
Yağışlı hava Lökbatan dairəsində rayonlara üz tutan sakinlərə çətin anlar yaşadıb.
Yağışın yolda yaratdığı gölməçə piyadaların və avtomobillərin hərəkətinə mane olur.
Baku TV əməkdaşlarının ərazidən hazırladığı şərhsiz kadrları təqdim edirik.

Yağışlı hava Lökbatan dairəsində rayonlara üz tutan sakinlərə çətin anlar yaşadıb.
Yağışın yolda yaratdığı gölməçə piyadaların və avtomobillərin hərəkətinə mane olur.
Baku TV əməkdaşlarının ərazidən hazırladığı şərhsiz kadrları təqdim edirik.

Как сообщает Median.Az, 19-го декабря примерно в 7 часов в поселке Бакиханова в Сабунчинском районе автомобиль марки “ВАЗ 2110”, управляемый жителем столицы Маис Арзимановым сбил жительницу столицы Махббат Мамедову, вследствии чего потерпевшая скончалась в клинической больнице №3.
Кроме этого, в тот же день примерно в 21 часов в поселке Ени Сураханы Сураханского района автомобиль марки “Fiat”, управляемый жителем столицы Дмитрий Дадашовым сбил насмерть жителя столицы Джалала Алиева.
По фактам ведется расследование.

Median.Az xəbər verir ki, dekabrın 19-ı saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Mais Ərzimanov idarə etdiyi “VAZ-2110” markalı avtomobillə paytaxt sakini Məhəbbət Məmmədovanı vurub. Nəticədə 3 saylı klinik şəhər xəstəxanasına yerləşdirilmiş qadın orada ölüb.
Bundan başqa, həmin gün saat 21 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Dimitri Dadaşov idarə etdiyi “Fiat” markalı avtomobillə
paytaxt sakini Cəlal Əliyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Bakı Avrasiya Universitetinin tələbəsi bıçaqlanıb.
Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yarım saat əvvəl baş verib.
Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, hadisə universitet ərazisində baş verməyib: “Universitetin yanında olan qəbiristanlıqda tələbə bıçaqlanıb. O, yıxıla-yıxıla universitetə gəlib və təcili xəstəxanaya çatdırılıb. Hələlik adı məlum olmasa da, universitetin birinci kurs tələbəsidir”.

Debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 25 Dekabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
“Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcəkdir.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları ilə bağlı müəyyən addımlar atılır.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı.
Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaq.
Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır.

Как сообщает Median.Az, 9-го декабря в Уджарский РОП поступило сообщение о том, что жительница села Гарадаглы 31 летняя Гюльнар Гашимова вышла из дома и не вернулась.
В связи с этим началось розыскное дело, 16-го декабря тело женщины с признаками насильственной смерти было найдено на территории села.
В ходе следственно и оперативно-розыскных мер был задержан житель села Илькин Чиггаров.
В прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

Median.Az xəbər verir ki, dekabrın 9-da Ucar RPŞ-nə 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq, itkin düşməsi barədə müraciət daxil olub.
Bununla əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində aşkar edilib.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.
Ucar rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.İsmayılov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama – öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.
Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən səkkiz yaşlı bir oğlu da var.
G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

Ölkə prezidentinin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.
İqtisadçı ekspert Samir Əliyev öz “Facebook” səhifəsində yazıb ki, qanuna dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) mənzil idarəçiliyində uzaqlaşdırılması istiqamətində daha bir addım olub.
“Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Halbuki bu vaxta qədər Qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmirini mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu.
Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi.
Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı bir kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalini öz öhdəsinə buraxılır”.
Ekspertin sözlərinə görə, digər dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər.
Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur.