Month: December 2018

  • В Баку состоится грандиозный фейерверк

    31 декабря в 00:00 в Приморском национальном парке столицы состоится грандиозный фейерверк в честь Дня солидарности азербайджанцев всего мира и Нового года.

    Об этом сообщили в Исполнительской власти города Баку.

    Сообщается, что самая большая елка города установлена на площади Азадлыг.

    Украшены также Приморский бульвар и парки, установлена новогодняя атрибутика, организованы праздничные ярмарки.

    Исполнительная власть города Баку приглашает жителей и гостей столицы насладиться зрелищем 31 декабря в 00:00 в Приморском национальном парке у часовой вышки.

  • Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

    Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i, saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

    Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Məlumatda qeyd edilib ki, bayram şənlikləri münasibətilə Azadlıq Meydanında şəhərimizin ən iri yolkası quraşdırılıb.

    Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif Yeni il atributlarının və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

    Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də, saat 00:00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

  • В Хырдалане женщина погибла, упав с балкона – ВИДЕО

    В Хырдалане в результате падения с балкона погибла женщина.

    Как передает Median.Az со ссылкой на Press.az, случай произошел в одном из домов жилого комплекса Kristal Abşeron.

    Сообщается, что женщина мыла окна и выпала по неосторожности.

    Отмечается, что женщина скончалась на месте происшествия. Ее личность пока не установлена.

  • Xırdalanda qadın binadan yıxılıb öldü – VİDEO

    Xırdalanda qadın eyvandan yıxılaraq dünyasını dəyişib.

    Median.Az Press.az-a istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron” yaşayış kompleksində yerləşən binaların birində baş verib.

    Bildirilir ki, qadın eyvanda pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

    Hələlik kimliyi bəlli olmayan qadının hadisə yerində dünyasını dəyişdiyi qeyd olunur.

  • Статую Пашиняна обезглавили в Армении – ФОТО

    В Армении неизвестные повредили статую шагающего премьер-министра Никола Пашиняна, установленную на дороге Ванадзор-Гюмри.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, на опубликованных в сети фотографиях видно, что у изваяния отсутствует голова.

    Статуя называется «Мой шаг» и символизирует шествие Н.Пашиняна из Гюмри. Ранее была похищена часть ноги статуи.

  • Paşinyanın “başını kəsdilər” – FOTO

    Ermənistanda naməlum şəxslər ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolundakı addımlayan heykəlinin başını kəsiblər.

    Median.Az xəbər verir ki, bu haqda “Novosti-Armeniya” məlumat yayıb.

    Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən heykəlin başsız qaldığını görmək olur.

    Xatırladaq ki, dekabrın əvvəlində “Mənim addımım” adlandırılan və Nikol Paşinyanın Gümrüdən yürüşünü simvolizə edən hekyəlin ayağının bir hissəsi oğurlanmışdı.

  • Цунами смыло зрителей во время концерта известной группы – ВИДЕО

    Цунами в Индонезии буквально смыло сотни зрителей во время концерта известной группы.

    По последней информации, стихия унесла жизни по меньшей мере 280 человек.

    Издание Channel New Asia опубликовало видео с выступления группы Seventeen в индонезийском городе Танджунг-Лесунг. На нем видно, как огромная волна накрыла музыкантов и зрителей посреди концерта.

  • Sunami konsert zamanı musiqiçiləri yuyub apardı – VİDEO

    İndoneziyada məşhur qrupun konserti zamanı sunami musiqiçiləri və onlarla tamaşaçıları yuyub aparıb.

    Son məlumatlara görə, təbii fəlakət zamanı 280-dan çox insan ölüb.

    “Channel New Asia” nəşri “Seventeen” qrupunun İndoneziyanın Tancunq-Lesunq şəhərindəki konsertindən görüntüləri yayımlayıb.

    Videodan görünür ki, nəhəng dalğalar konsert gedən zaman səhnəni dağıdır və tamaşaçılara doğru irəliləyir.

  • Скандал в бакинской школе: «Если не продадим все билеты, никого не пустим на праздник» – ВИДЕО

    В столичной средней школе №194 состоится новогоднее мероприятие. В рамках подготовки были напечатаны билеты, которые почему-то заставляют покупать.

    Как передает Median.Az, об этом сообщает телеканал ARB.

    «Рашад муаллим (заместитель директора по учебно-воспитательной работе) сказал нашему учителю, что, если все билеты не будут проданы, никого не пустят на новогоднее мероприятие», – сказал один из учеников.

    Директор и его заместитель ограничились кратким комментарием:

    «Организовать праздник решили сами родители, а продажа билетов не принудительная».

    В Управлении образования города Баку заявили, что продажа билетов на новогодний праздник в школе является недопустимой:

    «Руководство школы лично несет ответственность за попытки организовать в школе платный праздник. Принимаются серьезные меры, чтобы не допустить подобного».

  • Biletləri satmasanız, heç kim buraxılmayacaq – QALMAQAL + VİDEO

    Məktəbdə Yeni il şənliyi keçiriləcək. Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir. Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda fəaliyyət göstərən 194 saylı tam orta məktəbdən gedir.

    Biletlərin tam həcmdə satılmayacağı halda bütün sinfin tədbirə buraxılmayacağını deyən Rəşad müəllim təlim-tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısıdır.

    Açıqlama verməkdən çəkinən direktor və müavininin şifahi açıqlaması belə oldu:

    “Şənliyin keçirilməsi üçün təşəbbüs valideynlərin özlərindən gəlib, bilet satışı isə məcburi deyil ”

    Faktla bağlı məktəbdən ətraflı cavab olmasa da, Bakı şəhəri üzrə Təhsil İdarəsi məsələyə biganə qalmadı.

    “Ümumtəhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif qurumların ümumtəhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”, – deyə idarədən verilən məlumatda bildirilir.