Ukraynada ailəni xilas edən azərbaycanlılara daha bir mükafat – VİDEO

Ukrayna Mədəniyyət Nazirliyi Nikolayev vilayətində yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovu mükafatlandırıb.

Median.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar həyatlarını təhlükəyə ataraq, yanan avtomobildəki ailəni xilas ediblər.

Yanvarın 25-də Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko Ümid və Sabir Şirinovu “Müqəddəs Nikolay Xaçı” ordeni ilə təltif edib.