Month: January 2019

  • Belarus və Azərbaycan birgə elektrobuslar istehsal edə bilər

    “Belkommunmaş” ASC və Gəncə Avtomobil Zavodu Azərbaycanda elektrobusların birgə istehsalını nəzərdən keçirir.

    Median.Az Belarus KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Belarus baş nazirinin müavini Mixail Rusiy ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında baş tutan görüşdə müzakirə aparılıb.

    Belarus hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiy Belarusun həm Gəncə, həm də ümumilikdə Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərini qeyd edib.

    “Gəncə bir sıra investisiya layihələrinin reallaşdırılması üçün unikal regiondur. Gəncə Avtomobil Zavodunda elektrobusların birgə istehsal imkanları ciddi nəzərdən keçirilir. Texnologiyaların təhvil verilməsi, müşayiəti məsələləri, eləcə də, perspektivlər artıq müzakirə edilib”, – baş nazirin müavini qeyd edib.

    O, iki ölkənin Türkiyədə traktor istehsalı üzərində işlədiyini də qeyd edib.

    “Sizin bazanızla Türkiyə Respublikasında işləyəcəyik. Düşünürəm ki, apreldə ilk nəticələri qiymətləndirəcəyik. Bu, kifayət qədər ciddi, ambisiyalı layihədir və üç ölkənin transsərhəd, dövlətlərarası əməkdaşlığını çox yüksək səviyyəyə qaldırır”, – Rusiy əlavə edib.

    Baş nazirin müavini Azərbaycan tərəfini süd məhsullarının birgə istehsalı imkanlarını nəzərdən keçirməyə dəvət edib:

    “Sizin meydançadan üçüncü dövlətlərin bazarları üçün birgə işləmək çox rahatdır”.

    Niyazi Bayramov Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri zamanı “Belkommunmaş” zavoduna baş çəkib.

    “Birgə işləmək, elektrobuslar istehsal etmək niyyətindəyik. Bu, əlavə iş yerləri deməkdir”, – o deyib.

  • Задержаны 4 человека, совершившие умышленный поджог в Маштаге

    Как сообщает Median.Az, 20-го января в 42-е отделение полиции Сабунчинского РУП поступило сообщение о том, что неизвестные подожгли дом в поселке Маштага.

    В результате оперативно-розыскных мер полицейские задержали жителей данного поселка, ранее судимых Гасанага Алекперова, его брата Джалалата, Гусейна Новрузова и жителя поселка Шувелан Заура Исаева.

    При личном осмотре у Г.Алекперова изъяли нож, изготовленный кустарным путем.

    В Следственном отделе Сабунчинского РУП возбуждено уголовное дело по статье 186 (умышленное уничтожение или повреждение имущества) УК Азербайджана.

  • Maştağada evi qəsdən yandıran 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu RPİ-nin 42-ci polis bölməsinə müraciət daxil olub.

    Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev saxlanılıblar.

    Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilib.

    Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Гусаре “Hyundai” сбил трех жителей города

    Как сообщает Median.Az, 21-го января примерно в 19 часов в г.Гусар столкнулись автомобили марки “Hyundai” и “ВАЗ 2106”, управляемые жителями района Эльшад Асланхановым и Азад Шихгаибовым.

    После столкновения Э.Асланханов потеряв управление, сбил жителей города Самира Салманова, Идриса Сейфуллаева и Кямрана Садиева.

    В результате С.Салманов скончался на месте происшествия, другие два пешехода с травмами были помещены в Центральную районную больницу.

    В Гусарском РОП по факту ведется расследование.

  • Qusarda “Hyundai” üç piyadanı vurub

    Median.Az xəbər verir ki, yanvarın 21-i saat 19 radələrində Qusar şəhərində, rayon sakinləri Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub. Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən, yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub.

    Nəticədə S.Salmanov hadisə yerində ölüb, digər 2 piyada Mərkəzi rayon xəstəxasına yerləşdiriliblər.

