Month: January 2019

  • В Сумгайыте автобус сбил пешехода насмерть

    Во вторник, 22 января, в поселке Гаджи-Зейналабдин города Сумгайыт произошло дорожно-транспортное происшествие с летальным исходом.

    Об этом сообщили в Министерстве внутренних дел.

    Житель города Рамин Гусейнов, управляющий автобусом марки Isuzu, следующим по 26 автобусной линии, сбил переходящего дорогу пешехода, жительницу поселка Тамеллу Альвердиеву. Женщина скончалась на месте происшествия.

    По факту ведется расследование.

  • Türkiyədə fahişəlik edən azərbaycanlı saxlanıldı – FOTO

    Türkiyə polisi Karamanda keçirdiyi əməliyyat zamanı aralarında azərbaycanlı olan üç nəfəri saxlayıb.

    Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, polisə daxil olan məlumatda Türkiyə vətəndaşı 21 yaşlı Şevval Öykü G. və 47 yaşlı azərbaycanlı Ülkər A.-nın fahişəlik etdiyi bildirilib.

    Onlar qaldıqları evdə yaxalanıb. Keçirilən əməliyyat zamanı onları bu işə cəlb edən 54 yaşlı Yüksəl G. da saxlanılıb.

    Saxlanılan şəxslər Karaman dövlət xəstəxanasında tibbi müayinədən keçdikdən sonra polis bölməsinə aparılıb.


  • У жителя Гянджи изъяли 1,5 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Геранбойского РОП на основании полученной оперативной информации задержали жителя г.Гянджа, ранее судимого Арзу Гасымова, у которого при личном осмотре изъяли 2,2 грамм, а в его сумке дополнительно 1,5 кг. марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Gəncə sakinindən 1,5 kq. marixuana aşkar edilib

    Median.Az xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Qasımovdan 2,2 qram, çantasından isə 1,5 kiloqram marixuana aşkar edilərək götürülüb.

    RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

  • AzTV-də yoxlamalar başladı: İşdən çıxarılanlar var

    Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb.

    Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifəsindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

    Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub. Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Əldə olunan məlumata görə, Ş.Əliyev fəaliyyəti ilə bağlı qalmaqallar ilə yadda qalıb.

    Kadr islahatına daxil olan digər məsələ “Xəbərlər” İnformasiya redaksiyası ilə bağlıdır. Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa qurumun bir neçə ölkədən təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.

    İslahatlarla bağlı faktları AzTv-dən təsdiqləyiblər.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

  • Sumqayıtda avtobus piyadanı vurub öldürdü

    Yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub, və nəticədə piyada hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанские миротворцы отправились в Афганистан – ФОТО

    В соответствии с планом в ротационном порядке группа миротворцев азербайджанской армии отправлена в Афганистан для продолжения службы в составе миссии «Решительная поддержка».

    Как передает Median.Az, об этом сообщается на сайте Минобороны.

    Напомним, миротворческая миссия азербайджанской армии в Афганистане началась 20 ноября 2002 года.

    В настоящее время в данной миссии в Афганистане принимают участие 120 военнослужащих, включая двоих военных врачей и шестерых штабных офицеров.


  • Sülhməramlılarımız Əfqanıstana yola düşdü – FOTO

    NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

    Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, iki hərbi həkimi və altı qərargah zabiti olmaqla, Əfqanıstandakı missiyada iştirak edir.

  • Bred Pit və Şarliz Teronla bağlı şayiələr yalan çıxdı

    Hollivud aktyoru Bred Pitlə aktrisa Şarliz Teron arasında eşq macərasının yaşandığı ilə bağlı söz-söhbətlər təkzib olunub.

    Median.Az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

    Dərginin mənbəyi onların görüşməsi ilə bağlı şayiələrin həqiqəti əks etdirmədiyini bildirərək, ulduzların uzun müddət birlikdə görünmədiyini vurğulayıb.

    Sonuncu dəfə Pit aktrisa ilə yarım il əvvəl “Breitling” saatının reklam çarxının çəkilişində görüşüb.

    Bundan əvvəl nüfuzlu “The Sun” nəşri 2016-cı ildə Ancelina Colidən ayrılan Bred Pitin “Oskar” laureatı olan Ş.Teronla gizli sevgi münasibətlərində olduğu xəbərini yaymışdı. Onların dekabr ayından bəri görüşdüyü iddia olunurdu.

  • İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

    Dünyada 220 milyon işsizin 33 faizi gənclərdir, işləyən dörd gəncdən üçü isə qeyri-rəsmi məşğulluqla bağlıdır. Gənclər arasında işsizliyin yüksək olması isə sosial inkişafı pozan əsas amillərdən biridir.

    Təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, Azərbaycan əhalisi yaş strukturuna görə cavandır, ona görə də gənclərin məşğulluq bazarına çıxışında onların təhsili mühüm yer tutur.

    “Təhlillər göstərir ki, Azərbaycanda təhsil sistemi ilə əmək bazarında uyğunsuzluq var. Hazırlanan kadrlar işəgötürənlərin tələblərinə cavab vermir, bu isə uçurum yaradır. Peşə ixtisası ilə bağlı problemlər var və bu sahə gənclərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müasir iqtisadi çağırışlara cavab verən kadr hazırlığı strateji yol xəritəsində də öz əksini tapıb. Hazırda təhsil proqramlarının işəgötürənlərin tələbinə uyğunlaşdırılması prosesi gedir”.

    İ.İsayevin açıqladığı rəqəmlərə görə, məzunların işlə təminatında turizm 62.3%, informatika texnologiyaları 60%-ə yaxın yer tutur.//oxu.az