Month: Yanvar 2019

  • Kürdəmirdə yol qəzası baş verib

    Kürdəmir şəhərində yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən bildirir ki, H.Əliyev prospektində “Nissan” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

    Nəticədə 1986-cı il təvəllüdlü, Göyçay rayon Qaraməryəm kənd sakini Günay Zeynalabdin qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb.

  • Bakıda avtomobilin yuyulması üçün yenilik: 50 qəpik at, avtomobilini özün yu…

    Bakıda avtomobilin yuyulması üçün yeni sistem işə salınıb. Burada cəmi 50 qəpik ödəməklə avtomobilinizi yuya bilərsiniz. Bəli, səhv eşitmədiniz. Burada avtomobilinizi məhz özünüz yuyursunuz. Özü də cəmi 50 qəpik ödəməklə. Ancaq istəsəniz, əlavə 50 qəpik də ödəməklə maşınınıza şampun da vura bilərsiniz.

    50 qəpik at, avtomobilini özün yu…

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycana gətirilən yeni sistem vasitəsilə artıq avtomobili yumaq üçün 5-6 manat deyil, cəmi 50 qəpik və ya 1 manat ödəyirsiniz.

    Bir çox ölkələrdə tətbiq edilən müasir avtoyuma sistemini indi Bakı küçələrində də görmək mümkündür. Burada avtomobilinizi başqası yox, özünüz yuyursunuz. Üstəlik, burada nəzarətçi də yoxdur

    Avtomobil tam dərmanlandıqdan sonra, növbə su ilə yumağa gəlir.

    24 saat xidmət göstərən bu avtoyuma məntəqəsinə nəzarət kameralar vasitəsi ilə həyata keçirilir

    Hazırda Bakıda bu sistemlə işləyən 8 avtoyuma məntəqəsi fəaliyyət göstərir. Gələcəkdə bu sayın artırılması planlaşdırılır.

  • Sumqayıt polisi 2 maddə ilə axtarışda olan şəxsi saxlayıb

    Sumqayıt polisi 2 maddə ilə axtarışda olan şəxsi saxlayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb.

  • Azərbaycanda toyuğun çəkisi süni şəkildə artırılır – Agentlik sədrindən açıqlama – VİDEO

    Gündəlik ən çox istifadə olunan qidalardan olan toyuq ətinin çəkisi bəzi hallarda heç də üzərində yazıldığı real çəkidə olmur. Bəzən işbazlar toyuğun nəmlik faizini artıraraq onun çəkisini süni şəkildə çoxaltmış olurlar. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının yoxlamları bunu deməyə əsas verir. Ümumilikdə isə qida zəncirinin bütün mərhələlərində aparılan yoxlamalar və nəzarət tədbirləri bu sahədəki neqativ halları azaldıb. Qida təhlükəsizliyi agentliyinin sədri ötən il ərzində görülən işləri açıqlayıb.

    Bəzi sahibkarlartoyuğun nəmlik fazini artırmaqla çəkisini süni şəkildə dəfələrlə çoxaltmış olurlar.

    Bunu qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarina həsr olunan mətbuat konfransinda deyib. Qoşqar Təhməzlinin sözlərinə görə,vətəndaşların aldadılmasının qarşısını almaq üçün hazirda agentlik bu sahəyə ciddi nəzarət edir .

    Qoşqar Təhməzli onu da bildirdi ki,ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində 148 yoxlama keçirilib və 117 protokol tərtib edilməklə 105 min manata yaxın məbləğdə cərimə sanksiyası tətbiq edilib. Ümumilikdə 187 nəfər qida zəhərlənməsinə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, bunun da nəticəsində 1 nəfər dünyasını dəyişib. Qoşqar Təhməzlinin sözlərinə görə, restoran və şadlıq evlərində sanitar gigiyenik normaların pozulması xəstəliklərin artmasına səbəb olur.

    Qida təhlükəsizliyi agentliyinin sədri onuda diqqətə çatdırdı ki, ötən ilin iyul-dekabr ayları ərzində 2000 kiloqram konserv, 2300 kiloqram bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtli içki, 31 ton üzüm qurusu, 64 ton günəbaxan tumu, 1500 ton taxıl məhsulu barədə zərərsizləşdirmə qərarı verilib. Qoşqar Təhməzli energetik içkilərlə bağlı vətəndaşları bir daha diqqətli olmağa çağırıb.

    Qoşqar Təhməzli onu da bildirdi ki, qida zəncirinin bütün mərhələləri üzrə agentlik nəzarət tədbirlərini davam etdirəcək.

  • Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

    Sumqayıt şəhərinin girəcəyində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində qəza baş verib.

    “Report” xəbər verir ki, yol ilə hərəkətdə olan “50-DC-079” dövlət qeydiyyat nişanlı “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.

    Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər

  • Şirkətin 40 min manatlıq pivə çəlləklərini oğurlayıblar

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37 500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

    Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Araşdırma aparılır.//anews.az

  • Gülməyin orqanizm üçün faydaları – 6 maraqlı fakt

    Gülməyi çoxları sevir. Lakin bu əyləncənin orqanizmə faydalı olduğunu çoxları düşünmür.

    Medicina.az sizə gülməyin faydalarını açıqlayır:

    1. Statistikaya görə, uşaqlar gün ərzində 300-400, böyüklər isə 15-20 dəfə gülürlər.

    2. Gülüş ağciyərləri təmizləyir. Gülərkən insan dərindən və uzun nəfəs alır. Bu zaman ciyərlər daha sürtəli işləməyə başlayır. Bu isə orqanların qan dövranını yaxşılaşdırır.

    3. Gülüş zamanı orqanizmdə xoşbəxtlik hormonu olan endorfin sintez olunur. Bu hormon yalnız insanı xoşbəxt etmir, həm də ağrıları aradan qaldırır.

    4. Gülüş insanı artıq çəkidən xilas edir. Alimlər bildirirlər ki, gün ərzində 15 dəqiqə gülmək həftədə 3 dəfə edilən 30 dəqiqəlik idmanı əvəz edə bilər.

    5. Gülüş ən yaxşı istirahət növüdür. 5 dəqiqəlik sağlam gülüş 30-40 dəqiqə istirahəti əvəz edir.

    6. Çoxları elə düşünür ki, gülən zaman insanın üzündə qırışlar yaranır. Amma mütəxəssislər bildirirlər ki, gülüş üz əzələlərini möhkəmləndirir, dərini sağlam və cavan saxlayır.

    Gülüş keçicidir. Əgər siz kiməsə gülümsəsəniz cavabında sizə də gülümsəyəcəklər. Buna görə ətrafınızdakıları öz gülüşünüzdən məhrum qoymayın.

  • Quaydo Maduro ilə dialoqdan imtina etdi

    Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduro hökuməti ilə danışıqlarda iştirak etmək niyyətində olmadığını bəyan edib.

    Median.Az xəbər verir ki, bu badərə TASS-ın yaydığı məlumatda deyilir.

    Bunu o, Karakasda Venesuela Mərkəzi Universitetinin binasında tərəfdarları qarşısında çıxış edərkən deyib.

    “Daha heç vaxt yalançı dialoqa razılıq vermərik”, – deyə Quaydo vurğulayıb.

  • Sürücülərə ŞAD XƏBƏR: Dayanma-durma ilə bağlı mühüm yenilik – VİDEO

    Bakı Nəqliyyat Agentliyi dayanma-durma ilə bağlı bir sıra mühüm yeniliklər edib.

    Median.Az-ın məlumatına görə, bu barədə DJ Tural Yisifov məlumat paylaşıb.

    Onun sözlərinə görə, dayanmaq qadağandır (3.27) nişanının təsir dairəsində sərnişini düşürdüb, mindirmək üçün 1 dəqiqəyə qədər limit tətbiq edilib. Bundan başqa 3.27 nişanı ilə birlikdə əlavə məlumat lövhəsi varsa, orada göstərilmiş qadağan saatından sonra durmağa icazə verilir.

    Məsələn lövhədə 7:30-20:00 göstərilibsə, axşam saat 8-dən sonra həmin küçə ilə parallel bir sırada dayanmaq olar. İkinci və ya üçüncü sırada duranlara isə cərimə yazılacaq.

    Digər bir yenilik isə ondan ibarətdir ki, 3.27 nişanı artıq bəzi yerlərdə 3.28 – durmaq qağandır nişanı ilə əvəz edilir.

  • Palma yağının vurduğu zərər həkimləri və alimləri narahat edir

    Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər.

    Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər.

    Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.

    BBC Rus xidməti hesabatın ilkin variantı ilə tanış olub.

    Alkoqol, tütün və… palma yağı?

    Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır.

    Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir – tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.

    İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər.

    Lakin ÜST hesabatı bu iddiaları təkzib edir.

    Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.

    Palma yağının faydasını sübut edən araşdırmaları maliyyələşdirən sponsorlar çox vaxt bu yağın istehsalçıları olur.

    Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı “pis xolesterini” artırır.

    ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır.

    Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.

    “Bitki yağı”

    Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib.

    Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb.

    Bu cür artımın səbəblərindən birini hesabatın müəllifləri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər.

    Hesabat müəllifləri qeyd edirlər ki, dünya boyunca lobbiçilər palma yağının hazır məhsulun tərkibində olduğunu istehlakçılara bildirmək istəyən istehsalçıların bütün cəhdlərinə dirəniş göstərirlər. İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər, misal üçün, sadəcə, “bitki yağı kimi”.

    Rusiyada 2018-ci ildə, bütün Avrasiya İqtisadi İttifaqının ərazisində olduğu kimi, süd məhsullarının işarələnməsinə dair yeni qaydalar qüvvəyə minib.

    Lakin yeni qanun, istehsalçılardan yalnız məhsulun tərkibində “bitki yağlarının” olmasını göstərməyi tələb edir. İnqridiyentlər arasında palma yağının adının çəkilməsi əvvəlki kimi mütləq deyil.

    Bundan bir neçə il əvvəl isə, 2016-cı ilin fevralında, Rusiya höküməti palma yağına xüsusi aksiz tətbiq etməyə hazırlaşırdı, lakin üç aydan sonra, nazirlikdən bildirildi ki, “uzun çəkən müzakirələrdən sonra” bu niyyətdən imtina edilib.