Month: December 2018

  • Kürdəmirdə soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, dekabrın 19-da Atakişili kəndi ərazisində naməlum şəxs qadına zor tətbiq edərək, içərisində pul və mobil telefon olan çantasını ələ keçirib.

    Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mürtülü kənd sakini Namiq Osmanov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Əmisi gəlini ilə yatan şəxslə bağlı yeni təfərrüatlar: “Əri telefonunda görüb ki…” – VİDEO

    Bir neçə gün bundan öncə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində xəyanət üstündə baş verən döyülmə hadisəsinin yeni təfərrüatları məlum olub.

    Median.Az A24.Az-a istinadən xəbər verir ki, yerli sakin Həsənov Elşad Yusif oğlu əmisinin gəlini ilə intim əlaqədə olduğuna görə qadının əri Həsənov Əli və onun qardaşları tərəfindən döyülüb. Belə ki, Əli Həsənovun həyat yoldaşı ilə Elşadla yanaşı, onun kiçik qardaşı Rəşad Həsənov da mütəmadi olaraq cinsi əlaqədə olublar. Həyat yoldaşına ərinin əmisi oğlanları ilə xəyanət edən qadın buna məcbur edildiyini bildirib. O qeyd edib ki, əvvəllər onunla cinsi əlaqədə olan E.Həsənov onu qardaşı R.Həsənovla da intim əlaqəyə girməyə məcbur edib. Əks halda, onu kənddə biabır edəcəyi ilə şantaj edib. Şantaja məruz qalan qadın isə qardaşların onunla cinsi əlaqədə olmasına razılıq verib. Daha sonra əlbir olan qardaşlar qadını onunla intim həyat yaşamadığı halda, övladlarını öldürəcəkləri ilə hədələyiblər.

    Məlumatda bildirilir ki, qadın artıq atası evinə yollanıb. O, əvvəl doğulduğu Göygöl rayonunun Topalhəsənli kəndindəki atası evinə gedib. Daha sonra qardaşının onu öldürəcəyi barədə xəbərdarlığını eşitdikdə, qohumlarının köməkliyi ilə Gəncə şəhərində yaşayan digər yaxıbnlarının evinə gedib. Onun iki azyaşlı övladı isə ərinin dayısının evində yaşayır.

    E.Həsənovun hazırda kənddə yaşadığı bildirilir. Hadisədən sonra E.Həsənovun həyat yoldaşının da Gədəbəy rayonundakı atasının evinə qayıtdığı vurğulanır. Qeyd olunur ki, qadın bundan sonra E.Həsənovla birlikdə yaşaya bilməyəcəyi üçün bu addımı atıb. O, uşaqlarını ərinin evində qoyaraq tərk edib.

    “Əli evə gələndə, həyat yoldaşının telefonuna mesaj gəldiyini görüb. Mesajın göndərildiyi nömrənin Elşada aid olduğu biləndə, arvadına heç nə deməyib. Əmisinin arvadına, yəni Elşadın anasının yanına gedib deyib ki, bəs, oğlun belə bir iş görüb. Anası da deyib ki, mənim elə bir oğlum yoxdur, nə edirsinizsə, edin”, – deyə mənbə redaksiyamıza bildirib.

    Qeyd edək ki, bir neçə gün bundan öncə Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini Ə.Həsənov qardaşları ilə birlikdə kənd sakini E.Həsənovu soyunduraraq onun əyninə qadın paltarları geyindiriblər. Daha sonra onu ağır işgəncələrə məruz qoyaraq döyüblər. Dekabrın 12-də Ə.Həsənov qardaşları ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid qızından atasının məzarından gülləri oğurlayan oğruya məktub – VİDEO

    İkinci Fəxri Xiyabanda Aprel şəhidi mayor Urfan Vəlizadənin qəbrinin yanına çatanda şəhidin qızı Zəhranın anasına dediyi ilk sözlər belə oldu: “Nə əcəbsə, gülləri oğurlamayıblar”.

    Zəhra ona görə təəccüblənmişdi ki, hər dəfə ailəsi ilə qəbri ziyarət etməyə gələndə güllərin oğurlandığını görürdü. Son oğurluq hadisəsindən sonra Zəhranın balaca ürəyi buna dözməyib və oğruya məktub yazıb.

