Bakıda bacısı qızına qarşı seksual hərəkətlər edən dayının cəzası dəyişdirilməyib

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Ruslan Babayevin (1993-cü il təv.) CM-nin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri etmə, 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, Bakı şəhər sakini, azyaşlı F.A-ya qarşı dayısı Rulan Babayev tərəfindən Binəqədi qəsəbəsində dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə bu il yanvarın 19-da Binəqədi RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb və istintaq aparılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli CÇM-də çəkməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, şikayəti təmin etməyib, hökm dəyişdirilmədən saxlanılıb.