Month: January 2019

  • Ələtdə yükqaldırma əməliyyatları dayandırıldı – RƏSMİ

    Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

    Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

    Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir.

    Verilən məlumata əsasən, günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən, Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

  • «Азеришиг»: Никаких жалоб в связи с сильным ветром не поступало

    Во избежание серьезных аварий из-за неблагоприятных погодных условий в некоторых районах наблюдались перерывы в подаче электроэнергии.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил руководитель пресс-службы ОАО «Азеришиг» Танрыверди Мустафаев.

    Он отметил, что заранее были приняты необходимые меры по обеспечению безопасности населения.

    «Во всех районах Баку и Сумгайыта все сотрудники работали в усиленном режиме. В тех местах, где наблюдался риск появления опасности, в подаче электроэнергии были короткие интервалы (10-15 минут).

    Эти меры были приняты с целью устранения серьезных проблем. Но от граждан не поступали жалобы. Все в порядке», – сказал Т.Мустафаев.

  • “Azərişıq”: Güclü küləklə əlaqədar heç bir şikayət daxil olmayıb

    Kəskin hava şəraiti ilə əlaqədar ciddi qəzalardan yayınmaq üçün müəyyən ərazilərdə elektrik enerjisinin verilişinə qısa fasilələr edilib.

    Bu barədə oxu.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    O bildirib ki, əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görülüb:

    “Bütün rayonlarda, Bakıda, eləcə də, Sumqayıt ərazisində baş idarələrdən tutmuş bütün əməkdaşlar gücləndirilmiş iş rejimində çalışıb. Bu məqsədlə qəza təhlükəsi hiss edilən ərazilərdə əməkdaşlar tərəfindən qabaqlayıcı tədbir alınaraq elektrik enerjisinin verilişində qısa fasilələr (10-15 dəqiqə) yaranıb.

    Bu tədbirlər çox ciddi qəza və hadisələrin yaşanma ehtimalının qarşısının alınması məqsədilə gerçəkləşdirilib. Amma bununla əlaqədar vətəndaşlardan heç bir şikayət zəngləri daxil olmayıb. Hər şey qaydasındadır”.

  • Pentaqon “green card”la ölkəyə gələnləri yoxlayacaq

    ABŞ Müdafiə Nazirliyi ölkədə yaşamaq hüququ əldə etmiş “green card” sahiblərinin və xaricdə qohumları olanların yoxlanılması planını işləyib hazırlayır.

    Bu barədə yanvarın 16-da “The Washington Post” qəzeti nazirliyin nümayəndələrinə və iş sənədlərinə istinadən məlumat yayıb.

    Yeni qaydalar 15 fevral tarixindən gec olmayaraq qüvvəyə minəcək və minlərlə insana şamil ediləcək. Bu qaydalar təkcə əcnəbilərə deyil, həmçinin, digər ölkə vətəndaşları ilə ailə quran amerikalılara və ikili vətəndaşlığa malik qohumları olan amerikalılara da tətbiq ediləcək.

    “Bu cür tədbirlərin görülməsinin başlıca səbəblərindən biri əks-kəşfiyyat və terror təhlükəsi ilə bağlı olan zərurətdən irəli gəlir”, – deyə Pentaqonun sənədlərindən birində qeyd edilir.

    Qeyd edilir ki, yoxlanış zamanı ölkəyə yeni təşrif buyuranlar hərbi hazırlıq proqramlarından kənarlaşdırılacaqlar.

    Xatırladaq ki, 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp “green card” lotereyası ilə ölkəyə gələn insanların öz cəmiyyətlərinin ən pis nümayəndələri olduğunu söyləmişdi.//oxu.az

  • Kitabxana işi ilə bağlı qanun yenilənəcək

    Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayıb.

    İlk olaraq komitə iclasına MM-in Mədəniyyət komitəsində start verilib.

    Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov iclası açaraq bildirib ki, bu il də 2018-ci il kimi, Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrlə zəngin olacaq:

    “Bildiyiniz kimi, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi İli” elan edildi. Bu, elə bilirəm ki, əbədiyyat, mədəniyyət, mənəviyyət hadisəsidir. Eyni zamanda, hesab edirəm ki, “Cümhuriyyət İli” ilə “Nəsimi İli” arasında mütləq bağlılıq var. Cümhuriyyət azadlıq, istiqlal deməkdirsə, Nəsimi də ruhun, düşüncənin azadlığı deməkdir. Odur ki, hər ikisi böyük hadisədir”.

    Komitə sədri qeyd edib ki, sessiyada, o cümlədən, bu gün keçirilən iclasda “Milli arxiv fondu haqqında” qanuna dəyişikliklər edilməsi, “Türk Mədəniyyət və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri və digərləri müzakirə ediləcək.

    Komitə sədri “Kitabxana işi haqqında” mövcud qanunun 21 il öncə qəbul olunduğunu, bu baxımdan, onun dövrün reallıqlarına uyğun olaraq, yenilənməsinə ehtiyac yarandığını söyləyib.

    O, bu günlərdə ölkə prezidentinin kitabxanlarla bağlı fərmanına toxunaraq, bu yöndə bəzi yanlışlıqlara yol verildiyini bildirib:

    “Bəziləri bunu kitabxanların ləğvi kimi izah etməyə çalışır. Əslində, belə deyil. Bu, əslində, kitabxanların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir.

    Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var ki, onun da qəbulundan uzun dövr keçir. Odur ki, onun da yenilənməsinə, situasiyaya uyğun olaraq, ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Odur ki, bu məsələ gündəmimizdədir”.//oxu.az

  • Batumidə güclü külək fəsadlar törədib – FOTO

    Şəhərdə güclü külək, dəniz kənarında isə beş ballıq fırtına qeydə alınıb.

    Median.Az-ın “Sputnik Georgia”ya istinadən məlumatına görə, şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, güclü külək dənizkənarı şəhər olan Batumidə (Acariya) bir neçə yaşayış binasının damını uçurub.

    Külək ictimai nəqliyyat dayanacaqlarına, yol nişanlarına və reklam bannerlərinə zərər vurub. Dəniz kənarında fırtınanın gücü isə 5 bala çatıb.

    Batumidə beşmərtəbəli binanın damının uçması təhlükəsindən Şavşeti küçəsi bağlanıb. Həmin ərazi polis nəzarəti altındadır. Həmçinin, Puşkin küçəsində də külək çoxmərtəbəli binanın pəncərələrini sındırıb.

    Xaxuli küçəsində iki nəfər həyət evinin damından yıxılıb. Onlar yüngül xəsarət alıblar və təcili yardım briqadası onları klinikaya çatdırıb.

    Pis hava şəraiti Dmanisi (Kvemo Kartli bölgəsi) şəhərində də problemlər yaradıb, güclü külək evlərin damını uçurub.

    Hazırda yerli orqanlar güclü küləyin vurduğu zərəri müəyyənləşdirirlər. Zədələnmiş evlərin təmiri ilə yerli rayon rəhbərlikləri məşğul olacaq.



  • Deputatlar tətildən qayıtdı, komitə iclasları başladı

    Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayır.

    Bu gün MM-in Mədəniyyət komitəsinin iclası olacaq.

    İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilib, təsdiqlənəcək.

    Qeyd edək ki, komitənin gündəmində muğam sənətinin, aşıq sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, adlar və soyadlarla bağlı və digər qanun layihələri var.

    Eyni zamanda, bu gün parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olacaq ki, ənənəvi olaraq bu iclasda da jurnalistlər məhdud sayda iştirak edəcək.

    Onu da qeyd edək ki, sabah MM-in daha bir komitəsinin – Səhiyyə komitəsinin iclası keçiriləcək.

    Bu haqda Oxu.Az-a adıçəkilən komitənin sədr müavini Musa Quliyev məlumat verib. O qeyd edib ki, islasda 2018-ci il payız sessiyasının hesabatı və 2019-cu il yaz sessiyası ilə bağlı komitənin qanunvericilik işləri planı müzakirə ediləcək.

    Onun sözlərinə görə, komitənin gündəmində üç qanun layihəsi – “Reproduktiv sağlamlıq haqqında”, “Optika haqqında” və “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunvericilik aktları var.

    Yaz sessiyasında Səhiyyə komitəsi daha çox bu qanun layihələrinin müzakirəsi, plenar iclasa tövsiyə və qəbulu ilə məşğul olacaq.

  • Məhəmməd Əlinin adı aeroporta veriləcək

    2016-cı ildə 74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əlinin adı ABŞ-dakı aeroportlardan birinə veriləcək.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, aeroport Əlinin doğulduğu Kentukki şəhərində yerləşir.

    Şəhər rəhbərliyinin keçirdiyi mətbuat konfrasında bildirilib ki, ABŞ-ın ən böyük şəhəri sayılan Kentukki aeroportunun “Luisvill Məhəmməd Əli Beynəlxalq Hava Limanı” adlandırılmasına qərar verilib.

    Əfsanəvi boksçunun həyat yoldaşı Lonni Əli verdiyi açıqlamada deyib ki, Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç vaxt doğulduğu yeri unutmayıb.

    Qeyd edək ki, bu gün Məhəmməd Əlinin doğum günüdür. Yaşasaydı, əfsanəvi boksçunun 77 yaşı olacaqdı.

  • Кража в столичном магазине попала на камеру – ВИДЕО

    Кража в магазине часов в подземном переходе возле станции метро «28 Мая» столицы попала на камеру.

    Как передает Median.Az со ссылкой на Baku.ws, преступление было запечатлено камерой видеонаблюдения.

    Владелец магазина Мансур Ахмедов сообщил о пропаже одной пары часов стоимостью 60 манатов.

  • Bakıda oğurluq anbaan kameraya düşdü – VİDEO

    Bakıda keçid ticarət mərkəzindəki saat mağazasında oğurluq hadisəsi baş verib.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, oğurluq hadisəsi müşahidə kamerasına düşüb.

    Mağazanın sahibi Mənsur Əhmədov bildirib ki, bir nəfər saat oğurlayıb.

    Oğurluq “28 May” metrostansiyasının yaxınlığındakı keçid ticarət mərkəzində, saat dükanında qeydə alınıb. Mağazada müştərilərin çoxluğundan istifadə edən gənc saatı gizlincə oğurlayıb.

    “Oğurlanan saatın dəyəri 60 manatdır”, – deyə Mənsur Əhmədov bildirib.