Month: December 2018

  • Maşın yuyulması üstündə gözətçini öldürən şəxs 18 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Amin Kazımovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), paytaxt sakinləriOzal Həsənov və İnsan Həsənovun CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il martın 4-də Nizami rayonun Qara Qarayev prospektində, kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə Amin Kazımov 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib və sonra anadan olduğu Ağcəbədi rayonuna qaçıb. 2 gündən sonra Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları onu həmin rayonda tutublar. Fakta görə Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Amin Kazımov barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov, Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Buna görə tərəflər arasında mübahisə düşüb. Kazımov Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda kəskin qan itirmədən keçinib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

    Məhkəmənin hökmü ilə A.Kazımov 18 il, O.Həsənov və İ.Həsənov 1 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

  • Putin jurnalist Fuad Səfərovun sualına cavab verdi

    Atatürk Türkiyə tarixinin dahi xadimi olub. O, Rusiyanın dostu olub və Türkiyə dövlətinin əsasını qoyub.

    Median.Az xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı jurnalist Fuad Səfərovun sualına cavab verən Rusiya prezidenti Vladimir Putin deyib.

    Rusiyalı lider qeyd edib ki, hazırda Moskva və Ankaranın münasibətləri çox gözəl inkişaf edir, əlaqələr möhkəmlənir.

    “Tərəflərin maraqları nədəsə üst-üstə düşməsə də, biz kompromis yolu tapırıq. Biz görürük ki, bizim türkiyəli həmkarlarımız Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi, Suriya münaqişəsinin həlli, terrorçuluğa qarşı birgə mübarizə aparılması yolunda kompromisə getməyə hazırdırlar”, – deyə Rusiya Federasiyasının prezidenti əlavə edib.

    V.Putin qeyd edib ki, Türkiyə NATO-nun üzvü olsa da, müstəqil xarici siyasət yürüdür.

  • Лавров: МГИМО откроет филиал в Баку

    МГИМО МИД РФ ведет работу по открытию филиалов института в Баку и Ташкенте и созданию подразделения на базе Дальневосточного федерального университета (ДВФУ).

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил в четверг министр иностранных дел России Сергей Лавров на совместном заседании Наблюдательного и Попечительского совета МГИМО.

    «МГИМО укрепляет свои позиции за рубежом, – отметил министр. – Совместно с Азербайджаном и Узбекистаном МГИМО ведет подготовительную работу по созданию своих филиалов».

    По словам главы российского МИД, в настоящий момент в устав университета вносятся соответствующие изменения для открытия филиалов в Азербайджане и Узбекистане.

    «Конечно, этот шаг будет способствовать расширению российского гуманитарного присутствия на пространстве СНГ», – подчеркнул Лавров.

  • Порошенко поздравил Ильхама Алиева с днем рождения

    Президент Украины Петр Порошенко поздравил президента Азербайджана Ильхама Алиева с днем рождения:

    В тексте поздравления говорится:

    «Уважаемый Ильхам Гейдарович.

    Примите сердечные поздравления по случаю дня рождения.

    Благодаря Вашей дальновидной политике и проводимой Вами большой работе Азербайджан, защищая национальные интересы в глобальном масштабе, превратился в сильного регионального лидера, занял важное место на международной арене.

    Хотелось бы отметить, что Азербайджан остается для Украины надежным стратегическим партнером. Уверен, что украинско-азербайджанское сотрудничество и впредь будет характеризоваться высокой динамикой, а также углублением взаимных связей между нашими государствами и народами.

    Верю, что объединение усилий двух стран в рамках многосторонних инициатив и проектов повлияет на восстановление суверенитета и территориальной целостности Украины и Азербайджанской Республики.

    Уважаемый господин Президент, желаю Вам крепкого здоровья, успехов в высшей государственной деятельности, а дружественному народу Азербайджана – мира и благополучия».

  • Dünya liderləri İlham Əliyevi təbrik edirlər – YENİLƏNİB

    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

    Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

    Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram”.

    * * * * *

    Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

    Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

    Sizə möhkəm cansağlığı arzulayıram”.

    * * * * *

    Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.

    Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.

    İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.

    Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

  • В Баку едет легенда футбола – ФОТО

    22 декабря в Баку откроется музей, посвященный Лиге Европы.

    В связи с этим в столицу нашей страны приедет один из легендарных футболистов сборной Аргентины, бывший футболист «Милана», «Интера» и «Челси» Эрнан Креспо.

    Отметим, что музей будет действовать до седьмого января рядом с Национальным музеем азербайджанской литературы имени Низами Гянджеви. Желающие могут посетить музей бесплатно.

    Напомним, что финал Лиги Европы УЕФА состоится на Бакинском олимпийском стадионе 29 мая 2019 года.

  • Futbol əfsanəsi Bakıya gəlir – FOTO

    Dekabrın 22-də Bakıda Avropa Liqasına həsr olunmuş muzey açılacaq.

    Bununla əlaqədar olaraq ölkəmizə Argentina yığmasının əfsanəvi oyunçusu, “Milan”, “İnter” və “Çelsi”nin keçmiş futbolçusu Hernan Krespo təşrif buyuracaq.

    Qeyd edək ki, muzey yanvarın 7-nə qədər Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyinin yaxınlığında fəaliyyət göstərəcək. Maraqlananlar muzeyi pulsuz ziyarət edə bilərlər.

    Xatırladaq ki, UEFA Avropa Liqasının finalı 29 may 2018-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • Мужчина убивший в столице жену и тещу осужден на пожизненный срок

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении уроженца Агдамского района Рамина Исмайылова (1987-го года рождения), обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенной с особой жестокостью) и 120.2.7 (умышленное убийство двух или более лиц) УК Азербайджана.

    Как сообщает Median.Az, в ночь на 22 мая этого года на улице Нахимова в Хатаинском районе мужчина на почве бытового конфликта зарезал бывшую жену и тещу.

    Тела Гюнай Искяндаровой (1987-го года рождения) и Махиры Искяндаровой (1954-го года рождения)) были обнаружены родственниками. В тот же день совершивший двойное убийство Рамин Исмайылов добровольно явился в Агдамский РОП и признавшись в совершении преступления, сдался. Он был передан сотрудникам Хатаинского РУП, по факту районная прокуратура возбудила уголовное дело.

    Суд приговорил обвиняемого к пожизненному сроку заключения.

  • Bakıda keçmiş arvadını və qayınanasını öldürən şəxs ömürlük cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Ramin İsmayılovun CM-nin 120.2.4-cü (xüsusi amansizlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməsi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il mayın 22-də Xətai rayonu, Naximov küçəsində Ramin İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı (1987-ci il təv.) və onun anası Mahirə İsgəndərovanı (1954-cü il təv.) çoxsaylı bıçaq zərbələri ilə qəsdən həyatdan məhrum edib. Bundan sonra o paytxatı tərk edib və Ağdam RPŞ-nə gedərək, təslim olub. Bundan sonra o, Xətai RPİ-nin əməkdaşlarına təhvil verilib, fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.

    Məlum olub ki, mərhum G.İsgəndərova orta məktəbdə müəllimə işləyib, nigahdan onların bir övladı olub. G.İsgəndərova və ailəsi Laçın rayonundan, cinayəti törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Затор на Локбатанском круге – ВИДЕО

    Беспрерывные дожди осложнили жизнь жителям столицы, в частности, движущимся на дороге в направлении от Локбатанского круга к городу.

    Лужи на дорогах затрудняют движение пешеходов и автомобилей.

    Представляем репортаж Baku TV на эту тему: