранца в центре столицы

    Как сообщает Median.Az, сотрудники 22-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя Ленкораньского района Эльмара Миризаде и жителя Сабирабадского района, несовершенолетнего М.А, которые 24-го декабря совершили нападение на иностранного гражданина и отобрали у потерпевшего кошелек, где находились 100 манатов, банковская карта и удостоверение личности.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 180.2.1 (грабеж, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Paytaxtda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 24-də əcnəbi vətəndaşa məxsus çantadan, içərisində 100 manat, bank kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə ələ keçirən Sabirabad rayon sakini olan bir yeniyetmə və Lənkəran rayon sakini Elmar Mirizadə saxlanılıblar.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Həkimlər Xalq artisti ilə bağlı son qərarı verdi: Amputasiya edilsin!

    Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən aktyorun ayağında qanqrenanın yaranması səhhətinin gərginləşməsinə səbəb olub. Artıq həkimlər Ramiz Əzizbəyli ilə bağlı bu gün qərara gəliblər.

    Median.Az xəbər verir ki, Xalq artistinin sputnik.az-a danışan qızı Cəlalə Əzizbəyli bildirib ki, bugünkü konsultasiyada Ramiz Əzizbəylinin sabah əməliyyat olunması ilə bağlı qərar qəbul edilib:

    “Çünki barmaq hissə çürüyüb və qanqrena getdikcə irəliləyir. Həkimlər daha çox sepsis olma ehtimalından qorxurlar. Bu səbəbdən də atamın ayağının daban hissədən kəsilməsi ilə bağlı qərara gəliblər. Atamın o biri ayağı da xəstə olduğundan həkimlər istəyir ki, heç olmasa, bu ayaqla dayaq saxlaya bilsin”.

    C.Əzizbəyli əməliyyatın Xalq artistinin həyatı üçün riskli olduğunu da qeyd edib.

    Aktyorun qızı atasının da əməliyyatdan xəbərdar olduğunu bildirib: “Atam sabah ayağının kəsiləcəyini bilir. Heç nə demir, etiraz etmir. Deyir ki, “yaşamaq istəyirəm, əsas odur ki, ayağımı kəssələr də, yaşayım”.

  • Bakıda ŞOK! – Səkkizinci sinifdə oxuyan qızı qaçırdılar — Ögey atası ilə… (FOTO)

    Bakının Xəzər rayonunda səkkizinci sinifdə oxuyan qızı qaçırıblar.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, hadisə Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə baş verib. Bildirilir ki, Şəfəq Məmmədova (ad və soyad şərtidir-İ.V.) iki ildir sözügedən məktəbdə oxuyan qızın atasıyla anası bir müddətdir ayrılıbmış. Qızın anası isə ikinci dəfə ailə qurubmuş. Ehtimal edilir ki, qızın atalığıyla münasibətlərində problem olub.

    230 saylı orta məktəbin direktoru Təhmasib Məmiyev isə əməkdaşımızla söhbətində bildirib ki, hadisə dərs zamanı baş verməyib:

    “Faktı polis araşdırır. Amma mən sizə Baş Təhsil İdarəsinin icazəsi olmadan heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin uşaq dərsdən sonra qaçıb”.

  • Nazirlik “Vergi xəbərçiləri” məsələsinə aydınlıq gətirdi

    Dünəndən bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb. Bildirilir ki, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər.

    Median.Az xəbər verir ki, nazirliyin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a bildiriblər ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulur:

    “Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin (“Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib”.

    Rəsmi məlumata görə, hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir:

    “Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və lüzumsuz müzakirələrə yol verməsinlər”.

  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

    Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

    FHN-dən verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 m² sahədə yanıb.

    Yüksək temperaturdan mətbəxin, sanitar qovşağın lambirdən ibarət tavanı 11 m² sahədə və 2 ədəd plastik qapı əriyib. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Баку пропала восьмиклассница

    В Хазарском районе Баку, в поселке ГРЕС “Северная” без вести пропала ученица 8-го класса.

    Как передает Median.Az со ссылкой на оlke.az, по словам директора школы №230 Тахмасиба Мамиева, школьница пропала во внеучебное время.

    «В настоящее время по факту ведется расследование. Могу лишь сказать, что девушка пропала после уроков», – сказал директор.

    Отмечается, что родители школьницы в разводе, а побег мог быть связан с плохим отношением с отчимом.

  • Абульфас Гараев о переносе Бакинского цирка

    В следующем году будет сдано в эксплуатацию новое здание Иреванского государственного драматического театра.

    Как сообщает Median.Az со ссылкой на Report, об этом журналистам заявил министр культуры Абульфас Гараев.

    По его словам, подготовлены проекты по капитальному ремонту и восстановлению нескольких крупных учреждений культуры:

    «При наличии на это возможностей в госбюджете, мы добьемся реализации проектов. Уже готов проект восстановления и реконструкции Театра оперы и балета. Вместе с тем, мы считаем, что настало время переноса Бакинского государственного цирка».