Month: January 2019

  • Суд вынес решение по делу бывшего главы ИВ

    В Бакинском суде по тяжким преступлениям завершился процесс по делу бывшего главы Исполнительной власти Мунсифа Сафарова, а также Рустама Байрамова.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на процессе под председательством судьи Мирзы Ханкишиева был вынесен приговор.

    Суд назначил Р.Байрамову условный срок и освободил в зале суда.

    Отметим, что данные лица путем мошенничества присвоили дом Фараби Мансура и забрали из банка крупную сумму денег.

    Они нанесли Ф.Мансуру ущерб на сумму 60 тыс. манатов. В их отношении возбуждено уголовное дело по ст. 178.3.2 (мошенничество с причинением крупного ущерба) УК.

    В отношении Р.Байрамова была избрана мера пресечения в виде ареста, а М.Сафарова – подписки о невыезде.

    В 1992 году М.Сафаров занимал должность главы ИВ Агджабединского района.

  • Keçmiş icra başçısının cinayət işi ayrıca icraata götürülüb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə prosesi başa çatıb.

    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

    Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi ayrıca icraata götürülüb.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    R.Bayramovun barəsində həbs-qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra o, məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb.

    Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
    //oxu.az

  • Гражданку Азербайджана обманули в США – ФОТО

    Гражданка Казахстана Махаббат Абдуалиева подозревается в обмане 15 человек в США.

    Как передает Median.Az со ссылкой на informburo.kz, 13 марта М.Абдуалиеву будут судить, ей грозит до 20 лет лишения свободы.

    Среди жертв мошенницы – гражданка Азербайджана по имени Алена.

    Алена 5 мая 2018 года нашла в Facebook объявление о сдаче в аренду однокомнатной квартиры. Она позвонила автору объявления Жаннет Исмаиловой, которая связала ее с риэлтором – некоей Махаббат Абдуалиевой. Алена договорилась о встрече.

    «Найти в Бруклине однокомнатную квартиру за 1400 долларов почти невозможно. Я сразу же согласилась, так как мне квартира понравилась. Она не стала требовать ни кредитную историю, ни Social Security (карта налогоплательщика в США – ред.). Сказала, что заселиться можно будет только в начале июня. Она даже не возражала, когда узнала, что со мной будет жить собака. Я оставила 300 долларов в качестве залога. Она прислала мне по электронной почте расписку о том, что получила деньги», – рассказала Алена.

    Потерпевшая говорит, что обычно в нью-йоркских арендованных апартаментах не разрешается держать собак. Так как предложение М.Абдуалиевой показалось слишком привлекательным, Алена стала сомневаться. Чтобы успокоиться, она попросила подругу позвонить по тому же объявлению. М.Абдуалиева ответила подруге Алены и пригласила ее посмотреть квартиру по тому же адресу. Выяснилось, что в том доме у М.Абдуалиевой две квартиры.

    «Так как она показала нам две разные квартиры, подозрение само собой развеялось. Но далее к нам подошла неизвестная пара и стала спрашивать об аренде жилья», – делится Алена.

    Чуть позже выяснилось, что семейная пара из Казахстана также оставила депозит за квартиру, в которую собиралась заселяться Алена. Они дали М.Абдуалиевой 500 долларов под расписку.

    Алена сразу же уличила М.Абдуалиеву в обмане и даже собиралась позвонить на номер 911, но та попросила не вызывать полицию и пообещала вернуть деньги.

    После этого случая дочь Алены распространила в социальных сетях информацию о том, что М.Абдуалиева – мошенница. Им с матерью стали поступать звонки от других пострадавших.

    «Жертв оказалось намного больше, чем мы предполагали. Минимум 15 человек. Некоторые из них, доверившись мошеннице, в итоге оказались на улице. Мы создали группу в мессенджере WhatsApp, продолжая борьбу», – говорит Алена.

    Департамент полиции Нью-Йорка 24 января этого года объявил в розыск двух человек, которые, представляясь риэлторами, брали у доверчивых граждан деньги и исчезали. Одна из них – гражданка Казахстана М.Абдуалиева.

    Сотрудники полиции арестовали подозреваемую в тот же день и позвали пострадавших на опознание.

    «Со мной связался детектив и попросил приехать на опознание. Когда пришла в отделение полиции, то увидела двух дагестанцев, семью из Кыргызстана, гражданина России и гражданку Казахстана. Среди всех подозреваемых мы все сразу же узнали Махаббат», – говорит Алена.

    Согласно предоставленной сотрудником полиции каналу NBC NewYork информации, М.Абдуалиева брала деньги у граждан, которые искали квартиры по четырем адресам в Бруклине. По мнению Алены, М.Абдуалиева может быть членом преступной группы.

    Американский адвокат Аркадий Бух рассказал, что М.Абдуалиевой было предъявлено обвинение по 22 статьям Уголовного кодекса США.

    «По моим подсчетам, в ближайшее время еще шесть человек должны обратиться в правоохранительные органы. Если они тоже напишут заявления, то число статей увеличится. Тогда Абдуалиеву приговорят к 20-25 годам. Это максимальный срок в подобных делах», – говорит адвокат.





  • ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir – FOTO

    Məhəbbət Abdullayeva adlı qazaxıstanlı qadın ABŞ-da 15 nəfərə qarşı dələduzluq yolu ilə külli miqdarda pulu mənimsəməkdə ittiham edilir.

    Median.Az Informburo.kz portalına istinadən xəbər verir ki, o, martın 13-də məhkəmə qarşısına çıxarılacaq və əməli sübuta yetirilərsə, qadını 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Məlum olub ki, M.Abdullayevanın qurbanları arasında Alyona adlı azərbaycanlı qadın da var.

