Month: January 2019

  • Boyu 165 sm-dən yuxarı olan gənclərin nəzərinə

    Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edib.

    Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan vətəndaşları iştirak edə bilər.

    İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.

    Sənədlərin qəbulu 2019-cu il fevral ayının 28-dək hər gün (bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək namizədin daimi qeydiyyat yeri üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək. Namizədlər şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat), yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə, 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkili (papaqsız, rəngli, donuq kağızda) şəxsən təqdim etməlidirlər.

    İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

    Abituriyentlər DİN-in Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə, qaçış 100 metr məsafəyə – 19 saniyə və 1000 metr məsafəyə – 5 dəqiqə 30 saniyə).

    Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

    Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcək.

    Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı fənləri üzrə, ikinci mərhələdə isə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

    Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

    DİN-in Polis Akademiyasına qəbul olunan kursantlar avqustun 12-dən sentyabrın 14-dək akademiyada ilkin hazırlıq kursuna cəlb ediləcək, dərslər sentyabrın 16-da başlayacaq. Tədris azərbaycan dilində aparılır, təhsil müddəti beş ildir.

    Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, oğlanlar və qızlar istisna olmadan Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

    Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

  • Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir – AÇIQLAMA

    Məişət zorakılığı haqqında qanunu işlətmək hələ də çətindir.

    Bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.

    Onun sözlərinə görə, Azərbaycan qəbul etdiyi qanunlarla idarə olunur:

    “Gender bərabərliyi və Məişət zorakılığı haqqında qanunlar elə incə sənədlərdir ki, insana aid olsa da, insan onu dərk etmirsə, qanunları işlətmək çətin olur. 2010-cü ildə qəbul olunan qanunun hələ də işlənməsi üçün mexanizm axtarılır.

    Məişət zorakılığı təkcə qadınlara aid deyil, cəmiyyətin müxtəlif zəif təbəqələrinə aid olan məsələdir. Bu istiqamətdə bir informasiyanı verən zaman düşünmək lazımdır. Bir qadın zorakılığa məruz qalırsa, efirdə onun üzünü göstərirlər. Amma onun aldığı psixoloji zərbəni kimsə düşünmür”.

    Sədaqət Qəhrəmanova qeyd edib ki, insan alveri ilə bağlı müəyyən reydlər keçirilir və efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir:

    “Düşünmürlər ki, bunu efirə verilən zaman qardaşı, ailəsi görər və cinayət baş verə bilər. Niyə ancaq qadınları göstərirlər? Qadınları bu vəziyyətə salan kişilər niyə göstərilmir? Bəlkə, onlar barədə araşdırma aparılmalıdır ki, bu insanlar qadınları bu vəziyyətə niyə salırlar? Onların addımları nəticəsində qadınlar insan alverinin qurbanı olurlar. Bunlarla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı yeni təkliflər barədə addımlar atılacaq”.//oxu.az

  • Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək – FOTO

    Bakıda baş tutacaq paracüdo üzrə Qran-Prinin qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək.

    Əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib.

    O, öz əl işi olan kimanolu Cırtdan kuklasını Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağı hazırlaya biləcəyini söyləyib.

    MPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyilə B.Şıxıyeva yetmiş ədəd həmin hədiyyədən hazırlayacaq.

    Xatırladaq ki, bu ilin 11-13 may tarixlərində Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək. Tokio 2020 Paralimpiya Oyunlarına lisenziya xalı qazandıran bu cür yarış şəhərimizdə ilk dəfədir ki, keçirilir. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.

  • Məleykə Abbaszadə magistraturaya qəbul imtahanından danışdı

    Hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının bu il üçün ilk nömrəsinə yazdığı “Ön söz”də bildirib.

    O qeyd edib ki, ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur:

    “DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilən test tapşırıqlarının elmi-metodik təhlili aparılıb, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilib, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülüb, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar işlənib hazırlanıb.

    Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən hazırlanan “Məntiq testləri” və “İnformatika” adlı vəsaitlərdən istifadə edə bilərlər.

    DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır. Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür.

    Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarında həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı formalı beş test tapşırığı da daxil ediləcək.

    Qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə həmin audiomətnlərin və onların əsasında tərtib olunmuş tapşırıqların nümunələri artıq xeyli vaxtdır ki, DİM-in internet saytında yerləşdirilib.

    Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

    “Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir.

    Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

    İnanırıq ki, jurnalımızın bu sayında təqdim edilən materiallar bakalavrların qəbul imtahanına daha səmərəli hazırlaşmalarına kömək göstərəcək”.

  • ДТП в Баку: автомобиль развалился на две части – ВИДЕО

    Вчера ночью на автотрассе в направлении Международного аэропорта Гейдар Алиев произошло ДТП со смертельным исходом.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, водитель автомобиля Daewoo Gentra потерял управление.

    Машина на высокой скорости врезалась в металлический барьер и развалилась на две части.

    Водитель скончался на месте. Пассажир Ахмед Гюльмамед оглу получил тяжкие телесные повреждения.

    Он сразу же был помещен в Государственную клиническую больницу №3. Врачи диагностировали у пострадавшего закрытую черепно-мозговую травму и ушиб головного мозга.

    Сообщается, что люди в автомобиле возвращались со свадьбы.

