Sunami konsert zamanı musiqiçiləri yuyub apardı – VİDEO

İndoneziyada məşhur qrupun konserti zamanı sunami musiqiçiləri və onlarla tamaşaçıları yuyub aparıb.

Son məlumatlara görə, təbii fəlakət zamanı 280-dan çox insan ölüb.

“Channel New Asia” nəşri “Seventeen” qrupunun İndoneziyanın Tancunq-Lesunq şəhərindəki konsertindən görüntüləri yayımlayıb.

Videodan görünür ki, nəhəng dalğalar konsert gedən zaman səhnəni dağıdır və tamaşaçılara doğru irəliləyir.