    2018-ci il mayın 5-də Alyona “Facebook” üzərindən ABŞ-da kirayə ev axtarması ilə bağlı elan verib. Bu zaman ona Cənnət İsmayılova adlı profildən mesaj gəlib və M.Abdullayevanın telefon nömrəsini verib. İlkin ehtimallara görə, M.Abdullayeva C.İsmayılova ləqəbindən istifadə edərək, insanları aldadırmış.

    “Bruklində 1400 dollara kirayə ev tapmaq qeyri-mümkündür. Mən dərhal razılaşdım, çünki mənzil xoşuma gəlmişdi. O, məndən kredit tarixi və ya vergi kartını istəmədi. Hətta ev heyvanını mənzildə saxlamağıma belə etiraz etmədi. Nyu-Yorkda mənzildə ev heyvanı saxlamağa icazə verilmir. Mən ona 300 dollar depozit verdim. O isə mənə pulu alması ilə bağlı sənədi elektron poçt vasitəsilə göndərdi”, – azərbaycanlı qadın bildirib.

    Alyona deyib ki, şübhələrinə son qoymaq üçün rəfiqəsindən M.Abdullayevaya yazmağını və mənzili soruşmasını istəyib.

    “Yazışma zamanı məlum olub ki, M.Abdullayevanın həmin binada iki mənzili var. Şübhələrimizə son qoyulduğu bir vaxtda qazaxıstanlı iki nəfər bizə yaxınlaşaraq, mənim depozit verdiyim mənzilə onların da öncədən 500 dollar ödədiyini bildirdilər. Aldandığımı anladım və polis çağırmaq istədim. M.Abdullayeva polisə zəng etməməyimi istədi və pulu qaytaracağına söz versə də, hüquq-mühafizə orqanlarına xəbər verdim. Üç saat ərzində pullarımız geri qaytarıldı. Daha sonra mənim kimi nə qədər adamın aldadıldığını düşünüb, şikayət ərizəsi yazdım”, – o əlavə edib.

    Daha sonra Alyonanın qızı sosial şəbəkələr üzərindən M.Abdullayevanın dələduz olması ilə bağlı məlumat yayıb. Bu zaman ona onlarla insan yazaraq, həmin qadının qurbanı olduqlarını bildirib.

    Həmin şəxslərdən bəziləri Alyona kimi pullarını geri qaytara bilib.

    Araşdırmalar zamanı məlum olub ki, M.Abdullayeva bəzi şəxslərə Qazaxıstandan ucuz qiymətə mobil telefon gətirəcəyini vəd edərək, külli miqdarda pul əldə edə bilib.

    M.Abdullayeva ABŞ polisi tərəfindən həbs edilib. Onun cinayətkar qruplaşmanın üzvü olduğu bildirilib. Ona qarşı 22 maddə üzrə ittiham irəli sürülüb.

    Bununla bağlı məlumatı M.Abdullayevanın vəkili Arkadi Bux verib.

    “Əgər şikayət edənlərin sayı artsa, ittiham maddələri də artacaq. Hələlik şikayətçilərin sayı altı nəfərdir. Bu maddə üzrə maksimum cəza müddəti 20-25 ildir”, – vəkil qeyd edib.





  • Keçmiş məhkumlar 750 ədəd pivə çəlləyini oğurladılar

    Abşeron rayonunda iki keçmiş məhkum boş pivə çəlləklərini oğurlayıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlandığı bildirilib.

    Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Araşdırma aparılır.

  • Ukraynada ailəni xilas edən azərbaycanlılara daha bir mükafat – VİDEO

    Ukrayna Mədəniyyət Nazirliyi Nikolayev vilayətində yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovu mükafatlandırıb.

    Median.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

    Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar həyatlarını təhlükəyə ataraq, yanan avtomobildəki ailəni xilas ediblər.

    Yanvarın 25-də Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko Ümid və Sabir Şirinovu “Müqəddəs Nikolay Xaçı” ordeni ilə təltif edib.

  • Azərbaycanlı DJ Rusiyada qadını soydu

    Rusiyanın Həştərxan şəhərindəki klublardan birində işləyən 30 yaşlı azərbaycanlı DJ qonaqlardan birini qarət edib.

    Median.Az Astrakhan-24.ru portalına istinadən xəbər verir ki, klubun ziyarətçilərindən biri olan qız tanışlıq üçün onu evinə dəvət edib.

    Evdə olan zaman azərbaycanlı həmin qızın telefonundan öz hesabına beş min rubl köçürüb.

    Səhər isə oğlan yeni tanışının planşetini götürüb və qaytaracağını vəd edib. Ancaq o, qaceti 1500 rubla satıb. Azərbaycanlı prokurorluqda verdiyi ifadədə bütün pulları öz ehtiyacları üçün xərclədiyini deyib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Prokurorluq dünya çempionu ilə bağlı məhkəməyə müraciət etdi

    Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan qərardan prokuror tərəfindən kasassiya protesti verilib.

    Prokurorluq U.Orucova daha ağır cəza verilməsini tələb edir.

    Cinayət işi Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

    Xatırladaq ki, kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan üç qat dünya, səkkiz qat Azərbaycan çempionudur.
    //oxu.az

  • Meşə materialı və kömürü qanunsuz daşıyan şəxslər cərimələnib

    Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı, 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar olunub.

    Araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.

    Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı, 10XD178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkar edilib.

    Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

  • Silahlı Qüvvələr üçün ehtiyat zabitlərin hazırlanması qaydaları dəyişib

    Nazirlər Kabineti “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

    Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Sənədə əsasən, “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli qərarının 1-ci hissəsi (Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir) ləğv edilib.