    Məktubu ilk görən şəhidin həyat yoldaşı Könül Vəlizadə olub. O deyir ki, qızının oğruya yazdığı sözləri oxuyanda bir anlıq şok vəziyyətinə düşüb.
    Şəhidin digər qızı 3 yaşlı Bətülün əslində nələrin baş verdiyindən xəbəri yoxdur, hələ başa düşmür. Özü üçün oynayır, gülür, yağan yağış damlalarını balaca əlləri ilə tutmağa çalışır. Zəhra isə bacısının da yerinə oğruya demək istədiyi sözləri dedi.

    İkinci Fəxri Xiyabanda olan mollalar da dəfələrlə oğurluq hadisənin olduğunu, onların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu bildirdilər.

    Könül Vəlizadə baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonu 28-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.

    \RealTv

  • Məktəblərdə Yeni il şənliklərinə görə bilet satılır? – RƏSMİ AÇIQLAMA

    Bakıda 194 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri onlara Yeni il şənliyi üçün biletlərin satılmasından narazılıq ediblər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Yeni il şənliyi üçün şagirdlərə biletlər paylanılıb.

    194 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəb rəhbərliyi Yeni il şənliyi üçün biletləri valideynlərin xahişi ilə sinif rəhbərlərinə paylayıb:

    “Bu gün sinif rəhbərləri ilə iclas keçirilmiş, bütün biletlər geri götürülmüşdür. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Həmçinin tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib”.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur:

    “Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”.

  • Суровый приговор педофила, насиловавшего малолетнюю племянницу остался в силе

    В Бакинском Апелляционном суде завершился судебный процесс по уголовному делу в отношении жителя столицы Руслана Бабаева (1993-го года рождения), осужденного по статье 150.3.3 ( насильственные действия сексуального характера, совершенные в отношении лица, заведомо для виновного не достигшего 14-и летнего возраста) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, по материалам уголовного дела, Руслан Бабаев неоднократно совершал насильственные действия сексуального характера в отношении своей малолетней племянницы.

    19-го января этого года года по факту Следственный отдел Бинагадинского РУП возбудил уголовное дело. В ходе следствия выяснилось, что Руслан Бабаев – дядя потерпевшей девочки, мать ребенка после развода с мужем уехала в Турцию и вновь вышла там замуж. Дочь взял к себе отец. Но так как его новая жена постоянно третировала ее, он отдал ребенка на попечение бабушки, в доме которой она и подвергалась сексуальному насилию со стороны дяди.

    Бакинский суд по тяжким преступлениям приговорил Р.Бабаева к 12 годам лишения свободы с отбыванием наказания в учреждении строгого режима.

    В связи с назначенным сроком заключения адвокат осужденного подал апелляционную жалобу.

    Бакинский Апелляционный суд не удовлетворил жалобу и оставил приговор суда первой инстанции в силе.

  • Bakıda bacısı qızına qarşı seksual hərəkətlər edən dayının cəzası dəyişdirilməyib

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Ruslan Babayevin (1993-cü il təv.) CM-nin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri etmə, 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Bakı şəhər sakini, azyaşlı F.A-ya qarşı dayısı Rulan Babayev tərəfindən Binəqədi qəsəbəsində dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə bu il yanvarın 19-da Binəqədi RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb və istintaq aparılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli CÇM-də çəkməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, şikayəti təmin etməyib, hökm dəyişdirilmədən saxlanılıb.

  • На въезде в Хырдалан парализовано дорожное движение – ВИДЕО

    Дождливая погода парализовала дорожное движение на въезде в Хырдалан.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на дороге, ведущей в город Хырдалан, образовались крупные лужи. Дожди создали препятствия для движения транспорта. Местные жители пишут на эту тему многочисленные статусы в социальных сетях.

    Как передает Oxu.Az, глава пресс-службы ОАО «Азерсу» Анар Джебраиллы заявил, что на данной территории проводятся работы по реконструкции водных и канализационных линий:

    «В результате непрерывных дождей на нескольких улицах города Хырдалан скопилась дождевая вода, в результате чего возник затор.

    На улице Низами Гянджеви завершились буровые работы и нанесено асфальтовое покрытие.На некоторых улицах работы еще не завершены, поэтому территорию временно засыпали землей и щебнем. По окончании работ будет нанесено асфальтовое покрытие».

    Напомним, что в городе Хырдалан проводятся работы по реконструкции инфраструктуры водоснабжения и канализации. Полностью строительные работы планируется завершить в 2019 году.

    Представляем вашему вниманию видео:

  • Xırdalana girişdə acınacaqlı vəziyyət – VİDEO

    Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra ərazilərində yollarda hərəkət iflic olub.

