Month: January 2019

  • Əli Abdalov Mehman Hüseynovla barışıb – VİDEO

    Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan bloqqer Mehman Hüseynovla barışıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı videoda Ə.Abdalov və M.Hüseynov arasında səmimi söhbət aparıldığı görünür.

    Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

    Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

    Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.

    Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.

    Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

    İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

  • Упразднены некоторые предприятия «Гачкынкома»

    Упразднены некоторые предприятия хозрасчетного Управления снабжения и производства Государственного комитета по работе с беженцами и вынужденными переселенцами («Гачкынкома»).

    По информации газеты «Вергиляр», согласно приказу Госкомитета №04 от 15 января 2019 года, упразднены Мярдяканский промышленный комбинат, Фермерское хозяйство «Карабах» Физулинского района, Производственно-учебный комбинат «Араз» Сабирабадского района, предприятие сельского хозяйства «Алыбейли» Зангиланского района и Аграрное фермерское хозяйство «Топ Чинар» Губадлинского района.

    В связи с этим была создана ликвидационная комиссия, которая действует по адресу г.Баку, Тбилисский проспект, 129.

    Кредиторы упраздненных предприятий могут обратиться в ликвидационную комиссию в письменной форме в течение двух календарных месяцев с даты публикации этой информации.

  • “Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi

    Qaçqınkom”un Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin bəzi müəssisələri ləğv edilib.

    “Vergilər” qəzetində açıqlanan məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmri ilə Təsərrüfat hesablı Təchizat və İstehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon “Qarabağ” Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu “Araz” İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu “Alıbəyli” və Kənd təsərrüfatı müəssisəsi və Qubadlı rayonu “Top Çinar” Aqrar Fermer Təsərrüfatı ləğv edilib.

    Bununla əlqədar olaraq ləğvetmə komissiyası yaradılıb. Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.

    Ləğv edilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki, kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən iki təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət edə bilərlər.

  • У жителя Локбатана изъяли пистолет

    Как сообщает Median.Az, сотрудники 10-го отделения полиции Гарадагского РУП на основании полученной оперативной информации задержали жителя поселка Локбатан Наиба Халилова, у которого пистолет “Revolver”.

    По факту ведется расследование.

  • Lokbatan sakinindən tapanca götürülüb

    Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbə sakini Naib Xəlilovdan, nömrəsi silinmiş “Revolver” tipli tapança götürüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İdarə rəisi vəzifəsindən azad olundu – YENİ TƏYİNATLAR

    Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

    Nazirlikdən qaynarinfo-ya verilən məlumata görə, nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

    Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz  Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

    Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

    “Ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək”, – deyə, nazirliyin məlumatında bildirilib.

  • Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək

    Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək.

    Bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

    V.Kərimlinin sözlərinə görə, bu məsələ ilə bağlı araşdırmalar aparılır:

    “Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolun kənarında bir cərgə avtomobillərin saxlanmasına saatla icazə veriləcək. Yəni axşam saat 19:00-dan səhər saat 07:00-a kimi parklanmaya icazə veriləcək. 07:01-dən etibarən isə artıq həmin ərazilərdə parklanan avtomobillərə cərimə yazılacaq”.

  • “Şahdağ”a dəmir yolunun çəkilməsi planlaşdırılır

    Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, “Şahdağ” kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında deyib.

    Nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, kollegiyanın sədri Ş.Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının prezidenti 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirıb.

    Kollegiya iclasında qeyd edilib ki, 2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verilib, 2300 km magistral, şəhərlərarası və kənd yolları çəkilib.

    2018-ci ildə beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib.

    2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.

    Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki – “Azerspace-2” ölkəyə böyük həcmdə valyuta gətirəcək.

    Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, “Doing Business 2019” hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

  • Ильхам Алиев встретился с премьер-министром Грузии – ФОТО

    22 января в Давосе состоялась встреча президента Азербайджанской Республики Ильхама Алиева и премьер-министра Грузии Мамуки Бахтадзе.

    Информацию распространила пресс-служа президента Азербайджана.


  • Азербайджан и Беларусь начнут совместное производство электробусов

    ОАО «Управляющая компания холдинга «Белкоммунмаш» и Гянджинский автомобильный завод прорабатывают возможность создания в Азербайджане совместного производства электробусов.

    Как передает Median.Az со ссылкой на primepress.by, об этом шла речь 22 января на встрече заместителя премьер-министра Беларуси Михаила Русого с главой Исполнительной власти азербайджанского города Гянджа Ниязи Байрамовым.

    Как сообщает пресс-служба белорусского правительства, Михаил Русый отметил большие перспективы в развитии отношений Беларуси как с Гянджой, так и с Азербайджаном в целом.

    «Гянджа – уникальный регион для реализации целого ряда инвестиционных проектов. В серьезной проработке новые технологии по созданию совместного производства по выпуску электробусов на базе вашего предприятия (Гянджинского автомобильного завода). Уже обсудили перспективы, в том числе вопросы передачи технологий, сопровождения, чтобы совместное предприятие было очень крепким, работало с учетом локализации, которая позволит включить в оборот все наши имеющиеся мощности», – сказал вице-премьер.

    Азербайджан и Беларусь также работают над созданием производства тракторов в Турции. «С вашей базой будем работать с Турецкой Республикой. Думаю, что в апреле оценим первые результаты. Это довольно серьезный, амбициозный проект, который говорит о том, что трансграничное, межгосударственное сотрудничество трех государств выходит на довольно высокий уровень», – отметил Михаил Русый.

    Он также предложил азербайджанской стороне рассмотреть возможность создания совместного производства молочных продуктов. «С вашей площадки очень удобно работать вместе на рынки третьих государств», – добавил заместитель премьер-министра.

    Ниязи Байрамов во время визита азербайджанской делегации в Беларусь посетит завод «Белкоммунмаш». «Есть желание совместно работать, собирать электробусы. Это дополнительные рабочие места», – сказал он.

    Как сообщало ранее агентство ПраймПресс, о намерениях правительства Беларуси продолжить активное всестороннее сотрудничество с Азербайджаном Михаил Русый заявлял еще 18 ноября 2018 г. На заседании белорусско-азербайджанской межправительственной комиссии по торгово-экономическому сотрудничеству заместитель премьер-министра выразил удовлетворение динамикой торгово-экономического сотрудничества с Азербайджаном. По итогам заседания межправкомиссии тогда было подписано семь документов, три из которых касались сотрудничества с Гянджинским автомобильным заводом.