    Qusar RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Dilənçilikdə YENİ METOD: Əlində resept – VİDEO

    Əlində dərman resepti ilə xəstəyəm deyən “dilənçilərə” insanların çox olduğu yerlərdə və avtomagistralların kənarında rast gəlmək olar. Əksər hallarda əlində həkim resepti olan belə insanlar özünün və ya ailə üzvünün ağır xəstəlikdən əziyyət çəkdiyini deyir. Bu yolla pul qazanmağa çalışırlar.

    ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

    Sakin: “Bəziləri var ki, görürsən həqiqətən xəstədir. Mən ona həmişə pul verirəm. Ancaq görürəm ki, bəziləri özünü yalandan xəstəliyə qoyur. Ona mən pul vermirəm”.

    Sakin: “Çoxusu dilənçi adı ilə baxırsan ki, səndən yaxşı yaşayır”.

    Ekspertlərin sözlərinə görə, bu, insanların yeni dilənçilik metodu, bir növ fırıldaqdır. Çünki bəzi hallarda həmin şəxslər, əlindəki kağıza baxmaq, dərmanları almaq təkliflərinə etiraz edirlər, resepti gizlətməyə çalışırlar.

    Əhməd Qəşəmoğlu – Sosioloq: “Bir qız uşağı özünü qoyur lallığa və yazır kağıza anama kömək edin. Anam ağır xəstədir. Avtobusda belə şeylər olur. Bir tərəfdə kimsə özünü vurub çolağlığa və o tərəfdən polis gələn durub qaçırlar”.

    Psixoloqlar isə deyir ki, bu cür insanlar hətta müəyyən kurslara da cəlb olunur. Həmin kurslarda insanları aldadıb, pul yığmağın yolları öyrədilir.

    İlhamə hüseyinli –Psixoloq: “Bu cür insanlara cəmiyətə özünü necə yazıqlatmaq lazım oldugunu öyrədirlər. Gözləri ilə necə problemli oldugunu göstərməyə çalışmağı öyrədirlər. Yəni bütün insanların bu dələduz adamların emosiyalarını jestlərlə bunların hamısı öyrədilir. Sonra bunlar düşür şəhərə və dilənməyə başlayırlar”.

    Hətta iddialara görə, belə kurslarda bəzi psixoloqlardan da istifadə edirlər.

    İlhamə hüseyinli –Psixoloq: “Bizim kolleqalarımızın da arasında belə insanlar var ki, yəni onlar da bunlara kömək edirlər. Təbii ki, ordan müxtəlif məbləğ alırlar”.

    Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxslər etdiyi əmələ görə məsuliyyət daşıyırlar.

    Samir Qasımov – Vəkil: “Həmin vətəndaşlar xəbərdarlıq edilirlər. Əgər xəbərdarlıq kifayət deyilsə, artıq bu insan bir neçə dəfə yaxalanıbsa, hətta onu 10 günə qədər həbs edə bilərlər. Əgər bu işə yetkinlik yaşına çatmayanları cəlb edibsə, onda hətta 15 günə qədər həbs oluna bilər”.

    Ekspertlər hesab edir ki, şəhərdə belə mənzərənin artması mənfi haldır. Tədbirlər görülməsi, dilənçilik kimi halların nəzarət altına alınması mütləqdir.

  • Nişanlı qız evdən qaçdı

    İsmayıllıda iyirmi üç yaşlı qız evdən qaçıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun eyni adlı kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Babayeva Aynurə Alik qızı yanvarın 16-sı evdən çıxıb bir daha geri qayıtmayıb.

    Anası Tamilə Babayevanın sözlərinə görə qızı bir ildi nişanlı olub. Qızın son günlərdə dəyişilməsi, telefonla çox danışması, evdən çölə çıxmaması anasında şübhələr oyatsa da, Aynurənin evdən gedəcəyinə güman etməyib.