    Median.Az-ın məlumatına görə, Xırdalan şəhəri ərazisinə gedən yolda iri həcmli gölməçələr yaranıb.

    Yağış suları avtomobillərin hərəkətinə mane yaradıb. Paytaxt sakinləri yolların vəziyyəti ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edir.

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Xırdalan şəhərində yağışın yollarda yaratdığı problemə aydınlıq gətirib. O bildirib ki, həmin ərazilərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər aparılır:

    “Bir neçə gün davam edən yağışlı hava şəraiti nəticəsində Xırdalan şəhərinin bir neçə küçəsində yığılan yağış suları avtomobillərin hərəkətinə təsir göstərib. Ərazinin Nizami Gəncəvi küçəsində qazıntı işləri yekunlaşıb və asfalt örtüyü çəkilib.

    Lakin bəzi küçələrdə hələ də işlər yekunlaşmayıb. Bir neçə küçədə yollar işlər tam yekunlaşana qədər müvəqqəti olaraq torpaq və şebel ilə örtülüb. Hava şəraiti ilə əlaqədar işləri tam yekunlaşdırdıqdan sonra yolların asfalt örtüyü çəkiləcək”.

    Xatırladaq ki, Xırdalan şəhərində mövcud içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri görülür. Tikinti-quraşdırma işlərinin tam şəkildə 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

    Həmin video görüntüləri təqdim edirik:

  • Наемные работники с 1 января освобождаются от уплаты подоходного налога

    В Азербайджане с 1 января 2019 года вступают в силу новые поправки в Налоговый кодекс.

    Так, с 1 января 2019 года наемные работники в Азербайджане, работающие в частном секторе (за исключением нефтегазового сектора), освобождаются от уплаты подоходного налога сроком на семь лет.

    Это предусмотрено поправками в налоговое законодательство, утвержденными накануне указом Президента Азербайджана Ильхама Алиева.

    С 1 января 2019 года сроком на семь лет планируется предоставить 100% льготу по взиманию подоходного налога с зарплаты наемного работника, задействованного в ненефтегазовом и частном секторах.

    Освобождение от налога распространяется на ежемесячный доход до восьми тысяч манатов. В случае, если месячный доход превышает восемь тысяч манатов, то ставка подоходного налога составит 14%.

    В настоящее время ставка подоходного налога составляет 14% с дохода на сумму до 2,5 тысячи манатов в месяц. На сумму, превышающую 2, 5 тысячи, ставка налога составляет 25% + 350 манатов.

    Отметим, что внесенные в Налоговый кодекс поправки предусматривают новые льготы и освобождения от налогов, а также расширение налогооблагаемой базы, введение кассовых аппаратов нового поколения, совершенствование налогового администрирования и другие меры.

  • Muzdlu işçilər yanvarın 1-dən gəlir vergisindən azad olunur

    Azərbaycanda 1 yanvar 2019-cu ildən etibarən Vergi məcəlləsinə edilən yeni düzəlişlər qüvvəyə minir.

    Belə ki, 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycanda özəl sektorda (neft-qaz sektoru istisna olunmaqla) çalışan muzdlu işçilər yeddi il müddətinə gəlir vergisi ödəməkdən azad olunurlar.

    Bu, Azərbaycanın prezidenti İlham Əliyevin təsdiqi əsasında vergi məcəlləsinə edilən düzəlişlərdə nəzərdə tutulur.

    1 yanvar 2019-cu ildən etibarən yeddi il müddətinə qeyri-neft-qaz və fərdi sektorlarda çalışan muzdlu işçilərin əməkhaqlarından gəlir vergisinə 100 faiz güzəşt edilməsi planlaşdırılır.

    Vergidən azad olunma aylıq gəliri səkkiz min manat olanlara şamil edilir. Əgər aylıq gəlir səkkiz min manatdan çox olarsa, gəlir vergisinin həcmi 14 faiz təşkil edəcək.

    Hazırda aylıq gəlir 2500 manata qədər olduğu halda, gəlir vergisinin həcmi 14 faiz təşkil edir. 2500 manatdan yüksək olan gəlir üçün isə vergi həcmi 25 faiz + 350 manatdır.

    Qeyd edək ki, Vergi məcəlləsinə edilən dəyişikliklər yeni güzəştləri və vergidən azad olunmaları nəzərdə tutur. Bundan əlavə, vergi bazasının genişləndirilməsi, yeni nəsil kassa aparatlarının tətbiqi, vergi idarəçiliyinin təkmilləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulur.