Month: December 2018

  • Sirena Motorsda avtomobillərə 2019 manat endirim ®

    Çinin 4 nəhəng avtomobil zavodunun Azərbaycanda yeganə və rəsmi distribyutoru olan Sirena Motorsda “İlin son fürsəti” adlı kampaniya start götürüb. Beləki, CHANGAN, GAC və JAC markalarının modelləri dekabr ayının 25-i tarixindən 2019 cu il yanvar ayının 10-a kimi 2019 manat endirimlə müştərilərə təklif olunur. Hər bir avtomobilə 5 il və ya 120.000 km beynəlxalq zəmanət verilir. Sirena Motorsda satılan avtomobillərin ən böyük üstünlüklərindən biridə avtomobilin mühərrik həcminin kiçik olmasıdır. Belə olan halda avtomobil şəhər daxili tıxac zamanı maksimum 8 litr yanacaq sərf edir.

    Xatırladaq ki, Sirena Motorsda avtomobillər sadə kredit şərtləri ilə təklif olunur. Kredit müddəti müştərinin istəyindən asılı olaraq 1 ildən 5 ilə kimi dəyişir.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Əlaqə nömrələri:

    Bakı: (050) 226 32 00, (050) 226 32 05,
    Gəncə: (070) 9911919,
    Lənkəran: (050) 348 78 88

    Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

  • Погода резко изменится – ПРЕДУПРЕЖДЕНИЕ

    В Баку и на Абшеронском полуострове 27-28 декабря временами ожидается усиление северо-западного ветра, возможны осадки. Температура воздуха по сравнению с предыдущими днями снизится на 3-5 градусов.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В районах Азербайджана 27-28 декабря прогнозируется нестабильная погода, временами возможны дожди, которые местами могут принять интенсивный характер. В горных и предгорных районах ожидается снег.

    Ожидается местами усиливающийся западный ветер.

    Температура воздуха в сравнении с предыдущими днями опустится на 3-5 градусов.

  • Hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Rayonlarda dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

    Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

    Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

  • Объявлен приговор лицам, снявших знакомого на видео и шантажировавших его

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении Зейнала Гусейнова, Рашада Султанова, Гасанбала Гасанова и Даяната Абдуллаева, обвиняемых по статье 181 (разбой) и 182 (вымогательство) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвительному акту, обвиняемые лица раздели знакомого, избили его, а затем сняли потерпевшего на телефон. После этого они неоднократно угрожая мужчине распространением видео в соцсетях вымогали у него деньги.

    Суд приговорил Д.Абдуллаева к 8 годам 6 месяцам, З.Гусейнова к 8 годам, Р.Султанова и Г.Гасанова к 7 годам 6 месяцам лишения свободы.

  • Bakı sakinini soyundurub videoya çəkib, şantaj edənlərə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin СM-nin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər paytaxtda tanıdıqları şəxsi soyundurub, döyərək şəxsiyyətini alçaltıblar və daha sonra ondan pul tələb ediblər. 

    Məlum olub ki, Z.Hüseynov, R.Sultanov, H.Həsənov və D.Abdullayev zərərçəkmişi soyundurduqdan sonra, onu telefona çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.
    Məhkəmənin hökmü ilə D.Abdullayev 8 il 6 ay, Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənov 7 il 6 ay azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

  • Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində kadr dəyişikliyi baş verib.

    Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Əbülfəs Qarayevin əmrinə əsasən, Axundov Tamerlan Məmmədbağır oğlu nazirin köməkçisi vəzifəsinə təyin edib.

    Qeyd edək ki, Tamerlan Axundov daha əvvəl nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

  • Bakıda süni göldən naməlum meyit tapılıb

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub.

    Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Hazırda ölən şəxsin şəxsiyyəti dəqiqləşdirilir.

  • Бакинский метрополитен готовит новогодние сюрпризы для пассажиров

    Как и каждый год, в этом году ЗАО «Бакинский метрополитен» готовит сюрпризы для пассажиров в связи с 31 декабря – Днем солидарности азербайджанцев мира и Новым годом.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил глава пресс-службы ЗАО «Бакинский метрополитен» Бахтияр Мамедов. Он заявил, что в последние дни 2018 года пассажиров бакинского метро будет сопровождать праздничная атмосфера:

    «В вестибюлях станций «Ичеришехер», «28 Мая», «Низами», «Эльмляр Академиясы», «Кероглу», «Автовокзал», «Бакмил» и «Мемар Аджеми» установлены елки. Также на мониторах станций появятся поздравления с обоими праздниками. Как и во время 50-летнего юбилея Бакинского метрополитена, на линию поставят ретро-поезда.

    Два поезда с двумя ретро-вагонами типа A и Q, украшенными новогодней атрибутикой, будут ходить до 2 января в определенные часы дня по специальному графику.

    Основные персонажи новогоднего праздника – Дед Мороз и Снегурочка – вновь придут на встречу с маленькими пассажирами. Три дня – с 29 по 31 декабря – в поездах с ретро-вагонами Дед Мороз со Снегурочкой будут раздавать подарки детям».

    «С 30 декабря до 2 января трио мастеров мугама и инструментальный квартет будут исполнять живую музыку на станциях «Ичеришехер», «Сахиль», «28 Мая», «Эльмляр Академиясы», создав по-настоящему праздничную атмосферу для пассажиров», – отметил глава пресс-службы ЗАО «Бакинский метрополитен».

    Б.Мамедов добавил, что в ночь с 31 на 1 января Бакинский метрополитен будет работать до 2 часов ночи.

  • Bakı metrosundan sərnişinlərə Yeni il sürprizi

    Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək.

    Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, 2018-ci ilin son günlərində metronun stansiyalarında sərnişinlər bayram əhval-ruhiyyəsini hiss edəcək:

    “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.

    Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib. Bakı metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də xəttə buraxılacaq.

    Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli iki retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq. Sərnişinlərimizin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmayırlar.

    Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün – dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar”.

    B.Məmmədov onu da əlavə edib ki, son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək:

    “Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.

    Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq.

    Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq”.

  • Gizli radar və “nömrətanıma”: Yol polisinin yeni maşınları – VİDEO

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yeni maşınlarının üstünlükləri açıqlanıb.

    Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb:

    “Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub.

    Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb:

    Həmçinin avtomobillərdə yan istiqamətlərdə “nömrətanıma”, gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.

    Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir.

    Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.

    Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri alınıb”.

    Xatırladaq ki, dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub. Prezidenti İlham Əliyev açılışda iştirak edib. Açılış mərasimindən sonra prezident İlham Əliyev yoil polisinə xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.//oxu.az