    Ananın sözlərinə görə, qızı gedərkən nişanlısına səsli mesaj göndərərək haqqını halal etməsini istəyib.

    A. Babayevanın itkin düşməsi ilə bağlı qohumları İsmayillı Rayon Polis şöbəsinə müraciət edib.

  • Su sayğaclarının qoyulması ilə bağlı YENİLİK

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.

    Bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər.

    Bunun üçün vətəndaşlar www.azersu.az saytında “Su sayğaclarının quraşdırılması müraciəti” bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir.

    Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir.

    * Abonent kodu

    * Müraciətin səbəbi

    * Müraciət edənin əlaqə telefonu

    * Müraciət edənin elektron poçt ünvanı

    * Müraciətlə bağlı qeydlər.

    Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.

  • Üçüncü Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təklif edildi

    Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.

    İlin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə III Avropa Oyunlarının 2023-cü ildə keçirilməsi üçün tenderdə iştirak etməyə çağırış edən məktub göndərib.

    Artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. Polşa Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Poreba və Katovitse merinin müavini Mariuş Skiba yanvarın 18-də AOK-un qərargahı olan İtaliyanın paytaxtı Romaya bu təkliflə gedib.

    Qeyd olunub ki, bu ilin əvvəlində Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etmiş Katovitse digər Polşa şəhəri ilə də birgə bu yarışı keçirə bilər. Həmçinin paytaxt Varşavanın cənubundan 290 km aralıda olan Katovitsenin bu il Ümumdünya Anti-Dopinq Agentliyinin prezident seçkilərinin keçiriləcəyi konfransa ev sahibliyi etməsi şəhərin əhəmiyyətini artırıb.

    Həmçinin AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub. AOK-un sloveniyalı prezidenti Yanez Kotsiyançiç isə yaxşı maliyyə imkanları vəd edən təkliflər aldığını bu ayın əvvəllərində qeyd edib.

    Müraciət üçün son tarix isə bu ilin 28 fevralıdır. Yanvarın 25-də AOK İcraiyyə Komitəsi namizədləri müzakirə edəcək. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.

    Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.
     
    ///oxu.az

  • Azərbaycan “Halal” adı ilə satılan məhsulların 90 faizi dünya standartlarına cavab vermir – DİQQƏT

    Azərbaycan bazarında “Halal” markası satışa çıxarılan qida məhsullarının böyük əksəriyyəti normalara cavab vermir.
     
    Bunu Azad İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov deyib.
     
    Onun sözlərinə, çoxlu sayda “Halal” etiketləri uzun müddət əlavə səmərə əldə etmək üçün verilirdi:
     
    “Biz daim “Halal Consumer” beynəlxalq təşkilatı ilə əlaqədəyik və “Halal dünya” konfransının iştirakçısıyıq. Təəssüf ki, Azərbaycan halal məhsul sahəsində problem açıq qalmaqdadır. Bundan başqa, “halal” adı verilən məhsullar Ukraynadan da idxal olunur ki, bu da öz növbəsində şübhə oyadır. Əksər hallarda KFC kimi fast-fud restoranları təqdim etdikləri qidaların “halal” olduğunu vurğulayır”.
     
    E.Hüseynov əlavə edib ki, Azad İstehlakçılar İttifaqının araşdırmalarına əsasən, ölkə bazarında təqdim olunan “Halal” markalı məhsulların 90 faizi həmin normalara cavab vermir:
     
    “Azad İstehlakçılar İttifaqı “Halal” markası alınarkən mənfi faktların aradan qaldırılması üçün iş aparır. Biz çalışırıq ki, bu proses şəffaf olsun və bu məhsul markanın tələblərinə cavab versin. Məlum olduğu kimi, halal məhsul ekoloji cəhətdən təmiz məhsul hesab olur və bir çox ölkələr buna böyük əhəmiyyət verir”.