    По факту ведется расследование.

  • Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü – VİDEO

    Ötən gecə Bakının Beynəlxalq Hava Limanı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Daewoo Gentra” markalı, 10 PU 395 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.

    O, yüksək sürətlə getdiyindən iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.

    Sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əhməd Gülməmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

    O, dərhal Sabunçu Rayon 3 saylı şəhər kilinik xəstəxanasına yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, baş beyin əziyi diaqnozu qoyulub.

    Qeyd edək ki, qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Dünyanı içməli su qıtlığı gözləyir

    Qlobal istiləşmənin qrunt sularına göstərdiyi təsir “saatlı bomba” effekti yaradır, yüz və ya min illər sonra misli görülməmiş fəsadlara yol aça bilər. Yaxın yüz il ərzində yeraltı suların yarısı, iqlim dəyişikliyinə görə yağıntının fərqli miqdar və intensivlikdə düşməsinə görə yeni rejimdə sirkulyasiya edəcək.

    Beynəlxalq tədqiqat qrupunun bu barədə məqaləsi “Nature” jurnalında dərc olunub.

    Yeraltı sular iki milyarda yaxın insanın içməli su mənbəyidir. Bu sular səth suları və iqlimlə sıx qarşılıqlı əlaqədə olur, atmosfer yağıntıları hesabına sirkulyasiya edir və bilavasitə iqlimə təsir edir.

    Halbuki son illərin qlobal istiləşmə proqnozları ilə bağlı nəzəri modellərində bu qarşılıqlı əlaqə nəzərə alınmırdı.

    Yeni elmi işdə beynəlxalq alim qrupu yeraltı suların hidroloji göstəricilərini təhlil edib və qrunt sularının 100 və daha çox il ərzində iqlim dəyişikliyinə hansı şəkildə təsir edəcəyini müəyyən etmək üçün xüsusi kompüter modeli yaradıb.

    Məlum olub ki, yeraltı sular uzunmüddətli hidravlik yaddaşa malikdir. Yəni səth suları və yağıntılarla əlaqəli rejimə uyğun olduqca ləng nizamlanırlar.

    Orta hesabla reaksiya (great response time) müddəti altı min ilə çatır. Quraq bölgələr nəzərə alınmasa, hidravlik yaddaş 1200 il davam edib. Bütün yeraltı suların yalnız 44 faizi 100 ildən az müddətə yeni tarazlıq vəziyyətinə çatır.

    Bu, o deməkdir ki, aşağı GRT reaksiya göstəricisi olan yeraltı sular quraqlıq zamanı daha tez tükənir, bol yağıntı düşən vaxtlarda isə əksinə, səviyyəsi artır.

    Quraq zonalarda isə GRT reaksiya göstəricisi olduqca yüksəkdir, qrunt suları qısamüddətli iqlim dəyişikliklərinə az həssasdır. Habelə uzunmüddətli quraqlıqdan sonra onların bərpasına min illər lazım gəlir. Məsələn, Böyük Səhra ətrafında olan içməli su mənbələri hazırda 10 min il əvvəl baş verən proseslərin nəticəsi ilə üzləşməkdədir.

    Alimlərin proqnozlarına görə, yaxın gələcəkdə qlobal istiləşməyə görə bəzi regionlar daha quraq olacaq.

  • Mübahisəli oyun epizodu hakimi çətin vəziyyətdə qoydu – VİDEO

    Meksika çempionatının “Qvadalaxara” – “Toluka” matçı zamanı gözlənilməz hadisə baş verib.

    Oyunun bitməsinə 10 dəqiqə qalmış “Qvadalaxara”nın qapıçısı Raul Qudinyo topu elə dəf edib ki, onun xətti keçib-keçmədiyini həmin an müəyyən etmək mümkün olmayıb.

    Bu üzdən oyunun hakimi videotəkrar sisteminə müraciət etmək qərarına gəlib. O, səkkiz dəqiqə epizoda baxıb və nəticədə qolu qeydə almayıb.

  • Gənc bloqer telefonu itirdikdən sonra ağlayıb və intihar edib – FOTO

    İngiltərədə tələbə müəmmalı şəkildə intihar edib.

    Median.Az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

    Bildirilir ki, gənc oğlan klubda əylənərkən “İphone” smartfonunu itirdiyindən kədərlənib və bu üzdən çox ağlayıb. Ertəsi gün onun meyiti Salford universitetinin yataqxanasında aşkarlanıb. Jurnalistika fakultəsində təhsil alan tələbə intihar edib.

    Gəncin ailəsi bildirib ki, o, intihar etmək fikrində olmayıb. Qohumların fikrincə, o, bunu spirtli içkinin təsiri altında edib.

    Gənc oğlanın dostları isə bildiriblər ki, o, depressiya haqqında oxuyan müğənnilərə maraq göstərib və “İnstagram” səhifəsində “Artıq ölməli idim” yazısını paylaşıb.

    Qeyd edək ki, itirilən telefonu tapmaq mümkün olmayıb.


  • Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

    Fransanın “Nant” klubundan “Kardiff”ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərindən uçarkən radarlardan itib.

    İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.

    Lakin saat 20:00-da “PA 46 Malibu””markalı özəl təyyarə ilə əlaqə kəsilib.

    Axtarış-xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.